Həyat bilgisi 7-ci sinif



Yüklə 320,57 Kb.
səhifə7/15
tarix25.06.2018
ölçüsü320,57 Kb.
#51765
1   2   3   4   5   6   7   8   9   10   ...   15

Azərbaycan dövlətçilik ənənəsinə malik olan ölkədirmi? Bu fikri əsaslandırın.

1828-ci ildə Rusiya və İran arasında bölünən torpaqlarımız işğal altına düşdü. Bu

işğaldan xilas olmaq üçün həm Şimali, həm də Cənubi Azərbaycanda azadlıq uğrunda

mübarizələr aparılmışdır. Bunların nəticəsi olaraq Şimali Azərbaycanda 1918-ci il mayın

28-də Azərbaycan Xalq Cümhuriyyəti yarandı və Şərqdə, o cümlədən türk-islam

dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi oldu.

Azərbaycan Respublikasının demokratik dövlət olmasını konstitusiyaya əsasən

sübut edin.

Bütün sahələrdə islahatlar aparan Xalq Cümhuriyyəti xarici siyasətdə uğurlu addımını

ata bildi. Dünyanın bir çox ölkələri Azərbaycan Xalq Cümhuriyyətini rəsmi olaraq

tanıdı. 23 ay ərzində böyük uğurlara imza atan bu dövlət sovet Rusiyası tərəfindən

1920-ci ildə süquta uğradıldı. 70 illik əsarətdə qalan xalq 1991-ci ildə yenidən

müstəqillik əldə etdi.



Azərbaycan Respublikası bu gün

uğurlu siyasətə imzalar atır. Ulu

öndər Heydər Əliyevin uzaqgörən siyasəti ölkəmizin inkişafına imkanlar açdı. Bu

siyasətin davamçısı İlham Əliyev dövlətçilik naminə bir çox islahatlar aparmaqdadır.

Xarici və daxili siyasətdə nailiyyətlər qazanan ölkə başçımız böyük səylə itirilmiş

torpaqlarımızı erməni təcavüzündən xilas etməyə çalışır. Ulu öndər Heydər Əliyevin

başladığı yolu davam etdirən ölkə prezidentimiz bu istiqamətdə bütün imkanlardan

istifadə etməklə yorulmadan uğurlu addımlar atmaqdadır.

1.  “Qədim dövlətçilik ənənələrimiz” mövzusunda esse yazın.

2.  Səfəvilər dövləti və Azərbaycan Respublikasının idarəetmə formalarını

fərqləndirin.

3.  Heydər Əliyevin dövlətimizin tarixindəki rolu haqqında müzakirələr aparın. Bu

barədə fikirlərinizi dəftərinizə qeyd edin.

Azərbaycan Respublikası

Konstitusiyasından çıxarış

Maddə 26.

I. Hər kəsin qanunla qadağan olunmayan

üsul və vasitələrlə öz hüquqlarını və

azadlıqlarını müdafiə etmək hüququ

vardır.


II. Dövlət hər kəsin hüquqlarının və

azadlıqlarının müdafiəsinə təminat verir.

Konstitusiyamızın bu maddəsini oxuyub

müzakirə edin.




6. DÖVLƏTİN İDARƏETMƏ FORMALARI

Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevdir. Xalqımız səsvermə yolu ilə onu

özünə rəhbər seçib. Hər biriniz bunu bilirsiniz.

Bəs görəsən, dünyanın bütün dövlətlərində bu belədirmi? Gəlin birgə

müəyyən edək.

Dövlətin idarəetmə forması dedikdə aşağıdakılar nəzərdə tutulur:



dövlət başçısının funksiyası, dövlət orqanlarının necə yaranması,

səlahiyyətlərin bölgüsü və s.

Bu baxımdan bütün dövlətlər monarxiya və respublikaya bölünür.



Monarxiyada* hakimiyyət dövlət başçısının – monarxın əlində cəmləşir. Bu ali

hakimiyyət, adətən, irsi olur. Monarx (çar, kral, şah) təkbaşına dövləti, hakimiyyəti

idarə edirdi. Müəyyən zaman keçdikdən sonra bu idarəçilik sistemində də bir sıra

dəyişikliklər oldu. Ona görə də, monarxiya idarəçiliyin özü də mütləq və məhdud



monarxiyaya (konstitusiyalı monarxiya) bölünür.

Mütləq monarxiyada ali dövlət hakimiyyəti bütövlükdə bir şəxsə (çara, şaha,

imperatora) məxsusdur. Monarxın səlahiyyətlərini məhdudlaşdıran heç bir dövlət

orqanı yoxdur. O, özü qanunlar və qərarlar qəbul edir. Səudiyyə Ərəbistanı, Qətəri

buna misal göstərmək olar.



*Monarxiya – təkhakimiyyətlilik deməkdir.



Məhdud (Konstitusiyalı) monarxiyada monarxın hakimiyyəti konstitusiya ilə

məhdudlaşdırılır. Monarxın konstitusiyanı dəyişmək hüququ yoxdur. Konstitusiyalı

monarxiyanın bir növü Parlamentli monarxiyadır. Bu idarəçilikdə aparıcı rol parlamentə

məxsusdur. Burada monarxın rolu formaldır. Hökümət parlamentdə çoxluq qazanan

partiya tərəfindən təşkil olunur və parlament qarşısında məsuliyyət daşıyır. Bu cür

dövlətlərə misal olaraq, Böyük Britaniyanı, Avstraliya, İspaniya, İsveç, Yaponiya və s.

göstərmək olar.

Respublikada hakimiyyətin bütün ali orqanları müəyyən müddət üçün seçilir.

Respublikaların əsasən iki forması vardır: parlamentli və prezidentli.



Parlamentli respublika

Dövlət başçısı prezidentdir. Lakin ölkənin idarə

edilməsində əsas rolu baş nazir və parlament

oynayır. Parlamenti isə xalq seçir. Hökümət

parlamentdə çoxluq qazanan partiya

tərəfindən təşkil olunur və parlament

qarşısında məsuliyyət daşıyır. Parlamentli

respublikaya Türkiyə, Almaniya, Avstriyanı

misal göstərmək olar.

Prezidentli respublika

Prezident dövlət başçısı olub, ali vəzifəli

şəxsdir. Dövlət başçısı xalq tərəfindən seçilir.

Ölkəni idarə etmək üçün yaradılmış hökumət,

Nazirlər Kabineti prezident tərəfindən təşkil

olunur. Nazirlər Kabineti prezident qarşısında

məsuliyyət daşıyır və ona hesabat verir.

Prezident xalq tərəfindən seçilsə də,

parlamenti buraxmaq hüququ yoxdur. Çünki

parlamenti xalq seçir. Bu cür idarəçilik ABŞ-da,

Azərbaycan Respublikasında həyata keçirilir.



Azərbaycan Respublikası Milli Məclisinin sessiya zalı


Bəzi ölkələrdə qarışıq xarakter daşıyan respublika idarə forması da mövcuddur. Qarışıq

respublika idarəetmə forması özündə prezidentli və parlamentli idarə formasının

elementlərini birləşdirir. Bu ölkələrə Fransanı, Rusiya Federasiyasını və s. aid etmək

olar.


Siz demokratiyanın nə olduğunu bilirsiniz. Demokratik dövlətdə insanların hüququ

qorunur. Bu rejimə zidd olaraq həyata keçirilən idarəçilik antidemokratikdir, belə

şəraitdə insanların hüquq və azadlıqları boğulur və idarəçilik xalqın istəyini nəzərə

almır.


Demokratik şəraiti hər yerdə lap elə sizin məktəbdə və sinifdə də yaratmaq olar. Siz

müəllim-şagird münasibətlərini gözləməklə yoldaşlarınızın və özünüzün hüquqlarınızı

qorumaqla buna nail ola bilərsiniz. Bizim hüquq və vəzifələrimizi nizamlayan, onları

qoruyan bir dövlətimiz vardır.

1.  Müasir dövlətlərdən birinin idarəetmə forması, dövlət quruluşu haqqında

təqdimat hazırlayın.

2.  Respublika ilə monarxiyanı fərqləndirin.

3.  Qarışıq respublika idarəetmə forması haqqında müzakirələr apararaq

fikirlərinizi qeyd edin.



Yüklə 320,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə