Həyat bilgisi 7-ci sinif



Yüklə 320,57 Kb.
səhifə4/15
tarix25.06.2018
ölçüsü320,57 Kb.
#51765
1   2   3   4   5   6   7   8   9   ...   15

 

1.  Yaşadığınız ərazidəki ağacların qırılmasının ətrafdakı canlılara təsirini

müəyyənləşdirin.

2.  Aşağıda sadalananlardan meşəyə ziyan vura bilənləri seçin. Fikirlərinizi

əsaslandırın.

Kibrit, bıçaq, tonqal, su hövzələrinin qurudulması, ağacların

kəsilməsi, kompas, quş yuvası, velosiped, maqnitofon, balıq toru,

telefon, kəndir, mişar, axar suların istiqamətinin dəyişdirilməsi, meşə

torpaqlarının daşınması

3.  Fuad kənddə yaşayır. Onların kəndinə mavi yanacaq verilmədiyindən meşədən

odun gətirməyə gedir. O, üzərində bir neçə quş yuvası olan yaşıl ağacı kəsmək

istəyir, ancaq buna əli gəlmir. Fuad bu ağacı kəsərsə, onun təbiətə vura

biləcəyi ziyan barədə mətn tərtib edin.

4.  Meşənin qırılması nəticəsində aşağıdakı qida zənciri məhv ola bilər. 

Bu qida zəncirini dəftərinizdə tamamlayın və yoldaşlarınızla müzakirə edin.

Yarpaq

 

 



            

 

 



            

 

 



Yırtıcı quş

Həşəratlar

 

 



            

 

 



            

5.  Dövlət tərəfindən meşələrin qorunması məqsədilə həyata keçirilən tədbirlər

haqqında məlumat toplayıb təqdimatlar hazırlayın.

6.  Ətraf mühitin qorunmasına dair plakat və ya simvol hazırlayın.

Respublikamızda 

son 


illər 

meşələrin

qırılmasının  qarşısının  alınması  istiqamətində

bir  sıra  tədbirlər  həyata  keçirilir.  Meşələrin

sahəsi  hər  il  4  min  hektar  artır.  Bu  gün

Azərbaycan  dövləti  ekologiya  ilə  bağlı  əksər

beynəlxalq konvensiyalara qoşulur. Yaşıllıqların

qorunması  üçün  tərtib  olunan  müxtəlif  dövlət

proqramları,  verilən  prezident  sərəncamları

təbiətə qayğını əks etdirir.

Torpağın eroziyası



CƏMİYYƏTİN TƏLƏBATI

1.  CƏMİYYƏTİN HƏYATI

2.  İQTİSADİYYATIN CƏMİYYƏTİN HƏYATINDAKI

ROLU

3.  ƏMƏK BÖLGÜSÜ

4.  ƏMƏK VƏ ONUN NÖVLƏRİ

5.  DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRİMİZ

6.  DÖVLƏTİN İDARƏETMƏ FORMALARI

7.  CƏMİYYƏT VƏ TƏŞKİLATLAR

8.  CƏMİYYƏT VƏ ONUN HÜQUQİ TƏMİNATI

9.  HÜQUQ SAHƏLƏRİ




10.  KONSTİTUSİYADA TƏHSİL HÜQUQU


1. CƏMİYYƏTİN HƏYATI

İnsanların bir-biri ilə sıx əlaqədə olması, onlar arasındakı bağlılıq cəmiyyətin

həyatında əsas amillərdəndir. Siz artıq cəmiyyət və onun formalaşması haqqında

bir sıra biliklərə maliksiniz. Zaman keçdikcə cəmiyyətdəki dəyişikliklər həm ictimai,

həm siyasi, həm də iqtisadi həyata böyük təsir göstərir. Bildiyiniz kimi, cəmiyyətin

idarə olunmasında əsas rolu dövlət oynayır. Dövlət qanunvericilik aktları qəbul

etməklə, cəmiyyətin həyatını tənzimləyir.

Bəs vətəndaşların cəmiyyətdə rolu nədən ibarətdir? Onlar cəmiyyətin

idarə olunmasına necə təsir edir?

Cəmiyyət anlayışını yoldaşlarınızla müzakirə edin.

Televizorda, internetdə, məktəbdə, jurnal və qəzetlərdə bizim cəmiyyətin istəkləri,

cəmiyyətin problemləri, vətəndaşların tələbləri və s. ifadələr tez-tez işlədilir.

Hər bir vətəndaş cəmiyyətin üzvüdür. Vətəndaş ölkənin həyatında mühüm rol oynayan

şəxsdir. Vətəndaşın cəmiyyətin problemlərinin həllində iştirak etmək və qərarlar qəbul

edilməsinə təsir göstərmək hüququ vardır.

Vətəndaş cəmiyyəti – insanların birliyi olub özündə siyasi, sosial, iqtisadi, mədəni

sahələrində könüllü yaranan qeyri-dövlət strukturlarını birləşdirir. Ümumiyyətlə, inkişaf

etmiş mədəni, hüquqi və siyasi münasibətlər əsasında qurulan cəmiyyət başa düşülür.

Azərbaycan Respublikasında cəmiyyətin həyatında aşağıdakılar da rol oynayır:



siyasi partiyalar

 

peşə ittifaqları

 

yaradıcılıq birlikləri

dini birliklər

 

təhsil mərkəzləri və s.




Cəmiyyətin həyatını bir neçə sahəyə bölmək olar:

İqtisadi həyat

 

Sosial həyat

 

Siyasi həyat

 

Mənəvi həyat

Cəmiyyətin həyatında iqtisadiyyat əsas yer tutur. Hər hansı bir məhsulun hazırlanması,

onun istehsalı, alışı, satışı və s. buna nümunədir.

Cəmiyyətin sosial həyatına insanların sosial münasibətləri daxildir. İnsanların həyat

tərzindəki oxşarlıqlar onları sosial qruplarda birləşdirir.

Cəmiyyətin siyasi həyatı isə siyasi proseslərlə bağlıdır. Siyasət vətəndaşların

arzularının reallaşdırılması üçün bir vasitədir. Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev xalqın mənafeyinə xidmət edərək ölkəmizin beynəlxalq aləmdə

mövqeyini gücləndirir.

Siz cəmiyyətin siyasi həyatına aid hansı nümunəni göstərə bilərsiniz?

Cəmiyyətinin mənəvi həyatınа mədəniyyət, dünyagörüşü, adət-ənənələr, təhsil, peşə

fəaliyyəti və başqaları aiddir. Hər bir insanın davranışı, hisləri, qabiliyyəti, arzusu və s.

cəmiyyətin mənəvi həyatına daxildir. Hər birimiz ətrafımızda gözəllik, düzgünlük,

paklıq axtarırıq. Yaşadığımız ərazinin təmiz saxlanılması, insanların mədəni davranış

qaydalarına riayət etməsi, bir-birinə hörmətlə yanaşması və bu kimi başqa nümunələr

mənəvi həyatımızın bir hissəsidir.

Mənəvi həyatın sosial həyata təsiri varmı? Fikirlərinizi əsaslandırın.




Yüklə 320,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə