Həyat bilgisi 7-ci sinif



Yüklə 320,57 Kb.
səhifə5/15
tarix25.06.2018
ölçüsü320,57 Kb.
#51765
1   2   3   4   5   6   7   8   9   ...   15

Cəmiyyətin həyatı daim inkişaf edir və dəyişir. Hazırda ölkəmizdə aparılan islahatlar

cəmiyyət həyatının bütün sahələrini əhatə edir. Bütün bunlarla yanaşı, xalqımıza

məxsus olan milli-mənəvi dəyərlər də böyük ehtiramla qorunur.

1.  Cəmiyyət həyatının sahələri haqqında məlumat verin.

2.  Cəmiyyətin iqtisadi həyatı dedikdə nə başa düşürsünüz? Fikirlərinizi dəftərinizə

yazın.


3.  Cəmiyyətin sosial həyatına dair nümunələr göstərin.

4.  Cəmiyyətin mənəvi həyatı barədə fikirlərinizi söyləyin. Sinif yoldaşlarınızla

birgə mənəvi tələbatlarınızın siyahısını tərtib edin.

2. İQTİSADİYYATIN CƏMİYYƏTİN HƏYATINDAKI

ROLU

Məktəbdə şagirdlər şənliyə hazırlaşırlar. Ləmanın bu şənliyə geyinmək üçün paltarı



yoxdur. Anasından xahiş edib ki, ona yeni geyim alsın. Çiçək isə atasından ona

ayaqqabı almağı xahiş edib. İbrahim şənlikdə dənizçi rolunda çıxış edəcəyi üçün

ona da dənizçi geyimi tikdirmək gərəkdir.

Bildiyimiz kimi, həyatda yaşamaq üçün bizə qida ilə yanaşı, paltar,

ayaqqabı, mənzil və bu kimi başqa ehtiyaclarımızı ödəyən əşyalar da

lazımdır.

Necə oldu ki, bunlar cəmiyyətin həyatında mühüm yer tutdu?



İnsanlar həmişə təbiətin sirlərini öyrənməyə çalışmışlar. Əvvəllər məhsulu təbiətdən

hazır şəkildə əldə edən insan onun müxtəlif yollarla artırılmasını düşünməyə başladı.

Təbii ki, nemətlərin hamısı insanlara hazır şəkildə verilmir. Ona görə də müxtəlif

nemətləri əldə etmək üçün insanlar zaman keçdikcə onların istehsal edilməsini daha

da təkmilləşdirdilər. Əl əməyi maşınlı əməklə əvəz olunaraq istehsalın sürətlənməsinə

yol açdı. Fabrik və zavodların yaradılması qısa müddətdə keyfiyyətli məhsulların ortaya

çıxmasına şərait yaratdı.

 

Cəmiyyətin tələbatı sonsuzdur. Onun nemətlərə olan tələbatının ödənilməsinin əsasını



isə iqtisadiyyat təşkil edir. Əgər müşahidə aparsanız, müəyyən edərsiniz ki,

cəmiyyətdə ən mühüm yeri iqtisadi münasibətlər tutur.

Cəmiyyətdə iqtisadiyyatın mühüm yer tutmasını müəyyənləşdirin.

İqtisadiyyat istehsal (sənaye, kənd təsərrüfatı, tikinti, yük nəqliyyatı və s.) və qeyri-

istehsal (təhsil, səhiyyə, mənzil-kommunal xidmətləri və s.) sahələrini əhatə edir.

Ölkəmizdə mövcud olan istehsal sahələri haqqında fikir mübadiləsi aparın və

gəldiyiniz nəticəni dəftərinizə qeyd edin.

İstehsal – maddi nemətlər yaratmağa yönəldilmiş fəaliyyət prosesidir. O, firma,

müəssisə və birliklərdən, həmçinin səhmdar cəmiyyətlər* tərəfindən həyata

keçirilir. Bütün bunlarla yanaşı, ev təsərrüfatının iqtisadiyyatı da mövcuddur.



*Səhmdar cəmiyyət – hər hansı iqtisadi müəssisənin hüquqi təşkilati

cəhətdən geniş yayılmış formasıdır.




Məşhur Amerika iqtisadçısı, Nobel mükafatı laureatı Paul Samuelson iqtisadiyyatla

bağlı belə bir fikir söyləmişdi: “İqtisadiyyat indi və gələcəkdə istehlak etmək

məqsədilə müxtəlif əmtəələrin* istehsalının müxtəlif adamlar və qruplar arasında

bölüşdürülməsidir”.

Bu fikri müzakirə edin.

Cəmiyyəti iqtisadiyyatsız təsəvvür etmək olmaz. Cəmiyyət həyatının mövcudluğundan

bu günədək baş verən proseslər iqtisadiyyatla bağlıdır. İnsan yaşamaq üçün mübarizə

aparmış, onun inkişafı tələbatlarının çoxalmasına gətirib çıxarmışdır.

Respublikamızda da iqtisadiyyat inkişaf etməkdədir. İqtisadiyyat və Sənaye Nazirliyinin

yaradılması bu işə diqqətin artırılması ilə əlaqədardır. Aparılan islahatlar nəticəsində

ölkəmizdə iqtisadi sahədə bir çox uğurlar əldə edilmişdir. İqtisadiyyatın inkişafı xalqın

rifahından xəbər verir.

1.  Gündəlik tələbatlarınızın siyahısını hazırlayın.

2.  Heydər Əliyevin iqtisadiyyatla bağlı söylədiyi fikri başlıq seçərək esse yazın.

3.  İqtisadiyyatın cəmiyyətin həyatındakı rolunu necə başa düşürsünüz?

Fikirlərinizi nümunələrlə dəftərinizdə yazın.

4.  Cəmiyyətin idarə olunmasında iqtisadiyyatın rolu barədə nümunə göstərin.

*Əmtəə – satılıq mal

Ulu öndər Heydər Əliyev demişdir: 

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə

qadirdir”.



2. ƏMƏK BÖLGÜSÜ

Şagirdlər məktəbdə sinif divar qəzetini hazırlayırlar. Bu işdə onlar birgə çalışırlar.

İşin rahat olması üçün öz aralarında bölgü də aparırlar. Rauf yaxşı rəsm çəkməyi

bacarır. Ona görə də qəzetin rəsm işi ona həvalə edilir. Əsmər isə dizayn işlərinə

baxmalıdır. Bir sözlə, divar qəzetinin hazırlanmasında hər bir şagirdin işi bölünərək

müəyyənləşir.



Siz öz sinfinizdə hər hansı bir iş zamanı belə bölgü aparmısınızmı? Əgər

aparmısınızsa, bu bölgünü dəftərinizdə yazılı olaraq təsvir edin.

Yəqin ki, belə bir fikri eşitmisiniz: “İnsanı heyvanlar aləmindən ayıran əsas

əlamətlərdən biri əməkdir”. Əmək insanın həyatına, yaşayışına çox böyük təsir edir

desək, yanılmarıq. Tarixə nəzər salsaq, görərik ki, ibtidai icma halında yaşayan insan

təbiət qarşısında aciz olub. Zaman keçdikcə o, təbiətdən asılı olmamağın çıxış yollarını

da axtarmağa başlayıb. Onlar təbiətlə necə mübarizə aparırdılar? Bu suala cavab

tapmaq üçün diqqətimizi cəmiyyətin inkişaf tarixinə yönləndirək.

İbtidai insan təbiətlə mübarizə apararaq əkinçilik və heyvandarlıq vərdişlərinə yiyələnə

bildi. Sonralar insanlar bu təsərrüfat sahələrini inkişaf etdirməyə başladılar. Maldarlar

bol otlaqları olan sahələrə üz tutduqca əkinçilər daha münbit ərazi və su mənbələrinin

yaxınlığına can atdılar.

Beləliklə, əkinçilik və maldarlıq müstəqil sahəyə çevrildi. Bu sahələrin bir-birindən

ayrılması birinci ictimai əmək bölgüsü adlanır.

Qədim Misirdə əkinçilik

Birinci ictimai əmək bölgüsü



Yüklə 320,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə