Həyat bilgisi 4



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə9/22
tarix02.10.2017
ölçüsü4,84 Kb.
#2950
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

məsuliyyətsiz kimi tanınan insana heç kim güvənmir və


Sənin mənəviyyatın
etibar etmir. Cəmiyyətdə insanların etibarını qazanmadan yaşamaq isə çətindir.
Ətrafındakı insanların etibarını itirmək istəmirsənsə, məsuliyyət hissini unutma!
SUAL VƏ TAPŞIRIQLAR
1.  Uşaq öz məsuliyyətsiz hərəkəti ilə kimə və nəyə ziyan vurmuşdu?
2.  Sən şagird kimi kimlərin qarşısında məsuliyyət daşıyırsan?
3.  Peşə seçimində məsuliyyət hissi ilə Vətən qarşısında borc arasında nə əlaqə
görürsən?
4.  «Mən hansı hərəkətlərimdə məsuliyyət daşıyıram» adlı esse yaz.


SƏNİN CƏMİYYƏTDƏ YERİN
18. FƏDAKARLIQ
Sən öz dostun, valideynin, yaxud Vətənin üçün nə edə bilərsən? Heç bir əvəz
gözləmədən dostuna hansı bir işdə isə kömək edə bilərsən?
Dostlar arasında bu, adi bir işdir. Sən öz dostuna vaxt ayırmısan. «Vaxt qızıldır», —
deməyimizə baxmayaraq, bu, qurban deyil. Sən vaxtını düzgün bölüşdürsən, özünə
də, dostlarına da çatar. Ona görə də sənin hərəkətini fədakarlıq adlandırmaq olmaz.
Bu, xeyirxahlıqdır.
Xeyriyyəçi insanlar öz pullarına məktəb, xəstəxana binaları tikir, başqalarının
təhsilinə, müalicəsinə və s. xeyli vəsait xərcləyirlər.
Hər bir insan üçün öz mal-mülkü əzizdir. Bu insanlar isə öz əmlaklarını başqalarına
sərf edirlər. Mal-dövlət əziz olsa da, buna fədakarlıq demək düz olmaz. Bu da
xeyirxahlıq, səxavətlilikdir. Sonra xərclənən vəsaitin yerinə, bəlkə, xərclədiyindən də
çox pul qazanmaq olar.
«Fəda» sözünün mənası ərəb dilində qurban deməkdir. Fədakarlıq lazım olduqda
başqalarının mənafeyi naminə, Vətənin müdafiəsinə canını qurban etməkdir.
Şəhidlər Xiyabanı
Milli Qəhrəman Mübariz İbrahimov Azərbaycan əsgərinin cəsur olduğunu, Vətən
yolunda döyüşə həmişə hazır olduğunu sübut etdi. Bu yolda o, canından keçdi.
Vətənini, xalqını canından artıq sevdiyini əməli ilə dünyaya göstərdi. Bütün


Azərbaycan xalqı Mübarizin hərəkətindən qürur duydu. Çünki o, insan üçün ən
qiymətli olan canını bu yolda əsirgəmədi.
Azərbaycanın Mübariz kimi minlərlə övladı var. Həyat şirindir. Vətən uğrunda canını
qurban verənlər Vətəni canlarından artıq sevənlərdir. Deməli, fədakarlığın əsasında
vətənə, millətə böyük sevgi hissi dayanır.
Bəs Vətəni yolunda canını fəda edən insan nə qazanır? Vətəni yolunda canından


Sənin mənəviyyatın
Azərbaycanın Milli Qəhrəmanı 
Mübariz İbrahimov
keçən insan adını onun tarixinə əbədi həkk edir. O, valideynlərinin, bacı-
qardaşlarının, qohumlarının, dostlarının, bütövlükdə xalqının adını ucaldır. Hamı
onun ruhu qarşısında baş əyir. «İgid ölər, adı qalar» demişlər. Vətən yaşadıqca onun
adı da yaşayacaq.
Xalqın müqəddəs bildiyi dəyərləri uğrunda canından keçməyə hazır olan Mübariz
kimi övladları varsa, demək, o xalq gələcəyə ümidlə baxmalıdır.
Sən belə bir xalqa mənsub olduğun üçün fəxr etməli və ona layiq olmalısan.
Bunun üçün nə etməlisən?
Yaxşı oxumalı, yüksək mənəviyyatlı şəxsiyyət kimi yetişməlisən. O zaman canını
Vətən yolunda fəda edən şəhidlərin ruhu şad olar. Çünki onlar uğrunda canlarını
verdikləri ölkənin vətəndaşlarını məhz belə görmək istəyərdilər.
SUAL VƏ TAPŞIRIQLAR
1.  Xeyirxahlıqla fədakarlığın oxşar və fərqli cəhətləri nədir?
2.  Milli Qəhrəmanlarımızdan daha kimləri tanıyırsan?
3.  Sənin qəhrəmanlar qarşısında mənəvi borcun nədən ibarətdir? Fikirlərini
dəftərində yaz.


4.  Müəllimin köməyi ilə yazıçı Mustafa Çəmənlinin «Mübariz» əsərindən bir
parçanı seçib oxu.


SƏNİN CƏMİYYƏTDƏ YERİN
19. İSLAM DİNİ NECƏ YARANDI?
İslamın peyğəmbəri Həzrəti Məhəmməd 570-ci ildə Məkkə şəhərində anadan
olmuşdur. O, dünyaya gəlməmiş atası, 7 yaşına çatanda isə anası vəfat etdi.
Anasının ölümündən sonra uşağın tərbiyəsi ilə babası Əbdülmütəllib məşğul oldu.
Bir il sonra babası Məhəmmədi əmisi Əbu Talibə tapşırıb vəfat etdi.
12 yaşı olanda Məhəmməd əmisi Əbu Taliblə birlikdə karvanla səfərə çıxdı. Əmisi ilə
işlədiyi müddətdə Məhəmməd ticarət işinin sirlərini öyrəndi.
25 yaşına çatanda o, Xədicə adlı varlı bir qadınla evləndi. Məhəmmədlə Xədicənin 4
qızı, 2 oğlu oldu. Oğlanlar körpə ikən vəfat etdilər. Qızlar isə böyüdülər. Onlardan
biri — Fatimə Peyğəmbərin sevimli nəvələri Həsənlə Hüseynin anası oldu.
Hər il Ramazan ayında Məhəmməd Hirə dağında mağaraya çəkilər, orada tənha
oturub fikirləşərdi. 40 yaşı tamam olandan sonra o, mağarada bir səs eşitdi. Səs ona
«Oxu», — dedi. Məhəmməd çaşıb qalmışdı. Səs daha sonra «Ey Məhəmməd, sən
Allahın rəsulusan», — dedi.
Sən İslam peyğəmbərinin şəxsiyyəti haqqında nə bilirsən?


Sənin mənəviyyatın
Həzrəti Məhəmməd çox sadə insan olmuşdur. O, bütün adi insanlar kimi yaşamış,
ailə qurmuş, işləyib çörəkpulu qazanmışdı.
Məhəmməd insanı hər şeydən uca tuturdu. O, hər hərəkətini yüz dəfə ölçüb-biçirdi,
insanların qəlbinə dəyməkdən həmişə ehtiyat edirdi.
Kimsəni incidib əziyyət verməzdi. Düşünürdü ki, insan özünə aid işləri özü
görməlidir. Yırtılmış paltarlarını özü yamayardı, başmaqlarını da özü təmizləyərdi,
üst-başının səliqəsinə xüsusi diqqət yetirər, pal-paltarını özü yuyardı. Azacıq
yeməklə kifayətlənər, artıq nəyi qalsa, imkansızlara verərdi. Süfrədə hamıdan az
yeyərdi ki, başqaları doyunca yesin. Qadınlara və uşaqlara həssaslıqla yanaşar,
onlara xüsusi qayğı göstərərdi.
Məhəmməd bütün tərəfdarlarını özü ilə bərabər tuturdu. Bir dəfə döyüşə başçılıq
etməyi Zeyd adlı qula tapşırmışdı. Ərəblər: «Bir o qalmışdı ki, bizə qul başçılıq etsin»,
— deyib narazılıq edəndə Peyğəmbər:
«Allah qarşısında bütün müsəlmanlar bərabərdir. Mömin müsəlman olmaq üçün
var-dövlət lazım deyil. Zeyd də sizin kimi müsəlmandır», — demişdi.
Məhəmməd başqa dinlərə də hörmətlə yanaşmağı tövsiyə edərdi. O, tərəfdarlarına
həmişə deyərdi: «Başqa dinlərə hörmət edin».
Biliyinizi artırın! — deyə öz ardıcıllarını həmişə öyrənməyə çağırardı. Bilik çətinə
düşəndə əlinizdən tutar, qaranlıqları işıqlandırar. O, çətində sizin ən etibarlı
dostunuz, tənhalıqda isə dayağınız olar.
Əvvəlcə Xədicə, sonra Məhəmmədin əmisi oğlu Əli və yaxın dostu olan Əbu Bəkr,
əmiləri Həmzə, Abbas tslamı qəbul etdilər. Ancaq qəbilə üzvlərinin hamısı
Məhəmmədin dinini qəbul etmədi. Onlar birləşib Məhəmmədi və onun
tərəfdarlarını sıxışdırmağa başladılar. Sonralar həmqəbilələri onları təqib etməkdən
əl çəkdilər. İslam dini möhkəmləndi. İslam dini Ərəbistanın bütün ərazisini tutub,
ətraf ölkələrə də yayıldı.
SUAL VƏ TAPŞIRIQLAR
1.  Məhəmmədin tərbiyəsi ilə kim məşğul olmuşdur?
2.  Məhəmmədə peyğəmbərlik neçə yaşında verildi?
3.  Məhəmmədin gətirdiyi dini ilk olaraq kimlər qəbul etdi?
4.  «İslam peyğəmbərinin həyatı və fəaliyyəti» adlı esse yaz.


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə