Həyat bilgisi 7-ci sinif



Yüklə 320,57 Kb.
səhifə6/15
tarix25.06.2018
ölçüsü320,57 Kb.
#51765
1   2   3   4   5   6   7   8   9   ...   15

Maldarlıq

Zaman ötdükcə zəruri mallara tələbat artmağa başladı. Artan tələbat sənətkarların

əkinçi və maldarlardan ayrılması üçün şərait yaratdı. Bu müstəqillik ikinci ictimai

əmək bölgüsünün yaranmasına gətirib çıxardı. Sənətkarların hazırladıqları müxtəlif

sənət məhsulları, saxsı qablar, oraq, balta və s. insanların tələbatını ödəyirdi.

İkinci ictimai əmək bölgüsünün yarandığı dövrü tarix dərslərindən bilirsiniz. Onun

yaranmasına səbəb olan amilləri araşdırın.

Əvvəllər məhsullar şəxsi tələbatlar üçün nəzərdə tutulsa da, sonralar mübadilə və

satış üçün hazırlanırdı. Əkinçi öz məhsulunu sənətkarla, sənətkar maldarla, maldar

əkinçi ilə mübadilə etməyə başladı.

İkinci ictimai əmək bölgüsü

Dulusçu



Bunun nəticəsində əmtəə istehsalı həlledici amilə çevrildi. Əmtəə mübadiləsi ilə xüsusi

adamlar – tacirlər məşğul olmağa başladılar. Ticarətin meydana gəlməsi ilə tacirlərin

bir qrup kimi formalaşması yeni ictimai əmək bölgüsünü – üçüncü ictimai əmək

bölgüsünü yaratdı.

Üçüncü ictimai əmək bölgüsünün yaranmasına səbəb nə oldu? Sinif yoldaşlarınızla

bu barədə fikir mübadiləsi edin.

Əkinçilik, maldarlıq və sənətkarlıq ticarətin yaranmasına şərait yaratmışdı. Sonralar

iqtisadiyyatın və ticarətin güclənməsinə səbəb olan ictimai əmək bölgüsü cəmiyyətin

həyatına böyük təsir göstərmişdir. Zaman keçdikcə əməyin müxtəlif növləri

formalaşmağa və çoxalmağa başladı.

1.  Əmək bölgüsünün yaranması iqtisadi həyata nə kimi təsir göstərdi? Fikirlərinizi

qeyd edin.

2.  Ailənizdə əmək bölgüsü varmı? Cədvəl tərtib edərək qruplaşdırın.

Ailə üzvləriniz

Gördüyü işlər

 

 

 



 

 

 



Üçüncü ictimai əmək bölgüsü

Tacirlər



4. ƏMƏK VƏ ONUN NÖVLƏRİ

Humayın arzusu həkim olmaqdır. O, dərslərini yaxşı oxuyur, arzusuna çatmaq üçün

hər gün əmək sərf edir. Onun atası tikintidə çalışır. Anası isə müəllimdir. Babası

avtobus sürücüsüdür. Nənəsi Humaya tez-tez müxtəlif geyimlər tikir, hədiyyələr

gətirir. Axı onun nənəsi dərzidir.

Görürsünüzmü, Humayın ailəsində müxtəlif sahədə çalışan insanlar var. Sizin ailə

üzvlərinizin çalışdığı sahələr əməyin hansı növlərinə aid edilə bilər?

İnsan daim inkişafa can atmışdır. Müxtəlif inkişaf mərhələlərini keçən insan cəmiyyəti

buna nail oldu. Sadə əmək alətlərinin yerini mürəkkəb qurğulu mexaniki əmək alətləri

tuta bildi.

Əmək cəmiyyətin inkişafında əsas şərtdir. İnsanlar lap qədimdən öz tələbatlarını

ödəmək üçün müxtəlif əmək növləri ilə məşğul olmuşlar. Onlar qida əldə edərkən, ev

tikərkən, əkin-biçin işləri ilə məşğul olarkən müxtəlif üsul və vasitələrə əl atmış,

müxtəlif əmək alətlərindən məqsədəuyğun şəkildə istifadə etmişlər.

Cəmiyyətdə münasibətlərin əsasını əmək münasibətləri təşkil edir. Əmək bölgüsü və

onun müxtəlif formaları inkişaf etdikcə insanlar arasında iqtisadi əlaqələr

genişlənmişdir.



Yeni-yeni əmək növləri (fiziki, zehni, sadə, mürəkkəb və s.) formalaşırdı.

Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində qeyd edilir ki, əmək

fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst

surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.

Məlumdur ki, insan həm fiziki, həm də zehni işlə məşğul olur. Bu növlərin hər ikisində

işçinin həm əli, həm də beyni fəaliyyət göstərir. Fiziki işə bənnanın ev tikməsini,

dülgərin taxta yonmasını misal gətirmək olar. Zehni əməyə isə alimin araşdırması,

mühasibin hesablama əməliyyatı aparması və başqaları daxildir.

Məsələn, siz dərslərinizi hazırlayarkən daha çox zehni əməklə məşğul olursunuz. Lakin

bu zaman nə isə yaza, çəkə bilərsiniz, yəni cüzi də olsa, fiziki fəaliyyət bu prosesdə yer

tutur. Ev işlərinə kömək edərkən, məktəbdə sinif otağının təmiz saxlanması və

məktəbyanı sahənin təmizlənməsində iştirak edərkən fiziki əməklə məşğul olursunuz,

hətta bu zaman da beyində ən sadə işlərin planını, həyata keçirmə yolunu

fikirləşirsiniz. Zaman keçdikcə tələbatlarınız dəyişəcək, özünüzə peşələr seçəcəksiniz.

Bəziləriniz fiziki, digərləriniz isə zehni işə maraq göstərməklə həyatınızı quracaqsınız.

Əziz dostlar, əməyin hansı forması ilə məşğul olmanızdan asılı olmayaraq, cəmiyyətə

faydalı olmağa çalışın. Sizin xoşbəxtliyiniz öz əlinizdədir!

Atalarımız söyləmişlər: “Əmək xoşbəxtliyin açarıdır”. 

Bu atalar sözünü müzakirə edərək fikirlərinizi əsaslandırın.

1.  Gündəlik həyatınızda gördüyünüz işlərin siyahısını tərtib edin və onların hansı

əmək növünə aid olduğunu qeyd edin.

2.  Gələcəkdə hansı peşəyə sahib olacağınız haqqında esse yazın.

3.  Əmək haqqında deyilmiş atalar sözləri və ibrətamiz fikirləri toplayıb dəftərinizə

yazın.



5. DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRİMİZ

Uğur Azərbaycanda doğulub. O, paytaxt Bakıda yaşayır. Xalası qızı İnci isə

azərbaycanlı olsa da, Moskvada doğulub və orada böyüyüb. Azərbaycana qonaq

gələn İnci Uğurdan ölkəmiz haqqında məlumat verməyi xahiş etdi. Uğur ona tarixi

yerlərimiz və dövlətimiz haqqında məlumat verdi.

Siz də dövlətimiz haqqında bildiklərinizi sinif yoldaşlarınızla müzakirə

edərək dəftərinizdə qeyd edin.

Azərbaycan çox qədim dövlətçilik ənənələrinə malik olan ölkələrdən biridir.

Azərbaycan ərazisində yaranmış ilk dövlət Mannadır.

Üç yüz ilə yaxın bir müddət ərzində mövcud olmuş Manna süqut etdikdən sonra

Azərbaycan ərazisində yeni dövlətlər yarandı.

 

Azərbaycan ərazisində yaranmış hansı dövlətləri tanıyırsınız?



Strateji baxımdan olduqca böyük əhəmiyyət kəsb edən Azərbaycan torpaqları daim

basqınlara məruz qalıb. Ancaq yadellilərin bir-birini əvəz edən yürüşləri dövlətçilik

ənənəmizə mane ola bilmədi. Bu ərazilərdə yaranmış dövlətlər ölkənin iqtisadi, siyasi

və mədəni həyatını yüksəldə bildi.

XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün yeni bir tarixi mərhələsinə

qədəm qoydu. I Şah İsmayıl bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında

birləşdirə bildi. Mərkəzləşmiş Səfəvi dövləti xalqımızın tarixində böyük rol oynadı.



Yüklə 320,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə