Həyat bilgisi 7-ci sinif



Yüklə 320,57 Kb.
səhifə14/15
tarix25.06.2018
ölçüsü320,57 Kb.
#51765
1   ...   7   8   9   10   11   12   13   14   15

1. EMOSİYALAR HƏYATI BƏZƏYİR

Aysel rəfiqəsindən, bacısından inciyərkən maraqlı rəsmlər çəkir. Anasına: “Bu

şəkilləri çəkərkən əhvalım yaxşılaşır, bütün incikliklərimi unuduram”, – deyir.

Sizcə, Aysel sağlamlığın hansı aspektini nümayiş etdirir?

Gündəlik həyatımızda rast gəlinən hər bir amil həyat tərzimizə öz təsirini göstərir.

Qəzetdən, radiodan, televiziyadan, eləcə də digər informasiya mənbələrindən alınan

məlumatlar insanda həm mənfi, həm də müsbət emosiyalar yaradır. Həyatımızı

bunlarsız təsəvvür etmək olmaz. Müsbət emosiyalar sağlamlıq üçün faydalı, mənfi

emosiyalar isə təhlükəlidir.

Mənfi emosiyalar orqanizmin fəaliyyətinə zərərli təsir göstərir. Belə emosiyalar bəd

xəbər, qorxu, uğursuzluq, münaqişə, ümidsizlik və s. hallarda yaranır. Bu zaman qəm-

qüssəyə qərq olur, həyəcanlanır, əsəb gərginliyi keçirir, taqətsizlik hiss edirik ki, bu da

gələcəkdə müxtəlif xəstəliklərə səbəb ola bilər. Mənfi emosiyalardan uzaq olmaq

sağlamlıq üçün olduqca vacibdir. Bu işdə sənə yoldaşlarınla, valideynlərinlə ünsiyyət

kömək edə bilər. Məhz buna görə də insanlarla ünsiyyətdə olarkən münaqişələrə

girməməli, emosiyalar düzgün idarə edilməlidir.

Münaqişələrin həllini asanlaşdıran davranış formalarını yadınıza salın.



Müsbət emosiyalar qələbə, sevinc, şad xəbər, uğur və s. kimi hadisələr nəticəsində

yaranır. Yəqin ki, hər birimiz üçün sakit, rahat və estetik zövqü oxşayan bir mühit

olduqca vacibdir. Mebelin üzərindəki naxışlar, xüsusi zövqlə açılmış süfrə, maraqlı bədii

əsər, konsert, klassik bir musiqi, insanı nağıllar aləminə aparan bir film, həyətdə yağan

qar əhvali-ruhiyyəni yaxşılaşdırır, müsbət emosiyaların yaranmasına səbəb olur.



Bəzən həm mənfi, həm də müsbət emosiyalar stressə* səbəb ola bilir.

Öyrənəcəyin dərslərin üst-üstə yığılması, imtahana hazırlıq, yaxın adamın uzaq

səfərdən qəfil qayıtması, ətrafdakılarla münaqişələr, hər hansı bir işdə gözlənilməz

uğurun qazanılması, yaxın adamların vəfatı, inciklik, qısqanclıq, xəstəlik, həyati

təhlükə və s. kimi hallar stressə səbəb ola bilər.

Alimlərin bir qismi hesab edir ki, stresdən qaçmağa çalışmaq əvəzinə, hisləri

cilovlamağı bacarmaq lazımdır. Bunun üçün stressə qarşı nikbin mövqe tutaraq reallığı

qəbul etmək, özünü ələ almaq olduqca əhəmiyyətlidir.

Gülarə altıncı sinifdə oxuyurdu və çox məsuliyyətli qız idi. Evlərində qonaq

olduğuna görə o, coğrafiya müəlliminin verdiyi tapşırıqları yerinə yetirə bilməmişdi.

Səhər müəllim ondan dərsi soruşdu və hazırlıqsız olduğuna görə danladı. Gülarə

pərt oldu. Müəlliminə tapşırıqları yerinə yetirməməsinin səbəbini izah edə bilmədi

və ağlamağa başladı.

Gülarənin bu haldan çıxa bilməsi üçün ona nə kimi məsləhətlər verə

bilərsiniz?

Stress insan sağlamlığına mənfi təsir göstərir, hətta nevrozların*, ürək-damar

xəstəliklərinin, mədə xorası xəstəliyinin və s. yaranmasına səbəb olur.

Emosiyalar həyatı bəzəyir, məzmunlu edir. Müsbət emosiyalarla yaşayaq, mənfi

emosiyalardan hər vasitə ilə uzaq olaq.

1.  Mənfi emosiyalardan necə xilas olmaq olar?

2.  Şən musiqiyə qulaq asmaq, İncəsənət muzeyində olmaq, maraqlı bir bədii əsər

oxumağın insanda yaratdığı müsbət emosiyalar hansılardır?

3.  Aşağıda göstərilən hansı hallar stressə səbəb ola bilər? Stresdən çıxmağın

yolları haqqında yoldaşlarınıza tövsiyə hazırlayın.



qələbə

            



yuxusuzluq

            



şən musiqi

            



qaranlıq

           

           

xəstəlik

                



imtahan

               



rəsm əsəri


*Stress – orqanizmdə gözlənilməz və qeyri-adi təsirlərin nəticəsində baş

verən hallar. 



*Nevroz – sinir sisteminin funksional pozğunluğudur.


2. SAĞLAMLIĞIMIZIN QAYĞISINA QALAQ

İlqar öz sağlamlığının qayğısına qalır. Sizcə, o indi sağlamlığın hansı şərtinə əməl

etdiyi barədə bizə məlumat verir? Sağlamlığın hər üç aspektini əhatə etmək üçün

İlqar bura daha hansı şəkilləri əlavə edə bilərdi?

Orqanizmimizin hər bir üzvünün sağlam və yaxud xəstə olması daha çox özümüzdən

asılıdır. Bədən çəkisinin artıq olması, hərəkət azlığı, düzgün qidalanmamaq, siqaret

çəkmək, narkotik maddələrdən və spirtli içkilərdən istifadə etmək onlara aludəçilik

sağlamlıq üçün zərərlidir.

Elmi-texniki tərəqqi insanları vaxtsız qocaldan, xəstəliklərə düçar edən, insan ömrünü

xeyli qısaldan ağır, üzücü fiziki əməkdən xilas edib. Lakin bununla yanaşı, fiziki işlə

məşğul olmamaq, hərəkət azlığı insanda bir sıra xəstəliklərin əmələ gəlməsinə səbəb

olmuşdur. Əzələlərin fəallığının azalması hüceyrə və toxumalarda oksigen aclığı

yaradır. Hərəkət azlığı ürək xəstəlikləri, beyinə qan sızması və s. xəstəliklərin

yaranmasının başlıca səbəbi olmasa da, bu xəstəliklərin yaranmasında az rol oynamır.

Sağlam həyat eyni zamanda zərərli vərdişlərdən uzaq olmaqdır.

Qədim Yunanıstanda belə bir deyim vardı: “Güclü olmaq istəyirsənsə,

qaç, gözəl olmaq istəyirsənsə, qaç, ağıllı olmaq istəyirsənsə, qaç”.



Siqaretin tərkibində 200-dən çox zərərli maddə vardır. Bu zərərli maddələr

tənəffüs yolları ilə ağciyərə, ağız suyu ilə həzm orqanlarına qədər gedib çıxır. Siqaret

çəkənlər tez-tez soyuqdəymə və yoluxucu xəstəliklərlə yoluxur, orqanizmin qanla

təchizi azalır, əmək qabiliyyəti xeyli aşağı düşür. Aparılan tədqiqatlara görə ağciyər

xərçəngi ilə xəstələnənlərin çoxu məhz siqaret çəkənlərdir.

Məhvedici təsiri daha çox olan digər bir zərərli vərdiş spirtli içkidən istifadə

etməkdir. Spirtli içki baş-beyin hüceyrələrini məhv edir, zəhərli maddələri

kənarlaşdıran qaraciyərə və böyrəklərə ziyan vurur. Daim spirtli içki qəbul edənlərdə

qastrit, mədə xorası, onikibarmaq bağırsaq xorası, qaraciyər xərçəngi, böyrək

çatışmazlığı, ürək-damar xəstəliklərinə tez-tez rast gəlinir.

Vaxtilə ABŞ-da siqaret çəkməyin ziyanını müəyyən etmək üçün

komissiya yaradıldı. Komissiyanın tərkibinə həm siqaret çəkənlər, həm

də siqaret çəkməyənlər daxil edilmişdi. Siqaretin ziyanı müəyyənləşdikdə

komissiyada iştirak edən siqaretçəkənlərin hamısı siqareti tərgitdi.




Yüklə 320,57 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə