Həyatin gerçƏK


Molekulyar homologiya iddiasının əsassızlığı



Yüklə 1,73 Mb.
səhifə41/72
tarix17.09.2017
ölçüsü1,73 Mb.
#453
1   ...   37   38   39   40   41   42   43   44   ...   72

Molekulyar homologiya iddiasının əsassızlığı


Təkamülçülərin təkcə morfoloji səviyyədə deyil, molekulyar səviyyədə irəli sürdükləri homologiya iddiası da əsassızdır. Təkamülçülər müxtəlif canlı növlərinin DNT şifrələrinin və ya zülal quruluşlarının bənzər olduğundan bəhs edirlər və bunu bu canlı növlərinin bir-birlərindən təkamül yolu ilə törədiklərinin dəlili kimi izah edirlər. Məsələn, təkamülçü KİV-lərdə tez-tez “insan DNT-si ilə meymun DNT-si arasında böyük bənzərlik” olduğu deyilir və bu, insanla meymun arasında təkamül xaraktlerli əlaqə olduğu iddiasının dəlili kimi təqdim edilir.

Əvvəla, bildirmək lazımdır ki, yer üzündə yaşayan canlıların bir-birlərinə yaxın DNT quruluşuna malik olmaları təbiidir. Çünki canlıların əsas həyati funksiyaları bir-birlərinə yaxındır və insan da canlı orqanizmə malik olduğuna görə digər canlılardan fərqli DNT quruluşuna malik olması gözlənmir. İnsan da digər canlılar kimi karbohidratlar, yağlar və zülallarla qidalanaraq inkişaf edir, onun da orqanizmində qan dövranı hərəkət edir, hüceyrələrində hər saniyə oksigen istifadə edilərək enerjiyə çevrilir.

Ona görə, canlıların genetik bənzərliklərinin olması bir ortaq əcdaddan təkamüllə törədikləri iddiasına dəlil kimi göstərilə bilməz. Təkamülçülər əgər ortaq əcdaddan təkamüllə törəmə nəzəriyyəsini əsaslandırmaq istəyirlərsə, bir-birinin əcdadı olduğu iddia edilən canlıların molekulyar quruluşlarında da əcdad-törəmə əlaqəsi olduğunu göstərməlidirlər. Halbuki bir az sonra görəcəyimiz kimi, bu istiqamətdə heç bir konkret fakt yoxdur.

Əvvəlcə, “insan DNT-si ilə meymun DNT-si arasındakı bənzərlik” mövzusunu təhlil edək. Əgər bu mövzuda bir az geniş tədqiqat aparılsa, daha maraqlı başqa canlıların DNT-sinin də insanınkına bənzədiyini görmək olar. Bu bənzərliklərdən biri insanlarla nematodlar şöbəsinə aid soxulcanlar arasındadır. “New scientist” jurnalında verilən genetik təhlillər nematod soxulcanlar ilə insan DNT-lərində 75% bənzərlik olduğunu göstərir.293 Bu, əlbəttə, insan ilə nematodlar arasında sadəcə 25%-lik fərq olduğu demək deyil! Əgər təkamülçülərin uydurduğu nəsil ağacına baxsaq, insanın daxil edildiyi Xordalılar (Chordata) şöbəsi ilə Nematodlar (Nematoda) şöbələrintn 530 milyon il əvvəl belə bir-birlərindən ayrı olduqlarını görərik. Bu vəziyyət açıq şəkildə göstərir ki, iki müxtəlif canlı kateqoriyasının DNT zəncirlərindəki bənzərlik bu canlıların ortaq əcdaddan təkamüllə törəməsi iddiasına dəlil deyil.

Təkamülçülərin “insan ilə meymun arasındakı genetik bənzərlik” mövzusunda istifadə etdikləri nümunələrdən digəri insanda 46, şimpanze və qorillalarda isə 48 xromosomun olmasıdır. Təkamülçülər xromosom saylarının yaxınlığını təkamül əlaqəsinin göstəricisi kimi qəbul edirlər. Halbuki əgər təkamülçülərin məntiqi doğrudursa, insanın meymundan daha yaxın qohumu olmalıdır: Kartof! Çünki kartofun xromosom sayı insana qorilla və şimpanzedən daha yaxındır: 46. Yəni insan və kartof xromosomları bərabər saydadır. Bu vəziyyət DNT bənzərliyinin təkamülə dəlil olmadığının açıq göstəricisidir.

Belə ki, müxtəlif növlərə və siniflərə aid canlıların DNT və xromosom təhlilləri nəticəsində əldə edilən faktlar müqayisə edildikdə canlıların DNT və xromosomlarındakı oxşarlıqların və ya fərqlərin irəli sürülən heç bir təkamülçü məntiq və ya təkamül əlaqəsi ilə uyğun gəlmədiyi açıq şəkildə üzə çıxır. Təkamülçü tezisə əsasən, canlıların kompleks quruluşlarında mərhələli inkişaf olmalı, buna paralel olaraq genetik məlumatları təşkil edən xromosomların sayı da mərhələli şəkildə artmalıdır. Lakin əldə edilən faktlar bu tezisin tamamilə təxəyyül məhsulu olduğunu göstərir.

Məşhur təkamül nəzəriyyəçilərindən olan rus elm adamı Dobjanski canlılar və DNT-ləri arasındakı bu qaydasız əlaqənin təkamülün açıqlaya bilmədiyi böyük problem olduğunu belə ifadə edir:

Daha kompleks canlıların əsasən sadə canlılara nisbətən hüceyrələrində daha artıq DNT-ləri var. Lakin bu qaydada istisnalar var. Amphiuma (amfibiya), Propterus (ağciyərli balıq) və hətta adi qurbağalar və quruda yaşayan qurbağalar tərəfindən keçilən insan isə cədvəldə birinci olmaqdan çox uzaqdır. Nə üçün bu vəziyyət bu qədər uzun müddət boyu tapmaca kimi qalmışdır?294

Molekulyar səviyyədəki digər müqayisələr də təkamülçü izahları təkzib edən bir çox tutarsızlıq nümunələri üzə çıxarmışdır. Müxtəlif canlılardakı zülal düzülüşləri laboratoriyalarda təhlil edildikcə ortaya təkamülçülər baxımından heç gözlənilməyən, hətta bəzən heyrətamiz nəticələr çıxır. Məsələn, insandakı Sitoxrom-C zülalının atdakından 14 amin turşusu qədər, kenqurudakından isə sadəcə 8 amin turşusu qədər fərqi var. Sitoxrom-C zülalının düzülüşü təhlil edildikdə tısbağaların insanlara sürünənlər olan zınqırovlu ilanlardan daha yaxın olduğu görülür. Bu vəziyyət təkamülçü düşüncə tərzinə əsasən təhlil edildikdə tısbağaların insanlarla ilanlardan daha yaxın qohum olduğu kimi mənasız nəticə çıxacaqdır.

Məsələn, toyuq və su ilanı arasındakı 100 kodonda 17, at və akula arasındakı 16, hətta iki ayrı şöbəyə aid it və soxulcan milçəyi arasındakı 15 amin turşusu qədər fərqdən belə daha böyükdür.

Buna bənzər həqiqətlər hemoqlobində də görülmüşdür. Bu zülalın insandakı düzülüşü lemurunkindən 20 amin turşusu qədər fərqli ikən donuzdakından sadəcə 14 amin turşusu qədər fərqlənir. Vəziyyət digər zülallarda da təxminən eynidir.295

Təkamülçülər bu təqdirdə insanın təkamül cəhətdən kenquruya atdan daha yaxın olması və ya donuzla lemurdan daha yaxın qohum olması nəticəsinə gəlməlidirlər. Halbuki bu nəticələr indiyə qədər qəbul edilmiş bütün “təkamül nəsil ağacı” sxemlərinə ziddir. Zülallar arasındakı oxşarlıqlar təəccüblü sürprizlər hazırlamaqda davam edir. Məsələn:

Kembricdən Adrian Fraydey və Martin Bişop əllərindəki “tetrapodların zülal düzülüşü” faktlarını təhlil etmişlər. Heyrətamiz nəticələr üzə çıxıb, təxminən bütün nümunələrdə insan və toyuq bir-birlərinə ən yaxın qohum kimi uyğun gəlmişlər. Növbəti ən yaxın qohum isə timsahdır.296

Bu oxşarlıqlara təkamülçü məntiqlə yanaşdıqda insanın ən yaxın təkamül qohumunun toyuq olması kimi cəfəng nəticəyə gəlməliyik. Pol Erbriç molekulyar təhlillərin çox fərqli canlı siniflərini bir-birinə yaxın kimi göstərən nəticələr verdiyini belə vurğulayır:

Təqribən eyni forma və funksiyalara malik zülallara (homoloji zülallar) filogenetik cəhətdən fərqli, hətta bir-birindən çox fərqli canlı siniflərində getdikcə artan sayda rast gəlinir. (Məsələn, onurğalılardakı, bəzi onurğasızlardakı və hətta bəzi bitkilərdəki hemoqlobin kimi).297

Cənubi Karolina Universiteti Tibb fakültəsindən biokimya üzrə tədqiqatçı dr. Kristian Şveyb molekulyar sahədə təkamülə dəlil tapmaq üçün uzun illər sərf etmiş elm adamıdır. Xüsusilə insulin və relaksin növündən olan zülallar üzərində təhlillər apararaq canlılar arasnda təkamül qohumluğu qurmağa çalışmışdır. Lakin fəaliyyətlərinin heç birində təkamülə hər hansı bir dəlil əldə edə bilmədiyini dəfələrlə etiraf etməyə məcbur olmuşdur. “Elm” (Science) jurnalındakı bir məqaləsində belə deyir:

Molekulyar təkamül qohumluqların üzə çıxarılması üçün demək olar ki, paleontologiyadan daha üstün metod kimi qəbul edilməyə başlandı. Bir molekulyar təkamülçü kimi bununla fəxr etməliyəm. Amma əksinə, növlərin nizamlı inkişafını göstərməli olan molekulyar oxşarlıqların bir çox istisnası olması narahatlıq törədir. Bu istisnalar o qədər çoxdur ki, əslində istisnaların və qəribəliklərin daha mühüm məna daşıdıqlarını düşünürəm.298

Şveybin relaksinlər üzərində apardığı tədqiqatlar maraqlı nəticələr ortaya qoymuşdur:

Yaxın qohum olduğu bildirilən növlərin relaksinləri arasındakı böyük fərqlərlə bərabər donuzun və balinanın relaksinləri tamamilə eyni çıxmışdır. Siçanlardan, Yeni Qvineya donuzundan, insandan və donuzdan götürülən molekullar bir-birlərindən təqribən 55% fərqlənirlər. Buna baxmayaraq, insulin insanı şimpanzedən daha çox donuza yaxınlaşdırır.299

Şveyb insulin və relaksindən başqa digər bir çox zülal düzülüşlərini müqayisə etdikdə də eyni həqiqətlə qarşılaşmışdır. Relaksin və insulin növlərinin ortaya qoyduğu istisnalardan başqa təkamülün irəli sürdüyü şəkildə nizamlı molekulyar inkişafı təkzib edən bir çox zülal növü olduğunu bildirən Şveyb belə deyir:

Relaksin və insulin ailələri molekulyar təkamülün klassik “bir nəsil ağacından təkamüllə törəmə” izahı qarşısındakı yeganə istisna deyil. Anormal zülal bənzərliyi nümunələrindəki anormallıqlar ancaq təxəyyül gücü ilə məhdudlaşdırıla bilən saya çatır.300

Şveyb canlılardakı lizosimlərin, sitoxromların və bir çox hormonun da amin turşusu düzülüşlərinin müqayisə edilməsinin təkamülçülər üçün “gözlənilməz nəticələr və anormallıqlar” üzə çıxardığını bildirir. Şveyb bütün bu dəlillərə əsaslanaraq zülalların hamısının heç bir təkamül keçirmədən əvvəlki formalarına malik olduğunu və molekullar arasında eynilə fosillərdəki kimi heç bir ara keçid formasının olmadığının tərəfdarıdır.

Maykl Denton da molekulyar biologiya sahəsində əldə edilən tapıntılara əsaslanaraq belə şərh verir:

Molekulyar səviyyədə hər canlı sinfi özünəməxsusdur, fərqlidir və digərləri ilə əlaqəsi yoxdur. Ona görə, molekullar eynilə fosillər kimi təkamülçü biologiya tərəfindən uzun müddət axtarılan nəzəri ara keçidlərin olmadığını göstərmişdir... Molekulyar səviyyədə heç bir orqanizm digərinin “əcdadı” deyil, digərindən daha “ibtidai” və ya “təkmil” də deyil... Əgər bu molekulyar dəlillər bundan bir əsr əvvəl əldə olsaydı... üzvi təkamül düşüncəsi heç vaxt qəbul edilməyəcəkdi.301




Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə