Həyat dərslərİ



Yüklə 222,17 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix21.06.2018
ölçüsü222,17 Kb.
#50524
növüDərs
1   2   3   4   5   6   7   8

HƏYAT DƏRSLƏRİ

                         

Tahir Qəffarlı 

 

 



31 

XXVII DƏRS 

 

Özünü axtarış, hal dəyişkənliyi ... 

 

İnsan,  ayrı-ayrı  anlarda  keçirdiyi  hisslərin,  fikirlərin 



təsiri ilə bu və ya digər hallarda olur. İnsan, gah ağarır, gah da 

qaralır.  Paxıllıq  edəndə,  qəzəblənəndə,  acizləşəndə  insan 

qaralır.  Xoş  duyğu,  fikir  halında  olanda  isə  işıqlı,  nurlu  olur. 

Yəni, insan gah heyvan həddində olur, gah da Ali insan halında 

olur. 

İnsan,  içindəki  qaranlıq  və  işığın  vəhdətindən  törəyən 



ziddiyyətlər içində özünü axtarır?!  

Elə  məqamlar  olur  ki,  (insanın  duyğu  və  fikirləri  saf 

olanda)  işıqlı  halda  Allaha  qovuşur  insan  (Yəni,  Allahı  ilə 

söhbət edir), İnşəAllah. Elə məqamlarda olur ki, insan, şeytanla 

əl-ələ tutuşmuş (yəni, şeytanla  dostluq) halında olur. 

Lakin,  bu  uzun  müddət  davam  edə  bilməz.  Geci-tezi, 

insan  seçim  edir.  Ya  Allaha  tərəf  gedən  yolu  tutaraq,  ya  da 

şeytana tərəf gedən yola tərəf qət edərək gedir! 

 

 

 



   

 


Tahir Qəffarlı 

HƏYAT DƏRSLƏRİ

 

 

 



32 

XXVIII DƏRS 

 

Münasibət 

 

Sual: "Sən xoşbəxtsənmi"? 



Sual: "Ən böyük arzun, istəyin nədir"? 

Sual: "Sən özünü necə insan hesab edirsən? Yaxşı insan 

hesab edirsənsə, niyə yaxşı insansan"?  

Nə  qədər  suallar  var,  nə  qədər  cavablar  var!  Hər  şeyə 

münasibət  sənin  dünya  görüşündən, zövqündən  və şəxsi  mən-

fəətindən  asılıdır.  Belə  ki,  sənə  nə  xeyir  verirsə,  "o  da 

yaxşıdır".  İnsanların  çoxu  tez-tez  "vicdan,  ədalət"  kimi  söz-

lərdən  istifadə  edirlər.  Lakin  real  olaraq  öz  mənafelərini 

güdürlər. 

Münasibət, məsafədir. Yəni, sən hər hansı insana müna-

sibətindən asılı  olaraq, onlara  "yaxşı" və  ya  "pis"  kimi  qiymət 

verirsən.  Daha  iyrənci  odur  ki,  münasibətində  təəssübkeşliyə, 

qohumbazlığa yol verəsən. 

Kamil  insan  üçün  digər  insanın  adı-sanı,  varı-dövləti, 

geyimi,  bəzəkli sözü,  ədabaz  yerişi  əsas  deyil, Allah sevərliyi 

əsasdır! 

Düzgün  münasibət,  hər  şeydə  həddini  bilməkdir.  Həd-

dini  bilən  insan  azmaz,  qudurmaz.  Bir  də,  münasibətini 

quranda öz əqli və maddi imkanlarını nəzərə almalısan. 

 

 



 

   


 

 

 


HƏYAT DƏRSLƏRİ

                         

Tahir Qəffarlı 

 

 



33 

XXIX DƏRS 

 

Etiraf (Səhvini boynuna almaq) 



 

İki  cür  etiraf  olur:  Nəfsinə  görə  etiraf  etmək,  başqala-

rının gözündə "yaxşı" görünmək istəyidir. İlk baxışda, guya ki, 

etiraf  edir  insan.  Əslində  isə  başqasını  aldatmaq  istəyir.  Qəlbi 

ilə etiraf edən insan səmimidir. Həqiqətən, peşman olmuşdur. 

Etiraf  etməklə,  insan,  etdiyi  səhv  və  ya  günahdan  azad 

olmaq  istəyir.  Qəlbən  etiraf  edənlər,  yüngül  cəza  ilə 

cəzalanaraq,  təmizlənirlər.  Yalançı  etiraf  edənlər  isə  lazım 

olduğu qədər, həm bu dünyada, həm də axirətdə cəzalanırlar. 

Həqiqi  etiraf  etməməklə,  insan  heyvandan  belə  aşağı 

səviyyəyə  enir.  Belə  ki,  heyvanların  bəzisində  də  peşman 

olmaq qabiliyyəti var.  

Etirafı  vaxtında,  zamanında  edin.  Çünki  sonrakı  peş-

manşılıq fayda vermir! 

 

 

 



 

   


 

 


Tahir Qəffarlı 

HƏYAT DƏRSLƏRİ

 

 

 



34 

XXX DƏRS 

 

Yalan 

 

İnsan qəlbinin düşməni, məcbur olanda yalan danışmaq 



deyil,  qəlbini  yalana  öyrətməkdir.  İnsan,  daima  istəklərinin 

əsiridir.  Əgər  bu  istəklər  halallığa  söykənirsə,  yəni  halaldırsa, 

belə istəklərin əsiri olmaq insanı şərəfli edər. 

Lakin  "nə  yolla  olursa,  olsun"  deyib,  qəlbini  yalana 

öyrədənlər  içdən,  daxildən  özlərini  məhv  edənlərdir.  Əvvəlcə 

yalan  deyib,  sonra  həm  özünə,  həm  də  başqasına  düz  kimi 

"sırıyan",  yəni  təqdim  edən  insan,  qəlbini  ləkələyərək, 

çirkləndirərək,  özünü  mənən  məhv  etməyə  başlayır.  Əvvəllər 

düzgün  insan  kimi  tanıdığın  bir  insan,  müəyyən  zamandan 

sonra əcaib-qəraib məxluqa (insana) çevrilir. 

Qəlbini  yalandan  qoru  (Məcbur  olub  danışdığın  yalana 

görə peşiman ol)! Bir sözlə qəlbini qoru, saxla! Bəsirət (Haqq) 

gözü, qəlbdə yerləşir. Allaha gedən yol, qəlbdən başlayır. 

 

 



 

   



 


HƏYAT DƏRSLƏRİ

                         

Tahir Qəffarlı 

 

 



35 

XXXI DƏRS 

 

Məntiq... 

 

Məntiq,  həqiqətə  doğru  gedən  cığırdır.  Biz  istəsək  də, 



istəməsək də məntiqi düşüncə ilə yaşamalıyıq. 

Peyğəmbərimiz  Muhəmməd(s.ə.s.)-in  dediyi  bir  kəlam 

yadıma   düşdü:  "Bu  dünya  üçün  elə  yaşa  ki,  sanki  heç  vaxt 

ölməyəcəksən, axirət (yəni, o dünya) üçün elə yaşa ki, sanki bu 

dəqiqə öləcəksən"! 

İnsan, quru reallıqla yaşaya bilməz. Quru reallığı qəbul 

edən insan, intihar edərək özünü öldürür! 

Bu  dünyada  hər  şey  nisbidir.  "Yaxşı",  "pis",  "düz", 

"əyri", "böyük", "kiçik", "gözəl", "çirkin" və s. 

Dünya  işıq  və  qaranlığın  vəhdətində  movcud  olduğu 

kimi, ömür də, "yaxşı" və "pis" fikirlərin vəhdətində, mümkün 

olur! Sadə dillə desək, insan gah "yaxşı", gah da "pis" fikirlərlə 

yaşayır. Şəraitdən  asılı olaraq dəyişən insan, gah "alçalır", gah 

da "yüksəlir". 

"Ölüm  qorxusu"  daima  insanı  izləyir,  gözləyir.  Qonşu 

otaqda oturub, gözləyən elçi kimi. 

İnsan  tarix  boyu  rəsm  əsərlərində,  heykəltaraşlıq 

nümunələrində,  bədii  və  şıfahi  ədəbiyyatda  daima  "ölməzlik" 

ideyası  ilə  bu  nümunələri  yaradıb.  Nağıllarda,  xəyallarında, 

"ölməzliyə"  qovuşan  insan,  özünü  "xoşbəxt"  hiss  edib!  Hətta, 

yanıldığını bilsə, belə. Nə isə... Nə isə!.. 

 

 



 

   


 

 

 


Tahir Qəffarlı 

HƏYAT DƏRSLƏRİ

 

 

 



36 

XXXII DƏRS 

 

Neqativ (yəni, ziyanlı) enerji və qorunma ... 



 

Yunan filosofu Demokrit demişdir: "Elə yaşa ki, nəzərə 

çarpmadan olsun"! Yəni, başqa insanların diqqətini, hədər yerə 

öz üstünə götürmə.  

Hər bir insana aid olan həsəd, paxıllıq enerjisi var. Belə 

enerji  başqa  zəif  insanın  "aurasını"  deşərək,  həm  fiziki 

cəhətdən (40 gün müddətində) xəstəlik kimi özünü biruzə verir, 

həm  də  mənəvi  cəhətdən,  ruh  düşkünlüyü  yaradır.  İnsanın 

həyata, yaşamağa marağı zəifləyir. 

İnsan, xoşuna gəlmədiyi halda (yəni nəfsinə görə), istər 

doğma  olsun,  ya  da  ki,  yad  olsun,  mənfi,  neqativ  enerjisini 

göndərir.  Belə  halda,  ana  və  ya  ata  övladını,  dost  dostunu, 

yoldaş yoldaşını, bir sözlə hamını, öz neqativ (ziyanlı) enerjisi 

ilə  yaralayır.  Belə  hallarda,  güclü  qorunan  insanlara,  demək 

olar  ki,  heç  nə  olmur.   Əksinə,  göndərilən  ziyanlı  enerji, 

göndərənin özünə qayıdaraq, özünə ziyan verir. 

Neqativ  (yəni  ziyanlı)  enerji,  həm  fikirlə,  həm  gözlə, 

həm də toxunmaqla, sadəcə olaraq hər hansı əşya vasitəsi ilə də 

olur. 

İbadət edən insanların bu haqda bəzi məlumatları var.  



Ümumiyyətlə,  istəkləri  hədsiz  dərəcədə  artan  insan 

(ibadət  edən  olsa  belə)  artıq  qorunmur.  Yəni,  geci-tezi,  hər 

hansı neqativ (ziyanlı) enerjinin qurbanı olur! 

 

 



 

   


 

 


HƏYAT DƏRSLƏRİ

                         

Tahir Qəffarlı 

 

 



37 

XXXIII DƏRS 

 

"Vampir"  (yəni,  başqa  insanın  bioenerjisi  ilə 



qidalanan)  və  "Donor"  (yəni,  başqa  insana  öz 

bioenerjisini ötürən) 

 

"Vampir"  daima  enerji  mənbəyi  (yəni,  donor)  axtarır. 



Daima  ac  olan  "vampir",  fərqi  yoxdur,  yaxın  insan,  ya  da  yad 

adam  olsun,   bir  bəhanə  ilə  (həmin  "donoru"  tərifləməklə,  ya 

əksinə  əsəbləşdirməklə,  sığallamaqla,  yəni  toxunmaqla,  ya  da 

sadəcə  olaraq  diqqətlə  baxmaqla),  ondan  müsbət  bioenerjini 

sorur. 

"Vampirlərin" 



İlahi  Nurla  qidalanması,  haram 

olduğundan,  bütün  ömürləri  boyu  "oğru"  olaraq,  yaşayırlar. 

Adətən  "vampirlər"  səbrsiz,  kobud,  soyuqqanlı,  yöndəmsiz 

olurlar.  Ən  hiyləgər  "vampirlər"  isə  zahirdə,  guya  mehriban, 

qayğıkeş,  "yaxşılıq"  edən  insan  kimi  özlərini  aparırlar  (Hətta 

real olaraq, məqsədli "yaxşılıq" edirlər). 

"Donor" isə bilavasitə, İlahi Nurla qidalanır. Kimdir, bu 

"donor"? 

Başqa insana paxıllıq etməyən, "özünə rəva bilmədiyini 

başqasına rəva bilməyən"! Vicdanına zidd olan hər hansı sözü 

danışmır, hərəkəti etmir! 

 

 



 

   


 

 

 


Tahir Qəffarlı 

HƏYAT DƏRSLƏRİ

 

 

 



38 

XXXIV DƏRS 

 

Mənəvi kəşf 

 

Yəqinlik  (yəqin  etmək,  dəqiqləşdirmək),  mənəvi 



kəşfdən  sonra  mümkün  olur.  Yəni,  Ağılla  Qəlbin  vəhdətində 

hansısa məsələni  aydınlaşdırmaq zamanı. Bu zaman həm ağıl, 

həm də qəlb razılığa gəlirlər. 

Dəfələrlə  olur ki,  Ağlımızla nəyisə  təsdiq  edirik, ancaq 

Qəlbimizlə razı olmuruq. Ya da əksinə, Qəlbimizlə razı oluruq, 

ancaq Ağlımızla razı olmuruq. 

Lakin,  bu  hələ  hamısı  deyil.  Belə  ki,  tam  mənəvi  kəşf, 

təsdiqin  təsdiqi  və  ya  inkarın  inkarı  olandan  sonra  mümkün 

olur. Yəni, sən nə vaxtsa, hansısa bir fikri, əməli bəyənib təsdiq 

etmisənsə,  sonralar,  məqamı  çatanda  (dünya  görüşünün 

dəyişməsi ilə, yaşın artması ilə gələn təcrübəyə görə və s.) yenə 

də təsdiq edərsənsə, bu tam təsdiqdir!  

 

 

 



 

 

   



 


HƏYAT DƏRSLƏRİ

                         

Tahir Qəffarlı 

 

 



39 

AXIRINCI – XXXV DƏRS 

 

Təskinlik... 



 

Ümidlərimiz  qabaqda  gedərək,  bu  qaranlıq  dünyanı 

işıqlandırmaq istəyir. Xəyallarımızın hüdudu yoxdur. Xəyalla-

rımızla  virtual  (qiyabi)  olaraq  hara  istəsək  gedə  bilirik.  Düz 

olub-olmamağı, o qədərdə vacib deyil! 

Əməllərimiz  ehtiyaclarımıza  görə  yaranır.  Ehtiyacları-

mız  isə  münasibətlərimizə  və  maddi-mənəvi  imkanlarımıza 

görə  baş  verir!  Ehtiyac  olmasa,  insan  yerindən  tərpənməz. 

Maraq isə bizi istiqamətləndirir. 

Bütün ömrümüz boyu isə başımızın tacı, sağlamlığımız-

dır. Ruhumuza, at rolunda çıxış edən, bədənimiz çox lazımdır. 

İnsan  o  vaxt  müdrikləşməyə  başlayır  ki,  heyrətlənmə 

hissini itirir və hər şeyə adi baxır! 

 

Hər insan qıfıldır, açarı özü, 



Dünya şirin oyun, bağlanır gözü, 

Təəsüf, get-ha-getdə, bilir ki, gedir, 

Nə olsun, nə fayda, sonda nə edir? 

 

 



 

   


 

 



Tahir Qəffarlı 

HƏYAT DƏRSLƏRİ

 

 

 



40 

MÜNDƏRİCAT 

 

Ön söz əvəzi  .............................................................................................. 3 



I dərs  ......................................................................................................... 5 

II dərs  ........................................................................................................ 6 

III dərs  ....................................................................................................... 7 

IV dərs  ....................................................................................................... 8 

V dərs  ........................................................................................................ 9 

VI dərs  ..................................................................................................... 10 

VII dərs  .................................................................................................... 11 

VIII dərs  ................................................................................................... 12 

IX dərs  ..................................................................................................... 13 

X dərs  ...................................................................................................... 14 

XI dərs  ..................................................................................................... 15 

XII dərs  .................................................................................................... 16 

XIII dərs  ................................................................................................... 17 

XIV dərs  ................................................................................................... 18 

XV dərs  .................................................................................................... 19 

XVI dərs  ................................................................................................... 20 

XVII dərs  .................................................................................................. 21 

XVIII dərs  ................................................................................................. 22 

XIX dərs  ................................................................................................... 23 

XX dərs  .................................................................................................... 24 

XXI dərs  ................................................................................................... 25 

XXII dərs  .................................................................................................. 26 

XXIII dərs  ................................................................................................. 27 

XXIV dərs  ................................................................................................. 28 

XXV dərs  .................................................................................................. 29 

XXVI dərs  ................................................................................................. 30 

XXVII dərs  ................................................................................................ 31 

XXVIII dərs  ............................................................................................... 32 

XIX dərs  ................................................................................................... 33 

XXX dərs  .................................................................................................. 34 

XXXI dərs  ................................................................................................. 35 

XXXII dərs  ................................................................................................ 36 

XXXIII dərs  ............................................................................................... 37 

XXXIV dərs  ............................................................................................... 38 



XXXV dərs  ................................................................................................ 39 

Yüklə 222,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə