Həyat bilgisi 7-ci sinif



Yüklə 320,57 Kb.
səhifə3/15
tarix25.06.2018
ölçüsü320,57 Kb.
#51765
1   2   3   4   5   6   7   8   9   ...   15

Tez-tez mətbuatdan, radio və televiziyadan ozon təbəqəsinin nazikləşdiyini, hətta bəzi

yerlərdə deşildiyini eşidirsiniz. Alimlər bunun səbəbini atmosferdə bir sıra maddələrin,

əsasən də freonların* çoxalması ilə əlaqələndirirlər. Ozon qatının nazikləşməsi

nəticəsində Yerdə ultrabənövşəyi şüaların artması insanlarda dəri xəstəliklərinin

çoxalmasına, immun sisteminin zəifləməsinə səbəb olur, flora və faunaya ciddi təsir

göstərir.

1994-cü ildə BMT-nin Baş Assambleyası 16 sentyabr tarixini “Beynəlxalq Ozon

Təbəqəsinin Mühafizəsi Günü” elan etmişdir.

1980-ci ildə bir çox dövlətlər tərəfindən özündə ozon qatını dağıdan maddələrin

istehsalının dayandırılmasını əks etdirən Monreal protokolu imzalanmışdır.

Su mənbələri neft tullantılarının, zavod və fabriklərin, məişət tullantılarının və çirkab

sularının hesabına çirklənir. Suyun çirklənməsi bir çox canlıların sayını tədricən azaldır,

eləcə də insanın yaşamasını təhlükə altına alır.

 

Azərbaycan ərazisində uzun zamandır ki, neft çıxarılır. Keçmişdə neft “açıq fontan”



üsulu ilə çıxarılırdı. Uzun müddət həm sahildə, həm də açıq dənizdə fəaliyyət

göstərən neft quyularından atılan çirkab suları, boru kəmərlərindən sızmalar, qəza

hallarında dənizə atılan külli miqdarda neft Xəzərin ekoloji mühitinə mənfi təsir

göstərmişdir. Suyun bu cür çirklənməsinin canlılara təsirini yoldaşlarınızla müzakirə

edin.

Hazırda insanları narahat edən problemlərdən biri də planetdə temperaturun



normadan bir neçə dərəcə artmasıdır.

*Freonlar – qaz və ya maye halında olan bir qrup maddələrdir.


İstixana effekti* deyilən bu problemi də insan özü yaratmışdır. Bunun nəticəsində

iqlim dəyişiklikləri baş vermişdir ki, bu da qütb buzlaqlarının əriməsinə, bol yağışlara,

sellərə, bəzi yerlərdə isə quraqlığa səbəb olmuşdur.

Torpaq bir çox canlıların yaşayış məskənidir. İnsanlar torpaqdan bol məhsul əldə

etmək üçün ona gübrə verir. Bu gübrələr torpağın məhsuldarlığını artırsa da, artıq

verildikdə onu yararsız hala salır. Çox gübrə verilmiş torpaqda bitən meyvə və tərəvəzi

yemək insanda zəhərlənmələrə, müxtəlif xəstəliklərin yaranmasına, torpaqdakı

canlıların məhvinə səbəb olur.

İri zavodların ətrafında da torpaqlar çox çirklənir. Zavodların borularından çıxan zəhərli

maddələr tədricən ətrafa çökür və bu torpaqları yararsız hala salır. Bakının neft

mədənləri ətrafında torpaqlar neftlə çirklənir. Əsasən, Abşeron yarımadasında,

Qobustanda, Şirvan-Muğan zonasında torpaqlar neft və neft məhsulları ilə daha çox

çirklənmişdir.

Hazırda bəşəriyyət üçün təbiətin qorunması qlobal

problemdir. Təbiətin qorunması üçün müxtəlif müqavilələr bağlanır, layihələr həyata

keçirilir, sazişlər imzalanır.

1.  Məktəbin və yaşadığınız ərazinin yaxınlığında ətraf mühitin çirklənməsinə

səbəb olan mənbələrin siyahısını tərtib edin.

2.  Sağlam ekoloji mühitin insan fəaliyyətində nə kimi rolu vardır? Fikirlərinizi

dəftərinizdə yazın.

3.  Canlıların təbii birliklərində yaşayan növlərdən birini məhv etdikdə, bu və ya

digər növlərə də təsir göstərir. Əgər təbiətdə torpaq arılarının yuvaları

dağıdılarsa, o zaman nə baş verər?

4.  Mətni tamamlayın. Bitkilərdəki ziyanvericilərə və xəstəliktörədicilərə qarşı

zəhərli kimyəvi maddələrlə mübarizə aparılması digər canlılara da güclü təsir

göstərir. 

Zəhərli kimyəvi maddələrdən istifadə zamanı_________________

* İstixana effekti – havada karbon qazının çoxalması hesabına

temperaturun artması

Prezident İlham Əliyev “Azərbaycan

Respublikasında ekoloji vəziyyətin

yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün

Kompleks Tədbirlər Planı”nı təsdiq etmişdir.



5. MEŞƏLƏR PLANETİMİZİN “AĞCİYƏR”İDİR

Leyla Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş “Meşələr planetimizin “ağciyər”idir,

meşələri qoruyun!” mövzusunda keçirilən inşa müsabiqəsinin qalibi olmuşdur.

– Sizcə, nə üçün meşələri planetin “ağciyər”ləri adlandırırlar? 

– Meşələrin məhv olması nə üçün qlobal problem hesab olunur?

Respublikanın meşə ilə örtülən ümumi ərazisi 12%-ə yaxındır. Ekoloqlar, alimlər

həyəcan təbili çalırlar ki, meşələr sürətlə qırılır. Ekoloji böhran get-gedə kəskinləşir. Bu

isə ətraf mühitin qorunması sahəsində qlobal miqyaslı layihələrin həyata keçirilməsini

tələb edir. Dünya alimləri meşələri təkcə xammal mənbəyi deyil, planetdə ekoloji

vəziyyətin yaxşılaşdırılması üçün əsas mənbə hesab edirlər. Meşələr qırıldıqca bitki

növləri tükənir, ətraf mühit çirklənir, qida rasionumuz kasıblaşır, bu isə insan

orqanizmində müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.

 

Aşağıdakıları insanın meşələrə birbaşa və dolayı yolla təsirinə müvafiq

qruplaşdırın və nəticələrini müzakirə edin.

Ağacların qırılması, bataqlıqların qurudulması, tonqalların qalanması, qarışqaların

məhv edilməsi, heyvanların ovlanması, yuvaların dağıdılması.

Havanın oksigenlə zənginləşməsi, xəstəliktörədən bakteriyaların məhv olması, torpaq

sürüşmələrinin qarşısının alınması, karbon qazının yarpaq vasitəsilə udulması

nəticəsində havanın təmizlənməsi və s. meşənin nə qədər əhəmiyyətli olduğunu bir

daha sübut edir. Ancaq təəssüf ki, insanlar həm birbaşa, həm də dolayı yolla meşələrin

məhvinə səbəb olur.




Meşə yanğınları planetin ekoloji tarazlığının pozulmasına səbəb olur. Meşələr karbonun

və suyun dövr etməsində mühüm rol oynayır, meşə yanğınları isə bu həyati prosesləri

pozur. Yanma nəticəsində atmosferə çoxlu miqdarda müxtəlif kimyəvi birləşmələr, ən

əsası isə karbon qazı atılır.

Yanğınlar meşə ekosistemlərinə, torpağın üst qatına dağıdıcı təsir göstərir, havanı və

suyu çirkləndirir. Nəinki meşə yanğınları, istənilən yanğın növü ekoloji ziyan verir.

Meşələrin məhvi atmosferdə yalnız oksigenin azalmasına səbəb olmur. O həm də

quraqlığın, torpaq eroziyasının* və sürüşmələrin əmələ gəlməsinə, səhralaşmanın

sürətlənməsinə, daşqınlara, selə, qasırğalara, iqlimin və relyefin kəskin dəyişilməsinə

və s. səbəb olur.

Planetin əhalisi üçün “səhralaşma” vahiməli sözdür. Onun həlli bütün ölkələrin

səylərinin birləşdirilməsini tələb edir. Buna görə də BMT tərəfindən səhralaşmaya qarşı

mübarizə konvensiyası qəbul edilmişdir.

*Torpaq eroziyası – torpağın yuyulması, dağılması

Gəlin heç bir gözəlliyi bizlərdən əsirgəməyən ana təbiətə, onun bütün

sərvətlərinə qayğı, sevgi və məhəbbətlə yanaşaq, onları qoruyub

saxlamağa çalışaq.




Yüklə 320,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə