Həyat bilgisi 7-ci sinif



Yüklə 320,57 Kb.
səhifə8/15
tarix25.06.2018
ölçüsü320,57 Kb.
#51765
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

7. CƏMİYYƏT VƏ TƏŞKİLATLAR

Cəmilin atası işlədiyi yerdə həmkarlar təşkilatının sədridir. O, Yeni Azərbaycan

Partiyasının üzvüdür. Anası isə qeyri-hökumət təşkilatında çalışır. Onların hər ikisi

dövlətimizin mənafeyinə, cəmiyyətin xeyrinə xidmət edən işlər görür.



Cəmiyyətin idarə olunması tarixi keçmişdən bu günədək davam

etməkdədir. Cəmiyyət dövlət strukturları tərəfindən idarə edilir. Bəs

görəsən, digər amillər cəmiyyətin idarə olunmasına təsir edirmi? Tez-tez

adını eşitdiyimiz təşkilatlar, qurumlar cəmiyyət həyatında necə rol

oynayır?

Cəmiyyət təkcə dövlət strukturları tərəfindən idarə edilmir. Cəmiyyətin həyatında

mövcud olan təşkilatlar, partiyalar, qurumlar və s. onun həyatında mühüm rol oynayır.

Bunlardan biri də partiyalardır. Partiyaların* yaranması cəmiyyətin həyatı ilə bağlı

olmuşdur. İnsanlar siyasi məqsədlərini siyasi partiyaların* köməyi ilə həyata

keçirirlər.

Cəmiyyətdə çoxpartiyalılıq demokratik idarəetmə formasının əlamətlərindən biridir.

Partiyalar yaradılarkən könüllülük və üzvlərinin hüquqi bərabərliyi əsas götürülür. İlk

siyasi partiyalar Hollandiya, İngiltərə, Amerika Birləşmiş Ştatları, Fransada

yaranmışdır. Sonradan belə siyasi partiyalar digər ölkələrdə də yaranmağa başladı.

Siyasi partiyalar Azərbaycanda XX əsrin əvvəllərində yaradıldı. Belə partiyalara misal

olaraq Müsavat, Difai və başqa partiyaları göstərmək olar.

Hazırda Azərbaycan Respublikasında müxtəlif partiyalar fəaliyyət göstərir. Onların

arasında Yeni Azərbaycan Partiyası böyük nüfuza malikdir. Bu partiya ölkənin

həyatında mühüm rol oynayır və xalqın mənafeyini dəstəkləyir.

Cəmiyyətin həyatını tənzimləyən qurumlardan biri də qadın hüquqlarını qoruyan

təşkilatlardır.

* Partiya – latın sözü olub “hissə”, “dəstə” mənasını verir. 

* Siyasi partiya – öz namizədlərini siyasi vəzifələrə təyin etmək yolu ilə

dövlət siyasətinə təsir etməyə çalışan təşkilatdır.




Ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. İlk

vaxtlar gender* problemləri ilə məşğul olan bu qurum cəmiyyətin həyatında mühüm

rol oynadı. Ailə və uşaq problemlərinin həlli də bu qurumun səlahiyyətləri daxilindədir.

Böyük nüfuza sahib olan bu komitənin əsas vəzifələri aşağıdakılardır:

Öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə

uşaq və qadın hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının

qarşısını almaq;

– Müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş normativ

tənzimləməni həyata keçirmək və s.

Respublikamızda uşaq və gənclərin hüquqlarını müdafiə edən, onların inkişafına

imkanlar açan müəyyən təşkilatlar da mövcuddur. Gənclər təşkilatları ölkə əhalisinin

əsas sayını təşkil edən gənclərin birliyidir. Bu təşkilatlar gənclərə xüsusi diqqət və

qayğı göstərir.

Ulu öndər Heydər Əliyev gənclərə xüsusi qayğı göstərərək gənclər təşkilatlarının

yaradılmasına və inkişafına şərait yaratmışdı. Hətta bu qayğının nəticəsi olaraq 1996-

cı il fevralın 2-də Azərbaycan Respublikasının Gənclərinin I forumu keçirilmişdir. Ona

görə də hər il 2 fevral tarixi ölkəmizdə Gənclər Günü kimi qeyd olunur.

Cəmiyyətin həyatında Qeyri-Hökumət Təşkilatlarının (QHT) rolu danılmazdır. Bu

təşkilatlar könüllü yaradılır. Müxtəlif məsələlərin həlli ilə məşğul olan bu təşkilatlar

cəmiyyətin istəklərini hökumətə çatdırır. Konkret problemlərin həlli üçün yaradılan

QHT-lər də vardır. Dövlətdən asılı olmayan bu

təşkilatlar insanların həyatında önəmli rol oynayır.




Ölkə daxilində fəaliyyət göstərən təşkilatlarla yanaşı beynəlxalq təşkilatlar da

mövcuddur. Ümumi məqsədlər üçün yaradılmış bu təşkilatlar dövlətlərarası və qeyri-

dövlət xarakterli beynəlxalq birliklərdir. Beynəlxalq təşkilatlardan ən nüfuzlusu

Birləşmiş Millətlər Təşkilatıdır. Bu təşkilat beynəlxalq sülhün və təhlükəsizliyin qorunub

saxlanılmasını təmin etməyə çalışır. Digər bir nüfuzlu təşkilat Beynəlxalq Qırmızı Xaç

və Qızıl Aypara Cəmiyyətləri Federasiyasıdır.



*Gender – qadın və kişi bərabərliyi.


Bu federasiyanın ayrılmaz üzvü olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti

respublikamızda fəaliyyət göstərən ən böyük humanitar təşkilatdır.

Bu təşkilat müharibələr və fəlakətlər zamanı insanlara qayğını könüllü şəkildə həyata

keçirir. Döyüş meydanında yaralılara tibbi yardım göstərən, əsir və girovların taleyinin

həllində yaxından iştirak edən bu təşkilat müharibə gedən və təbii fəlakət baş verən

bölgələrdə fəaliyyət göstərir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti haqqında məlumat toplayın və

təqdimat hazırlayın

Əmək müqaviləsi bağlayan hər bir şəxsi müdafiə edən təşkilat Həmkarlar İttifaqıdır.

Ətrafında daha çox insanı birləşdirən bu ittifaq öz üzvlərinin hüquqlarının müdafiəsi və

sosial problemlərinin həllində yaxından iştirak edir. Müxtəlif sahələrin həmkarlar

təşkilatları birləşərək Respublikamızda Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasını yaratmışdır.

1.  İctimai həyatda partiyanın rolunu izah edin.

2.  Beynəlxaq təşkilatların funksiyasını şərh edib təqdimat hazırlayın.

3.  Həmkarlar təşkilatını QHT-dən fərqləndirərək fikirlərinizi yazın.

4.  Qadın komitələrinin cəmiyyətin həyatına nə kimi təsiri ola bilər? 

Fikirlərinizi əsaslandırın.

5.  Ölkəmizdə uşaqlara və gənclərə qayğı öz əksini necə tapır? 

Fikirlərinizi əsaslandırın.

6.  Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında məlumat toplayaraq təqdimat

hazırlayın.




Yüklə 320,57 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə