Həyatin gerçƏK


Çiçəkli bitkilərin mənşəyi



Yüklə 1,73 Mb.
səhifə48/72
tarix17.09.2017
ölçüsü1,73 Mb.
#453
1   ...   44   45   46   47   48   49   50   51   ...   72

Çiçəkli bitkilərin mənşəyi


Quruda yaşayan bitkilərin fosil tarixi və quruluş xüsusiyyətlərini təhlil etdikdə isə yenə də qarşımıza təkamül nəzəriyyəsinin fərziyyələrinə heç uyğun gəlməyən mənzərə çıxır. Demək olar ki, hər biologiya kitabında qarşılaşacağınız “bitkilərin təkamül ağacı”nın bir budağını belə təsdiqləyən bitki fosili yoxdur. Bir çox bitki fosil qeydlərində bütöv qalıqlara malikdir, amma bu qalıqların heç biri bir növdən digər növə keçid forması xüsusiyyəti daşımır. Hamısı xüsusi və orijinal şəkildə yaradılmış, ayrı-ayrı növlərdir və bir-biriləri arasında hər hansı təkamül əlaqəsi yoxdur. Təkamülçü paleontoloq E.K.Olsonun qəbul etdiyi kimi, “bir çox yeni bitki qrupu ani şəkildə üzə çıxır və onlara yaxın heç bir əcdadları yoxdur”.342

Miçiqan Universitetində fosil bitkiləri üzərində tədqiqatlar aparan botanik Çester A.Arnold belə şərh verir:

Uzun müddət boyu nəsli kəsilmiş bitkilərin hal-hazırda yaşayanlarının keçirdiyi inkişaf mərhələlərinin ortaya çıxacağı ümid edilmişdir. Ancaq açıq şəkildə qəbul edilməlidir ki, bu gözləmə sadəcə çox məhdud dərəcəyə qədər reallaşmışdır. Halbuki paleobotaniki tədqiqatlar bir əsrdən artıq davam edir.343
Arnold paleobotanikanın (bitkiləri öyrənən paleontologiyanın) təkamülü dəstəkləyən nəticə üzə çıxarmadığını “indiyə qədər dövrümüzə aid heç bir bitkinin başlanğıcından bu günə qədər olan təkamül qohumluğu tarixini izləmək imkanımız olmamışdır”, -deyərək qəbul edir.344

Bitkilərin təkamül iddiasını ən açıq şəkildə təkzib edən fosil tapıntıları çiçəkli bitkilərə aiddir. Çiçəkli bitkilər 43 ayrı ailəyə bölünmüşlər və bu 43 fərqli ailənin hər biri də arxada heç bir ibtidai “ara keçid forma” izi qoymadan fosil qeydlərində ani şəkildə üzə çıxır. Bu həqiqət XIX əsrdə də məlum olmuş və hətta bu səbəbdən, Darvin çiçəkli bitkilərin mənşəyini “narahatlıq verən sirr” adlandırmışdır. Darvinin dövründən bəri aparılan bütün tədqiqatlar isə sadəcə bu sirrin “narahatlıq verən” dozasını artırmışdır. Təkamülçü paleobotanik N.F.Hyus “Çiçəkli bitkilərin mənşəyinin paleobiologiyası” (Paleobiology of angiosperm origins) adlı kitabında belə etiraf edir:

Qurudakı bitkilərin ən dominant qrupu olan çiçəkli bitkilərin təkamül mənşəyi elm adamlarını XIX əsrin ortalarından bəri təəccübləndirir... Detallardakı bir neçə istisnadan başqa bu suala qənaətbəxş cavab tapılmır və nəticədə bir çox bioloq bu problemin fosil qeydləri ilə həll olunmasının qeyri-mümkün olduğu nəticəsinə gəlmişdir.345

Başqa bir paleobotanik C.B.Bek isə belə yazır:

Əslində çiçəkli bitkilərin mənşəyi və təkamülü haqqındakı sirr bu gün də Darvinin 1879-cu ildə bu problemi vurğuladığı zaman olduğu qədər böyük və təsirlidir... Verəcəyimiz qəti cavab yoxdur, çünki gəldiyimiz nəticələr daima dolayı dəlillərə əsaslanır və təbii ki, olduqca şübhəlidir.

Daniel Akselrod isə “Təkamül tarixində çiçəkli bitkilərin təkamülü” (The evolution of flowering plants, in the evolution life) adlı kitabında çiçəkli bitkilərin mənşəyi haqqında belə şərh verir:

Çiçəkli bitkiləri əmələ gətirən ibtidai qrup fosil qeydlərində hələ müəyyən edilməmişdir və yaşayan heç bir çiçəkli bitki bu cür əlaqəyə işarə etmir.346

Bütün bunların bizə göstərdiyi bir nəticə var: bütün canlılar kimi bitkilər də yaradılmışlar. İlk dəfə üzə çıxdıqları andan etibarən bütün mexanizmləri tam şəkildə mövcuddur. Təkamülçü ədəbiyyatda işlədilən “zaman ərzində inkişaf, təsadüfi dəyişikliklər, ehtiyaclar nəticəsində üzə çıxan adaptasiyalar (uyğunlaşmalar)” kimi terminlər heç bir həqiqətə əsaslanmır və elmi mənaları yoxdur.



SADƏLƏŞDİRİLMƏZ

KOMPLEKSLİK



Darvinist nəzəriyyəni elmi kəşflər qarşısında sorğu-sual edərkən müraciət edilməli ən əsas mənbələrdən biri, şübhəsiz, Darvinin özünün qoyduğu ölçülərdir. Darvin nəzəriyyəsini irəli sürərkən bu nəzəriyyənin necə təkzib ediləcəyinə dair bəzi konkret ölçülər də qoymuşdur. “Növlərin mənşəyi” kitabında bir çox yerdə: “Əgər nəzəriyyəm doğrudursa”, -deyə başlayan abzaslar var və Darvin bu abzaslarda nəzəriyyəsinin tələb etdiyi tapıntıları tərif edir.

Darvinin: “Əgər nəzəriyyəm doğrudursa”, -deyə başlayan sözügedən ölçülərin əsas hissəsi fosillərlə və “ara formalarla” bağlıdır. Darvinin bu yöndə olan fərziyyələrinin həqiqətə çevrilmədiyini, əksinə fosil qeydlərinin darvinizmin tam əksi olan nəticə ortaya qoyduğunu əvvəlki bölmələrdə təhlil etdik.

Bununla belə, Darvin bizə nəzəriyyəsini yoxlamaq üçün çox mühüm ölçü də vermişdir. Belə ki, bu ölçü Darvinin nəzəriyyəsini “tamamilə məhv edəcək” qədər konkretdir. Darvin belə yazmışdır:

Əgər bir-birini təqib edən çox sayda kiçik dəyişikliklə kompleks bir orqanın əmələ gəlməsinin qeyri-mümkün olduğu sübut edilsə, nəzəriyyəm tamamilə çökəcəkdir. Amma mən belə bir orqan görə bilmirəm.347

Darvinin burada nəyi nəzərdə tutduğunu araşdırmaq lazımdır. Məlum olduğu kimi, darvinizm canlıların mənşəyini iki şüursuz təbii mexanizm ilə açıqlayır: təbii seçmə və təsadüfi dəyişikliklər. (Yəni mutasiyalar). Darvinist nəzəriyyəyə əsasən, bu iki mexanizm canlı hüceyrəsinin kompleks quruluşunu, kompleks canlıların orqanizmlərini, gözlərini, qulaqlarını, qanadlarını, ağciyərlərini, yarasaların radarını və hələ milyonlarla kompleks dizayna malik sistemi meydana gətirmişdir.

Bəs necə olur ki, kompleks quruluşa malik olan bu sistemlər iki şüursuz təbii amilin məhsulu hesab edilir? Elə burada darvinizmin əl atdığı anlayış “reduksiya edilə bilən” anlayışıdır. Sözügedən sistemlərin daha bəsit hala reduksiya olunduğu və sonra da mərhələli şəkildə inkişaf etdikləri iddia edilir. Hər mərhələ canlıya daha artıq üstünlük verir, beləliklə, canlı təbii seçmə vasitəsilə seçilir. Daha sonra təsadüfən kiçik bir inkişaf da olacaq, bu da canlıya üstünlük qazandıracaq, canlı seçiləcək və bu proses davam edəcəkdir. Bu sayədə darvinizmin iddiasına görə, əvvəlcədən gözü olmayan canlı növü qüsursuz gözə sahib olacaq, əvvəl uça bilməyən başqa növ də qanadlanıb uça biləcəkdir.

Bu hekayə təkamülçü mənbələrdə çox inandırıcı və mümkün olan bir şey kimi danışılır. Halbuki bir az düşündükdə ortada çox böyük xəta olduğu görülür. Bu xətanın birinci tərəfi kitabın əvvəlki səhifələrində təhlil etdiyimiz mövzudur: mutasiyaların təkmilləşdirici deyil, məhvedici mexanizm olması. Yəni canlıların məruz qaldığı təsadüfi mutasiyaların bu canlılara “üstünlük” təmin etməsi, həm də bunu min dəfələrlə etmələri bütün elmi müşahidələrə zidd olan xəyaldır.

Ancaq xətanın bir də çox mühüm bir tərəfi də var. Diqqət edilsə, darvinist nəzəriyyə bir cəhətdən başqa bir cəhətə (məsələn, qanadsız canlıdan qanadlı canlıya) doğru gedən mərhələlərin hamısının tək “üstünlüklü” olduğunu tələb edir. A-dan Z-yə doğru gedən bu təkamül prosesində B, C, Ç, D…, U, Ü, V və Y kimi bütün “ara” mərhələlər canlıya mütləq üstünlük təmin etməlidir. Təbii seçmə və mutasiyanın şüurlu şəkildə əvvəlcədən hədəf müəyyən etmələri mümkün olmadığına görə, bütün nəzəriyyə canlı sistemlərinin üstünlük qazandıran kiçik mərhələlərə “reduksiya edilə biləcəyi” fərziyyəsinə əsaslanır.

Elə Darvin bu səbəbdən: “Əgər bir-birini izləyən çox sayda kiçik dəyişikliklə kompleks bir orqanın əmələ gəlməsinin qeyri-mümkün olduğu sübut edilsə, nəzəriyyəm tamamilə məhv olacaqdır”, -demişdir.

Darvin XIX əsrin ibtidai elmi səviyyəsi çərçivəsində canlıların reduksiya olunan quruluşa malik olduqlarını düşünə bilər. Ancaq XX əsrin elmi kəşfləri əslində canlılardakı bir çox sistem və orqanın sadələşdirilməz olduğunu aşkar etmişdir. “Sadələşdirilməz komplekslik” adlanan bu fakt darvinizmi elə Darvinin narahat olduğu kimi, “qəti şəkildə” məhv edir.


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə