Həyat dərslərİ



Yüklə 222,17 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix21.06.2018
ölçüsü222,17 Kb.
#50524
növüDərs
1   2   3   4   5   6   7   8

HƏYAT DƏRSLƏRİ

                         

Tahir Qəffarlı 

 

 



27 

XXIII DƏRS 

 

"Əməl dəftəri " və ya "talenəmə"... 

 

Gəlin, Qurani-Kərimə müraciət  edək.  Belə  ki,  Quranda 



bildirilir ki, hər kəsin "Əməl dəftəri" öz boynundan asılıb. Hər 

an, hər dəqiqə sən öz "əməl dəftərini" yazırsan. Qələm rolunda, 

danışdığın  söz,  hərəkətin,  hər  cür  münasibətin  iştirak  edir. 

Yəni,  danışdığın  sözlə,  hər  cür  münasibətinlə  özün,  öz  "əməl 

dəftərini"  yazırsan.  Bizim  özümüzə  və  ətrafdakı  insanlara 

münasibətimiz beynimizdə  yaranan fikirlər  əsasında baş verir. 

Deməli,  beynimizdə  yaranan  fikirlərə  nəzarət  etməklə,  öz 

"əməl  dəftərimizin" təmizliyini, dürüstlüyünü  qoruyub saxlaya 

bilərik. Özünə nəzarət, yenə də özünə nəzarət çox vacibdir. Öz 

taleyinə görə məsuliyyəti şəxsən sən özün daşıyırsan. 

Əsəbləşmək,  pis  sözlərlə  öz  münasibətini  bildirmək, 

demək  olar  ki,  əksəriyyət  insanlara  aiddir.  Bu  isə  gələcək 

günahların  başlanğıcıdır.  Daima  özünü  "ələ  almaq"  qabiliy-

yətini inkişaf etdirmək və buna nail olmaq lazımdır. Özünə tez-

tez təlqin etməklə, yəni deməklə ki, "sakit ol, axı sonra peşman 

olacaqsan"! Yəni özün, özünlə danışmaq və mütləq, məsləhətə 

qulaq  asmaq  lazımdır.  Özün  özünə  dost  ol  ki,  düşmən  qələbə 

çala bilməsin!  

 

 

 



   

 

 



 


Tahir Qəffarlı 

HƏYAT DƏRSLƏRİ

 

 

 



28 

XXIV DƏRS 

 

Qəlb rahatlığı... 



 

Ailə daxili və ətraf aləmlə münasibətlər dəyişdikcə, biz 

də  dəyişirik.  Köhnə  xatirələr,  daha  qəlbimizi  isidə  bilmir. 

Həyatın  dadı  azalır.  Çünki  xatirələrdən  aldığımız  ləzzət  hissi 

yox olmağa başlayır. Əvvəllər çox böyük görünən dünya, indi 

balacalaşır.  Etinasız  olan  insan,  hətta  divarda  "çıqqıldayan" 

saatın səsini eşitmir. Təbiətin xoş nəfəsi belə yadlaşır, uzaqlaşır 

insandan. Sadəcə olaraq elə-belə ömür sürməyə başlayır insan! 

Əvvəllər  xoş  görünən  şeylərin  fərqinə  varmayan,  indi  özünü 

aldadaraq (güya mənalı yaşayır kimi) yaşayır insan... 

Ey  həyatın  dadını  itirən  insan!  Ancaq  Allaha  sığın! 

Çünki  qəlblərin  dərmanı  Allahdadır  və  Allahdandır!  Həqiqi 

rahatlığı (qəlbən olan rahatlığı) ancaq Allaha olan yaxınlığında, 

münasibətində tapa bilərsən, inşəAllah! 

 

 

 



 

   



 


HƏYAT DƏRSLƏRİ

                         

Tahir Qəffarlı 

 

 



29 

XXV DƏRS 

 

Günahsızlıq?... 

 

Mütləq kamillik, ancaq Uca və Qüdrətli Allaha aiddir! 



Qüsurlu olan insan daima etdiyi səhvlərə və ya günah-

lara  görə  özünə  haqq  qazandırmaq  istəyir.  Elə  bir  insan 

görmüsünüzmü ki, səhv etdiyi halda insanlar qarşısında dərhal 

etiraf edə?  

İnsan,  başqalarının  etdiyi  səhvi  dərhal  görür.  Ancaq 

özünün etdiyi səhvi, səhv saymır. 

Nizami Gəncəvini yadımıza salaq: 

 

Günahkarıq hamımız, demə hanı günahkar? 



Eyləməyək nahaqdan bu dünyanı günahkar!... 

 

Nizami  dühası  ilə  yanaşsaq,  insanın  ən  böyük  faciəsi, 



özündən başqa  hamını  günahkar  bilməkdir.  Başın  böyüklüyü, 

heç  də  bilikli  olmaq  deyil.  Başda  biliklərin  çoxluğu,  ağıllı 

olmaq deyil. Lazım olan biliklərə yiyələnməkdir ağıllı olmaq! 

Böyuk Nizaminin yuxarıda yazılan iki sətir şeirini ömür 

boyu  yadda  saxlamaqla  və  həmçinin  öz-özünə  daima  deməklə 

(tez-tez yada salmaqla), insan özünü tərbiyələndirər. Çox sayda 

biliklərə  yiyələnib,  daima  günahkar  axtaran  insan,  öz-özünə 

düyün  vurur.  Bütün  narazılıqların  (streslərin)  kökündə  özünü 

günahsız bilmək durur! 

 

 



 

   


 

 

 


Tahir Qəffarlı 

HƏYAT DƏRSLƏRİ

 

 

 



30 

XXVI DƏRS 

 

Həddini bilən, haqqını (Allahın bəxş etdiyi bəndəlik 

haqqını) itirməz! 

Həddini  aşan,  haqqı  danaraq  Allaha  qarşı  çıxır.  Hər 

şeydə  həddini   gözlə!  İstər  sözdə-söhbətdə,  istər  yeməkdə-

içməkdə, istirahətdə, sevincdə və  kədərdə, geyimində, oturuş-

duruşunda  orta  həddi  gözləmək  lazımdır.  Düzdür,  qarşındakı 

insan  kəmfürsət,  səbrsiz  olarsa,  onunla  ünsiyyət  qurmaq 

olduqca çətindir. Ancaq bir təhər "yola vermək", olar! 

İstəkləri  aşıb-daşan  insanlar  öz  hədlərini  unudurlar. 

Yəni, söz və davranışlarında artıq-əksikliyə yol verirlər! İstək-

lərinə  nəzarət  edib  təhlükəsiz  edən  insan  özünü  Allahın 

qəzəbindən qorumuş olur, İnşəAllah ! 

Həzrət Əli (ə.s.) demişdir: "Xoş o insanın halına ki, 

öz  qədrini  (yəni  həddini)  bilir".  Mərifət,  Allahı  tanımaq 

deməkdir.  Qışqırıb  bağıraraq,  guya  haqlı  olduğunu  kimə  isə 

sübut  edən  insanın  mərifəti  olmaz!  Vay  belə  (guya)  Allah 

"sevənlərin"  halına!  Özlərini  kimlərinsə  gözünə  sox-

maq  istəyən belələrinin bəsirət gözləri bağlı olar! 

Qadınlarda  ismət,  onların  mərifətidir.  Belə  ismətli 

qadınlar  minlərlə  kişi  qəlbində  işıq  yandirar!  Belə  ki,  ismətli, 

mərifətli  qadın  öz  nurunu,  bilavasitə  Allahından  alır!  Qəlbi 

qaranlıq olan kişilərin belə məsumlara ehtiyacları var. Necə ki, 

bizim  Fatimeyi-Zəhra  salamullaha,  Zeynəb  xanıma,  daha 

doğrusu, onların  nur aləmindən (şübhəsiz Allahın bəxş etdiyi) 

bir pay ummaq istəyimiz var! İnşəAllah ! 

Həd  hüduddur!  Sərhəddir!  Çalış,  hər  sözünə,  davranı-

şına  nəzarət  edəsən.  Əks  halda,  yəni,  davranışına  nəzarət 

etməzsənsə, onda, heyvanla sənin aranda nə fərq olar!!! 

 

 



 


Yüklə 222,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə