Heyat Dersleri 2011. indd



Yüklə 15,91 Kb.

tarix17.09.2017
ölçüsü15,91 Kb.


5

İKİLİ STANDART VƏ SƏN-MƏN

a

Evlilik çoxtərəfli münasibətlər yumağıdır. Bu yumağın, kələfin 



ucu nu tapmaq hər kəsə nəsib olmur. Amma bir həqiqət var ki, kə lə fin 

ucu nə qədər tez tapılsa, ailə də səadətə bir o qədər tez qovuşar.  An-

caq bu yumağı açmaq üçün öncə Allahın köməyi, sonra isə Hz. Mə-

həm mədin zəkası, Hz. İsanın dözümü, Hz. Musanın iradəsi, Hz. Nu-

hun uzaqgörənliyi, Hz. Əyyubun səbri, Hz. Lutun mətanəti gərək. 

Bu sözləri bu yaxınlarda mənə gəlib çatan bir hadisəyə görə qə-

lə mə aldım. Yenə də ailə münaqişələri. Səbəbi isə özləri ayırd edə bil-

məsə də, ikili standartdır. Hər ikisi də bir-birinə təzadlı davranır.  On-

ların on illik evlilik həyatı ilə bağlı apardığım müşahidələr, dinlədiyim 

hadisələr bu nəticəyə gəlməyə əsas verdi. Ancaq özləri bunun fərqində 

deyillər. Hələ fərqində olmamaq bir tərəfə qalsın, bir-birindən anla-

yış gözləyirlər. Daha açıq desəm, öz təzadlı davranışlarını nəzərə al-

mayan qadın həyat yoldaşından diqqət, anlayış gözlədiyi kimi, həyat 

yoldaşı da ondan eyni münasibəti umur. Bu, birinci problem.

 İkincisi isə, “sən” və “mən”. Səhv eşitmədiniz, söhbət əsnasında 

o qədər “sən” və “mən”ə şahid oldum ki, kənardan baxan bunların 

hə yatlarını evliliklə birləşdirən ər-arvad olmadığını düşünər. Çünki 

hadisəyə üçüncü şəxs kimi nəzər saldıqda bircə səs eşidirsiniz: “mən”. 




6

Əlbəttə, sən və mən insanın fitri şəxsiyyətini göstərən anlayışlardır. 

Ailə həyatının qurulması da o demək deyil ki, “sən” və “mən”  bir 

kənara atılmalıdır. Əksinə, insanlar həmin özəllikləri ilə yuva qurur-

lar. Bax elə düyün nöqtəsi də buradır. Bəli, ailə həyatı qurmaq iradi 

olaraq bir-birini ər və arvad kimi qəbul etməyi, “sən” və “mən”i tərk 

edib “biz” olmağı tələb edir. On il ərzində “biz” ola bilməyən bu cüt-

lüyün xoşbəxt olmaması, hər xırda məsələyə görə boşanma həddinə 

çatan  mübahisələr etməsi olduqca təbiidir. 

Gəlin məsələyə insafla yanaşaq. Həyat yoldaşının ziddiyyətli da-

varanışlarını  problemə çevirib öz davranışlarının anlayışla qarşılan-

masını gözləmək hansı məntiqə, insafa sığar? Dürüst və qətiyyətli ol-

maq lazımdır. İnsan əvvəlcə özünü düzəltməli, sonra da bunu qarşı-

sındakından, yəni həyat yoldaşından gözləməlidir. Əgər ortada səhv 

bir hərəkət, pislik, xəta varsa, bu yerdə “bunu mən eləsəm, yaxşı”; “sən 

eləsən, pis” anlayışı doğru deyildir. Səhvlərin, yanlışlıqların, xətaların 

mahiyyəti onu edən insanın şəxsiyyətinə görə dəyişmir. Kim edirsə-

etsin, səhv səhvdir, pislik pislikdir və xəta da xətadır. Ancaq bunların 

nəticəsi şəxsiyyətə görə dəyişir. Adi bir vətəndaşla alimin eyni səhvi 

etdiyini düşünün.

Bu ər-arvad “sən” və “mən” kəlmələrini lüğətlərindən silməlidirlər. 

Yaddan çıxarılmamalıdır ki, bir İslam aliminin dediyi kimi “mən” göy, 

səma və dağların məsuliyyətini götürməkdən çəkindiyi əmanətin adı-

dır. Əlbəttə, insanda “mən” duyğusu, başqa ifadə ilə “eqoizm” olacaq, 

ancaq bu, vəhy və Rəsulullahın rəhbərliyi altında formalaşmış bir 

“mən” olmalıdır. Bizim inancımıza görə, İlahi rəhbərlikdən məhrum 

olmuş “mən” insanı Firon edər. Belə bir “mən”lə axirət səfərinə çıx-

maq olmaz. Çıxılsa belə, bu səfər, Allah qorusun, cəhənnəmlə so-

na çatar. Çünki onun rəhbəri nəfsdir. Başqa cür desək, heyvani nəfs. 

Yəni heyvanlarla insanların ortaq xüsusiyyəti olan nəfs. Təəssüf ki, 

mənim bu müsəlman ailəsində gördüyüm məsələ bundan fərqli de-

yildir. Birlikdə yaşasalar da, “mən” sayəsində müstəqil şəxslərdir.  




7

Çox təəssüf ki, dünyada bir ailə konstitusiyası yoxdur. Çox istər-

dim ki, dünyada bütün ailələri əhatə edən, İlahi əmrləri, peyğəmbər 

əxlaqını, Hz. Adəmdən bu günə bütün bəşəriyyətin təcrübəsini 

özündə əks etdirən bir evlilik konstitusiyası olaydı. Bütün insanlar 

bu konstitusiyanı oxuyub əzbərləyəndən sonra ailə həyatı quraydı-

lar. Hətta evlilikdən əvvəl bu konstitusiyadan imtahan verəydilər. 

İmtahandan keçənlərə sertifikat, diplom təqdim edib ailə qurmağa 

icazə veriləydi. İmtahandan keçməyən qız və oğlanların ailə qurma-

sına icazə verilməyəydi. Amma real həyatda belə şey yoxdur və olma-

sı da mümkün deyildir. Bu, yalnız xəyaldır. Buna baxmayaraq, bütün 

evli cütlər üz-üzə oturub məsləhətləşərək öz evlilik konstitusiyaları-

nı yaza bilərlər. Yazılı olması da şərt deyil. İngiltərənin yazılmayan 

konstitutsiyası kimi ümumi qəbul edilmiş normalar və təcrübələr 

bunu müəyyən edər. Sonra da həyat yoldaşları buna uyğun birgə 

və xoşbəxt ömür sürərlər. “Konstitutsiyaya zidd hallar olduqda bir-

birinə xəbərdarlıq edər, lazım gələrsə, evin bir otağını məhkəmə sa-

lonuna çevirib öz-özlərinə hakim, müstəntiq və vəkil olarlar. Sonra 

da müştərək verdikləri qərara uyğun olaraq ya başdan başlayar, ya da 

qaldıqları yerdən davam edərlər. 

Yeri gəlmişkən məsələnin mənəvi tərəfi ilə bağlı bir məqama 

toxunum: Allah mütləq ədalət sahibidir. Həyata bir bütöv kimi, 

hərtərəfli baxan və ya baxa bilən insanlar bu ədaləti çox aydın görə 

bilirlər. Bu çərçivədə birətərəfli yanaşma, başqa nümunə ilə desək, 

bəlkə, aylar, bəlkə, illər bahasına ərsəyə gələcək böyük bir rəsm əsərini 

bütövlükdə deyil, yalnız kiçik bir hissəsini görmək və buna əsaslanıb 

hökm vermək yanlış olar və səhv nəticələrə aparıb çıxarar. 

Mən şəxsən belə problemləri olan ailələrə öz keçmişlərinə bir də 

bu aspektdən baxmağı tövsiyə edirəm. Kim bilir, bəlkə də, tövbəsi 

edilməmiş bir günah onları bu problemlərlə üz-üzə qoyur. Əgər 

elədirsə, səmimi qəlbdən tövbə etsinlər, bəlkə, buna görə ilahi iradə 

onların ailəsinə başqa formalarda təcəlli etmiş oldu.





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə