Həyat dərslərİ



Yüklə 222,17 Kb.

səhifə1/8
tarix21.06.2018
ölçüsü222,17 Kb.
növüDərs
  1   2   3   4   5   6   7   8


TAHİR QƏFFARLI 

 

 

 

 

 

HƏYAT 

DƏRSLƏRİ 

 

 

 

 

 

 

Goranboy 2017 

 


Tahir Qəffarlı 

HƏYAT DƏRSLƏRİ

 

 

 





 

 

Bədii tərtibat:  Yaqub Məmmədov  

Operator:  

İlqar Bayramov 



Dizayner:  

Şahin Əmiraslanlı  



 

 

“Elə insanlar var ki, İlahi nuru, işığı gəzdirənlərdir. Elə də 

insanlar var ki, yarımçıq İlahi işığı  olanlardır. Bir növ insanlar da 

var ki, (bunlar daha çoxdur) İlahi işığa daima möhtac olanlardır. 

Kədəri  qəlblərinda  gəzdirib,  haqsızlığa  dözməyən  insanlar, 

öz  özlüyündə  səmimi  və  mərifəti  olanlar,  İlahi  işığı  gəzdirənlərdir 

(Bir  sözlə,  Allahı  tanıyanlar  və  Allahdan  qorxaraq  eyni  zamanda 

sevənlər).  Belə  insanların  yaxınlığında  olanda  yanlarından  ötüb 

keçəndə  belə,  sanki  bir  qəmgin  bulağın  ətirli  nəfəsi  ilə  mükafat-

lanırsan. Çiçək ətri verir belə insanlar!” 

 

 

Tahir  Qəffarlının  bu  kitabı  müasir  gəncliyin  problemlərin-

dən,  dövrümüzün  ən  aktual  məsələlərindən  bəhs  edir.  Özünü  kamil-

ləşdirmək  istəyən  insan  üçün  bir  növ  mənəvi  qida  kimi  –  su  kimi, 

hava  kimi  elm  də  lazımdır.  Ümid  edirik,  bu kitab  gənclərin  stolüstü 

kitabına çevrilər və onların həyatında doğru yolu tapmasına vasitəçi 

– yol göstərici olar.  

Kitabda  nəzərdən  qaçan  qüsurlar  olarsa,  oxucularımızdan 

üzr  istəyirik.  Kitabla  bağlı  rəy  və  təkliflərinizi  müəllifin  facebook 

səhifəsinə göndərə bilərsiniz.  

 

 

© Tahir Qəffarlı 2017



 

 

 


HƏYAT DƏRSLƏRİ

                         

Tahir Qəffarlı 

 

 





ÖN SÖZ ƏVƏZİ 

 

Xasiyyət, xüsusiyyət Nəfsini tanı?!...Ruhunu tanı?!... 



Nəfsani  “mən”in  uzun  müddətli  (illərlə)  təlqini  ilə 

qəlbdə  elə  xüsusyyətlər  əmələ  gəlir  ki,  bu  insanın  xasiyyəti 

olur.  Dünyəvi  yaşayışda  bir  insan  digərinə  yaxşılıq  edirsə,  bu 

hələ məqsədli yaxşılıqdır. Yox, əgər insan etdiyi yaxşılığı tezcə 

unudursa, ömrü boyu dilinə gətirmirsə, qəlbi ilə də anmırsa, bu 

Allahın razılığını qazanmaq üçün olan yaxşılıqdır. Belə insanda 

“iddialıq”  xəstəliyi  olmur.  Lakin  belə  insanlar  çox  az  sayda 

olurlar.  

Elə  insan  var  ki,  yaxşılığı  yada  salır  minnət  üçün.  Bir 

sözlə,  xasiyyətdə  olan  xüsusiyyətlər,  iddialılıq  dərəcəsini 

biruzə  verir.  Yəni,  insan  iddiasında  daşlaşıb,  ya  da  ki,  hələ 

sağalmağa  imkan  var.  Adətən  çox  iddialı  insanlar,  xərçəng 

xəstəliyi  ilə  dünyalarını  dəyişirlər!  Kişilər  və  daha  çox  qadın-

lar,  əgər  hələ  müsbət  keyfiyyətlərini  qoruyub  saxlayıblarsa, 

həm  də  iddialıqdan  əziyyət  çəkirlərsə,  onda  böyrəklərlə  bağlı 

başqa  xəstəliklər  ortaya  çıxır.  Böyrəklərdə  duzlaşma,  baş 

ağrılıarı,  halsızlıq  və  s.  Gözlə  bağlı  xəstəliklər,  qarğışla  və 

gözdəymə  ilə  baş  verir.  Şəkər  xəstəliyi,  keçmişində  olan 

müəyyən  və  vacib  saydığı  hadisələri  qəbul  edə  bilməməkdən 

irəli  gəlir.  Məsələn,  keçmişində  sevgin  daşa  dəyib.  Yəni 

sevdiyinə qovuşa bilməyibsən. Yaxud elə hadisələr olub ki, sən 

özünü  alçalmış  hesab  edirsən  və  s.  Allergiya  isə  o  insanlarda 

olur ki, onlar çox sümsükdürlər. Yəni nəfsani istəkləri ilə  çox 

azğındırlar. Adətən belə insanlar zahirdə çox mülayim məsum 

və ya məsumə kimi görünürlər. Ürəklə bağlı problemli insanlar 

dünyadan  olduqca  çox  şey  umurlar,  ancaq  özlərini  humanist, 

“insan sevər” kimi göstərirlər. Əgər onlar kimə görə isə isterik 



Tahir Qəffarlı 

HƏYAT DƏRSLƏRİ

 

 

 



hala düşsələr,  yəni ürəkləri ağrısa, bu əslində o insanın halına 

görə  yox,  öz  daxilində  olan  üsyana  görədir.  (Narazılığa 

görədir!)  İnsan  uzun  illər  istəklərinə  çatmırsa,  artıq  öz  içində 

bir  partlayıcı  hazırlamış  olur.  Sadəcə  olaraq  ətraf  aləmdə  bir 

qıcıqlandırıcı hadisə baş versə, bu bomba partlayır. Qaraciyərlə 

bağlı  problemlər  isə  çox  erkən  yaşlarda  insan  istəklərinin 

şiddətinin çox olması ilə bağlıdır. Belə insanlar zahirləri ilə çox 

da  dünyaya  bağlanmasalar  da,  daxillərində  erkən  iddialaşırlar. 

Yəni,  onlarda  artıq  gələcəklərini  qurmaq  istəyinin  sürəti  çox 

olur.  Gələcəkdə  belə  insanlar  erkən  iddialarınin  istədiyinə 

əsasən  nail  olsalar  da  hədsiz  peşman  olurlar  (Sonrakı 

peşmançılıq fayda vermir!) İnsanda ayaqla və əllə bağlı nə isə 

problem  varsa,  bu  artıq  Allahın  izni  ilə  mələklərin 

müdaxilələridir.  Yəni,  bizi  dayandırırlar  ki,  böyük  günahlar 

etməyək.  Bu  adətən  “yaxşı”  keyfiyyətləri  keçmişində  olub 

deyə, insanlara verilən imkanlardır. 

 

 



Müəllif 

 

 



 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə