Page 1 of 21
Dünya səviyyəli layihələrin təhlükəsiz və etibarlı şəkildə
həyata keçirilməsi
Slayd 1 - Giriş
Cənab Sədr,
Hörmətli qonaqlar,
Xanımlar və cənablar!
BP şirkətinin Xəzər regionunda Azərbaycan və tərəfdaşlarımız adından
operatorluq etdiyi uğurlu layihələrdən danışmaq üçün bu gün burada
olmaqdan məmnunluq duyuram.
Təqdimatımı 20 ildən artıqdır ki davam etməkdə olan bu uğurlu tərəfdaşlığın
möhtəşəm tarixçəsi ilə başlamaq istərdim.
Page 2 of 21
Slayd 2 – Möhtəşəm tərəfdaşlığın tarixçəsi
Tərəfdaşlığımız Azərbaycanın müstəqillik qazanmasından üç il sonra başlayıb.
20 ildən artıq müddət ərzində biz Azərbaycan hökuməti, SOCAR və
tərəfdaşlarımız ilə birlikdə dünyanın ən uğurlu biznes tərəfdaşlıqlarından birini
qurmuşuq.
Bu tərəfdaşlıq bir çox dünya səviyyəli əlamətdar hadisələrə və nailiyyətlərə
şahidlik edib. Məsələn:
1994-cü ildə müqavilənin imzalanmasından üç il sonra AÇG-dən ilk neft
hasil edilib;
Qaz ehtiyatları aşkar edildikdən yeddi il sonra Şahdəniz yatağından ilk
qaz hasil edilib;
Ceyhan terminalında ilk tankerin yüklənməsi ilə neft sənayesindəki ən
möhtəşəm mühəndis layihələrindən biri olan BTC boru kəməri işə
düşüb.
BTC yenicə olaraq 10 illiyini qeyd edib. Biz operator kimi və eləcə də
Azərbaycan, SOCAR və BTC tərəfdaşları bu əlamətdar tarixlə qürur
duymalıdır, belə ki, bu müddət ərzində BTC vasitəsilə təhlükəsiz və problemsiz
şəkildə 2,2 milyard barel xam neft nəql olunub və Ceyhan terminalında 2900
tanker yüklənərək təhlükəsiz qaydada dünya bazarlarına göndərilib.
Bu möhtəşəm tarix cəlb edilmiş bütün tərəflərin sıx əməkdaşlığı, tranzit
ərazisinə malik ölkələrin hökumətlərinin dəstəyi və razılığı, əməliyyatların
Page 3 of 21
təhlükəsiz, məsuliyyətli və səmərəli şəkildə həyata keçirilməsi ilə nələrə nail
oluna biləcəyini göstərir.
Page 4 of 21
Slayd 3 – Xəzərdə BP-nin iri dəniz əməliyyatları
Bu slaydda mən sizə öz nəhəng dəniz əməliyyatlarımızın möhtəşəm
tarixçəsindən danışacağam. Bu tarixçə 1997-ci ildə Səngəçalda yeni terminalın
açılması və Çıraq platformasının işə düşməsi ilə başladı. Həmin vaxtdan
etibarən, biz öz tərəfdaşlarımızla birlikdə Xəzərdə iri layihələrin həyata
keçirilməsində unikal nailiyyətlərə imza atmışıq. İşlənmə fazaları ərzində biz
orta hesabla Çıraq platformasından ilk neft hasil edildikdən etibarən hər 3
ildən bir böyük bir layihə həyata keçirmişik. (
2005-ci ildə Mərkəzi Azəri, 2005-
ci ildə həmçinin Qərbi Azəri, 2006-cı ildə Şərqi Azəri, 2006-cı ildə Şahdəniz 1,
2008-ci ildə Dərinsulu Günəşli və 2014-cü ildə Qərbi Çıraq)
Hazırda bizim nəhəng dəniz əməliyyatları sisteminə ümumilikdə doqquz dəniz
platforması daxildir. Və biz həm də SOCAR-a məxsus olan üç qazma
qurğusundan, “Dədə Qorqud”, “Heydər Əliyev” və “İstiqlal” adına qazma
qurğularından istifadə edirik.
Başqa heç bir yerdə BP-nin əməliyyatlarında bu qədər çox platformalar və
qazma qurğuları yan-yana düzülərək vahid komanda şəklində eyni
əməliyyatları həyata keçirmir – bu dəniz əməliyyatlarımızın nəhəng miqyasını
göstərir və biz qürur duyuruq ki, bütün bunlar təhlükəsiz şəkildə və ətraf
mühitin qeydinə qalmaqla yerinə yetirilir.
Page 5 of 21
Slayd 4 – Regionda BP-nin quruda həyata keçirdiyi iri əməliyyatlar
Quruda biz Xəzər dənizindəki neft-qaz yataqlarını birbaşa dünya bazarlar ilə
birləşdirən nəhəng ixrac sisteminə malikik. Ümumilikdə quruda biz ümumi
uzunluğu 3300km təşkil edən üç boru kəməri sisteminə və Qara dənizdə və
Aralıq dənizində iki dəniz ixrac sisteminə operatorluq edirik.
Bizim qurudakı sistemimizə həmçinin dünyanın quruda yerləşən ən böyük neft
və qaz terminallarından biri olan, Səngəçal terminalı da daxildir. Bizim bütün
dəniz platformalarımız mürəkkəb sualtı boru kəməri infrastrukturu vasitəsilə
bu terminala birləşir və terminal fəaliyyətə başladığı vaxtdan etibarən orada
bir irimiqyaslı genişlənmə işləri həyata keçirilib və ikinci genişlənmə işləri isə
hazırda davam edir.
Dünyanın ən böyük iki sənaye infrastrukturu layihələri olan BTC və CQBK boru
kəmərləri dünya standartlarına uyğun şəkildə fəaliyyət göstərir. BTC fəaliyyətə
başladığı ilk gündən etibarən onun təhlükəsizlik və istismar etibarlılığı üzrə
göstəriciləri mükəmməl olub və Azərbaycan üçün və operator kimi bizim üçün
qürur mənbəyidir.
Digər faydalarından əlavə, bu boru kəmərləri həm də öz marşrutu boyunca
yerləşən yerli icmalar üçün bizim sponsorluq etdiyimiz yüzlərlə davamlı inkişaf
layihələrindən faydalanmağa imkan yaradır. Və bütün bu işlər təbii landşafta
minimal təsirlərlə həyata keçirilmişdir.
Page 6 of 21
Slayd 5 – AÇG 20-ildən artıq uğurlu tarixçə
AÇG layihəsi 20 ildən artıq təhlükəsiz, etibarlı və səmərəli şəkildə həyata
keçirilən əməliyyatları ilə möhtəşəm tarixçəyə malikdir. Dünya miqyasında
AÇG öz təhlükəsizlik, etibarlılıq və səmərəlilik göstəricilərinə görə dünyanın ən
yaxşı idarə edilən nəhəng yataqlarından biri kimi tanınır.
AÇG üzrə hasilat və emal qurğuları BP-dəki ən böyük qurğular sırasındadır. Bu
qurğular vasitəsilə bu vaxtadək 2,7 milyard barel neft hasil edilib. Bu qurğular
həmçinin istismara yararlılıq vəziyyətinə görə son dərəcədə yüksək göstəriciyə
nail olub. 2010-cu ildən etibarən qurğuların icra göstəricisi orta hesabla 97%-
dən yüksək olub. AÇG əməliyyatlarının miqyasını və mürəkkəbliyini nəzərə
alsaq, bu, sənayedə aparıcı bir göstəricidir. Və bu, yalnız BP-də deyil,
ümumilikdə sənayedə bütün standartlar üzrə mükəmməl göstəricidir.
Bütün bunlara necə nail olmuşuq? İlk növbədə, operator olaraq inanırıq ki, biz
düzgün
layihələndirmədən,
düzgün
avadanlıqlardan,
düzgün
texnologiyalardan, düzgün siyasətlərdən, standartlardan və mexanizmlərdən
və ən əsası da düzgün işçi heyətindən istifadə etmişik.
Məsələn, qumun idarə edilməsi sahəsini götürək. AÇG məhsuldar laylarındakı
zəif qumdaşı qatları quyudan qumun çıxmasına səbəb olur ki, bu da hasilatı
azalda və qurğulara ziyan vura bilir. BP-nin qum təzahürü ilə effektiv
mübarizə texnologiyası yüksək debitli quyuların qazılması ilə yanaşı qurğuların
Page 7 of 21
mühafizə olunmasında son dərəcədə əhəmiyyətli rol oynayıb. Biz hazırda cari
hasilatımızın 50%-ni qumlu kollektorlarda həyata keçirməklə qumun idarə
olunması sahəsində ekspertik.
Və yaxud başqa bir misal kimi, qabaqcıl model əsaslı optimallaşdırma və
vəziyyətə nəzarət sistemlərimizi göstərə bilərik. Bunlardan istifadə etməklə biz
quyu göstəricilərimizi optimallaşdırırıq və avadanlığın texniki bütövlüyünə
nəzarət edirik ki, bu da bizə problemləri erkən mərhələdə aşkar etməyə imkan
verir.
Page 8 of 21
Slayd 6 – Xəzərin möhtəşəm qazma tarixçəsi
AÇG və Şahdəniz yataqlarındakı qazma göstəriciləri bu sahədə dünyanın ən
uğurlu nailiyyətlərindən biridir. Qeyd etmək istəyirəm ki, Xəzər hövzəsi
sənayedə mövcud olan ən mürəkkəb çətinliklərdən bəzilərini özündə
cəmləşdirir. Buna görə də, bu dünya səviyyəli layihələrin həyata keçirilməsi
üçün sərt qazma şərtlərinin öhdəsindən gələ biləcək bacarıqlı işçi qüvvəsi və
qabaqcıl texnologiyalar tələb olunub.
Faktiki olaraq, dünyanın ən mürəkkəb quyularından bir çoxu AÇG yatağında
qazılıb. Bu vaxtadək, BP şirkəti bu mürəkkəb qazma mühitində 150-dən artıq
quyunu təhlükəsiz şəkildə qazaraq istifadəyə verib. AÇG yatağında bizim
qazma işləri üzrə təcrübəmizin nəhəng miqyasını təsvir etmək üçün sadəcə bir
rəqəmi diqqətinizə çatdırmaq istəyirəm:
Biz 750 kilometrdən artıq qazma işi aparmışıq – bu rəqəm
Bakıdan Azərbaycanın ən gözəl rayonlarından biri olan Quba
rayonundakı Şahdağ ərazisinədək olan məsafənin üç mislinə bərabərdir!
Mən həm də Şahdəniz yatağındakı qazma işlərinin çətinliklərindən danışmaq
istərdim. Bu çətinliklər həmin yatağın AÇG yatağına nisbətən daha dərin
sularda yerləşməsi ilə bağlıdır – belə ki, Şahdəniz yatağı 550 metrədək su
dərinliyində yerləşir və kollektorda 14000 funt/kv. düymədək yüksək
təzyiqlərə rast gəlinir.
Page 9 of 21
Hazırda mövcud olan texnologiyalar 15000 funt/kv. düym ilə məhdudlaşır və
siz təsəvvür edin ki, biz Şahdəniz yatağında həyata keçirdiyimiz qazma
əməliyyatlarında texnologiyaların məhdudiyyətlərinə meydan oxuyuruq.
Biz 7300m dərinliyə malik olmaqla bu vaxtadək Xəzərdə qazılmış ən dərin
kəşfiyyat quyusu da daxil olmaqla Şahdəniz yatağında 125 kilometr təhlükəsiz
və səmərəli şəkildə qazma aparmışıq. Məmnuniyyətlə demək istəyirəm ki,
bütün bu səylər öz bəhrəsini verib – belə ki, BP-nin bütün dünya üzrə
portfelindəki ən məhsuldar 10 quyudan beşi Şahdəniz yatağında yerləşir.
Page 10 of 21
Slayd 7 – Yatağın mürəkkəbliyi
AÇG yatağında hasilatı optimallaşdırmaq və layın neft verimini maksimuma
çatdırmaq üçün biz hər il mümkün qədər çox sayda quyu qazmalıyıq. Hazırda
bizim AÇG-də qazma işi apardığımız altı hasilat platformamız var. Buna görə
də, hər bir qazma qurğusunun faydalı iş əmsalını maksimuma çatdırmaq son
dərəcədə mühüm əhəmiyyət kəsb edir.
AÇG yatağı da mürəkkəbdir. Orada çoxsaylı süxur-kollektorlar və dinamik flüid
kontaktları (dinamik fazalararası kontaktlar) mövcuddur. Hər bir quyunu
düzgün vaxtda düzgün yerdə yerləşdirmək son dərəcədə mühüm əhəmiyyət
kəsb edir. Və quyu qazıldıqdan sonra isə, onu mümkün qədər uzun müddətə
işlək vəziyyətdə saxlamağımız vacib rol oynayır.
Bu mürəkkəb geoloji mühitdə demək olar ki iyirmi illik qazma təcrübəsindən
əldə etdiyimiz biliklər dünyada yataqların işlənməsi tarixində ən uğurlu
layihələrdən birinin gerçəkləşməsində vacib amil olmuşdur.
İlbəil biz öz təcrübələrimizdən Xəzərdə fəaliyyət göstərmək üçün tələb olunan
yanaşmaları, metodları və prosedurları öyrənmişik. Şübhəsiz ki, bu təcrübə
Azərbaycanın əvvəlki nəsil neftçilərinin qazandığı təcrübəyə əsaslanıb.
Xüsusən də, mən Azərbaycanın ilk kəşfiyyatçı geoloqlarını və onların SOCAR-
dakı müasir varislərini nəzərdə tuturam.
Bütün bunların nəticəsində quyuların qazılması daha tez və daha səmərəli
şəkildə həyata keçirilib. Sadəcə bir misal çəksək, son üç il ərzində bizim
Page 11 of 21
10.000 futu qazmaq üçün sərf etdiyimiz vaxt azalaraq 78 gündən 50 günə
enib. Bu müddət ərzində bizim qeyri-məhsuldar qazma vaxtımız da 24%-dən
13%-ə düşüb. Bunlar böyük nəticələrdir və qazma işini daha sürətli deyil,
daha ağıllı aparmaqla əldə olunub. Həmin nailiyyətlər bu mürəkkəb
formasiyalardakı örtücü laylar, gərginlik amilləri və geoloji xüsusiyyətlər
haqqında mövcud olan dərin biliklərə əsaslanır!
Bu nəticələri əldə edərkən biz mürəkkəb çətinliklərin öhdəsindən gəlməyə
kömək edən texnologiyalardan geniş şəkildə istifadə etmişik. Və bundan
əvvəlki slaydda qeyd etdiyim ki, dünyanın ən çətin və mürəkkəb quyularının
bir çoxu AÇG-də qazılıb.
Bu çətinliklərin öhdəsindən gəlmək üçün istifadə olunan texnologiyalara bariz
nümunə kimi Böyük İnhiraflı Maili Qazma texnologiyasını göstərmək olar. Bu
vaxtadək, biz təxminən 60 böyük inhiraflı maili quyu qazmışıq və bu metodla
qazdığımız quyların konturxarici məsafəsi 3km-dən artıq olub.
Bu quyulardan ən uzaq məsafəyə qazılan quyunun konturxarici məsafəsi Çıraq
platformasından 6,4 km təşkil edir. BP əməkdaşının hazırladığı bu kreativ
slayddan da göründüyü kimi, bu məsafə Bakıdakı Bayraq Meydanı ilə Heydər
Əliyev Mərkəzi arasında olan məsafə qədərdir.
Biz əminik ki, bu texnologiya qarşıdan gələn onilliklər ərzində bizə bu çox
nəhəng yataqdan çıxarılan resursları maksimuma çatdırmağa imkan verəcək.
Page 12 of 21
Slayd 8 – Şahdəniz 2
Və indi mən Xəzərdəki növbəti böyük bir işlənmə layihəsinə keçmək istəyirəm
– yəni, Şahdəniz yatağının işlənməsinin ikinci mərhələsindən danışacağam.
Yatağın özünü 1999-cu ildə aşkar etdikdən və 2006-cı ildə isə həmin yataqdan
ilk qaz hasil etdikdən sonra BP şirkəti indi artıq diqqəti Şahdəniz Mərhələ 2
çərçivəsində qaz ehtiyatlarının növbəti hissəsinin işlənməsinə yönəldib.
Şahdəniz Mərhələ 2 çərçivəsində Xəzərdə sualtı hasilat texnologiyası tətbiq
ediləcək və dünyanın bir sıra ən yüksək debitli quyularını ərsəyə gətirmək
üçün qabaqcıl qazma həllərindən istifadə olunacaq.
Xüsusən də, Şahdəniz Mərhələ 2 çərçivəsində 6000 metrdən artıq
dərinliklərdə 26 hasilat quyusunun qazılması nəzərdə tutulub. Bu quyulardan
səkkizi artıq qazılıb.
Bu quyular ildə 16 milyard kubmetr qaz hasil edəcək ki, bu da Azərbaycan,
Gürcüstan, Türkiyə və Cənubi Şərqi Avropadakı bazarlara nəql ediləcək.
Bundan əlavə, Şahdəniz Mərhələ 2 layihəsi Xəzərdəki ehtiyatları ilk dəfə
olaraq Avropanın qaz bazarı ilə birbaşa birləşdirəcək Cənub Qaz Dəhlizinin
təməl daşı olacaq.
Page 14 of 21
Slayd 9 – Cənub Qaz Dəhlizi
Cənub Qaz Dəhlizi altı ölkənin ərazisindən keçən dörd nəhəng layihədən
ibarət olmaqla, 11 səhmdarı və çoxsaylı qaz alıcılarını özündə birləşdirən, 45
milyard dollar dəyərində investisiya layihəsidir. Bu layihə ölçüsünə, əhatə
dairəsinə və miqyasına görə dünyanın ən böyük enerji layihələrindən biridir və
hazırda dünyada ən böyük tikinti layihəsidir.
BP şirkəti SOCAR ilə yanaşı bu böyük, uzunmüddətli, genişlənən qaz dəyəri
zəncirinin bütün hissələrinə sərmayə yatırır.
Cənub Qaz Dəhlizi Xəzərdə çəkilən 500 kilometr uzunluğundakı sualtı boru
xəttindən əlavə 3500km məsafəni qət edəcək bir sıra birləşdirilmiş boru
kəmərlərindən ibarətdir. Səngəçal terminalı yeni emal və kompressiya
qurğuları inşa edilməklə genişləndirirlir. Marşrut boyunca qazı nəql etmək
üçün altı kompressor stansiyasına ehtiyac olacaq. Boru kəməri Türkiyədə
dağlıq ərazilərdən keçməklə dəniz səviyyəsindən 2700 metr yüksəyə qalxacaq
və Adriatik dənizini keçərkən dəniz səviyyəsindən 800m aşağıda suyun altı ilə
uzanacaq.
Bu layihəyə Şahdəniz Mərhələ 2, Cənubi Qafqaz Boru Kəmərinin
Genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru
Kəməri (TAP) daxildir. Bu layihələr 2020-ci ilə qədər Xəzərdəki yeni qaz
mənbəyinin Avropaya çatdırılmasını nəzərdə tutur.
Page 15 of 21
2013-cü ildə yekun investisiya qərarı verildikdən etibarən əhəmiyyətli irəliləyiş
əldə edilmişdir – istehsal-montaj, tikinti və torpaqların ayrılması işləri qrafik
üzrə davam edir.
Layihə çərçivəsində quyular qazılıb və quraşdırılıb və qazla bağlı öhdəliklərin
yerinə yetirilməsi istiqamətində görülən işlər qrafik üzrə davam edir.
Page 16 of 21
Slayd 10 – SD2 building the future, offshore
Şahdəniz Mərhələ 2 çərçivəsində dəniz qurğuları ilə bağlı işlərə uğurla
başlamışıq.
Biz hər iki tikinti sahəsində, yəni Amek-Tekfen-Azfen (ATA) və Bakı Dərin
Özüllər Zavodu ərazisindəki istehsalat sahələrində mobilizasiya işlərini
təhlükəsiz şəkildə başa çatdırmışıq.
Bu vaxtadək biz hər iki sahədə işlərə 9,5 milyon adam-saat sərf etmişik və
çox yaxşı təhlükəsizlik göstəricisinə nail olmuşuq.
BDÖZ sahəsində iki böyük dayaq blokundan birincisinin tikintisi qrafik üzrə
davam edir və biz sualtı qurğuların tikintisinə qrafikdən öncə başlamışıq.
ATA sahəsində hər iki göyərtənin tikintisi davam edir və biz planı qabaqlayırıq.
Bu göyərtələrin hazırlanması üçün mühəndis işləri ilk dəfə olaraq ölkə
daxilində ATA konsorsiumu tərəfindən yerinə yetirilib və çox uğurlu olub.
Page 17 of 21
Slayd 11 – SD2 building the future, onshore
Qurudakı qurğularda həyata keçirilən işlər xeyli irəliləyişlə davam edir.
Qurudakı qurğuların tikintisi işləri uğurla başlayıb və görülən ilkin işlər xoş
təəssürat yaradır.
İlkin tikinti mərhələsində biz tikinti sahəsində yeni istehsalat obyektləri inşa
etmişik. Bu, bizə imkan verəcək ki, növbəti on səkkiz ay ərzində təxminən
15000 ton polad konstruksiya və 16000 ton boru hazırlayaq. Biz həmçinin
işləri dəstəkləmək və 5000 nəfər insanın sahədə işləməsinə imkan yaratmaq
üçün ofis obyektlərinin, yeməkxanaların, paltar-dəyişmə obyektlərinin və 600
nəfərlik düşərgənin tikinti-quraşdırma işlərini başa çatdırmışıq. Yeraltı boru
xətlərinin və beton özüllərin quraşdırılması işləri davam edir və yer üstündə ilk
polad konstruksiyalı stellajların və saxlama çənlərinin tikinti-quraşdırma işləri
davam edir.
Bu, heç bir qeydə alınmalı hadisə baş vermədən təxminən 7 milyon adam-
saat işin yerinə yetirilməsi ilə möhtəşəm başlanğıc olmuşdur.
Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) Layihəsi
çərçivəsində əlavə olaraq ildə 16 milyard kubmetr qazı nəql edə bilmək üçün
mövcud CQBK-yə paralel şəkildə 489km uzunluğunda yeni 48 düymlük boru
kəməri dövrəsi inşa edilməklə mövcud CQBK sistemi genişləndiriləcək. CQBKG
layihəsinə həmçinin bir sıra qurğuların tikintisi daxildir. Bunlar Gürcüstanda
yerləşən və hər birinin quraşdırılmış gücü 129 MVt olan iki yeni kompressor
Page 18 of 21
stansiyasından, iki aralıq ərsinləmə stansiyasından (biri Azərbaycanda və biri
Gürcüstanda olmaqla), altı 48 düymlük bağlayıcı siyirtmə stansiyasından (biri
Gürcüstanda və beşi Azərbaycanda olmaqla), beynəlxalq sərhədlərdə yerləşən
təzyiq azaltma və ölçmə stansiyalarından, Gürcüstan-Türkiyə sərhədində
yerləşən TANAP-a birləşmə qovşağından ibarətdir. CQBKG layihəsinin icrası
ümumilikdə təhlükəsiz layihələndirmə və keyfiyyətli inşaat prinsiplərinə
əsaslanır.
2015-ci ilin may ayında ilk qaz üzrə BP-nin operatorluq etdiyi layihələr
çərçivəsində (Şahdəniz Mərhələ 2 və CQBKG) layihə işləri üzrə təxminən 40%
irəliləyiş əldə olunub, bütün əsas müqavilələr üzrə 12500 nəfərdən artıq insan
işlərə cəlb olunub və onların 85%-dən çoxu Azərbaycan vətəndaşlarıdır.
Page 19 of 21
Slayd 12 – Yerli neft sənayesinin irsi
Bizim bu layihə üçün gördüyümüz işlər Azərbaycanın enerji sənayesi üçün
uzunmüddətli irs miras qoyacaq.
Biz ATA və BDÖZ tikinti sahələrində infrastrukturun modernləşdirilməsi
işlərinə 180 milyon dollardan artıq investisiya qoymuşuq ki, bu da tikinti-
quraşdırma sahələrinin məhsuldarlığını artırır.
Biz həmçinin işçi qüvvəsinin təliminə və səriştələrinin inkişaf etdirilməsinə
ciddi şəkildə sərmayə yatırırıq, yeni təlim obyektləri inşa edirik və ilk dəfə
olaraq sualtı konstruksiyaların tikintisinin bütövlüklə Azərbaycan daxilində
həyata keçirilməsinə imkan yaratmaq üçün qaynaq, müayinə və örtükləmə
sistemləri üzrə ən müasir texnologiyalara investisiya qoyuruq.
Yerli şirkətlər də bu layihələrdən əhəmiyyətli dərəcədə faydalanmışdır –
Azərbaycan şirkətləri ilə dəyəri 5,5 milyard dollardan artıq olan yeni
müqavilələr imzalanıb.
Page 20 of 21
Slayd 13 – Yüksək vətəndaş məsuliyyətli şirkət olmaqdan qürur
duyuruq
Azərbaycandakı 20 illik fəaliyyətimiz ərzində öz başlıca vəzifələrimizdən əlavə
biz həm də ölkənin potensialların yaradılması istiqamətindəki səylərinə dəstək
olmaq üçün çox saylı işlər görmüşük. Bu sahədə gördüyümüz işlər icmaları,
müəssisələri, dövlət təşkilatlarını, universitetləri, məktəbləri, mədəniyyət və
idman təşkilatlarını əhatə edib.
Biz ölkədəki fəaliyyətimizlə və Azərbaycanda çoxsaylı inkişaf sahələrinin
dəstəklənməsində gördüyümüz işlərlə qürur duyuruq. Bu vaxtadək biz öz
tərəfdaşlarımızla Azərbaycanda təkcə bacarıqların inkişaf etdirilməsi və
potensialların yaradılmasına dəstək olmaq üçün təxminən 70 milyon dollar
sərmayə yatırmışıq.
Bizim inkişaf proqramlarımız əsasən təhsil və təlim, mədəniyyət və idman,
ətraf mühitin mühafizəsi, yerli icmalar və müəssisələr üçün iqtisadi imkanların
yaradılması və qonşuluğumuzdakı yerli infrastrukturun yaxşılaşdırılması kimi
sahələrə dəstək göstərilməsinə yönəlib.
Bundan əlavə, biz öz investisiyalarımızda yerli resurslardan istifadəni
maksimuma çatdırmaq istiqamətində də əhəmiyyətli işlər görmüşük.
Təxminən 3000 nəfər ixtisaslaşmış yerli kadr BP şirkətində işləyir və on
minlərlə insan dolayı şəkildə bizim layihələrdə işə cəlb olunub.
Page 21 of 21
Biz bunları təkbaşına həyata keçirməmişik. Bütün bu işlər həyata keçirilərkən
biz
Azərbaycan
hökumətindən,
SOCAR-dan,
tərəfdaşlarımızdan,
podratçılarımızdan, təchizatçılarımızdan və yerli icmalardan əhəmiyyətli dəstək
almışıq.
10 gündən də az bir müddətdə biz ilk Avropa Oyunlarına ev sahibliyi edəcək
Azərbaycan ilə bu həyəcanı birgə yaşayacağıq. Biz Bakı Oyunlarının Rəsmi
Neft və Qaz Tərəfdaşıyıq. Bu, bizim 2012-ci ildə Londonda keçirilmiş Olimpiya
və Paralimpiya Oyunları ilə tərəfdaşlıq təcrübəmizə əsaslanır. Bundan əlavə,
biz ən qabaqcıl Azərbaycan Olimpiyaçıları və Paralimpiyaçılarına sponsorluq
edərək onlara və onların məşqçilərinə elit təlimlər təşkil edirik. Və biz ölkənin
dünya səviyyəli tədbirləri keçirmək potensialını artırmaq üçün Oyunlar
Akademiyasını dəstəkləyirik. Biz Oyunlara cəlb olunmaqdan qürur duyuruq və
Azərbaycan idmançılarını doğma meydanlarda alqışlamağı səbirsizliklə
gözləyirik.
Yekun olaraq qeyd etmək istəyirəm ki, neft-qaz sənayesində heç vaxt bir
yerdə dayanmaq olmaz. Biz inanırıq ki, fəaliyyətimizi əməkdaşlıq və
tərəfdaşlıq ruhunda davam etdirəcəyik və biz bunu birlikdə gerçəkləşdirəcəyik.
İndi isə, dünyanın ən böyük layihələrindən biri olan və Xəzər regionundan
Avropaya qaz nəql edəcək ŞD2/CQBKG çərçivəsində əldə edilmiş irəliləyişləri
əyani şəkildə görmək üçün sizi qısa video-çarxa baxmağa dəvət edirəm.
Dostları ilə paylaş: |