Həyatin gerçƏK



Yüklə 1,73 Mb.
səhifə52/72
tarix17.09.2017
ölçüsü1,73 Mb.
#453
1   ...   48   49   50   51   52   53   54   55   ...   72

Daxili qulaq


Diqqət edilsə, buraya qədər təhlil etdiklərimizin hamısı xarici və orta qulaqda meydana gələn titrəmələrdən ibarətdir. Titrəmələr davamlı surətdə ötürülür, amma ortada hələ də mexaniki hərəkətdən başqa bir şey yoxdur. Yəni səs yoxdur.

Bu mexaniki hərəkətlərin səsə çevrilməsi daxili qulaq adlanan yerdə baş verir. Daxili qulaqda içi maye ilə dolu olan spiralvari orqan yerləşir. Bu orqanı formasına görə “ilbiz” adlandırırlar.

Orta qulağın ən son hissəsi olan üzəngi sümüyü ilbizin başlanğıcındakı pərdəyə bağlıdır. Orta qulaqdakı mexaniki titrəmələr bu yolla daxili qulağın mayesinə ötürülür.

Daxili qulaqdakı mayeyə çatan titrəmələr bu mayenin içində dalğalanmalar əmələ gətirir. İlbizin daxili divarlarında isə bu mayenin dalğalanmalarından təsirlənən kiçik tükcüklər var. Bu tükcüklər mayedəki dalğalanmalardan asılı olaraq hərəkətə keçirlər. Əgər güclü səs gəlsə, daha artıq tükcük daha çox əyilir. Xarici dünyadakı hər cür səs tezliyi bu tükcüklərə fərqli şəkildə təsir edir.

Bəs bu tükcüklərin hərəkətinin mənası nədir? Bir klassik musiqi konserti dinləməyimizlə, dostumuzun səsini tanımağımızla, avtomobilin səsini eşitməyimizlə və milyonlarla müxtəlif səsi ayırd etməyimizlə daxili qulaq ilbizindəki tükcüklər arasında nə cür əlaqə var?

Cavab çox maraqlıdır və qulaqdakı dizaynın kompleksliyini bir daha bizə göstərir. Bu tükcüklərin hər biri əslində ilbizin daxili divarını əhatə edən təxminən 16 min ayrı hüceyrənin başında yerləşən mexanizmdir. Tükcüklər bir titrəməni hiss etdikdə eynilə domino daşları kimi bir-birlərini itələyərək hərəkət edirlər. Məhz bu hərəkət tükcüklərin altındakı hüceyrələrin qapılarını açır. Bu sayədə hüceyrələrə ionlar daxil olur. Tükcüklər əks istiqamətdə əyildikdə isə hüceyrələrin qapıları bağlanır. Bu daimi hərəkət hüceyrələrin kimyəvi müvazinətlərini də dəyişdirir və elektrik oyanmaları əmələ gətirmələrini təmin edir. Bu elektrik oyanmaları sinirlər vasitəsi ilə beyinə ötürülür və beyin də onları şərh edərək səsə çevirir.

Elm bu sistemin texniki incəliklərini hələ tam aşkar edə bilməmişdir. Daxili qulaqdakı hüceyrələr sözügedən elektrik siqnallarını əmələ gətirərkən xarici dünyadan gələn dalğaların tezliklərini, qüvvələrini və ritmlərini əks etdirməyi də bacarırlar. Bu, o qədər kompleks prosesdir ki, elm bu günə qədər tezliyi ayırd etmə prosesinin daxili qulaqda, yoxsa beyində baş verdiyini belə müəyyən edə bilməmişdir.

Daxili qulaq hüceyrələrindəki tükcüklərin hərəkəti üzərində də durmaq lazımdır. Bir az əvvəl tükcüklərin domino daşları kimi bir-birlərini itələyərək əydiklərini demişdik. Ancaq əslində bir tükcüyün etdiyi hərəkət, əsasən, çox kiçik hərəkətdir. Aparılan araşdırmalar tükcüyün atomun radiusu qədər hərəkət etməsinin

hüceyrədəki reaksiyanın başlaması üçün kafi olduğunu göstərmişdir. Bu mövzunu tədqiq edən mütəxəssislər tükcüyün bu həssaslığını tərif etmək üçün maraqlı bir nümunə verirlər. Əgər tükcüyün məşhur Eyfel qülləsi hündürlüyündə olduğunu düşünsək, onda ona bağlı olan hüceyrədəki proses bu qüllənin təpəsi yerindən üç santimetr qədər hərəkət etdikdə belə başlaya bilər.357

Tükcüklərin bir saniyədə nə qədər əyildiyi sualının cavabı da çox maraqlıdır. Əyilmə səsin tezliyinə görə dəyişir. Səsin tezliyi artdıqca tükcüklərin yellənməsi də inanılmaz dərəcədə artır. Məsələn, 20 min tezliyə malik olan səs eşitdikdə tükcüklər də saniyədə 20 min dəfə yellənirlər.

Buraya qədər təhlil etdiyimiz bütün məlumatlar bizə eşitmə orqanımız olan qulaqların qeyri-adi yaradılışa malik olduğunu göstərir və diqqət edilərsə, bu, “sadələşdirilməz kompleks” formadır. Çünki eşitmənin baş verməsi üçün bir-birindən əlaqəsiz şəkildə çox sayda hissə tam və qüsursuz şəkildə mövcud olmalıdır.

Bunlardan biri, məsələn, orta qulaqdakı “çəkic” sümüyü çıxarılsa və ya forması pozulsa, artıq o insan heç nə eşidə bilməz. Qulağınızın eşitməsi üçün xarici qulaq pərdəsi, zindan, çəkic və üzəngi sümükləri, daxili qulaq pərdəsi, ilbiz, ilbiz mayesi, reseptor hüceyrələr, bu hüceyrələrin titrəməni hiss etməsini təmin edən tükcüklər, hüceyrələrdən beyinə gedən sinir şəbəkəsi və beyindəki eşitmə mərkəzi kimi müxtəlif hissələrin hər biri tam şəkildə mövcud olmalıdır. Sistem “mərhələ-mərhələ” inkişaf edə bilməz, çünki ara mərhələlərin heç biri işə yaramaz.


Təkamülçülərin qulağın mənşəyi ilə bağlı yanılmaları


Qulaqdakı sadələşdirilməz kompleks sistemin mənşəyi təkamülçülər tərəfindən əsla açıqlana bilməyən mövzudur. Təkamülçülərin bu mövzuda çox nadir hallarda irəli sürdükləri “nəzəriyyə”lərə baxdıqda təəccüblü dərəcədə bəsit və səthi məntiqlə qarşılaşırıq. Məsələn, alman bioloq Hoymar Von Ditfurtun “Əvvəl hidrogen var idi” (İm anfang war der wasserstoff) adlı kitabını türk dilinə tərcümə edən və mediadakı məqalələrilə “təkamül mütəxəssisi” statusunu qazanan Veysel Atayman adlı yazıçı qulağın mənşəyi haqqındakı “elmi” nəzəriyyəsini və “dəlilini” belə xülasələyir:

Eşitmə orqanımız olan qulağımız dərimiz adlandırdığımız endoderm və ekzoderm təbəqələrinin təkamülü nəticəsində əmələ gəlib. Hələ də bas səsləri qarnımzın dərisində hiss etməyimiz buna dəlildir!358

Yəni təkamülçü yazıçı Atayman qulağın bədənimizin digər hissələrindəki standard dəri təbəqələrindən təkamül yolu ilə törədiyini düşünür, bas səsləri dərimizdə hiss etməyimizi də bu fikrinə dəlil göstərir.

Əvvəlcə, Ataymanın “nəzəriyyə”sini, sonra da “dəlil”ini təhlil edək. Qulağın o qədər müxtəlif hissədən ibarət kompleks quruluşunu bir az əvvəl təhlil etdik. Bu quruluşun “dəri təbəqələrinin təkamülü” ilə meydana gəldiyini irəli sürmək bir sözlə xəyal qurmaqdır. Hansı mutasiya-təbii seçmə prosesi bu cür təkamülü mümkün edə bilər? Əvvəlcə qulağın hansı hissəsi əmələ gələcək? Bu təsadüf əsəri olan hissə heç bir funksiyası olmadığı halda, təbii seçmə vasitəsilə necə seçiləcək? Təsadüflər qulağın içindəki həssas mexaniki tarazlıqları, qulaq pərdəsini, zindan, çəkic və üzəngi sümüklərini, onları tənzimləyən əzələləri, daxili qulağı, ilbizi, ilbizin içindəki mayeni, tükcükləri, hərəkətə həssas hüceyrələri, onların sinirlərlə rabitəsini və s. necə əmələ gətirəcəkdir?

Bu sualların heç birinin cavabı yoxdur. Əslində, bütün bu kompleks quruluşun “təsadüf” olduğunu irəli sürmək “insan ağlına təzyiqdir”. Maykl Dentonun ifadəsi ilə desək, ancaq bir darvinist bu fikri heç şübhə etmədən qəbul edər!359 Təkamülçülər əslində təbii seçmə-mutasiya mexanizmlərinin də fövqündə, ən kompleks yaradılışa malik sistemləri təsadüflərlə əmələ gətirən “sehirli çubuqlara” inanırlar.

Ataymanın bu xəyali nəzəriyyəsinə verdiyi “dəlil” isə daha da maraqlıdır. “Bas səsləri dərimizdə hiss etməyimiz buna dəlildir”, -deyir. Səs dediyimiz anlayış əslində havada yayılan titrəmələrdir. Titrəmə fiziki təsir olduğuna görə, əlbəttə, toxunma hissimiz tərəfindən də hiss edilə bilər. Ona görə, uca və bas səsi fiziki cəhətdən hiss etməyimiz olduqca normaldır. Habelə bu səslər cisimlərə də fiziki cəhətdən təsir edir. Çox güclü səs gücləndiricilərinin istifadə edildiyi bir otaqda pəncərə şüşələrinin qırılması buna dəlildir. Maraqlısı budur ki, təkamülçü yazıçı Atayman bunları “qulağın təkamülünə” dəlil hesab edir. Atayman “qulaq səs titrəməsini hiss edir, dərimiz də bu titrəməni hiss edir, deməli, qulaq dəridən təkamüllə törəmişdir” şəklində məntiq yeridir. Əgər Ataymanın məntiqi ilə düşünsək: “Qulaq səs titrəməsini hiss edir, pəncərə şüşəsi də bu titrəmədən təsirlənir, deməli, qulaq pəncərə şüşəsindən təkamüllə törəmişdir”, -deyilə bilər. Ağılın hüdudlarını aşdıqdan sonra irəli sürülməyəcək “nəzəriyyə” yoxdur.

Təkamülçülərin qulağın mənşəyi ilə əlaqədar irəli sürdükləri digər ssenarilər də təəccüblü dərəcədə əsassızdır. Təkamülçülər insan da daxil olmaqla, bütün məməli canlıların sürünənlərdən təkamüllə törədiyini iddia edirlər. Ancaq sürünənlərin qulaq quruluşları ilə məməlilərin qulaq quruluşları, daha əvvəl də bildirdiyimiz kimi, çox fərqlidir. Bütün məməli canlılar bir az əvvəl bəhs etdiyimiz və üç sümükdən ibarət orta qulaq quruluşuna malikdirlər. Halbuki bütün sürünənlərin orta qulaqlarında ancaq bir sümük var. Təkamülçülər bu vəziyyət qarşısında sürünənlərin çənəsindəki dörd ayrı sümüyün təsadüfən yerini dəyişərək orta qulağa “keçdiyini” və yenə təsadüfən tam lazım olduğu formaya düşərək zindan və üzəngi sümüklərinə çevrildiyini iddia edirlər. Eyni ssenariyə əsasən, sürünənlərin orta qulağında mövcud olan tək sümük də formasını dəyişdirərək çəkic sümüyünə çevrilmiş və orta qulaqdakı üç sümük arasındakı olduqca həssas müvazinət təsadüfən təmin edilmişdir.360

Heç bir elmi tapıntıya, məsələn, fosil qeydinə əsaslanmayan bu xəyali iddia öz daxilində də olduqca ziddiyyətlidir. Bu cür təkamül bir canlını kar edər. Əlbəttə, çənə sümükləri yavaş-yavaş orta qulağın içinə girməyə başlayan bir canlı eşidə bilməz. Bu cür bir canlı da təkamülçülərin iddia etdikləri kimi digər canlılar arasında üstün olmayacağına görə, təbii seçmə ilə seçilməyəcəkdir.

Digər tərəfdən çənə sümükləri qulaqlarına doğru hərəkət edən bir canlının çənəsi də şikəst olar. Belə bir canlının çeynəmə qabiliyyəti də çox zəifləyər, hətta tamamilə yox olar. Bu da canlının aradan çıxması ilə nəticələnər.

Qısası, qulaqların quruluşunun və mənşəyinin təhlil edilməsi ilə ortaya çıxan nəticələr təkamülçü fərziyyələri açıq şəkildə əsassız edir. Təkamülçü mənbə olan “The grolier encyclopedia” bu vəziyyət qarşısında “qulaqların mənşəyi məsələsi qeyri-müəyyəndir” yazaraq etiraf edir.361 Bu təkamül üçün qeyri-müəyyəndir. Əslində qulaqdakı sistemi ağılla tədqiq edən hər kəs onun Allahın üstün yaradılışının dəlili olduğunu asanlıqla görə bilər.




Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə