Həyat bilgisi 7-ci sinif



Yüklə 320,57 Kb.
səhifə9/15
tarix25.06.2018
ölçüsü320,57 Kb.
#51765
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

8. CƏMİYYƏT VƏ ONUN HÜQUQİ TƏMİNATI

Fərid hər gün səhər məktəbə gedərkən piyada yolunu keçməli olur. Bir gün o,

işıqforun qırmızı işığı yanan zaman piyada yolunu keçmək istəyəndə bir maşının

sürətlə üstünə gəldiyini gördü. Yaxşı ki, o cəld geri atıla bildi. Sürətlə gələn maşın

digər maşına dəyib qəza törətdi. Dərhal təcili yardımla yanaşı, polis də hadisə

yerində göründü. Qəza itkisiz keçdi. Hadisənin hüquqi yolla tənzimlənməsi üçün

polis protokol yazdı.

Yəqin, siz də belə hadisələrlə rastlaşmısınız. İnsanların hüquqlarını,

eləcədə, sabitliyi qoruyan, qanun keşiyində duran qurumların bu işə

müdaxiləsini görmüsünüz. Bildiyiniz bu cür hər hansı bir faktı

dəftərinizdə qeyd edin.

Hər birimiz cəmiyyətin bir parçasıyıq. Cəmiyyətin formalaşdığı dövrdən müəyyən

qaydalar və qanunlar mövcud olmuşdur. Hələ ibtidai icma quruluşu dövründən

idarəçilik üçün qəbilə və tayfaların başçıları seçilir, ağsaqqallar şuraları yaradılırdı.

Zaman keçdikcə dövlətlər yarandı. Dövlətlərin yaranması ilə müəyyən qaydalar və

qanunlar qüvvəyə minməyə başladı.

Hazırda dövlətimizdə və dünya dövlətlərində cəmiyyətin həyatını qorumaq üçün

müəyyən hüquqi sənədlər tərtib olunub. Hətta dünya ölkələrinin bir araya gələrək

beynəlxalq aləmdə qayda-qanunları nizama salmaq üçün tərtib etdikləri hüquqi

sənədlər də vardır.

Xatırlayın: İlk yazılı qanunları tərtib edən hökmdar kim olmuşdur?



Qanun alidir və cəmiyyət həyatını hüquqi tərəfdən nizama salır. Qeyd edək ki,

ölkəmizdə bunun hüquqi tərəfdən təsdiqi öz əksini Konstitusiyamızın II fəsil 7-ci

maddəsində tapır:

1.  Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.

2.  Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla,

xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı

beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.

3.  Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi

əsasında təşkil edilir.

4.  Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə

hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində

müstəqildirlər.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin

1998-ci ilin fevralında imzaladığı “İnsan və vətəndaş

hüquqlarının və azadlıqlarının təmin edilməsi

haqqında” fərman cəmiyyət həyatının bir daha hüquqi

qaydada qorunmasının təminatıdır.

Cəmiyyətin həyatını tənzimləyən hüquqi sənədlər

aşağıdakılardır:

Azərbaycan Respublikasının Vergi

Məcəlləsi;

Azərbaycan Respublikasının Mülki

Məcəlləsi;

Azərbaycan Respublikasının Əmək

Məcəlləsi;

Sosial xidmət haqqında Azərbaycan

Respublikasının qanunu;

Vətəndaşların müraciətlərinə baxılması

qaydası haqqında Azərbaycan

Respublikasının Qanunu

Uşaq hüquqları haqqında Azərbaycan

Respublikasının qanunu

və başqaları.




BMT-nin iclas zalı

Cəmiyyətin hüquqi təminatı üçün beynəlxalq təşkilatlar bəyannamələr və

konvensiyalar qəbul edir. BMT-nin qəbul etdiyi “Ümumdünya insan hüquqları

bəyannaməsi” sənədi də bunun təsdiqidir. Burada göstərilir:



fikir azadlığı və onları ifadə etmək, düşünmək, din və vicdan azadlığı;

ümumi və bərabər səsvermə hüququ;

siyasi həyatda iştirak etmək;

vətəndaşların haqları, maraqları və şəxsi təhlükəsizliyinin hüquqi

təminatını əks etdirən qanunun aliliyi və s.

Gördüyünüz kimi, cəmiyyətin həyatı hüquqi sənədlərlə də qorunur. Ancaq cəmiyyətdə

insanlar öz azadlıqlarından istifadə edərkən başqalarının hüququnu pozmamalıdırlar.

1.  Hüquqi dövlətin əsas əlamətlərini müəyyənləşdirin. Azərbaycan

Respublikasının hüquqi dövlət olmasına dair faktları qeyd edin.

2.  Cəmiyyətin həyatının qorunması üçün hüquqi sənədlərə ehtiyac varmı? 

Fikirlərinizi əsaslandırın.

3.  BMT-nin qəbul etdiyi “Ümumdünya insan hüquqları bəyannaməsi” 

sənədini şərh edin.



9. HÜQUQ SAHƏLƏRİ

Emilin atası torpaq sahəsi almışdı. O bu sahədə bağçılıqla məşğul olmaq istəyirdi.

Bir gün Emil uşaqlarla bu ərazidə oynayanda gördü ki, başqa biri burada nə isə

tikir. Bu barədə cəld atasına xəbər verdi. Emilin atası məsələni aydınlaşdırmaq

istədi. Lakin gördü ki, heç bir sözlə həmin şəxsin onun torpaq sahəsində bina

tikməsinə mane ola bilmir. Ona görə də bu işi hüquqi yolla həll etməyi qərara aldı.



Sizcə, Emilin atası bu işi nizama salmaq üçün hara müraciət etməli oldu?

Müzakirə edin və fikirlərinizi dəftərinizə qeyd edin.

Biz ölkəmizdə azad və müəyyən hüquqlara malik olan şəxslərik. Hərdən bəzi

hüquqların pozulması haqqında məlumatlar da alırıq. Bunları nizama salmaq üçün

müraciət etdiyimiz bir ünvan olmalıdır. Həyatımızı tənzimləyən müəyyən qaydalar və

bu qaydaları nizama salan sənədlər də mövcuddur. Bu sənədlərin icrası necə yerinə

yetirilir? Bu zaman bizim köməyimizə nə çata bilər?

Cəmiyyətin həyatını tənzimləmək üçün hüququn müxtəlif sahələri fəaliyyət göstərir.

Hüquq – ictimai münasibətləri tənzimləyən və dövlətin müəyyənləşdirdiyi davranış

qaydalarıdır. Qüvvədə olan qanunlar hər kəsin hüququnu müdafiə edir və hamı onların

qarşısında bərabərdir. İnsan hüquqlarını və qanunun aliliyini hər şeydən üstün tutan

dövlətimiz demokratik quruluş və hüquq sistemi yaratmışdır.

Hüquq sistemi özündə üç əsas elementi birləşdirir:

 

Hüquq sahəsi – müxtəlif sahələr üzrə münasibətləri qaydaya salan hüquq normalarını



özündə cəmləşdirir. Hüququn sahələri aşağıdakılardır:

Konstitusiya hüququ;

Mülki hüquq;

Əmək hüququ;

Ailə hüququ;

Vergi hüququ və s.

hüquq sahəsi

hüquq institutu

hüquq norması


Yüklə 320,57 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə