Həyat bilgisi 7-ci sinif



Yüklə 320,57 Kb.
səhifə2/15
tarix25.06.2018
ölçüsü320,57 Kb.
#51765
1   2   3   4   5   6   7   8   9   ...   15

Dəmir, nikel kimi maddələrlə maqnit arasında toxunma olmasa da, qarşılıqlı təsir

mövcuddur. Maqnitdən soyuducuların qapılarında, radio və televizorların

hazırlanmasında, ağır yüklərin qaldırılmasında geniş istifadə olunur. Lakin bankomat

və telefon kartları maqnitdən uzaq tutulmalıdır. Maqnit onların yararsız hala

düşməsinə səbəb ola bilər.

Futbol topunun istiqamətini dəyişmək, çantanı qaldırmaq, süngəri sıxmaq üçün qüvvə

sərf etmək lazımdır. Bu zaman qüvvənin təsirindən futbol



topu və çanta yerini dəyişəcək, süngər yığılacaq, sonra isə əvvəlki vəziyyətinə

qayıdacaq.

Yun köynəyi əyninizdən çıxaranda, saçınızı darayanda və s. hallarda kiçik

qığılcımların yaranmasını müşahidə edirsiniz. Bu halların başvermə səbəbini necə

izah edə bilərsiniz?

Qarşılıqlı təsir olmasa, insan Yer üzərində gəzə, nəqliyyat vasitələri isə hərəkət edə

bilməz. Yer səthində hərəkət etdiyimiz zaman Yeri özümüzdən geriyə itələdiyimiz kimi,

Yer də bizi həmin qüvvə ilə irəliyə doğru itələyir. Bu qüvvə nə qədər böyük olarsa,

hərəkətimiz də bir o qədər asan olar.

Təbiətdə baş verən hadisələrin səbəbini və nəticələrini bilmək olduqca vacibdir. Bunun

sayəsində insan faydalı hadisələrin mexanizmini öyrənmək və onların gedişini

sürətləndirməklə yanaşı, bu hadisələr haqqında qabaqcadan məlumat verə bilər.

Zərərli hadisələrin səbəbini bildikdən sonra isə onların qarşısını almağın yollarını

müəyyənləşdirmək olar.

1.  Buludlu havada şimşək çaxmasının səbəbini araşdırıb dəftərinizə yazın.

2.  Günəş öz ətrafındakı planetləri cəzb edir və onları uzaqlaşmağa qoymur. 

Bir anlığa fikirləşsək ki, Günəşin cazibəsi yoxdur. Sizcə, onda nə baş verə bilər?

3. ENERJİ VƏ ENERJİ ÇEVRİLMƏLƏRİ

Cisimlər müəyyən qüvvənin təsiri altında hərəkət edərkən iş görülür. Cisimlərin

işgörmə qabiliyyəti isə enerji adlanır. Bu anlayış həm canlı, həm də cansız aləmə

aiddir.

Enerjinin növlərini və ən mühüm xassəsini yadınıza salın.



Verilmiş sxemi

yoldaşlarınızla

müzakirə edin.



Enerjinin müxtəlif növləri vardır: mexaniki enerji, daxili (istilik) enerji və s.

Səhər yuxudan durur, məktəbə getmək üçün hazırlaşırsınız. Əl-üzünüzü yuyur,

dişlərinizi fırçalayır, pilləkənləri düşür, yol gedirsiniz. Məktəbdə fiziki tərbiyə dərsində

müxtəlif hərəkətlər edir, dərsdən sonra asudə vaxtlarınızda futbol oynayırsınız. Bütün

bunlar üçün enerjinin sərf olunduğunu bilirsinizmi?

Yediyin qidalar səni böyüdür və enerji ilə təmin edir.

İnsan iş görmədikdə belə orqanizmdə üzvi maddələrin parçalanması nəticəsində daim

enerji ayrılır. Qida maddələri parçalananda onların tərkibində olan kimyəvi enerji

orqanizm tərəfindən istilik, mexaniki və elektrik enerjisi şəklində istifadə olunur. Bunun

nəticəsində orqanizm fəaliyyətdə olur, orqanlar işləyir, hərəkət edir, bədən qızır.




Ən sonda enerjinin bütün növləri istilik enerjisinə çevrilir. Onun bir qismi bədən

temperaturunu sabit saxlayır, artıq qalanı isə xarici mühitə verilir. Deməli, bizim

bədənimizdə də enerji öz-özünə yaranmır. O, bir şəkildən digər şəklə düşür.

 

Enerjinin bir-birinə çevrilməsi hallarına gündəlik həyatınızda da rast gəlirsiniz. Elektrik



mühərriklərində elektrik enerjisi mexaniki enerjiyə, digər məişət avadanlıqlarında isə

elektrik enerjisi mexaniki, istilik, işıq, səs enerjisinə çevrilir.

Dəmir parçasına çəkiclə zərbə vursanız, onun qızdığını müşahidə edəcəksiniz. Bu

zaman mexaniki enerji istilik enerjisinə çevrilir. Şüalanma nəticəsində işıq enerjisi

istilik enerjisinə çevrilir.

Deməli, təbiətdə baş verən hadisələr qarşılıqlı təsir, hərəkət və enerji çevrilmələri ilə

əlaqədardır. Bütün enerji çevrilmələri üçün bir qayda həmişə düzgün hesab olunur:

enerji itmir və heçdən yaranmır. O, bir şəkildən digər şəklə çevrilir.

Qida rasionunda yağlardan da istifadə olunur. İnsan ac qaldıqda bədəndəki yağlar

enerji mənbəyi olur. Ancaq normadan çox yağ yemək artıq çəki yaradır və

piylənməyə səbəb olur

1.  Məişətdə enerjinin bir-birinə çevrilməsinə dair misallar göstərin.

2.  Aşağıdakılara əsasən enerji çevrilmələrini müəyyənləşdirin: 

Yuxudan durub yatağını yığdın

_______________________________________ 

Vedrədəki su günəş şüaları altında qızdı _____________________________

Otağını təmizlədin _______________________________________

Məktəbə piyada getdin _______________________________________

Dərsdən sonra hər hansı bir idman növü ilə məşğul oldun

_____________________ 

Dişlərini fırçalayıb yuyundun _______________________________________ 

Elektrik lampasını yandırdın _______________________________________

Ütünü qızdırdın _______________________________________

Orqanizm qidalandıqda:

enerji itkisi bərpa

olunur.

orqanizmin hüceyrə və



toxumalarının

qurulması, yeniləşməsi

üçün xammal yaranır.

orqanizmin mühafizəsi,

orqanların işini tənzim

etmək üçün enerji və

maddələrlə təmin

olunur.



4. İNSAN VƏ ƏTRAF MÜHIT

Təbiətdə baş verən antropogen dəyişikliklər əksər hallarda müsbət xarakter

daşıyır. Lakin təbii proseslərə müdaxilə edən insan bir sıra hallarda təbiət

qanunauyğunluqlarını pozur. Bu onun özü üçün arzuolunmaz fəsadlara səbəb olur.



Müasir dövrdə insanın ətraf mühitə mənfi və müsbət təsiri nədən

ibarətdir?

Təbiətə düzgün yanaşmadıqda, təbii sərvətlərdən məqsədyönlü istifadə etmədikdə

təbiətə böyük ziyan vurulur. Təbiətə vurulan ziyan insanın özü üçün bəlaya çevrilir,

onun sağlamlığı üçün təhlükə yaradır, mühitin dəyişməsinə güclü təsir edir.

Atmosferin çirklənməsinin sərhədi yoxdur. Nüvə silahının hər hansı bir ərazidə

sınaqdan keçirilməsi ətraf ərazilərdə də radiasiyanın artmasına səbəb olur. Çünki

radiasiyaya məruz qalmış toz hissəciklərini güclü küləklər uzaq məsafələrə yaya bilir.

 

Zəhərli maddələrin atmosferdə yayılmasında pestisidlərin* səpildiyi əkin sahələrinin



də rolu az deyil. Belə halda zərərli maddələr küləklə uzaq məsafələrə yayılır və

müxtəlif fəsadlar törədir.



*Pestisid – ziyanvericilərə, xəstəliklərə və alaq otlarına qarşı istifadə edilən

kimyəvi və bioloji aktiv maddələrdir.




Yüklə 320,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə