Həyat bilgisi 4



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə6/22
tarix02.10.2017
ölçüsü4,84 Kb.
#2950
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   22

Sənin hüquqların
Alıcı tərəfindən dəyəri ödənilmiş və mağazadan çıxarılmış keyfiyyətli ərzaq
malları sonradan yenisi ilə dəyişdirilə bilməz.
15 yaşına çatmamış uşaqlara kibrit, tərkibində kimyəvi zəhərli maddələr olan
mallar və tez alışan mayelər satmaq qadağandır.
Satılan malın pulu ödənilərkən, alıcıya malın satıldığını təsdiq edən kassa çeki
verilməlidir.
Alıcılardan satılmış mala görə pul almaq hüququna malik olan kassir və digər
işçilər onlardan əzik, qismən zədələnmiş və s. əskinasları qəbul etməlidirlər.
ölkəmizdə istehlakçıların hüquqları «İstehlakçıların hüquqlarının müdafiəsi
haqqında» qanunla qorunur. Bu qanunu pozanlar məhkəməyə verilir və istehlakçıya
vurulmuş ziyana görə cəzalandırılırlar.
İstehlakçı hüquqlarını qoruyan Ümumdünya İstehlakçılar İttifaqı adlı beynəlxalq
təşkilat da mövcuddur.
SUAL VƏ TAPŞIRIQLAR
İstehsal
İstehlak
1.  İstehlakçı hüquqlarına nələr daxildir?
2.  İstehlakçı hüququnu qorumaq üçün nələri bilmək lazımdır?
3.  İstehlakçı hüququnu pozanlar necə cəzalandırılır?
4.  İstehlakçı hüququnun pozulmasının (ərzaq, məişət avadanlığı, geyim,
oyuncaq və s. alarkən) hansı mənfi nəticələri ola bilər? Fikirlərini dəftərində
yaz.


SƏNİN CƏMİYYƏTDƏ YERİN
11. SIĞORTANIN ƏHƏMİYYƏTİ
İnsanlar həyatlarını, sağlamlıqlarını, mal-mülklərini sığorta etdirirlər.
İnsanlar sığorta şirkətinin hesabına hər ay müəyyən məbləğdə pul köçürürlər.
Sığorta şirkəti isə boynuna götürür ki, əgər onların sağlamlığına, mal-mülkünə ziyan
dəyərsə, onu ödəyəcək. Məsələn, sığorta olunmuş avtomobilə ziyan dəyərsə, sığorta
şirkəti onu təmir etdirir.
Sığortada iki tərəf olur: sığorta şirkəti (sığortaçı) və sığorta edilən (sığortalı).
İnsanlar yalnız avtomobillərini deyil, bütün əmlaklarını — evlərini, həyətyanı
sahələrini, ofislərini, bir sözlə, gərəkli hesab etdikləri hər şeyi sığorta etdirə bilərlər.
Onlar bunu arxayın yaşamaq üçün edirlər. Çünki əmlak yanğın, daşqın, zəlzələ,
subasma, qəza və digər gözlənilməz hadisələrdən ziyan çəkə bilər. Bu zaman sığorta
onların köməyinə gəlir.



Sənin hüquqların
Sığortanın hansı növləri var?
Sığortanın müxtəlif növləri var. Bunlardan biri tibbi sığortadır. Tibbi sığorta tibbi
yardım üçün xərclərin ödənməsini təmin edir. Əmlakın yanğından sığortası
yanğından dəyən zərərin ödənilməsi deməkdir. Uşaqların da həyatı, sağlamlığı
sığorta olunur.
Azərbaycanda çoxlu sığorta şirkətləri fəaliyyət göstərir. Hökumət sığorta işinin
genişlənməsi üçün şərait yaradır. Bu məqsədlə «Sığorta haqqında» Azərbaycan
Respublikasının Qanunu qəbul edilmişdir.
Sığorta insanların rahatlığına xidmət edir
SUAL VƏ TAPŞIRIQLAR
1.  «Sığortalı» nə deməkdir?
2.  «Sığortaçı» nədir?
3.  Sığortanın hansı növləri vardır?
4.  İnsanlar bir şeyi sığorta etdirməklə nəyə nail olurlar?
5.  Sən nələri sığorta etdirməyi daha vacib hesab edirsən?Nə üçün? Fikrini yaz.


SƏNİN CƏMİYYƏTDƏ YERİN
12. VƏTƏNDAŞLIQ
Bir dövlətdə yaşayan insan həmin ölkənin vətəndaşı olmaya bilər. Yəni bir ölkədə
yaşamaq hələ onun vətəndaşı olmaq demək deyil. Vətəndaş olmaq üçün müəyyən
şərtlər vardır. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşı ola bilərlər:
1.  Azərbaycan Respublikasının ərazisində doğulanlar;
2.  Valideynləri və ya onlardan biri Azərbaycan Respublikasının vətəndaşı olanlar;
3.  Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edənlər.
Azərbaycan Respublikası vətəndaşlarına şəxsiyyət vəsiqəsi verilir. Bu, ölkə daxilində
vətəndaşlığı təsdiq edən sənəddir.
Ümumvətəndaş pasportu
Azərbaycan
Respublikasının
sərhədlərindən kənarda
vətəndaşlığı təsdiq edən
sənəddir.
Asan xidmət — burada
Azərbaycan
Respublikasında dövlət
orqanları tərəfindən
vətəndaşlara göstərilən
xidmətlərin həyata
keçirilməsini təmin edən
mərkəzlər yerləşir.


Sənin hüquqların
Azərbaycan Respublikası vətəndaşının pasportu və şəxsiyyət vəsiqəsi
Sən məktəbə vətəndaşlığını təsdiq edən sənədlə qəbul edilmişsən. Həmin sənədə
əsasən səni kitabxanada, poliklinikada qeydiyyata alırlar. Qatara, təyyarəyə bilet
alarkən bu sənədi tələb edirlər.
Xarici ölkədə Azərbaycan Respublikasının vətəndaşlığını hansı sənəd təsdiq edir?
Azərbaycanın sərhədlərindən kənarda Azərbaycan Respublikasının vətəndaşlığını
təsdiq edən sənəd pasportdur.
Ölkəmizdə bütün vətəndaşlar bərabər hüquqlara malikdirlər.
Dövlət onların hüquqlarından istifadə etmələrinə şərait yaradır, onları müdafiə edir.
Vətəndaşın da dövlət və cəmiyyət qarşısında vəzifələri var.
Azərbaycan Respublikasının hər bir vətəndaşı dövlət rəmzlərinə hörmət etməlidir.
İşləyən, gəliri olan vətəndaşlar dövlətə vergi ödəməlidirlər.
18 yaşına çatmış oğlanlar vətəni müdafiə üçün hərbi xidmətə getməlidirlər.
Tarix və mədəniyyət abidələrini, ətraf mühiti qorumaq da vətəndaşın vəzifəsidir.
SUAL VƏ TAPŞIRIQLAR
1.  Şəxsiyyət vəsiqəsi nədir?
2.  Pasportla şəxsiyyət vəsiqəsinin fərqi nədədir?
3.  Kimlər Azərbaycan Respublikasının vətəndaşı ola bilər?
4.  Vətəndaşın hansı hüquq və vəzifələri vardır? Fikirlərini dəftərində yaz.


SƏNİN CƏMİYYƏTDƏ YERİN
13. UŞAQ HÜQUQLARI KONVENSİYASI
Uşaqlar böyüklərdən fərqli olaraq, qayğıya daha çox ehtiyac duyurlar. Deyə
bilərsənmi, nə üçün?
Ölkəsinin gələcəyini düşünən hər bir dövlət uşaqların öz qabiliyyətini tam şəkildə
üzə çıxarması üçün şərait yaratmağa çalışır. Valideynləri ilə birlikdə yaşamaq,
onların soyadını daşımaq uşağın hüququdur.
Azərbaycan Respublikası Konstitusiyasında göstərilir: «Uşaqların qayğısına qalmaq
və onları tərbiyə etmək valideynlərin borcudur».
Dövlət ailə və valideynlərin öz vəzifələrini necə yerinə yetirməsinə nəzarət edir. Əgər
valideynlər öz vəzifələrini yerinə yetirmirlərsə, dövlət işə qarışır, uşağın yaşaması və
təhsil alması üçün normal şəraiti təmin edir. Uşağın hüquqları valideynlər
tərəfindən ciddi şəkildə pozularsa, dövlət onları valideynlik hüququndan məhrum
edə bilər.
Uşaqlar dünyanın gələcəyidir
Lakin dünya ölkələrinin hamısında vəziyyət eyni deyil. Dünyanın bir çox ölkələrində
uşaqlar aclıqdan əziyyət çəkirlər. Onlar kiçik yaşlarından işləməyə, pul qazanmağa
məcbur edilir və təhsildən kənarda qalırlar. Buna görə də Birləşmiş Millətlər Təşkilatı


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə