Həyatin gerçƏK



Yüklə 1,73 Mb.
səhifə39/72
tarix17.09.2017
ölçüsü1,73 Mb.
#453
1   ...   35   36   37   38   39   40   41   42   ...   72

HOMOLOGİYA XƏTASI



Yer üzündəki müxtəlif canlı növlərini nəzərdən keçirən hər insan bu növlər arasında bəzi oxşar orqan və xüsusiyyətlər olduğunu müşahidə edə bilər. XVIII əsrdən etibarən bioloqların diqqətini çəkən bu faktı təkamül nəzəriyyəsi ilə əlaqələndirən ilk şəxs isə Darvin olmuşdur. Darvin oxşar (homoloji) orqanlara malik canlıların bir-birləri ilə təkamül xarakterli əlaqəsi olduğunu və bu canlıların bir ortaq əcdaddan gəldiyini irəli sürmüşdür. Onun fikrincə, məsələn, göyərçinlərin də qanadları var, qartalların da qanadları var, deməli, göyərçinlər, qartallar və bunlar kimi bütün quşlar ortaq bir əcdaddan təkamül yolu ilə törəmişlər.

Lakin homologiya heç bir dəlilə əsaslanmayan, ancaq xarici görünüşlərə əsasən ortaya atılmış səthi fərziyyədir. Bu fərziyyə Darvindən dövrümüzə qədər heç bir konkret kəşf ilə təsdiqlənməmişdir. Əvvəla, homoloji formalara malik canlıların təkamülçülər tərəfindən irəli sürülən xəyali ortaq əcdadlarının fosillərinə yer üzünün heç bir təbəqəsində rast gəlinməmişdir. Bundan əlavə:



  1. Təkamülçülərin heç bir təkamül əlaqəsi qura bilmədikləri, tamamilə fərqli siniflərə aid canlılarda belə ortaq homoloji orqanların olması,

  2. Homoloji orqanlara malik olan canlılarda bu orqanların genetik şifrələrinin çox fərqli olması,

  3. Homoloji orqanlara malik canlılarda bu orqanların embrioloji inkişaf mərhələlərinin bir-birindən çox fərqli olması homologiyanın təkamülə heç bir əsas təşkil etmədiyini göstərmişdir.

İndi bunları sıra ilə təhlil edək.

Morfoloji homologiya iddiasının əsassızlığı


Təkamülçülərin homologiya tezisi oxşar morfologiyalara (formalara) malik bütün canlılar arasında təkamül xarakterli əlaqə qurma məntiqinə əsaslanır. Halbuki aralarında heç bir təkamül xarakterli əlaqə qura bilmədikləri növlərin də bir-birlərinə çox bənzəyən (homoloji) orqanları var. Qanad buna misaldır. Məməli növü olan yarasada qanad var, quşlarda qanad var, milçəklərdə də qanad var, bundan başqa keçmişdə yaşamış uçan sürünənlərdə də var. Lakin bu dörd fərqli sinif arasında təkamülçülər hər hansı təkamül əlaqəsi, qohumluq qura bilmirlər.

Buna dair digər nümunə isə fərqli canlıların gözlərindəki heyrətləndirici bənzərlik və quruluş cəhətdən oxşarlıqdır. Məsələn, oktapod (səkkizayaqlı ilbiz) və insan aralarında heç bir təkamül əlaqəsi qurula bilməyən çox fərqli canlılardır. Lakin hər ikisinin də gözləri forma və funksiya baxımından bir-birinə çox yaxındır. İnsanla oktapodun oxşar gözlərə malik ortaq əcdadları olduğunu isə təkamülçülər iddia edə bilmirlər.

Bu vəziyyət qarşısında təkamülçülər bu orqanların “homoloji” (ortaq əcdaddan törəyən) orqanlar deyil, “analoji” (aralarında təkamül əlaqəsi olmadığı halda, bir-birinə çox bənzəyən) orqanlar olduğunu söyləyirlər. Məsələn, insan gözü ilə oktapod gözü onların fikrinə görə analoji orqandır. Ancaq bir orqanı homoloji kateqoriyaya, yoxsa analoji kateqoriyaya aid edəcəkləri sualı tamamilə təkamül nəzəriyyəsinin ön mühakimələrinə əsasən cavablanır. Bu isə bənzərliklərə əsaslanan təkamülçü iddianın elmi cəhəti olmadığını göstərir. Təkamülçülərin etdiyi yeganə şey doğru hesab etdikləri təkamül doqmasına əsasən qarşılarına çıxan tapıntıları şərh etməkdən ibarətdir.

Lakin verdikləri izah olduqca əsassızdır. Çünki “analoji” hesab etdikləri orqanlar bəzən həddindən artıq kompleks formalarına baxmayaraq, bir-birlərinə o qədər bənzəyir ki, bu bənzərliyin təsadüfi mutasiyalar nəticəsində əmələ gəldiyini irəli sürmək böyük məntiqsizlikdir. Əgər oktapodun gözü təkamülçülərin iddia etdikləri kimi təsadüfən əmələ gəlmişsə, necə olur ki, onurğalı gözü eyni təsadüfləri təkrarlayaraq üzə çıxır? Bu sualı düşünməkdən “başı ağrayan” məşhur təkamülçü Frenk Seylsberi belə yazır:



Göz qədər kompleks orqan belə müxtəlif canlılarda ayrı-ayrı ortaya çıxmışdır. Məsələn, oktapodda, onurğalılarda və buğumayaqlılarda. Bunların bir dəfəyə əmələ gəlmələrini açıqlamaq kifayət qədər problem yaradır, müasir sintetik (neo-darvinist) nəzəriyyəyə əsasən, mərhələlərlə, ayrı-ayrı necə meydana gəldiklərini düşünmək isə başımı ağrıdır.283

Təkamülçü nəzəriyyəyə əsasən, qanadlar da bir-birindən asılı olmadan dörd dəfəyə “təsadüfən” meydana gəlmişdir: həşəratlarda, uçan sürünənlərdə, quşlarda və uçan məməlilərdə (yarasalarda). Təbii seçmə-mutasiya mexanizmləri ilə açıqlana bilməyən qanadların dörd dəfəyə ayrı-ayrı əmələ gəlmələri, həm də əmələ gələn qanadların bir-birinə bənzəmələri təkamülçü biolqolar üçün başqa bir başağrısına səbəb olur.

Bu mövzuda təkamülçü tezisi çıxılmaz vəziyyətə salan ən konkret nümunələrdən biri də məməlilərdədir. Müasir biologiyanın ortaq qəbuluna əsasən, bütün məməlilər üç əsas kateqoriyaya bölünür: ətənəlilər, kisəlilər və yumurta ilə çoxalan məməlilər. Təkamülçülər bu fərqin məməlilər hələ ilk dəfə meydana gəldikdə əmələ gəldiyini və hər üç kateqoriyanın bir-birlərindən tamamilə azad şəkildə ayrı təkamül tarixi keçirdiyini güman edirlər. Ancaq maraqlıdır ki, ətənəlilər və kisəlilər arasında bir-birlərinin demək olar ki, eyni olan “cütlər” var. Kisəli canavarlar, pişiklər, sincablar, qarışqayeyənlər, göstəbəklər və siçanlar həm ətənəlilər kateqoriyasında, həm də kisəlilər kateqoriyasında bir-birlərinə çox bənzər formaları ilə mövcuddurlar.284 Yəni təkamül nəzəriyyəsinə əsasən, bir-birləri ilə tamamilə əlaqəsiz mutasiyalar bu canlıları iki dəfə “təsadüfən” əmələ gətirməlidirlər! Bu həqiqət təkamül baxımından başağrısından daha böyük sıxıntılara səbəb olan problemdir.

Ətənəli və kisəli məməlilər arasındakı maraqlı bənzərliklərdən biri Şimali Amerika canavarı ilə Tasmaniya canavarı arasındadır. Bu canlılardan birincisi ətənəlilər, ikincisi isə kisəlilər sinfinə aiddir. Təkamülçü bioloqlar bu iki fərqli canlı növünün tamamilə ayrı təkamül tarixinə malik olduqlarına inanırlar.285 (Avstraliya qitəsinin və ətrafındakı adaların Antarktikadan ayrılmasından etibarən kisəli və ətənəli məməlilərin əlaqələrinin kəsildiyi güman edilir və bu dövrdə heç bir canavar növü yoxdur). Ancaq maraqlısı budur ki, Tasmaniya canavarı ilə Şimali Amerika canavarının skelet quruluşları, demək olar ki, tamamilə eynidir. Xüsusilə kəllə sümükləri arxa səhifədəki şəkildə göründüyü kimi bir-birlərinə həddindən artıq oxşardır.

Təkamülçü bioloqların “homologiyaya” nümunə hesab etmədikləri bu cür qeyri-adi bənzərliklər oxşar orqanların ortaq əcdaddan təkamül yolu ilə törəmə tezisinə dəlil olmadığını göstərir. Daha da maraqlısı budur ki, bəzi canlılarda da bunun tam tərsi müşahidə edilir. Yəni təkamülçülər tərəfindən çox yaxın qohum hesab olunduğu halda, bəzi orqanları tamamilə fərqli formalara malik canlılar var. Məsələn, dəniz qabıqlıları sinfindəki növlərin çox böyük hissəsində “qırılma tipli” büllurlu göz quruluşu var. Qabıqlıların təkcə iki növü – ilbiz və krevet isə bu göz quruluşundan tamamilə fərqli olan “əks etdirmə tipli” şüşəli gözə malikdir. (Bax: Sadələşdirilməz komplekslik fəsli).


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə