Həyatin gerçƏK



Yüklə 1,73 Mb.
səhifə12/72
tarix17.09.2017
ölçüsü1,73 Mb.
#453
1   ...   8   9   10   11   12   13   14   15   ...   72

Burqes Şeyl fosil yatağı


Levin darvinizmə olan sədaqəti naminə Kembri dövründəki bu qeyri-adi hadisəni “təkamül xarakterli hadisə” kimi tanıtmağa davam edir, amma əldə olan tapıntıların təkamüllə heç bir əlaqəsi yoxdur. Maraqlısı budur ki, yeni fosil

tapıntıları təkamül nəzəriyyəsinin Kembri problemini getdikcə daha da böyüdür.

Məşhur elmi jurnal olan “Trends in genetics” (TİG) 1999-cu il fevral tarixli say ında bu mövzudan bəh s edir. Kanadanın Britiş Kolumbiya əyalətində yerləşən Burqes Şeyl adlı fosil yatağındakı Kembri dövrü fosillərindən bəhs edilən məqalədə bu ərazidəki fosil tapıntılarının təkamül nəzəriyyəsinin iddialarını heç cür təsdiqləmədiyi qəbul edilir.

Burqes Şeyldəki sözügedən fosil yatağı dövrümüzün mühüm paleontoloji tapıntılarından biri hesab edilir. Kembri dövrünə adi bu canlı fosillərinin xüsusiyyəti çox fərqli şöbələrə aid olmaları və əvvəlki təbəqələrdə heç bir əcdadları olmadan bir anda ortaya çıxmalarıdır. “TİG” jurnalı darvinizmin qarşısındakı bu böyük paleontoloji problemi belə ifadə edir:

Kiçik bir məkanda tapılmış bu fosillərin təkamül biologiyasındakı bu böyük problemlə əlaqədar qızğın mübahisənin tam mərkəzində yer alması olduqca qəribə görünə bilər. Lakin bu mübahisələrə səbəb olan şey Kembri dövründə yaşayan heyvanların fosil qeydlərində təəccüblü dərəcədə çox və birdən-birə üzə çıxmalarıdır. Radiometrik tarixləndirmənin qəti nəticələri və ya getdikcə artan yeni fosil tapıntıları isə bu bioloji inqilabın aniliyini və sahəsini kəskinləşdirmişdir. Canlılar aləmindəki bu böyük dəyişiklik bir açıqlama tələb edir. İndiyə qədər bir çox tezis irəli sürülsə də, heç biri inandırıcı olmamışdır.62

“Heç bi ri inandırıc ı olmayan” bu fikirlər təkamülçü paleontoloqlara aiddir. “TİG” jurnalı bu mövzuda iki məşhur nüfuzlu şəxsdən bəhs edir: Stefen J.Quld və Saymon Konvey Moris. Hər ikisi də Burqes Şeyldəki “ani surətdə üzə çıxmanı” təkamüllə açıqlamaq üçün kitab yazmışdır. Quldun kitabı “Qəribə həyat” (Wonderful life), Morisin kitabı isə “Yaradılış küpü: Burqes Şeyl və canlıların meydana gəlməsi” (The crucible of greation: The Burgess Shale and the rise of animals) adlanır. Ancaq bu iki müəllifin heç biri “TİG” jurnalının vurğuladığı kimi, nə Burqes Şeyl fosillərini, nə də ümumiyyətlə, Kembri dövrünə aid digər fosil qeydlərini heç cür açıqlaya bilmir.



Bütün canlı tiplərinin eyni anda üzə çıxması

Kembri partlayışı tədqiq edildikcə onun təkamül nəzəriyyəsi üçün nə qədər çətin, çıxılmaz vəziyyət olduğu açıq-aşkar üzə çıxır. Son illərdəki tapıntılar ən əsas heyvan sinifləri olan şöbələrin, demək olar ki, hamısının Kembri dövründə ani surətdə ortaya çıxdığını göstərir. “Science” (Elm) jurnalında 2001-ci ildə dərc edilən bir məqalədə: “Təqribən 545 milyon il əvvəl yaşanmış Kembri dövrünün başlanğıcı bu gün hələ də canlılar aləminə hakim olan, demək olar ki, bütün heyvan növlərinin (filumların) fosil qeydlərində ani surətdə ortaya çıxmasına səhnə oldu”, -deyilir.63 Eyni məqalədə bu cür kompleks və bir-birindən tamamilə fərqli canlı qruplarının təkamül nəzəriyyəsinə görə açıqlanması üçün əvvəlki dövrlərə aid çox zəngin və mərhələli inkişafı göstərən fosil yataqlarının olmasının lazım gəldiyi, amma bundan əsər-əlamət olmadığı belə açıqlanır: “Bu müxtəlifləşən təkamül və yayılma da özündən daha əvvəl yaşamalı olan bir qrup canlının mövcud olmasını tələb edir, amma buna dair bir fosil dəlili yoxdur.”64


Kembri dövrü fosillərinin ortaya qoyduğu bu mənzərə təkamül nəzəriyyəsinin fərziyyələrini təkzib edərkən bir tərəfdən də fövqəltəbii yaradılışla var olduqlarını göstərən çox önəmli bir dəlildir. Təkamülçü bioloq Duqlas Futuyma bu həqiqəti belə açıqlayır:

Canlılar dünyada ya tamamilə mükəmməl və tam şəkildə üzə çıxmışdırlar, ya da özlərindən əvvəl mövcud olan bəzi canlı növlərindən təkamül yolu ilə meydana gəlmişlər. Əgər tam və mükəmməl şəkildə ortaya çıxmışlarsa, deməli, üstün bir Ağıl tərəfindən yaradılmışdırlar.65

Göründüyü kimi, fosil qeydləri canlıların təkamülün iddia etdiyi kimi ibtidaidən aliyə doğru bir proses keçirdiyini deyil, bir anda və ən mükəmməl şəkildə üzə çıxdıqlarını göstərir. Bu isə canlıların şüursuz təbii proseslərlə deyil, şüurlu yaradılışla var olduğuna dəlildir. Nyu York Steyt Universitetindən ekologiya və təkamül professoru Cefri S.Levinton “Elmi amerikan” (Scientific american) jurnalında yazdığı “Heyvan təkamülünün Biq bənqi” adlı bir məqaləsində bu həqiqəti istəmədən də olsa, qəbul edir və: “Kembri dövründə çox xüsusi və sirli yaradıcı gücün varlığını görürük”, -deyir.66

Molekulyar müqayisələr təkamülün

Kembri müəmmasını dərinləşdirir


Təkamül nəzəriyyəsini Kembri partlayışı ilə əlaqədar çıxılmaz vəziyyətə salan digər həqiqət isə fərqli canlı kateqoriyaları arasında aparılan genetik müqayisələrdir. Bu müqayisələrin nəticələri təkamülçü bioloqların yaxın dövrə qədər “yaxın qohum” hesab etdikləri heyvan kateqoriyalarının genetik cəhətdən çox fərqli olduqlarını üzə çıxarır, beləliklə, onsuz da yalnız nəzəriyyə şəklində mövcud olan “ara forma” fərziyyələrini kökündən məhv edir. “Proceedings of the National Academy of Sciences” jurnalında 6 elm adamının imzası altında dərc olunmuş 2000-ci il tarixli bir məqalədə DNT analizlərinin “əvvəllər ara forma hesab edilən” kateqoriyaları bu siyahıdan çıxardığı belə açıqlanır:

DNT ardıcıllığı analizləri filogenetik ağaclar haqqında yeni izahlar verir. Metazoa (çoxhüceyrəli canlılar) ağacının ən aşağısında yer alan və daha əvvəl bir-birini təqib edən komplekslik dərəcələrini təmsil edən canlı sinifləri ağacın daha yuxarı hissələrinə doğru yerlərini dəyişdirirlər. Bunun nəticəsində geridə heç bir “ara forma” qalmır və bizi bilateria (hər iki tərəfi simmetrik orqanizmə malik canlıların) kompleksliyinin mənşəyi haqqında yenidən düşünməyə vadar edir.67

Eyni məqalədə təkamülçü müəlliflər daha əvvəl süngərlər, cnidaria, ctenophora kimi onurğasız dəniz canlıları qrupları arasında “ara forma” hesab etdikləri bəzi kateqoriyaların yeni genetik məlumatlar səbəbi ilə artıq belə hesab edilməyəcəklərini bildirir və bu cür təkamül ağacları uydurma məsələsində artıq “ümidlərini itirdiklərini” belə ifadə edirlər:

Yeni molekulyar əsaslı filogeniyanın bəzi mühüm nəticələri var. Bunlardan ən mühümü süngərlər, cnidariactenophora arasındakı “ara forma” siniflərinin və bilaterial canlıların son ortaq əcdadının, yəni “urbilateria”nın aradan qalxmasıdır... Bunun təbii nəticəsi olaraq urbilateriyaya gedən nəsil ağacında çox böyük boşluğumuz var... Mərhələli şəkildə getdikcə artan komplekslik ssenarisi vasitəsilə “boşluqdakı əcdadı” yenidən inşa etməklə bağlı ümidimizi (klassik təkamül məntiqində bu vasitəyə çox müraciət olunub) itirmişik.68




Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə