Həyat bilgisi 8



Yüklə 373,03 Kb.
Pdf görüntüsü
səhifə1/19
tarix01.12.2017
ölçüsü373,03 Kb.
#13220
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   19





Nüşabə Məmmədova, Sevil Bəhrəmova 

Həyat bilgisi 

Ümumtəhsil məktəblərinin 8-ci sinfi üşün dərslik 

Bakı, Şərq-Qərb Nəşriyyat Evi, 2015,80 səh.

ISBN 978-9952-505-14-6

Dil redaktoru: Samirə Bektaşi

Dərslikdə öz əksini tapan şərti işarələrin mənası 

 

Araşdırma və müzakirə 

 

Suallar və tapşırıqlar

Kitabın məzmunu və tərtibatı üzrə təklif və iradlarınızı info@eastwest.az

ünvanına göndərə bilərsiniz.

Müəlliflik hüququ qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər

hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron

informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

© Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2015





1. MATERİYA - MADDƏ VƏ SAHƏ

Bizi çoxsaylı müxtəlif əşyalar və iqlim amilləri əhatə edir. Eyni zamanda daim təbiət

hadisələri ilə rastlaşırıq. Kainatda bizim gördüyümüz və görə bilmədiyimiz bütün

cansız cisimlər və canlılar materiya adlanır. Bu müxtəlifliyə baxmayaraq, mövcud

olanları və baş verən hadisələri duyğu orqanlarımız vasitəsilə dərk edir, müşahidə

və təcrübələrlə onların yeni-yeni xassələrini aşkarlayınq.



Materiyanın növlərini və ən mühüm xassələrini yadınıza salın.

Alimlər materiyanın xassələrini araşdırmaqla müxtəlif hadisələrin başvermə

səbəblərini izah etmiş, hadisələrə müdaxilə etmək imkanı əldə etmişlər.

Şəkillərə görə materiyanın növlərini müəyyənləşdirin və 

yoldaşlarınızla müzakirə edin.

Şəkildəki geyim və bəzəəşyaları nədən hazırlanır?

Müxtəlif otaqlardakı televizorlar vasitəsilə fərqli verilişlərə baxmağın mümkünlüyünün

səbəbi nədir?



Topdan atılan mərmi nə üçün yer səthinə düşür?

Ayın Yer ətrafında, Yerin Günəş ətrafında hərəkətinin səbəbi nədir?

Kütləsi və həcmi olan hər şey maddədir. Fiziki sahə isə maddələrin bir- birinə təsirini

ötürən materiyadır.

Maddələr bərk, maye, qaz və plazma halında mövcud ola bilir.

Maddənin plazma halı



Siz gündəlik həyatınızda müxtəlif hallarda olan maddələrin praktiki tətbiqi ilə

rastlaşır, onların bəzi xüsusiyyətlərini müşahidə edirsiniz.

Bərk halda olan maddələrin bərklik, möhkəmlik, sərtlik, kövrəklik, elastiklik,

plastiklik, istidən genişlənmə, soyuqdan sıxılma, elektrikkeçirmə xassələri; maye

halında olan maddələrin buxarlanma, qaynama, istidən genişlənmə,

elektrikkeçirmə; qaz halında olan maddələrin isə istidən genişlənmə, sıxılma və

mayeyə çevrilmək kimi xassələri vardır.



Nə üçün qatarların təkərlərinin hazırlanmasında metaldan, avtomobillərin

təkərlərində hava doldurulmuş rezindən, kosmik gəmidə yanmaya kömək üçün

mayeləşdirilmiş oksigendən istifadə olunur?

Maddənin bərk halı. Maddənin bərk halını maye və qaz halından ayıran əsas

səciyyəvi cəhət bərk cisimlərdə atom və molekullar arasında qarşılıqlı təsir

qüvvələrinin çox böyük olmasıdır. Bərk cisimlər həcmini və formasını saxlayır,

onların atom və molekullan fəzada nizamla düzülərək müəyyən həndəsi quruluşa

malik kristallar əmələ gətirir. Buz parçası, duz, qiymətli daşlar və metallar kristal

cisimdir. Lakin eyni zamanda atom və molekullan nizamlı quruluş əmələ gətirməyən

bərk cisimlər də vardır. Onlar amorf bərk cisimlərdir. Məsələn: mum, qır, saqqız,

parafin və şüşə kimi maddələr amorf maddədir. Kristallann sabit ərimə və bərkimə

temperaturu vardır. Amorf cisimlərin isə ərimə və bərkimə zamanı temperaturu

fasiləsiz dəyişir. Kristallarda fiziki və mexaniki xassələr istiqamətdən asılı olaraq

dəyişir, amorf cisimlərin fiziki və mexaniki xassələri istiqamətdən asılı olaraq

dəyişmir. Məişətdə qurğulann, avadanlıqlann və müxtəlif əşyalann bu xassəsindən

istifadə olunur. Şüşə amorf cisim olmasaydı, ondan sınaq şüşəsi, stəkan, butulka

hazırlamaq mümkün olmazdı.



Maddənin maye halı. Mayelərin xassələrinin elmi şəkildə öyrənilməsinə təqribən

2230 il bundan əvvəl Arximed tərəfindən başlanılmışdır.

Mayelər öz formalarını xarici hərəkətverici qüvvənin təsiri altında daim dəyişir,

bunun nəticəsində mayelərdə axma müşahidə olunur. Mayelər töküldüyü qabın

formasını alır. Onlar qazlardan fərqli olaraq, sıxılmaya az məruz qalır. Əksər mayelər

sıxılmır. Mayelərin ən mühüm xüsusiyyətlərindən biri onların sürtünmə ilə əlaqəli

olan özlülüyüdür. Əksər mayelər istidən genişlənir, elektrik cərəyanını keçirir. Siz

müəyyən kütləyə malik daş parçası və yaxud kərpicə ip bağlayıb yuxarı qaldırdıqda

qolun əzələlərinin necə gərildiyini hiss edirsiniz. Onları havada qaldırmaq üçün

böyük qüvvə sərf olunur. Ancaq siz bunu suda etsəniz, əşyaların necə

yüngülləşdiyini görərsiniz. Bərk cismi suya atdıqda çox az bir zamanda onun

mayenin səthində saxlandığını yəqin etmək olur. Bu hadisə ilə siz göldə, dənizdə və

s. durğun sularda çimdikdə də rastlaşırsınız.



Yüklə 373,03 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə