Həyat dərslərİ



Yüklə 222,17 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix21.06.2018
ölçüsü222,17 Kb.
#50524
növüDərs
1   2   3   4   5   6   7   8

HƏYAT DƏRSLƏRİ

                         

Tahir Qəffarlı 

 

 



15 

XI DƏRS 

 

Layiqlik dərəcəsi ... 

 

İnsan  layiq  olduğuna  deyil,  daha  çox  istədiyinə  nail 

olmaq  istəyir.  Layiq  olmadığını  istədikcə  gizli  İlahi  qanunlar 

ilə  cəzalanır.  Dünyəvi  istəklər  şiddətləndikcə,  cəza  da  şid-

dətlənir. 

Səmimi,  mehriban  insanın  cəzası  yüngül  olur.  Azğının 

cəzası isə ağır olur. 

Kor-koranə nəyə (əşyadan xoşu gəlmək) və ya kimə isə 

pərəstiş  etmək  bütpərəstlik  əlamətidir.  Allahımız  insana  qəlb 

bəxş edib ki, yəqinliyə çata bilsin. Yəqinliyi olan insan (qəlbini 

Allahına  konüllü  bəxş  edənlər)  hər  cür  yalançı  pərəstişi  rədd 

edir. İlahi məhəbbətin nəfəsi ilə canlanaraq həqiqi diriliyə nail 

olur (Kor-koranə pərəstiş edən diri ikən ölüdür). 

"Dua,  yəqinlik  halında  edilməlidir"!  Bəsirət  qəlbin 

görən gözüdür. Bəsirətsiz insan, insan adlansa da heyvan kimi 

ömür sürür. Əsasən instinktləri ilə yaşayan belə insanlar kölgə 

kimi bu dünyaya gəlib,  kölgə kimi də dünyadan gedirlər!... 

 

 

 

   



 

 


Tahir Qəffarlı 

HƏYAT DƏRSLƏRİ

 

 

 



16 

XII DƏRS 

 

Zövq  



 

Nəfsani "mən" (dünya istəklərindən törəyən "mən"), hər 

birimizin  "zövqünü"  müyyənləşdirir.  Zövqümüz  (nəfsani 

"mən"imizə görə) "kimliyimizdir"! Özümüzlə ünsiyyətdə, ətraf 

aləmlə ünsiyyətdə ən əvvəl "zövqümüz" hökm edir! Sonradan-

sonraya  qəlbimiz  danışır.  Ona  görə  də  ancaq  "ağlının" 

hökmünə  uyan,  qəlbinə  əhəmiyyət  verməyən  insan,  zövqü  ilə 

(Ağıl ən əvvəl zövqə tabe olur. İlahi  ədalətlə  yaşayan insanda 

ağıl "zövqü" ilə yox, ruhu ilə razılaşır.) yaşayaraq, həqiqi dərk 

etməkdən  kənar  olur.  İnsan  öz  "nəfsani  mən"inə  görə  (yəni 

dünya  istəklərinə  görə)  özündən  başqa  ətrafda  olan  insanları 

qüsurlu  görür  (Bu  istər  ana-ata,  qardaş-bacı  və  digər  insanlar 

olsun). İnsan bir ömür yaşayır, ancaq həqiqətdən kənar!  

Zövq  ayrı-seçkilik  yaradaraq  insanları  bir-birinə  düş-

mən  edir.  Zövqün  mahiyyətində  heyvani  instinklər  durur.  Bu 

isə gülünc sonuclara gətirib çıxarır. İrqi ayrı-seçkilik, bir xalqın 

başqa   xalqdan  üstün  olması  (guya  ki),  mədəniyyəti  zahirdə 

axtarmaq  (bəzəkli  paltarlardan  tutmuş,  əndrəbazi  reklamlara 

qədər) 

kimi  anlayışlarla  insani  mahiyyətimizə  qarşı 



düşmənçilik edir. 

Bir sözlə, "nəfsani mənimiz" bizi ruhumuzdan ayıraraq 

gülünc vəziyyətə salır! 

 

 



 

   


 

 

 


HƏYAT DƏRSLƏRİ

                         

Tahir Qəffarlı 

 

 



17 

XIII DƏRS 

 

Daxili azğınlıq... 

 

Sakit,  lal  axan  çayda  burulğan  olduğu  kimi,  insanın  iç 

aləmində  gizli  şəkildə  azğınlıq  olur.  Öz-özlərində  daha  çox 

bütləşmiş  insanlarda  bu  daha  aydın  görünür.  Öz-özünə 

bütləşmiş insanlar dedikdə, yəni "mən", "mənəmlik" duyğuları 

daha çox olan insanlar nəzərdə tutulur. Özündə daima narahat 

olub,  digər  insanlarda  eyib  –  qüsur  axtaran  insan  sağalmaz 

mənəvi  xəstəliyə  düçar  olmuşdur.  "Vampir"ə  çevrilən  insan, 

Allahla  özü  arasındakı  bağdan,  əlaqədən  (dua  edib  çağırmaq) 

məhrum  olur.  Belə  insanlarda  özlərindən  asılı  olaraq  və 

olmayaraq intiqam hissi daha da güclənir. Qarşısındakı insanın 

"saf  "  enerjiyə  malik  olduğunu  bilərək  (çünki,  özü  qaranlıq 

olan  insan,  işıqlı  insanı  dərhal  seçir),  öz-özünə  qəzəblənən 

"vampir",  o  insanın  enerjisi  ilə  qidalanmaq  üçün  hər  cür 

hiyləyə,  bicliyə  əl  atır.  Özünü  "şirin"  satmaqla,  tərifləməklə, 

yaltaqlanmaqla,  ya  da  "hədə-qorxu"  gəlməklə,  vəzifəsindən, 

ad-sanından  istifadə  edərək  qarşısındakı  insanın  "saf"  enerjisi 

ilə qidalanmağa daima can atır "vampirlər"! 

Yəni, insan 2 cür ac olur: Biri fiziki bədənlə, o biri isə 

qəlbi ilə. 

Fiziki bədəninin aclığını, adi  yeməklə təmin  edir. Qəlb 

aclığını  (mənəvi  aclığı)  isə  ətrafındakı  insanlardan  (istər 

doğma, istərsə də yad olsun – fərq etmir) enerji alaraq doyurlar. 

Yenə  də  gəlib  bir  mətləbə  çıxırıq:  Bəsirətsiz  insan  özünə  heç 

cür kömək edə bilmir! 

Qəlbinizi  (içinizi)  havayı  dünya  istəkləri  ilə  doldurma-

yın.  Qəlbinizin  qapısı  bircə  Allah  üçün  açıq  olsun.  Çünki, 

bəsirət  Allah  tərəfindən  qəlbimizə  göndərilən  "Nur"  ilə, 

işıqlandırılaraq əsil həqiqətin görünməsi deməkdir! 

 

 



 


Tahir Qəffarlı 

HƏYAT DƏRSLƏRİ

 

 

 



18 

XIV DƏRS 

 

Özünü tanı ki, yalanlarla yaşamayasan!!! 

 

Gəncliyində bir-birinə sevirəm deyənlər, qocalanda niyə 

susurlar? 

Əslində,  gəncliyində  bir-birinin  görünüşünə  bağlanan 

insanlar (şəhvətlərinə görə) mahiyyətcə bir-birlərini tanımırlar. 

(Özlərini tanıyırlarmı ki?) Şəhvət həvəsi azalmağa başladıqca, 

dillə  deyilən  "sevgi"  məfhumu  yox  olmağa  başlayır.  Qocalıb, 

bədəndəki suyu azalan insan, sadəcə olaraq, ancaq xəyalları ilə 

baş-başa qalır. İnsanlar, özlərini tanımadan, ailə qurur və elə də 

(daxilən kor) dünyadan köçürlər! 

 

 

 



 

 

   



 

 

 


Yüklə 222,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə