Həyat bilgisi 4



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə8/22
tarix02.10.2017
ölçüsü4,84 Kb.
#2950
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

Həmin hadisədən sonra Sona daha Səlimə yaxınlaşmadı. Bir həftə sonra Sona
məktəbdən gələndə Səlimin babası ilə qarşılaşdı. Baba özünü pis hiss edirdi. Binanın
qarşısındakı ağaca söykənmişdi. Sona ona yaxınlaşıb soruşdu:
— Baba, sizə nə olub?
Baba güclə dedi:
— Ürəyim nəsə sancır, qızım. Qaç bizimkilərə xəbər ver.
Sona qaçaraq beşinci mərtəbəyə qalxdı. Nəfəsi təngiyə- təngiyə qapının zəngini
basdı.


Sənin mənəviyyatın
Səlimin anası qapını açdı. Sona əhvalatı ona dedi. Babanı təcili yardım maşını ilə
xəstəxanaya apardılar. Axşam Səlimin valideynləri babanın vəziyyəti haqqında
danışanda söz Sonadan düşdü. Ata - anası xeyirxah hərəkətinə görə Sonanı
təriflədilər. Bunu eşidəndə Səlim öz hərəkətini xatırlayıb çox utandı.
Ertəsi gün Sona oynamaq üçün həyətə düşəndə Səlim ona yaxınlaşdı.
— Sona, səndən üzr istəyirəm. Məni bağışla.
Sonanın yadına nənənin sözləri düşdü: «Səlim də mütləq öz səhvini başa düşüb
peşman olacaq». Sona gülümsədi. Əlini Səlimə uzadıb: — Eybi yoxdur, səni
bağışlayıram, — dedi.
Onlar barışdılar. O gündən Səlim şəkil çəkəndə Sona yenə onun yanma gedirdi.
Səlim isə çəkdiyi bütün rəsmləri Sonaya göstərirdi. Nənəsi isə Sonaya deyir ki, siz
çəkişib bərkişmisiniz. Bu hadisə Səlimə dərs oldu. O öz səhvini anlayıb nəticə
çıxardı. İndi Səlim yoldaşları ilə münasibətdə səbirli olmağa çalışır, hər xırda şeyə
görə onların xətrinə dəymir.
Ətraf aləmi dərk etməkdə və insanlarla münasibət qurmaqda sizə təcrübəniz və
qazandığınız biliklər kömək edir. Bəzi bilikləri isə insan həyatda buraxdığı səhvlərlə
qazanır. Qarşılıqlı anlaşma öz səhvini anlayıb üzr istəmək və səmimi üzrü qəbul
etmək deməkdir. Bu haqda deyirlər ki, müdrik adam başqalarının səhvləri, ağıllı
adam öz səhvləri əsasında öyrənər.
SUAL VƏ TAPŞIRIQLAR
1.  Hekayədə təsvir olunan vəziyyətlə qarşılaşmısanmı? Qarşılaşmısansa, necə
hərəkət etmisən?


2.  Səlimlə Sonanın əhatəsində olan uşaqlar barədə nə düşünürsən?
3.  «Çəkişib bərkişmək» ifadəsini necə şərh edə bilərsən?
4.  Dostun səni çox sevdiyi oyunu oynamağa çağırır, sən isə hələ dərslərini
hazırlamamısan. Kobudluq etmədən ona necə etiraz edərsən? Fikirlərini
dəftərinə yaz.


SƏNİN CƏMİYYƏTDƏ YERİN
16. ƏDƏB-ƏRKAN QAYDALARI
Öz xalqını sevən hər bir insan onun adət-ənənələrinə hörmət edir. Azərbaycanlılar
insanlarda ədəb-ərkanı yüksək qiymətləndirir, belə insanlara həmişə hörmət edirlər.
Hər bir şəxs iştirak etdiyi məclisdə çox danışmamalı, başqasının sözünü yarımçıq
kəsməməlidir. Nağıl edilən hekayəni, rəvayəti bilsə belə, danışana mane olmamalı,
danışıb qurtarmasını səbirlə gözləməlidir.
Hər hansı sorğunu cavablandıran şəxsin cavabı onu qane etməsə də, ona tənə ilə
yanaşmamalıdır.
Yanında iki şəxs söhbət edirsə, onların söhbətinə qarışmamalı, gizlin qulaq
asmamalı, özləri müraciət etməsələr, söhbətə qoşulmamalıdır.
Danışarkən qısa, yığcam ifadələr işlətməli, deyəcəyi fikri beynində bişirməmiş dilinə
gətirməməlidir.
Ona deyilənləri axıra qədər dinləməmiş cavab verməməlidir.
Nalayiq sözlər işlətməmək, dilini söyüşə öyrətməmək də ədəb qaydasıdır.
Ədəbli insan hər məclisdə ləyaqətlə danışmağı bacarır. Danışanda nəzakətli olur,
qeybət* etmir. Danışarkən əl-qolunu oynatmır. Belə hərəkətləri yalnız danışılan
əhvalat tələb etdikdə, incə tərzdə etmək olar.
Özünə hörmət edən insan qeybət, böhtan və yalandan çəkinməli, belə insanlarla
ünsiyyətdən qaçmalıdır.
Danışarkən saçı ilə oynamaq, barmaqlarını şaqqıldatmaq, çiyinlərini oynatmaq da
ədəb qaydalarına ziddir.
Nəqliyyatda təsadüfən kiməsə toxunduqda, həmin anda üzr istəmək vacibdir.
Kiminsə əşyasını götürmək istədikdə, mütləq ondan icazə almaq lazımdır.


* Qeybət — birinin (özü olmadığı halda) dalınca danışmaq


Sənin mənəviyyatın
Ədəb-ərkan qaydalarına əməl etmek nə üçün vacibdir?
Ədəb-ərkan qaydalarına əməl etməyən insan sevilmir, çox zaman münaqişəli
vəziyyətlərə düşür. Ətrafdakılar bu cür insandan kənar durmağa çalışırlar, onu
mötəbər məclislərə dəvət etmirlər. Ona görə də ədəb- ərkanlı insan, ilk növbədə,
özünə hörmət edir. Belə insana ətrafdakılar da hörmətlə yanaşır, onunla
məsləhətləşir, fikirlərini yüksək qiymətləndirirlər.
Ədəb-ərkan qaydaları cəmiyyətin mədəniyyətini əks etdirir.
SUAL VƏ TAPŞIRIQLAR
1.  Ədəbli insana nə üçün hörmət edirlər?
2.  «Ədəb-ərkanlı insan, ilk növbədə, özünə hörmət edir» ifadəsini necə şərh
edə bilərsən?
3.  Cədvəli dəftərinə çək və işlə.
Ədəbli insan
Nəyi edir?
Nəyi etmir?
 
 


4.  «Ünsiyyət mədəniyyəti uğurun açarıdır» adlı esse yaz.


SƏNİN CƏMİYYƏTDƏ YERİN
17. MƏSULİYYƏT HİSSİ
Sənə ev işlərində böyüklərə kömək etmək istəyən bir uşağın başına gələn əhvalatı
danışacağam. O, hər gün evdə zibili aparıb boşaltmağı öhdəsinə götürmüşdü. Zibil
yeşiyi evdən bir qədər aralıda yerləşirdi. Bir neçə dəfədən sonra o, zibil yeşiyinə
qədər getməyə tənbəllik etdi və zibili yolda gözdən uzaq bir yerdə atıb geri qayıtdı.
Həmin vaxtdan uşaq zibili elə yarı yolda yerə atıb qayıdırdı.
Bir gün uşağın anası şikayətləndi ki, milçəklər yaman çoxalıb. Qonşular da pis
qoxudan və milçəklərdən şikayətlənirdilər. Nəhayət, onlar əlaqədar təşkilatlara
məlumat verdilər.
Yoxlama zamanı məlum oldu ki, milçəklərin çoxalmasının və pis qoxunun səbəbi
uzun zamandan bəri gözdən uzaq yerə tullanmış zibildir. Hamı günahkarı axtarırdı.
Uşaq isə bütün bunların onun günahı üzündən baş verdiyini bilib çox peşman
olmuşdu. Axı o, ətrafı çirkləndirməyin düzgün olmadığını bilirdi. Əgər o, tənbəllik
etməyib zibili daşınma yerinə qədər aparsaydı, ətraf çirklənməz, insanlara ziyan
dəyməzdi.
Uşaq günahını anasına etiraf etdi. Anası onun bu hərəkətini məsuliyyətsizlik
adlandırdı. O dedi ki, belə hərəkətlər dolayısı ilə insanın özünə və ətrafındakılara
ziyan vurur. Ona görə də insan hər bir hərəkətinə görə məsuliyyət daşımalıdır.
Uşaqların və valideynlərin üzərinə hansı məsuliyyət düşür?
Məsuliyyətli insan üzərinə düşən işləri yerinə yetirməyi özünün vəzifəsi hesab edir.
O, işinin nəticəsinə görə kiminsə ziyan çəkməsinə yol verməməyə çalışır.
Valideynlər uşağın normal şəraitdə yaşaması, onun sağlamlığı, təhsili, tərbiyəsi üçün
məsuliyyət daşıyırlar. Cəmiyyətdə hər bir insan ailəsi və Vətəni qarşısında
məsuliyyət daşıyır. Ona görə də hər kəs bacardığı işlə məşğul olmalıdır. Yaxşı övlad
tərbiyə etmək valideynin borcudur. Yaxşı dərs keçmək müəllimin vəzifəsidir.
Müəllim yol verməməlidir ki, şagirdləri onun bacarıqsızlığı üzündən ziyan çəksinlər.
Xəstəni yaxşı müalicə etmək həkimin borcudur. O, insan həyatı üçün cavabdeh
olduğunu bir an belə unutmamalıdır. Eləcə də ev tikən mühəndisdən tutmuş paltar
tikən dərziyə, saç kəsən bərbərə qədər hər kəs öz işinin məsuliyyətini dərk etməlidir.
Məsuliyyətli olmaq başqalarından çox insanın özü üçün faydalıdır. Çünki


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə