Həyat bilgisi 4



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə4/22
tarix02.10.2017
ölçüsü4,84 Kb.
#2950
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   22

tez Əlini də itələyib özü ilə içəri saldı. Minarə nənə pilləkənləri düşdü, buruldu ki,
axırıncı mərtəbəni düşsün. Elə bu vaxt Qalib qəfildən böyürdən çıxıb əlindəki
fişəngin ipini dartdı. Səsə Minarə nənə diksindi, ayağı büdrəyib yıxıldı. Əlindəki zənbil
yerə düşdü.
* Hekayənin və illüstrasiyaların müəllifi Rəhilə Məmmədovadır.


Sənin təhsilin
Qalib şaqqanaq çəkib ləzzətlə gülməyə başladı:
— Gördün necə qorxdu? Bu gün altı nəfəri belə qorxutmuşam, — deyərək özünü
blokun qapısından həyətə atdı.
Əli də onun dalınca qaçmaq istədi, lakin Minarə nənəyə baxıb dayandı. Əyilib onun
zənbilini götürdü, əlindən tutaraq qalxmasına kömək etdi:
— Minarə nənə, bayramdır da... Zarafat etdik.
Minarə nənə üst-başının tozunu silərək dedi:
— Belə zarafat olar, ay bala? Bu bayram günündə əlim-ayağım sınsaydı, nə
edərdim? Yaxşı qurtarmışam.
Sonra Əliyə baxıb sözünə davam etdi:
— Sən də ona qoşulmusan?
Əli zənbili nənəyə verdi, əllərini açaraq:
— Yox, məndə heç nə yoxdur, — dedi.
Minarə nənə başını bulayaraq dedi:
— Bala, ata-anan zəhmətlə pul qazanıb səni böyüdür. Vaxtını xeyirli işlərə sərf etsən,
daha yaxşı olar. Əlinə düşən pulu kitaba verib oxusan, xeyir görərsən, pis işlərdən də
uzaq olarsan. Valideynlərin səninlə fəxr edər.
Minarə nənə yavaş-yavaş uzaqlaşdı.
Əli Qaliblə birlikdə etdiyi zarafata görə təəssüf etdi. Boş vaxtlarında xeyirxah işlər
görmək, valideynlərinin ona aldıqları kitabları oxuyub, bu kitablardan öyrənmək
əvəzinə, pis işlər görüb adamları narahat etdiyi üçün xəcalət çəkdi.


SUAL VƏ TAPŞIRIQLAR
1.  Əli nə üçün Minarə nənəyə kömək etdi?
2.  Minarə nənə Əliyə nə dedi? Nənə nə üçün ona kitab oxumağı tövsiyə etdi?
3.  Qalib kimi uşaqlarla rastlaşmısanmı? Bu zaman onların hərəkətlərinə necə
münasibət bildirmisən?
4.  Sən də müsbət və mənfi keyfiyyətlərdən bəhs edən hekayə yaz. Öz
hekayənə ad ver.


SƏNİN CƏMİYYƏTDƏ YERİN
7. DÖVLƏTÇİLİK
Geniş bir ailəni təsəvvürünə gətir. Burada körpələr, kiçikyaşlı uşaqlar, məktəblilər,
gənclər, cavanlar, qocalar, işləmək qabiliyyəti olmayan insanlar var. Bu ailədə
işləmək qabiliyyəti olanlar müxtəlif kollektivlərdə çalışırlar. Ailə üçün ərzaq, geyim,
məişət avadanlığı və başqa zəruri şeylər alırlar. Alınmış şeylərdən bütün ailə üzvləri
istifadə edir.
Ailə başçısı ailə üzvlərinin normal qidalanması, körpələrin, kiçikyaşlı uşaqların
sağlam böyüməsi, məktəblilərin dərs ləvazimatı ilə təmin olunması üçün məsuliyyət
daşıyır, yaşlıların rahatlığına nəzarət edir, xəstələrin müalicəsinin qayğısına qalır.
Ağıllı başçısı olan ailədə hər şey qaydasında olur.
Cəmiyyətdə ailə başçısı rolunu dövlət başçısı yerinə yetirir.
Dövlət cəmiyyət üzvü olan hər bir insanın əmin-amanlıq şəraitində yaşaması,
sağlam olması və firavan dolanması üçün çalışır. Dövlət:
— ölkənin iqtisadiyyatını inkişaf etdirir;
— əmək qabiliyyəti olan hər bir insanın işlə təmin olunması üçün yeni iş yerlərinin
açılmasına çalışır;
— işləmək qabiliyyəti olmayanların normal yaşaya bilməsi üçün şərait yaradır;
— qocalara, əlillərə, çoxuşaqlı ailələrə yardım göstərir. Ehtiyacı olan uşaqlar üçün
uşaq evləri, yaşlı insanlar üçün qocalar evi təşkil edir;


Sənin hüquqların
— qanunlar qəbul edir və onların pozulmasının qarşısını alır;
— insanların təhsil hüququnu təmin edir. Bunun üçün nəfis tərtibatlı dərsliklər nəşr
etdirir, müasir tipli məktəb binaları tikdirir;
— ətraf mühiti və təbii sərvətləri qorumaq üçün qanunlar qəbul edir.
Dövlət necə idarə olunur?
Dövləti idarə etməyin iki əsas forması vardır. Bunlardan biri monarxiya, digəri isə
respublikadır. Krallar və kraliçalar yalnız nağıllarda mövcud deyillər. Dünyanın bir
sıra ölkələrində — Böyük Britaniya, Yaponiya, İspaniya, Belçikada və s. indi də krallar
və kraliçalar var. Bunlara monarx deyirlər. Monarxları xalq seçmir. Çünki onları
şahzadələr əvəz edir.
Müasir dövrün monarxları — 
kral və kraliçaları
Respublika formasında isə hakimiyyət orqanlarını xalq seçir. Bu necə olur?
Hakimiyyət orqanlarına seçkilər keçirilir. Hər bir vətəndaş istədiyi namizədə səs
verir. Ən çox səs toplayan namizədlər dövlət orqanlarına seçilirlər.
Vətəndaşların hüquq və azadlıqları nəzərə alınmayan ölkələrdə diktatura rejimi
hakim olur. Diktatura rejiminə qarşı çıxanlar hakimiyyət tərəfindən cəzalandırılır.
Azərbaycan demokratik respublikadır. Azərbaycan dövlətinin başçısı Prezidentdir.
Azərbaycan Respublikasının Prezidentini Azərbaycan xalqı seçir.
SUAL VƏ TAPŞIRIQLAR
1.  Monarxiya nə deməkdir?
2.  Respublika quruluşu monarxiyadan nə ilə fərqlənir?
3.  Diktatura nədir?
4.  Müxtəlif mənbələrdən monarxiya və respublika quruluşuna aid ölkə adları


öyrən və dəftərində yaz.
Monarxiya
Respublika
 
 


SƏNİN CƏMİYYƏTDƏ YERİN
8. DÖVLƏT ORQANLARI
Dövlət cəmiyyəti xüsusi təşkilatları vasitəsilə idarə edir. Bu təşkilatlara dövlət
orqanları deyilir. Məsələn, Azərbaycan cəmiyyətində bir milyondan çox məktəblinin
təlim-tərbiyəsi ilə yüz mindən çox müəllim məşğul olur. Bu böyük kollektivi ölkənin
Təhsil Nazirliyi idarə edir.
İşləmək qabiliyyəti olmayan qocalara, əlillərə, çoxuşaqlı ailələrə pensiya və
müavinətlərin verilməsi üçün lazım olan işləri Dövlət Sosial Müdafiə Fondu yerinə
yetirir.
Səhiyyə Nazirliyi ölkə vətəndaşlarının sağlamlığının qorunması üçün lazım olan
tədbirləri görür. Ölkəmizdə çoxlu xəstəxana, poliklinika və digər sağlamlıq ocaqlarını
Səhiyyə Nazirliyi idarə edir.
Vergilər Nazirliyi dövlət büdcəsinə vergilərin tam və vaxtında yığılmasına nəzarət
edir.
Hüquq-mühafizə orqanları qanunların və insanların hüquqlarının pozulmasının
qarşısını alır. Qanunu pozan şəxslər məhkəmənin qərarı ilə cəzalandırılır.
Canlılar aləmini, atmosferi, təbii sərvətləri nəzarətdə saxlamaq üçün Ekologiya və
Təbii Sərvətlər Nazirliyi fəaliyyət göstərir. Bəzən qəzalar, təbii
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Səhiyyə Nazirliyi


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə