Həyat bilgisi 7-ci sinif



Yüklə 320,57 Kb.
səhifə15/15
tarix25.06.2018
ölçüsü320,57 Kb.
#51765
1   ...   7   8   9   10   11   12   13   14   15

Zərərli vərdişlər içərisində ən təhlükəlilərdən biri də narkotiklərin

qəbuludur. Narkomanların orqanizmi zəifləyir, onlar arıqlayır, halsız olur, ruhi

pozğunluqlara düçar olurlar. Bu xəstələrin qaraciyər və böyrəkləri zəiflədiyi üçün zərərli

maddələr bədəni zəhərləyir. Belə insanların sinir sistemi pozulur. Onların əlləri əsir,

yaddaşları zəifləyir, əsəbi olurlar.

 

Zərərli vərdişlərə aludəçilik həm ailə, həm də cəmiyyət üçün



təhlükəlidir.


Bu gün özümüzü kompütersiz təsəvvür etmirik. İstədiyimiz məlumatı əldə etmək üçün

kompüter köməyimizə çatır. Lakin həkimlər azyaşlı uşaqlara kompüterdən çox istifadə

etməyi məsləhət görmürlər. Gözün inkişafı ilə əlaqədar olaraq uşaqların kompüterə və

ya televizora uzun müddət baxması ciddi problemlər yarada bilər.

Kompüter qarşısında çox oturmaq yuxu və sinir pozğunluğuna səbəb olur ki, bu da

nevroza gətirib çıxarır. Gecə saatlarında kompüterdən istifadə uşaqlarda və hətta

böyüklərdə də beynin inkişafına mane olur.

Sağlamlığımızı qorumağı öyrənməsək, heç bir təbib bizə kömək edə bilməz. Ona görə

də tez-tez “düzgünmü qidalanıram”, “istirahət edirəmmi”, “sinir hüceyrələrimi

qoruyurammı”, “təmiz havada gəzirəmmi” sualları ətrafında düşünməniz vacibdir.

1.  Televizordan və telefondan asılılığın insan orqanizminə mənfi təsiri haqqında

məlumat toplayıb təqdimat hazırlayın.

2.  Elə bir şüar və simvol yaradın ki, ona baxanlar zərərli vərdişlərin insanı hansı

hala saldığını təsəvvür etsin və zərərli vərdişlərə “yox” desin.

3.  Elə bir tibbi cihazı təsvir edin ki, bu cihaz insanları zərərli vərdişlərdən xilas

edə bilsin.

4.  “Siqaret çəkənlərin ətrafında olan insanlara dəyən ziyan” mövzusunda esse

yazın.



3. HANSI TƏHLÜKƏLƏRLƏ RASTLAŞA BİLƏRİK?

Lamiyə dərs oxuyurdu. Kiçik bacısı Sevinc otaqda yatdığından o, stolüstü lampanı

yandırdı. Elektrik naqili xalçanın altında qalmışdı. Lamiyənin anası bunu görüb tez

lampanı söndürdü. Sizcə, o bunu nə üçün etdi?

Bu gün respublikamızın regionlarında uşaqların doyunca əylənə biləcəyi parkların, uşaq

əyləncə mərkəzlərinin olması hamımızı sevindirir. Yəqin ki, boş vaxtlarınızda

valideynlərinizlə bu uşaq əyləncə mərkəzlərinə, parklara, yayda isə çimərliklərə

getməyi çox sevirsiniz. Lakin vaxtınızı maraqlı keçirmək istədiyiniz bu cür yerlərdə

gigiyena və təhlükəsizlik qaydalarına əməl etməməniz bəzən xoşagəlməz hallara

səbəb ola bilər.

Təyyarə qəzası

Elm və texnika inkişaf etdikcə qəza halları da durmadan artır. İl ərzində yüzlərlə insan

məişətdə və ictimai yerlərdə baş verən müxtəliftipli qəzalar nəticəsində dünyasını

dəyişir və yaxud müxtəliftipli xəsarətlər alır. Bu isə adi təhlükəsizlik qaydalarını

bilməməkdən və yaxud onlara əməl etməməkdən irəli gəlir.



 

Uşaq əyləncə mərkəzlərində, parklarda və çimərliklərdə əməl etməli olduğunuz

təhlükəsizlik qaydaları hansılardır və bu qaydalara əməl etməməyin nəticələri nə

ola bilər?

Elektrik xətlərinin həddindən artıq qızması və elektrik şəbəkələrinin həddindən artıq

yüklənməsi elektrik yanğınlarına səbəb olur. Elektrik yanğınlarının söndürülməsində

sudan istifadə etmək olmaz. Sudan istifadə yanğının artması və eyni zamanda ciddi

elektrik vurması ilə nəticələnə bilər. Uşaqların elektrik cihazları ilə oynaması, elektrik

şəbəkəsinə hər hansı bir əşya salması, elektrik cihazlarını suya yaxın tutması və s.

nəticəsində də elektrik vurmaları baş verə bilər. Elektrik cərəyanı bütün orqanizmə, ilk

növbədə isə sinir sisteminə təsir göstərir. Belə halda qıcolma baş verir, bədən soyuyur,

ürəyin fəaliyyəti zəifləyir, çox vaxt insan ölür.

Gündəlik həyatımızda, tibdə bədən temperaturunu ölçmək üçün civəli termometrlərdən

geniş istifadə olunur. Lakin ehtiyatsızlıq nəticəsində termometr sına bilər və civə ətrafa

yayılar. Civə dağılmaları zamanı aşağıdakı qaydalara əməl etmədikdə bədənə daxil

olan civə təzyiqin yüksəlməsinə, infarkta, dəridə qızartıların və yaraların yaranmasına,

gözlərin sulanmasına səbəb ola bilər.



Civə dağılarsa:

– Civə damcılarının üstünə çıxmamalı və azyaşlı uşaqları həmin yerdən

uzaqlaşdırmalı;

– Pəncərəni açmalı;

– Yerə tökülən civə parçalarını təmizləmək üçün tozsorandan istifadə etməməli;

– Plastik (rezin) əlcək geyib yerdəki civə damcılarını bir qabın içinə süpürməli;

– Yığılmış damcıları plastik torbanın içinə atıb ağzını bağlamalı;

– Plastik torbalar evdəki zibil qabına atılmamalı, tullantıların qaydalara uyğun

məhv edildiyi yerə təhvil verilməlidir.

Təhlükəsizlik qaydalarına əməl olunmaması bir sıra bədbəxt hadisələrə səbəb ola

bilər. Belə hallarda zərərçəkəni xilas etmək üçün vaxt itirmədən ilkin yardım

göstərilməli və təcili həkimə müraciət olunmalıdır.

1.  İctimai yerlərdə hansı təhlükəsiz davranış qaydalarına əməl olunmalıdır?

2.  Küçələrdə tez-tez sahibləri tərəfindən gəzdirilən itlərə rast gəlinir. İtin

sahibinin və ətrafdakı şəxslərin hansı təhlükəsizlik qaydalarına əməl etməli

olduğunu və it dişləyərsə, insanın üzləşəcəyi təhlükələri müəyyənləşdirin.

3.  Kimya laboratoriyasında hansı təhlükəsizlik qaydalarına əməl olunmalıdır? Əks

halda hansı təhlükələrlə rastlaşa bilərsiniz? Cədvəl tərtib edin.




4. EHTİYATI ƏLDƏN VERMƏYƏK

Novruz bayramı idi. Çingiz valideynləri ilə birlikdə Gəncədə yaşayan əmisigilə

qonaq gedirdi. Onlar əmisigilə həmişə öz maşınları ilə gedirdilər. Bu dəfə isə ata

oğlundan Gəncəyə nə ilə getmək istədiyini soruşdu. Çingiz Gəncəyə həm avtobus,

həm qatar, həm də təyyarə ilə getməyin mümkünlüyünü bildiyindən “Qoy bir az

düşünüm” deyib böyük qardaşının yanına getdi.



– Sizcə, Çingizin düşünməsinə nə səbəb ola bilərdi? 

– O nələrə əməl etməlidir ki, təhlükələrdən uzaq olsun?

Hər birimiz piyada olmaqla yanaşı, həm də sərnişinik. Yaxın məsafələrə getmək üçün

metrodan, avtobusdan istifadə etsək də, uzaq məsafələrə getmək üçün avtobus və

taksi ilə yanaşı, qatardan, təyyarədən də istifadə edirik. İstənilən ictimai nəqliyyatdan

istifadə zamanı sağlamlığını, həyatını qorumaq üçün müəyyən qaydaları bilməli, lazımi

bacarıqlara yiyələnməlisiniz.

Avtobusda təhlükəsizlik qaydaları

Boş oturacaq olduğu halda əyləşməli;

Salonda gəzməməli, qaçmamalı, ayaq üstə duran zaman tutacaqdan

tutmalısınız. Əks halda sürücünün əyləci basması nəticəsində zədələnmə baş

verə bilər;

Qapıya söykənməməli;

Yüksək səsli musiqiyə qulaq asaraq və ucadan danışaraq sürücünü

çaşdırmamalı;




Bədənin müəyyən hissəsini və yaxud hansısa əşyanı pəncərədən bayıra

çıxarmamalısınız.




Metroda təhlükəsizlik qaydaları

Eskalatorda sağ tərəfdə, üzü hərəkət istiqamətinə dayanmalı və barmaqların

tutacağın altında qalmamasına nəzarət etməli;

Platformada qatarın gəldiyi yola yaxın durmamalı;

Relslər üzərinə hər hansı bir əşya düşərsə, təcili növbətçiyə bu barədə xəbər

verməli;


Vaqonun qapılarına yaxınlaşmaq üçün qatarın dayanmasını və sərnişinlərin

düşməsini gözləməli;

Qatara minəndə və düşəndə hərəkətli qapılarla ehtiyatlı olmalı;

Qapıya söykənməməli;

Vaqonda və yaxud platformada gördüyünüz sahibsiz əşyalara toxunmamalı, bu

barədə növbətçiyə xəbər verməlisiniz.

Təyyarədə təhlükəsizlik qaydaları

Uçuş zamanı siqaret çəkməməli və elektron vasitələrdən istifadə etməməli;

Təyyarə havaya qalxarkən və yerə enərkən mütləq təhlükəsizlik kəmərlərini

bağlamalı;

Hava gəmisindəki avadanlıqları korlamamalı;

Baqajda radioaktiv maddələr, fişəng, maqnit və s. aparmamalı;

“Sərt eniş” zamanı əyilərək əlləri dizlərin altında bağlamalı, başı mümkün qədər

aşağı salmalı, ayaqları döşəməyə dirəməlisiniz.




Dəmiryol qatarlarında təhlükəsizlik qaydaları

Vaqona daxil olarkən qəza çıxışlarının və yanğınsöndürən cihazların yerlərini

öyrənməli;

Baqajda tez alışan, kimyəvi təhlükəli, partlayışa səbəb ola bilən maddələri

aparmamalı;

Zərurət olmadıqda stop krandan (əyləc) istifadə etməməli;

Pəncərədən çölə boylanmamalı, vaqonun pilləkənlərində durmamalı;

Tüstü və ya yanıq iyi hiss etdikdə, şübhəli şəxs və ya bağlama gördükdə qatar

bələdçisinə xəbər verməli.

1.  Lalə valideynlərilə birgə Türkiyəyə istirahətə getməyə hazırlaşırdı. İnternet

vasitəsilə təyyarədə təhlükəsizlik qaydaları haqqında məlumat topladı.

Topladığı məlumatda həm təyyarədə, həm də dəmiryol qatarlarında bəzi

təhlükəsizlik qaydalarının eyni olduğunu müşahidə etdi. 

Sizcə, bu qaydalar hansılardır?

2.  Xanımın babası 1994-cü ildə Bakı metropolitenində baş vermiş terror aktı

zamanı həlak olmuşdu. Ona görə də elə hey metroda yanğın olarsa, hansı

qaydalara əməl edəcəyini düşünürdü. Xanıma bu işdə yardım etmək

məqsədilə metroda yanğın və partlayışlar zamanı təhlükəsiz davranış

qaydaları haqqında məlumat toplayın.

3.  Gəmidə və dəmiryol nəqliyyatında təhlükəsiz davranış qaydalarını və bu

qaydalara riayət etmədikdə yaranan təhlükəni aşağıdakı cədvəldə qeyd edin.

İctimai nəqliyyatın növü

Təhlükəsizlik

qaydaları

Qaydalara riayət 

etməməyin nəticələri

Gəmi


 

 

Qatar



 

 

4.  Məktəbinizdəki şagirdlərin ictimai nəqliyyatda təhlükəsizlik qaydalarına əməl



etmələri üçün buklet və simvol hazırlayın.



4. BUNLARI HAMI BACARMALIDIR

Nazim və Samir dənizdə çimirdilər. Hava küləkli olduğu üçün dənizdə və sahildə

heç kim qalmamışdı. Nazim Samiri çağırıb evə getmələrini demək istədi. Ancaq o

gördü ki, Samir suya batıb çıxır. Nazim Samiri çox çətinliklə sahilə çıxardı. Samir

huşunu itirmişdi.

Bu zaman Nazim nə etməli idi?

Təbii, texnogen xarakterli fəlakətlər və qəzalar zamanı necə davranmalı olacağınız

artıq sizə məlumdur. Ancaq qəzalardan nə qədər qaçmağa çalışsaq da, çox vaxt

müxtəlif təhlükəli vəziyyətlərlə rastlaşırıq. Hər hansı bir zədələnmə zamanı həkim

gələnə qədər göstəriləcək ilk yardımın böyük əhəmiyyəti vardır. Əzilmə, burxulma,

çıxıq və sınıqlar, yanıqlar, qanaxmalar, huşun itməsi, müxtəlif zəhərlənmələr, ilan

sancması və s. hallar zamanı özünü itirmək, təmkinsizlik zərərçəkənin vəziyyətini bir

qədər də ağırlaşdıra bilər. Bəs belə hallar zamanı nə etməli?



Burxulma və çıxıqlar insanın oynaqlarında baş verən zədələnmələrdir. Bu zaman

zədələnmiş yerə buz, yaxud soyuq suda isladılmış dəsmal qoyulur. Burxulma zamanı

həmin yer möhkəm sarğı ilə sarınır. Çıxığı yerinə salmağa çalışmayın, onu tərpənməz

vəziyyətə gətirin. Əks halda bu ətraf toxumaları zədələyə bilər.



Zərərçəkəni əlverişsiz şəraitdən uzaqlaşdır. Dərhal təcili

yardım çağır! Təcili yardım gələnə qədər aşağıdakıları etmək

vacibdir.


Sınıqlar. Sümük sınıqları iki cür olur: açıq və qapalı sınıqlar. Adətən, açıq sınıq zamanı

sınmış sümüklər şiş uclu, iti olur. Onlar əzələ, qan damarları, sinirləri və dərini kəsir.

Belə olduqda yaranı təmizləmək, qanaxmanı dayandırmaq, üzərinə təmiz sarğı

qoymaq və şina qoyub tərpənməz hala gətirmək lazımdır. Qapalı sınıqlar zamanı da

şinalar qoyulur. Şinalar qoyularkən elə etmək lazımdır ki, ən azı iki oynaq əhatə

olunsun.


Ancaq bəzən elə sınıqlar olur ki, ona şina qoymaq olmaz. Qabırğalar, onurğa sütunu,

kəllə sümükləri sındıqda şina qoyulmur.



Qanaxma. Qan damarlarının zədələnməsi qanaxmalara səbəb ola bilər. Qanaxma

zəifdirsə, yaranın ətrafına yod çəkib bağlamaq, bəzən isə basıcı sarğı qoymaq

kifayətdir. Ən təhlükəli qanaxma arterial qanaxmadır. Bu zaman zərərçəkən bir neçə

dəqiqə ərzində çox miqdarda qan itirə bilər. İlk yardım zamanı ətrafı dərhal

zədələnmiş yerdən yuxarı turna və ya burulmuş parça, bel kəməri, rezin və s. ilə

möhkəm sıxmalı, təcili xəstəxanaya göndərilməlidir. Turnanın bağlandığı vaxt qeyd

edilməlidir. Çünki turna çox qalarsa, ətrafa qan işləməz və toxumalar məhv olar.



İlan sancmaları zamanı 2 qanayan nöqtədən ibarət olan yara və bu nahiyədə güclü

ağrı müşahidə olunur. Dəri qızarır, şişkinləşir, göyərmələr yaranır. Xəstədə

ürəkbulanma, qusma, soyuq tər, nəfəsalmanın çətinləşməsi, yuxululuq halları olur.

Bu zaman:

– Zərərçəkən hərəkət etməməlidir. Çünki bu, zəhərin yayılmasına səbəb olur. Bu

zaman “təcili yardım” maşınına qədər xərəkdə aparılmalıdır!

– Yaranı təmiz su ilə yuyub, yod və ya brilyant yaşılı ilə dezinfeksiya edərək steril sarğı

qoyulmalıdır. Ətraf şişdikdə sarğını bir qədər boşaltmaq lazımdır. Dişlək yer sarğının

altında qalmamalıdır. Zəhərin sorulma sürətini azaltmaq üçün sarğının üzərinə buz və

ya soyuq kompres qoyulmalıdır.

– Zədələnmiş ətrafa (ayağı və ya qolu) sınıqlarda olduğu kimi şina qoyulur və ya

zədələnmiş ətraf sağlam ətrafa bağlanır. Bu yolla zəhərin orqanizmə yayılma sürəti

azalır.

Boğulma, suda batma, elektrik və ildırım vurması zamanı insanlara süni

tənəffüs verilə bilər. Bu zaman zərərçəkən üfüqi vəziyyətdə uzadılır, ağzı təmizlənir,

başı arxaya əyilir və ağzı açılır. Sonra dərindən nəfəs alıb onun ağzına hava üfürülür.

Bu, dəqiqədə 16-18 dəfə təkrar olunur.

Əgər ürək dayanıbsa, o, dolayı yolla masaj edilir. Yəni hər nəfəsvermədən sonra ürəyi

3-4 sm dərinlikdə 4-5 dəfə sıxmaq lazımdır. Bunu iki nəfərin etməsi daha faydalı olur.




 

Yanıqlar müxtəlif səbəblərdən: oddan, buxardan, kimyəvi maddələrdən, qızmış

metallardan və s. baş verə bilər. Yanıqların I, II, III və IV dərəcəsi olur. Ən qorxulu

yanıq IV dərəcəlidir.

Yanıqlar zamanı güclü ağrılar olur, zəhərli maddələr yaranıb qana sorulur və

zəhərlənmə baş verir. Zərərçəkənə ilk yardım zamanı onun yanan paltarını söndürmək,

çoxlu maye içirmək lazımdır.

Yanıq zamanı əmələ gələn suluqları deşmək, yaraya yağ və s. maddələr sürtmək

olmaz. Yaranı spirtlə təmizləyib, sarğı qoyub həkimə çatdırmaq lazımdır. Kimyəvi

Elektrik vurması

Suda boğulma




maddələrlə yanıqlar zamanı yanan yer mütləq 15 dəqiqə axar su ilə yuyulmalıdır.

Yanıb dəriyə yapışmış paltarı zorla dartıb çıxarmaq olmaz. Onu çox ehtiyatla kəsib

çıxarmaq lazımdır.



Dəm qazından zəhərlənmə. Son dövrlərdə dəm qazından zəhərlənməyə tez-tez

rast gəlinir. Zəhərlənmə zamanı aşağıdakı hallar müşahidə olunur:

başgicəllənmə;

quru öskürək;

başağrısı;

ürəkbulanma;

qusma;

qıcolma;


huşun itməsi.

Zəhərlənmə zamanı ilk yardım:

– zərərçəkəni açıq havaya çıxarmalı;

– paltarının yaxasını açmalı;

- zərərçəkəni yarıoturaq vəziyyətə gətirib, alnına, sinəsinə soyuq kompres qoymalı;

zərərçəkən nəfəs almırsa, süni tənəffüs verilməli və ürəyi dolayı yolla masaj

edilməlidir.

Ürəkgetmə (bayılma) – huşun müvəqqəti itməsidir. Bayılmaya səbəb istivurma,

günvurma, güclü ağrı, qorxu, yorğunluq, kəllə-beyin zədələnmələri və s. ola bilər. Belə

olan halda:

– zərərçəkəni başı bədəndən bir qədər aşağı olmaqla uzatmalı;

– paltarının yaxasını açmalı;

– təmiz hava daxil olması üçün pəncərələr açılmalı;

– zərəçəkənin üzünə soyuq su çiləməli və ya naşatır spirti iylətməli.



Dəm qazından zəhərlənmə, yanğın və müxtəlif qəzalar zamanı zərərçəkənlər dərhal

hadisə yerindən uzaqlaşdırılmalı, ilk yardım göstərildikdən sonra həkimə

çatdırılmalıdır. Siz gələcəkdə ilk yardımın başqa növləri haqqında da məlumatlar əldə

edəcəksiniz.




1.  Suda baş verən təhlükəli hadisələrdən biri də əzələ qıcolmasıdır. Bu zaman

insanın ayağı tamamilə keyləşir. Bu halda özünüzə hansı yardımı göstərməli

olduğunuz barədə məlumat toplayın.

2.  Aşağıdakı ilk yardım növləri hansı qəzalar zamanı göstərilə bilər?

İlk yardım

Qəza


Süni tənəffüsün verilməsi

 

Turnanın qoyulması



 

Şinanın qoyulması

 

Zədələnmiş nahiyəyə suda isladılmış dəsmalın qoyulması



 

3.  Aşağıdakı hallarda hansı ilkin yardım tədbirləri görülməlidir?

Qəza

İlk yardım



Yanıq

 

Dəm qazından zəhərlənmə



 

Bayılma


 

Arterial qanaxma



 

Vaxtında edilən yardım insan həyatını qorumaq deməkdir.



Yüklə 320,57 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə