Həyat dərslərİ



Yüklə 222,17 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix21.06.2018
ölçüsü222,17 Kb.
#50524
növüDərs
1   2   3   4   5   6   7   8

HƏYAT DƏRSLƏRİ

                         

Tahir Qəffarlı 

 

 



11 

VII DƏRS 

 

İnsanda zövq anlayışı və onun fəsadları ... 

 

Həqiqətən  Allahdan  qorxan  insan  zövqün  nə  kimi 



ziyanları  olduğunu  qəlbən  dərk  edir  və  daima  ehtiyat  edir. 

Çünki,  zövq  qəlbdə  daşlaşdısa,  artıq  gecdir,  onu  dəyişmək 

olmur! 

Xoşumuza gələn, diqqətimizi xüsusi olaraq cəlb edən nə 



varsa,  zövqümüzü  formalaşdırır.  Nəfsimizə  uyğun  gələn, 

hakimiyyət  hissimizi  tamamlayan  (insan  hakimiyyət  hərisidir) 

kim,  nə  varsa,  bizi  cəlb  edir,  qəlbimizə  hopur.  Elə,  insanla 

Allah  arasında  dayanan  "xain"  zövqümüz  keçilməz,  dərin 

uçurum yaradır! 

Bir sözlə, daşlaşmış istəklərimiz, Allahla insan arasında 

qalın,  qara  maneə  yaradır.  Ey  zövqü  ilə  yaşayan  insan  (hər 

birimiz),  daima  zövqünün  fəsadlarını  (ziyanlıqlarını)  nəzərə 

alaraq  daima  hiss  və  duyğularına  nəzarət  et!  Nəfsin  –  yəni 

"heyvani  ruhun"  ən  güclü,  dağıdıcı  silahı  zövqdür!  Qəlbinizi 

zövqünüzə tabe etdirməyin. 

 

 



 

   


 

 


Tahir Qəffarlı 

HƏYAT DƏRSLƏRİ

 

 

 



12 

VIII DƏRS 

 

Quranın məntiqi ilə ... 



 

Dünyəvi məntiq, ilahi məntiqə əsaslanaraq nəyin və ya 

kiminsə mahiyyətini  (mənasını)  aydınlaşdırmağa  səbəb  olur. 

İlahi məntiq öz-özlüyündə ədalətlidir (Dünyəvi insanın "ədalət" 

anlayışı nəfsinə əsaslanır). Quranın dili ilə desək: "Ağacdan bir 

yarpaq  belə,  Allahın   icazəsi  olmadan,  yerə  düşə  bilməz!" 

Yaxud,  Yasin  surəsində  bildirilir  ki,  yer  uzərində  baş  verən 

bütün hadisələr, əvvəlcədən bilinir (Lövhi-məhfuzda).  

Yenə  də  Qurana  müraciət  edək.  Xızır  (ə.s.)  ilə  Musa 

(ə.s.) arasında olan hadisəni yadımıza salaq. Xızır (ə.s.) balaca 

uşağı  öldürəndə  Musa  (ə.s.)  dözməyərək  dedi:  "Sən  məsum 

(günahsız)  bir  insanı  nə  üçün  öldürdün?"  Xızır  (ə.s.)  isə 

cavabında dedi: "Mən onun alın yazısına baxdım və gördüm ki, 

imanlı  ailənin  övladıdır.  Lakin  gələcəkdə  pis  əməllər  edəcək, 

anasının  və  atasının  qəlblərində  Allaha  qarşı  üsyanın, 

narazılığın  yaranmasında  (niyə  bizim  övladımız belə  olsun?  – 

deyə)  səbəbkar  olacaq.  Lakin  elə  ki,  uşağı  öldürmək  əmrini 

yerinə  yetirmək  istəyəndə,  dua  etdim  ki,  "Allahım  bu   ailədə 

yeni  bir  imanlı  uşağın  doğulmasını  təvəqqe  (yəni  –  xahiş) 

edirəm!" İnşəallah, duam da qəbul edildi".  

İlahi məntiq, bizim adi "olum (yəni yaşamaq) və ölüm" 

anlayışımızdan çox-çox uzaqdır!... 

 

 

 



   

 

 


HƏYAT DƏRSLƏRİ

                         

Tahir Qəffarlı 

 

 



13 

IX DƏRS 

 

Nəfs (bədən istəklərinin tələbi ilə olan "mən") ... 



 

Qurani-Kərimdən  oxuyuruq:  "And  olsun  nəfsə  ki,  ...", 

başqa  ayədə  isə  deyilir  ki,  "ey  insan,  nəfs  sizi  pis  işlərə  sövq 

edər",  digər  bir  ayədə  isə  "nəfsinizi  qorumaq  özünüzə  aiddir" 

kimi ilk baxışda ziddiyyətli fikirlər söylənilir. Bəs əsli necədir? 

"And olsun nəfsə ki, ..." deyən, Quran ayəsinin mənası 

belədir  ki,  nəfs   insana  verilən  ən  əsas  SINAQDIR.  İnsan,  öz 

nəfsinə  qələbə  çala  bilsə  "mələklərdən"  yuxarı  səviyəyə  çatar 

(inşəAllah). 

Başqa  ayədə  isə  deyilirdi  ki:  "Nəfs  sizi  pis  işləri 

görməyə  məcbur  edər".  Yəni,  nəfs  şeytandan  əvvəl  insanı 

yoldan çıxardır. 

Bir  ayədə  də  deyilir:  "Nəfsinizi  qorumaq  özünüzə 

tapşırıldı".  Bu  halda  "Yusif"  surəsinə  müraciət  edək:  "Ey 

mənim  Allahım!  (Yusif (ə.s.)  Allaha  müraciət  edir.)  Sən  məni 

qorumasaydın, şübhəsiz mən də nəfsimə uyanlardan olardım". 

Yəni,  nəfsinizi  qorumaq  özünüzə  tapşırılsa  da,  siz  daima 

Allaha  tapınmaqla  (dilinizdə  dua  edib,  qəlbinizdə  də  dua 

etməklə) nəfsinizdən qoruna bilərsiniz. İnşəAllah!  

 

 



 

   


 

 


Tahir Qəffarlı 

HƏYAT DƏRSLƏRİ

 

 

 



14 

X DƏRS 

 

Həqiqət axtara-axtara özünü itirənlər var... 



 

Həqiqət  axtaran  insan  özündən  kənarda  axtarır.  Belə 

çıxır ki, o insan "mükəmməldir"? Özünü görən insan özündən 

(öz istəklərinin gülünclüyündən) utanmalıdır.  

Gəlin, ulu Nizamini yadımıza salaq!  

Özünün "Sirlər xəzinəsi"  əsərində xeyir və şər haqqın-

da  nə  yazırdı?  Xeyir  və  Şər  (içimizdəki  işıq  və  qaranlıq)  yol 

(ömür  yolu)  gedirdi.  Xeyir  öz  suyundan  içirdi,  həm  də  Şərə 

verirdi  (içimizin  zülmət  qaranlığının  mənəvi  (ruhi)  işığımıza 

həmişə  ehtiyacı  var).  Nəhayət,  Xeyirin  suyu  qurtarır.  Şərə 

müraciət edir ki, "mənə bir az su ver" (Yəni, əvvəllər verdiyim 

mənəvi  işıqdan bir az ver). Şər isə:  "Bir  gözünü  ver  əvəzində 

bir az su verim" deyərək tələb etdi. (Şər çoxdan Xeyirin verdiyi 

mənəvi  işığı  qaranlıq  istəklərinin  yerinə  yetirilməsinə  sərf 

etmişdi).  Sonda  isə,  ikinci  gözü  də  alan  Şər  bir  damcı  su 

vermədən  qaçıb  gedir.  Xeyirə  Pərilər  (Yəni  Allahımız  onları 

vəsilə,  vasitə  edərək)  kömək  edir.  Xeyirin  iki  gözü  də  özünə 

qayıdır  (Yəni,  özünü  dərk  etməsi  tamamlanır).  Xeyir  hakim 

olur  (Özünü  tanıyan  insan,  öz  daxili  şərinə  qələbə  çalır)!  Şər, 

yazıq  vəziyyətdə  onun  hüzuruna  gəlir.  Xeyir  onu  bağışlayir 

(Şər  olmasaydı  öz  mahiyyətini  dərk  edə  bilməzdi),  eyni 

zamanda, ona öz həddini gostərir. 

 

Özündə arayıb, özündə axtar



Həqiqət işığı qaranlıqda var. 

Zülmətin bağrını deşərsə işıq, 

Bitər müharibə, olar barışıq. 

 

   



 

 


Yüklə 222,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə