Həyatin gerçƏK



Yüklə 1,73 Mb.
səhifə27/72
tarix17.09.2017
ölçüsü1,73 Mb.
#453
1   ...   23   24   25   26   27   28   29   30   ...   72


bu heyvanların bədənlərinə sudan ən qənaətli şəkildə istifadə etmək üçün həssas mexanizmlər yerləşdirə bilər?

Bu cür yüzlərlə sual vermək mümkündür. Təkamülün bunların heç birinə verəcək cavabı yoxdur. Balıqların sularda “təsadüfən” əmələ gəldiklərini, sonra yenə təsadüflər nəticəsində quruya çıxıb təkamüllə sürünənlərə və məməlilərə çevrildiklərini, daha sonra bu məməlilərin yenidən suya qayıdaraq suda yaşamaq üçün lazımi xüsusiyyətləri təsadüfən qazandıqlarını irəli sürən, bütün bu fantastik hekayəni yazan təkamül nəzəriyyəsi bu mərhələlərdən hansını sübut edə bilər? Heç bir cavab qənaətbəxş deyil. Təkamül nəzəriyyəsi bu mərhələlərin baş verdiyini sübut etməyi bir yana qalsın, heç bunların baş verməsi üçün ən kiçik ehtimalın olduğunu belə sübut edə bilmir.


Nəticə


Buraya qədər təhlil etdiyimiz bütün tapıntılar göstərir ki, canlı növləri yer üzündə heç bir təkamül prosesi olmadan, ani surətdə və qüsursuz şəkildə üzə çıxmışlar. Bu vəziyyət- təkamülçü bioloq Duqlas Futuymanın: “Əgər canlılar dünyada tam və mükəmməl şəkildə ortaya çıxmışdırlarsa, onda üstün bir ağıl tərəfindən yaradılmalıdırlar”, -deyərkən qəbul etdiyi kimi172 canlıların yaradıldıqlarının konkret sübutudur.

Təkamülçülər isə canlı növlərinin yer üzündə müəyyən sıra ilə ortaya çıxdıqlarını, təkamül keçirdiklərinin göstəricisi kimi izah etməyə çalışırlar. Lakin əslində canlıların yer üzündə üzə çıxma ardıcıllığı ortada heç bir təkamül olmadığına görə “yaradılış ardıcıllığıdır”. Fosillər yer üzünün üstün və qüsursuz yaradılışla, əvvəlcə dənizlərdə, daha sonra quruda yaşayan canlılarla doldurulduğunu və bütün bunların ardınca insanın yaradıldığını göstərir.




SIÇRAYIŞLI TƏKAMÜL NƏZƏRİYYƏSİNİN ƏSASSIZLIĞI



Daha əvvəlki fəsildə fosil qeydlərinin darvinist nəzəriyyənin fərziyyələrini açıq şəkildə təkzib etdiyini birlikdə nəzərdən keçirdik. Gördüyümüz kimi, fərqli canlı qrupları fosil qeydlərində ani surətdə ortaya çıxmış və milyon illər boyu heç bir dəyişiklik keçirmədən “sabit” qalmışdırlar. Paleontologiyanın ortaya qoyduğu bu böyük kəşf canlı növlərinin heç bir təkamül prosesi keçirmədən mövcud olduqlarını göstərir.

Bu həqiqət uzun illər boyu paleontoloqlar tərəfindən gözardı edilmiş və xəyali ara keçid formaların bir gün tapılacağı ümid edilmişdir. Keçən əsrin 70-ci illərində bəzi paleontoloqlar bunun yersiz ümid olduğunu və fosil qeydlərindəki boşluqların “reallıq” hesab edilməsini qəbul etdi. Ancaq sözügedən paleontoloqlar təkamül nəzəriyyəsindən əl çəkməyi qəbuledilməz düşüncə hesab etdikləri üçün bu həqiqətə təkamül nəzəriyyəsi çərçivəsində açıqlama axtarmağa çalışdılar.

Neodarvinizmdən bir az fərqli təkamül modeli olan “sıçrayışlı təkamül” anlayışı belə meydana gəldi. (Orijinal adı “punctuated equilibrium”, yəni “fasiləli müvazinət” olan bu nəzəriyyəni praktik cəhətdən aydın olması üçün “sıçrayışlı təkamül” şəklində ifadə edirik).

Bu model 1970-ci illərin əvvəlində Harvard Universitetinin paleontoloqları Stefen Cey Quld və Nayls Eldric tərəfindən coşğu ilə müdafiə edilməyə başladı. Hər ikisi də fosil qeydlərinin üzə çıxardığı nəticəni iki əsas anlayışla xülasə edirdi:



  1. Stasis (ətalət)

  2. Ani surətdə üzə çıxma 173

Quld və Eldric bu iki faktı təkamül nəzəriyyəsi çərçivəsində açıqlaya bilmək üçün canlı növlərinin Darvinin irəli sürdüyü kimi, mərhələli kiçik dəyişikliklərlə deyil, ani və böyük dəyişikliklərlə əmələ gəldiyini irəli sürdülər.

Əslində, bu nəzəriyyə 1930-cu illərdə avropalı paleontoloq Otto Şindevulf tərəfindən irəli sürülmüş “Gözlənilən bədheybət” (Hopeful monster) nəzəriyyəsinin şəkli dəyişdirilmiş formasıydı. Şindevulf canlıların neodarvinizmin irəli sürdüyü kimi, zaman ərzində kiçik mutasiyalar nəticəsində deyil, ani və böyük mutasiyalarla təkamül keçirdiklərini irəli sürmüşdü. Şindevulf nəzəriyyəsinə nümunə verərkən tarixdəki ilk quşun “qross mutasiya” ilə, yəni genetik quruluşunda təsadüfən meydana gələn böyük dəyişikliklə sürünən yumurtasından çıxdığını iddia etmişdi.174 Həmin nəzəriyyəyə əsasən, bəzi quruda yaşayan canlılar keçirdikləri ani və böyük dəyişikliklə birdən-birə nəhəng balinalara çevrilə bilərlər. Şindevulfun bu fantastik nəzəriyyəsi 1940-cı ildə də Berkeley Universitetindən genetik Riçard Qoldşmidt tərəfindən mənimsənildi və müdafiə edildi. Amma nəzəriyyə o qədər əsassız idi ki, qısa zamanda tərk edildi.

Quld və Eldrici bu nəzəriyyəyə yenidən qayıtmağa məcbur edən amil isə əvvəlcədən bildirdiyimiz kimi, fosil qeydlərinin heç bir “ara keçid forma” olmadığını göstərməsi idi. Bu qeydlərdəki “stasis” və “ani surətdə üzə çıxma” faktı o qədər konkret idi ki, bu iki tərif vəziyyəti açıqlamaq üçün “gözlənilən bədheybətlərə” yenidən əl atmaq məcburiyyətində qaldılar. Quldun “Gözlənilən bədheybətlərin qayıdışı” (Return of the hopeful monsters) adlı məşhur məqaləsi bu labüd geri dönüşün ifadəsi idi.175

Əlbəttə, Quld və Eldric Şindevulfun fantastik nəzəriyyəsini eynilə təkrarlamadılar. Nəzəriyyəyə “elmi” don geydirmək üçün sözügedən “ani təkamül sıçrayışlarına” bir cür mexanizm uydurmağa çalışdılar. (nəzəriyyə üçün seçdikləri “fasiləli müvazinət” kimi qəribə termin elmi don geydirmək cəhdi idi). Quld və Eldricin nəzəriyyəsi sonrakı illərdə digər bəzi paleontoloqlar tərəfindən də mənimsənildi və hərtərəfli işlənildi. Halbuki sıçrayışlı təkamül nəzəriyyəsi ən az neodarvinist nəzəriyyə qədər böyük ziddiyyət və əsassızlıqla dolu idi.




Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə