Həyat bilgisi 4



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə7/22
tarix02.10.2017
ölçüsü4,84 Kb.
#2950
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   22

(BMT) uşaq məsələləri ilə məşğul olan Fond yaratmışdır. Bu təşkilat UNICEF adlanır.
UNICEF müxtəlif ölkələrdə uşaqların sağlamlığına, təhsilinə yönəlmiş tədbirlər
həyata keçirir.


Sənin hüquqların
UNICEF Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə təhsilin inkişafı üçün
müəyyən işlər görmüşdür. Məsələn:
«Uşaqların xilası»;
«İnkişaf üçün təhsil və Uşaq Hüquqları Konvensiyası»;
«Məktəb uşağın dostudur» və başqa layihələr həyata keçirilmişdir.
Birləşmiş Millətlər Təşkilatı «Uşaq Hüquqları Konvensiyası» adlı sənəd də qəbul
etmişdir. Konvensiyada göstərilir ki, uşaqlar dərisinin rəngindən, cinsindən, hansı
ailədə doğulmasından asılı olmayaraq, yaşamaq, inkişaf etmək, müdafiə olunmaq,
cəmiyyətin həyatında iştirak etmək hüquqlarından istifadə etməlidirlər.
Uşaq Hüquqları Konvensiyasına qoşulan ölkələr uşaqların bu hüquqlarını təmin
edəcəklərinə söz verirlər. Konvensiyanı dünyanın 180-dən çox ölkəsi imzalamışdır.
Azərbaycan Respublikası da onların arasındadır. Konvensiyada göstərilən öhdəlikləri
yerinə yetirmək üçün Azərbaycan dövləti «Uşaq hüquqları haqqında» Qanun qəbul
Azərbaycan dövləti «Uşaq
Hüquqları Konvensiyası »na nə
üçün qoşulub?
Azərbaycanda da vaxtaşırı belə
tədbirlər həyata keçirilir. UNICEF
Azərbaycanda 1993-cü ildən fəaliyyət
göstərir.


etmişdir.
SUAL VƏ TAPŞIRIQLAR
1.  «Uşaq Hüquqları Konvensiyası »na görə, uşağın hansı hüquqları vardır?
2.  Azərbaycanda uşaqların hüquqları necə qorunur?
3.  Uşaq hüquqlarının pozulması nəyə səbəb ola bilər? Fikirlərini dəftərində yaz.


SƏNİN CƏMİYYƏTDƏ YERİN
14. HƏR ŞEY MÜNASİBƏTDƏN BAŞLAYIR
Mən sənə yaşıdın olan iki uşaqdan danışacağam. Onlardan biri yaşıdlarına görə
daha boy-buxunlu, güclüdür. Amma onun kimə isə kömək etdiyini görən olmayıb.
Dərslərini yaxşı oxuyur, amma yoldaşları ondan bilmədiklərini soruşanda cavab
vermir. Əksinə, onları utandırır, onlara gülür. Özünü hamıdan ağıllı, hamıdan güclü
hesab edir. Ona görə də uşaqlar çalışırlar ki, ondan uzaq gəzsinlər.
Digəri boyca bütün yoldaşlarından balaca, çəlimsiz və arıqdır. Dərslərini yaxşı
oxuyur. Çalışır ki, sinif tədbirlərindən kənarda qalmasın. Başqalarına qayğı
göstərməyə, onlara kömək etməyə hazırdır. Çox diqqətlidir. Köməyə ehtiyacı olan
yoldaşlarına həmişə yardım edir. Heç bir çətinlikdən qorxmur. Müəllim onun
haqqında danışanda «o, çox tərbiyəli uşaqdır», — deyir.
Necə tərbiyə edilməsindən asılı olaraq insan cəmiyyət üçün faydalı, yaxud zərərli ola
bilər, insanın tərbiyəsində əsas rolu ailə, məktəb, informasiya vasitələri və onu
əhatə edən mühit oynayır. Yeni doğulmuş uşaq insanlardan ayrı düşsə, o, Mauqli,
yaxud Tarzan kimi böyüyər. Yəni insanların dilini başa düşməz, cəmiyyətdə ən adi
davranış qaydalarından xəbərsiz olar. Belə uşaq heç vaxt şəxsiyyət kimi yetişə
bilməz.
Elə uşaqlar var ki, özlərinə aid olmayan heç nəyi qorumur, hətta korlayırlar.
Məsələn, özlərinə məxsus dibçəkləri, ağacları qoruyur, ancaq evlərindən,
həyətlərindən kənarda gülləri qoparır, ağacları sındırırlar.



Sənin mənəviyyatın
Evlərindəki mebelləri qoruyurlar. Öz mənzillərini təmiz saxlamağa çalışır, amma
ictimai nəqliyyatda oturacaqların örtüklərini kəsir, skamyaları cızır, ora yazılar
yazırlar. Tum qabıqları, dondurma, konfet kağızı, ilə ictimai nəqliyyatı, küçəni, parkı
zibilləyirlər. Bu, ətraf aləmə yarımçıq münasibətdir. Bu o deməkdir ki, həmin
insanların varlıq və hadisələrə münasibəti tam formalaşmamışdır. Şəxsiyyət olmaq
üçün isə bu, çox vacibdir.
Sən yalnız öz həyətindəki, evindəki bitkilərə, əşyalara qulluq edir, kənarda olanlara
qayğı ilə yanaşmırsansa, özünə ziyan vurursan. Çünki dünyada və cəmiyyətdə hər
bir şey bir-biri ilə əlaqəlidir. Yaşıllıq həyatdır, gözəllikdir, ona görə də yaşıllığı
qorumaq lazımdır, özün bu qaydalara əməl edib, ətrafındakılardan kiminsə onlara
əhəmiyyət vermədiyini görürsənsə, onu da bu qaydalara əməl etməyə çağırmalısan.
Bu sənin ailə, cəmiyyət və Vətən qarşısında borcundur.
Şəxsiyyət necə olmalıdır?
Şəxsiyyət o insandır ki, onun insanlara, hadisələrə, əşyalara, əməyə, adət-ənənələrə
müstəqil münasibəti olsun.
Şəxsiyyət fəal insandır. O öz fəaliyyəti ilə cəmiyyətə fayda verir, özünü təkmilləşdirir.
Şəxsiyyət gördüyü işləri təhlil edir, nəyin pis, nəyin yaxşı olduğunu araşdırır. Pis
hesab etdiklərini düzəltməyə çalışır.
Şəxsiyyət özünə: geyiminə, nitqinə, fikirlərinə diqqət yetirir və daim özündə müsbət
keyfiyyətlərin formalaşmasına çalışır, özünə və ətrafdakılara hörmətlə yanaşır.
Yadda saxla ki, gələcək nəsillərin hansı mühitdə yaşayacaqlarına sən də öz töhfəni
verirsən.
SUAL VƏ TAPŞIRIQLAR


1.  «Müstəqil münasibət» nə deməkdir?
2.  Uşağın tərbiyəsində hansı amillərin rolu vardır?
3.  Şəxsiyyətin hansı keyfiyyətləri olmalıdır?
4.  «Ailəm və Vətənim qarşısında mənəvi borcumu necə yerinə yetirə bilərəm?»
adlı esse yaz.


SƏNİN CƏMİYYƏTDƏ YERİN
15. QARŞILIQLI ANLAŞMA
Səlim qəşəng rəsm çəkir. Dərsdən sonra boş vaxtlarında həyətlərindəki skamyada
oturub şəkil çəkməyi sevir. Həyətdəki uşaqlar da onun ətrafında toplanır, maraqla
onun işləməsinə baxırlar. Bir gün yenə Səlim rəsm çəkir, uşaqlar da baxırdılar.
Qonşu qızı Sona da uşaqların arasında idi. O, Səlimin rəsmlərinə o qədər valeh
olmuşdu ki, özünü unutmuşdu. Əlində tutduğu dondurma əriyirdi. Birdən
dondurmadan bir damcı Səlimin çəkdiyi rəsmin üstünə düşüb onu bulaşdırdı.
Səlim qəzəblə Sonaya baxıb: — Sən bunu qəsdən elədin! — dedi. 
Sona pərt oldu: — Qəsdən olmadı, Səlim, bağışla, — dedi. 
Amma Səlim sakitləşmədi: — Şəkli korladın. O qədər zəhmət çəkmişdim. 
Sona yenə üzr istədi: — Bilə-bilə eləmədim. 
Səlim: — Sən paxılsan, — dedi və qəzəblə üzünü çevirdi.
Uşaqlar gülüşdülər. Sonanı ağlamaq tutdu. Qaçıb uşaqlardan aralandı. Evə gəldi.
Valideynləri işdə idilər. Evdə yalnız nənəsi idi. Nənə Sonanı ağlayan görüb
həyəcanlandı:
— Nə olub, qızım?
Sona əhvalatı nənəsinə danışdı. Nənə onu sakitləşdirdi:
— Sakit ol, qızım! Belə iş hamının başına gələ bilər. Sən tərəfdən ona ziyan dəyib.
Amma sən bunu qəsdən eləməmisən. Ona görə də düz eləyib üzr istəmisən.
Sakitləş, əl-üzünü yu, yeməyini ye, dərslərini hazırla. Səlim də mütləq öz səhvini başa
düşüb peşman olacaq.


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə