Həyat dərslərİ



Yüklə 222,17 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix21.06.2018
ölçüsü222,17 Kb.
#50524
növüDərs
1   2   3   4   5   6   7   8

HƏYAT DƏRSLƏRİ

                         

Tahir Qəffarlı 

 

 



19 

XV DƏRS 

 

İrfan, mərifət nurudur!... 



 

Mərifət, Allahı tanımaqdır! (Nəfsə xoş görünən "əxlaqi" 

görüntülər  deyil!)  Lakin  Allahı  zahirən  (nəfsinə  uyğun-

laşdıraraq) və daxilən – qəlbən tanımaq kimi fərqli cəhətlər var. 

Zahirən  (nəfslərinə  görə)  tanıyanların  bəsirətləri  bağlı 

olduğundan,  sadəcə  olaraq  "fanatik"  olurlar.  (İlahi  məntiqdən 

kənar  olan  insanlar,  şeytani  təfəkkürə  malik  olurlar.  Fanatik 

insanin  düşüncəsi  başqalarının  fikirləri  ilə  idarə  olunur. 

Fanatikdən  soruşanda  ki,  "məhz  niyə  sən  dediyin  kimi 

olmalıdır". O isə nalayiq söz və hərəkət ilə cavab verir...  

Allaha qəlbən – ruhən bağlı olan bəsirət sahibləri, ən ali 

eşq  ilə  Allahı  sevirlər,  utandıqlarına  (daimə  qüsürlu  nəfsani 

istəklərinə) görə isə Allahdan qorxurlar. Bu adi dünyəvi qorxu 

deyil, qəlbin məsumluğudur. Məsumluq, utanmaq deməkdir. 

Utanmaq isə pis olan şeylərdən qorxmaq deməkdir!... 

İndi utanan bəniz – sifət görmək müşkül məsələdir. Üz-

lərdə, gözlərdə (çoxluq təşkil edir) nur əvəzinə əcaib görüntülər 

var.  İndi,  gənclərin  çoxunun  bəyənmədiyi  baba-nənələrimizin 

üzlərində olan nur, onların İNSANLIQ diplomları idi...  

Təəsüflər olsun ki,  indiki  gənc nəsillə bəsirətli  insanlar 

arasında dərin uçurum var. Həqiqəti eşidən qulaqlar kar olub... 

İbrət olmayan yerdə, qeyrət olmaz!... 

 

 

 



   

 

 



 


Tahir Qəffarlı 

HƏYAT DƏRSLƏRİ

 

 

 



20 

XVI DƏRS 

 

Söz 

Yunan  filosofu  Sokrat  demişdir:  "Danış,  sənin  kim 

olduğunu  deyim"!  Hər  bir  insan,  öz  dilinin  altında  gizlənib. 

Sözü ucuz olanın özü ucuz olar. Sözü düz olanın özü düz olar. 

Söz var ömrü uzadar, söz var ömrü gödəldər. Söz, məsuliyyət 

deməkdir.  

Götürə biləcəyin qədər yük götür!... 

"Yalançı ümiddənsə acı həqiqət yaxşıdır". 

Söz,  o  vaxt  əmələ  –  işə  çevrilir  ki,  (hələ  əməl  –  iş 

şəklində  baş  verməmiş)  sən  sözlə  məsuliyyəti  öz  üzərinə 

götürürsən.  Kiməsə  verdiyin  söz  (filan  işi  edəcəm,  filan  işdə 

sənə kömək edəcəm) artıq məsuliyyətdir. 

Artıq  yük  götürmək,  kiməsə,  nəyə  görəsə  də  söz  ver-

məkdir. Ailədə, iki dost, iki rəfiqə arasında olan münasibətləri 

korlamaq (pozmaq), sözünə məsul (cavabdeh) olmamaqdır. 

İndi,  hal-hazırda  insanlar  arasında  münasibətlər  ona 

görə  saxtalaşır  ki,  insan  dediyi  sözə  görə  məsuliyyət  daşımır. 

Yəni vicdanlar pas atır, qəlblər qaralır. 

Sözə  münasibət  düzgün  qurulmadığına  görə  ("elə-belə 

sözdü  də,   deyirəm"  deyənlərin  sayı  çoxalır)  qarşılıqlı  inam 

(istər ailə daxili, istər ətrafdakılarla) pozulub. 

Söz  ananın  dilində  "layla"dır  (Təəsüflər  olsun  ki,  indi 

"layla"  deyən  analar  barmaq  sayı  qədərdir).  Ana-ata  məhəb-

bətinin etirafıdır, oğlan-qız arasında ülfətdir, bağdır və s. 

Sözə  xor  baxılır.  Belə  halla,  dünyamız  da  pisə  doğru 

dəyişdi.  Hər  şeyin  dadı  qaçdı.  İnamsızlaşan  insanlarda  biga-

nəlik,  qabalıq,  zalımlığa  meyillilik  çoxaldı.  Bütün  bəlaların 

kökündə sözə olan pis – yaman münasibət durur. 

Gəlin, diqqətli olaq! Sözlə oynamayaq!  

Axı, o, Allahın əmanətidir!... 

 

 

 



HƏYAT DƏRSLƏRİ

                         

Tahir Qəffarlı 

 

 



21 

XVII DƏRS 

 

"Əbədiyyət, ölməzlik " axtarışı... 

 

İnsan, şübhəsiz ölümə məruz qaldığını bilərək, özündən 



(yəni,  öz  həyatından)  sonra  əbədi  iz  qoymağa  çalışıb.  Neçə-

neçə gözəl, nəhəng abidələr, rəsm – heykəltaraşlıq nümunələri, 

bədii  ədəbiyyat  və  musiqi  əsərləri,  daha  nələr,  daha  nələr, 

əbədiyyətə,  ölməzliyə  qovuşmaq  üçün  olan  istəkdir.  "Ölüm" 

fikri, insanın yaşamaq ehtirasını daha da gücləndirir. 

Lakin  dərk  etmə  reallığı  daha  güclüdür.  "Ölümün"  bir 

keçid  (körpü)  olduğunu  dərk  edən  insan  "əbədiyyəti, 

ölümsüzlüyü"  başqa  cür  dərk  etməyə  başlayır.  Bəli,  ruh 

ölümsüzdür  və  onun  sınanması  üçün  (bu  dünya  yaradılıb) 

insana  bədən  verilib.  İnsan,  ruhunun  ağlı  ilə  (nəfsani  ağlı  ilə 

yox)  əbədidir,  ölməzdir.  Əməl  dəftərimizdə  yazılanlar  əsasdır. 

Əgər  nəfsimiz  ruhumuzu  özümə  tabe  edibsə,  onda,  günahlar 

ruhumuzun  üstünə  yazılacaq.  Hər  birimiz  ağır  məsuliyyətin 

altındayıq. Bu məsuliyyət bəndəlik haqqıdır. 

Bir  insanın  digər  insana  münasibəti,  o  insanın  Allaha 

olan  münasibəti  əsasında  olur.  Yəni,  sən  Allaha  hansı  müna-

sibəti bəsləyirsənsə, bunun əsasında başqa insanlarla münasibət 

quracaqsan ! 

 

 

 



   

 

 



 

 


Tahir Qəffarlı 

HƏYAT DƏRSLƏRİ

 

 

 



22 

XVIII DƏRS 

 

Ağıl və qəlb... 

 

Beyin, bir ev kimidir. Ora nə yığılarsa, o da sənin olar. 



Topladığın  bilik,  məlumat  sənin  "kimliyini"  müəyyənləşdirir. 

Düzdür,  qəlbin  "kimliyi"  ağılda  toplanan  biliklərdən  fərqlidir. 

Duymaq  başqadır,  bilmək  başqa.  Lakin  cəmiyyətdə,  insanlar 

arasında  sənin  "kimliyin"  ağzından  çıxan  sözə  görədir.  Dar 

düşüncəli  insan,  hətta  gözəl  qəlbə  malik  olsa  da,  çətin 

vəziyyətlərdə  düzgün  söz  tapıb,  danışa  bilmir.  Əksinə,  xətalı 

sözlər  işlədərək  günah  edir.  Deməli,  qəlbin  saf  olması  ilə 

bərabər,  həm  də  düzgün  düşüncəli  ağıl  da  lazımdır.  Düzgün 

düşüncəli  ağlı  isə  elmlənməklə,  elm  qazanmaqla  əldə  etmək 

olar. İnşəAllah! 

 

 

 



 

 

   



 

 


Yüklə 222,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə