Həyat bilgisi 4



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə5/22
tarix02.10.2017
ölçüsü4,84 Kb.
#2950
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   22

Dövlət Sosial Müdafiə Fondu
Təhsil Nazirliyi


Sənin hüquqların
fəlakətlər baş verir. Belə hallarda dərhal insanların köməyinə çatan bir təşkilat var.
Bu, Fövqəladə Hallar Nazirliyidir.
Yeni dövlət orqanları necə yaranır?
Dövlət cəmiyyətin həyatına daim nəzarət edir və zərurət olduqda yeni dövlət
orqanları yaradır. Məsələn, 1988-ci ildə Ermənistan Respublikasında öz dədə-baba
torpaqlarında yaşayan azərbaycanlılar zorla doğma yurdlarından qovuldular. Onlar
Azərbaycana pənah gətirdilər. Sonra, yəni 1990-cı illərin əvvəllərində isə Qarabağın
dağlıq hissəsində və ətraf rayonlarda yaşayan azərbaycanlı əhali də ölkənin digər
ərazilərinə köçməyə məcbur oldu. Beləliklə, Azərbaycanın ərazisində qaçqın və
məcburi köçkünlərin sayı 1 milyona çatdı. Bu insanların ölkə ərazisində
yerləşdirilməsi, onlara yardım göstərilməsi üçün Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yaradıldı. Dünya ölkələrində çoxlu
azərbaycanlı yaşayır. Onlarla əlaqələr yaratmaq üçün fəaliyyət göstərən dövlət
orqanı mövcuddur. Bu, Azərbaycan Respublikasının Diasporla* İş üzrə Dövlət
Komitəsidir. Bu siyahını çox uzatmaq olar. Çünki cəmiyyətdə çoxlu sahələr və onları
idarə edən dövlət orqanları vardır.
*Diaspor — xalqın mənsub olduğu ölkədən kənarda yaşayan mühüm hissəsi
SUAL VƏ TAPŞIRIQLAR
Vergilər Nazirliyi
Daxili İşlər Nazirliyi
1.  Hansı dövlət orqanlarını tanıyırsan?
2.  Dövlət orqanları olmasa, nə baş verər?
3.  Hüquq-mühafizə orqanlarının funksiyasına nələr daxildir?
4.  Müxtəlif mənbələrdən Azərbaycan Respublikasının dövlət orqanları
haqqında məlumat topla və cədvəli dəftərinə çəkib işlə.
Dövlət orqanı
Funksiyası
 
 


SƏNİN CƏMİYYƏTDƏ YERİN
9. DÖVLƏT BÜDCƏSİ
Sənin artıq ailə büdcəsi haqqında təsəvvürün var. Bilirsən ki, ailənin dolanışığı onun
gəlirindən asılıdır. Bu gəlir ehtiyaclara görə düzgün bölüşdürüldükdə ailə dolanışığını
təmin edə bilir. Amma bununla belə gəlirin az-çoxluğunun da dolanışıq üçün böyük
əhəmiyyəti var. Gəlir az olanda ailə başçısı daha qənaətcil olmağa çalışır.
Cəmiyyət də ailə kimidir. Çünki insanların dolanışığı ölkənin gəlirindən asılıdır.
Dövlət öz büdcəsini bu gəlirə görə qurur.
Hər bir insan yaxşı yaşamaq istəyir. Hamı istəyir ki, sağlamlığını qorusun, təhsil
alsın, normal qidalansın, hər mövsüm üçün geyimi olsun. Yorulanda yaxşı istirahət
etsin, həyatı üçün heç bir təhlükə olmasın. Xalqın bu tələbatlarını həyata keçirmək
üçün dövlət büdcəsi yaradılır.
Dövlətin büdcəsi necə formalaşır?
Büdcə fransız sözü olub, çanta və ya kiçik dəri torba deməkdir. Beləliklə, büdcə
dövlətdə olan təşkilatların və hətta ailənin müəyyən dövr üçün gəlir və xərclərini
özündə əks etdirən maliyyə sənədidir.



Sənin hüquqların
Dövlət öz büdcəsini quranda hansı xərcləri nəzərə almalıdır?
Dövlətin büdcəsi ölkədə fəaliyyət göstərən müəssisələrin və işləyən adi
vətəndaşların dövlətə ödədiyi vergilərin hesabına formalaşır.Vergi hər birimizin öz
qazancından (əməkhaqqı) dövlətə ödədiyi vəsaitdir. İnsan müxtəlif işlərdən qazanc
(gəlir) götürə bilər. Zavod və fabrikdə işləmək, məktəbdə dərs demək, tikintidə
çalışmaq və digər üsullarla pul qazanmaq mümkündür.
Vergini vermək məcburidir. Təhsil, səhiyyə və incəsənətin inkişafı, silahlı qüvvələrin
saxlanması, abadlıq işlərinin aparılması vergilərin ödənilməsi ilə bağlıdır. Dövlət öz
büdcəsini qurarkən əhalinin təhsil, səhiyyə xərclərini, təqaüd və pensiyaları, elmin,
mədəniyyətin, idmanın inkişafı üçün ayrılan vəsaiti, dövlət orqanlarında işləyənlərin
maaşlarını və s. nəzərə alır.
SUAL VƏ TAPŞIRIQLAR
1.  Dövlət büdcəsi nə üçün yaradılır? Dövlət vergisi nə deməkdir?
2.  Ailə büdcəsi ilə dövlət büdcəsinin oxşar və fərqli cəhətləri nədir?
3.  Dövlət büdcəsi nəyin hesabına formalaşır?
4.  Dəftərində xəyali bir ölkənin dövlət büdcəsini qur. Ölkəni adlandır, onun
dövlət büdcəsini formalaşdıran mənbələri göstər və sahələr üzrə bölüşdür.


SƏNİN CƏMİYYƏTDƏ YERİN
9. İSTEHSAL VƏ İSTEHLAK
İnsanların yaşamaq və işləmək üçün ərzaq, geyim, məişət, tikinti və ofis
avadanlıqlarına, dərman preparatlarına və başqa bir çox zəruri vasitələrə ehtiyacı
vardır. Bütün bunlar kənd təsərrüfatı sahələrində, fabrik və zavodlarda istehsal
edilir. Sonra hazır məhsullar satış üçün bazarlara, marketlərə daşınır. Məhsul
istehsal edənlərə istehsalçı, bu məhsullardan istifadə edənlərə isə istehlakçı deyilir.
«İstehlak» sözü dilimizə ərəb dilindən keçmişdir. Mənası — «sərf etmə», «işlətmə»
deməkdir.
İnsanların yaşamaq, sağlamlığını qorumaq və normal fəaliyyət göstərmək üçün
zəruri olan hər məhsulu almağa ixtiyarı vardır.
İstehlakçı hüququ nədir?
Hamı istəyir ki, aldığı mal keyfiyyətli olsun. Bu, istehlakçı hüququdur. Keyfiyyətsiz
mal satan hər kəs istehlakçının hüququnu pozmuş olur.
Hamı istəyir ki, aldığı ərzaqdan zəhərlənmə halı, yaxud elektrik cihazından yanğın
hadisəsi törənməsin. Bu, istehlakçının təhlükəsizlik hüququdur.
İstehlakçının aldığı hər hansı bir mal sağlamlığına ziyan vurarsa, onun dəymiş
ziyanın əvəzini ödəməyi tələb etmək hüququ vardır.
Alıcılara xidmət göstərilməsində isə xüsusi qaydalara əməl olunmalıdır. Bu da
istehlakçı hüququdur. Vətəndaşlar satıcılar tərəfindən bu qaydalara necə əməl
olunduğuna nəzarət etməlidirlər. Məsələn, aşağıdakı qaydaları hər bir vətəndaş
bilməli və onların yerinə yetirilməsini tələb etməlidir:
Vitrinə* qoyulmuş mallar alıcının tələbi ilə onların keyfiyyəti yoxlanıldıqdan
sonra satılmalıdır.
Tez xarab olan ərzaq mallarının üzərində məhsulun istehsal edildiyi saat və
tarix, saxlanma temperaturu və son istifadə müddəti göstərilməlidir.
Yararlılıq müddəti ötmüş mallar satıla bilməz.
Ticarət obyekti alıcıya onu maraqlandıran malın qiyməti, ondan istifadə
qaydaları, saxlanma müddəti, şərtləri və təhlükəsiz istifadə edilməsi haqqında
tam məlumat verməlidir.
* Vitrin — mağazada malları nümayiş etdirmək üçün şüşə ilə örtülü yer.


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə