Həyatin gerçƏK



Yüklə 1,73 Mb.
səhifə7/72
tarix17.09.2017
ölçüsü1,73 Mb.
#453
1   2   3   4   5   6   7   8   9   10   ...   72

Pleyotropik təsir


Mutasiyaların canlılara ancaq zərər verdiklərinin digər sübutu isə genetik şifrənin kodlanma formasıdır. Canlılardakı məlum bütün genlər həmin canlı ilə bağlı birdən çox məlumat saxlayır. Məsələn, bir gen həm boyun uzunluğunu, həm də canlının göz rəngini tənzimləyə bilir. Molekulyar bioloq Maykl Denton genlərin “pleyotropik təsir” adlandırılan bu xüsusiyyətini belə açıqlayır:

Genlərin inkişafa təsirləri həddindən artıq fərqlidir. Ev siçanında tük rəngiylə bağlı demək olar ki, hər gen boyun uzunluğu ilə də əlaqədardır. Meyvə milçəyi drosophila melanogasterin göz rənginin mutasiyası üçün istifadə edilən 17 ədəd rentgen şuası təcrübəsindən 14-ündə göz rəngiylə tamamilə əlaqəsiz olan dişi cinsiyyət orqanlarının quruluşu da zərər görmüşdür. Ali canlılarda təhlil edilən hər gen birdən çox orqana təsir edir. Pleyotropik təsir adlandırılan bu hadisə haqqında (Ernst) Mayr: “Ali canlılarda pleyotropik olmayan hər hansı bir genin tapılması şübhəlidir”, -deyir.26



Canlıların genetik quruluşlarındakı bu xüsusiyyət səbəbi ilə təsadüfi mutasiya nəticəsində DNT-dəki hər hansı bir gendə meydana gələn pozuntu birdən çox orqana təsir edəcəkdir. Beləliklə, mutasiya sadəcə müəyyən bir yerə təsir etməyəcək, daha çox zərərli təsirlərə malik olacaqdır. Bu təsirlərin birinin çox nadir rast gəlinən təsadüf nəticəsində yararlı olması fərz edilsə belə, digər təsirlərin labüd zərəri bu faydanı da aradan qaldıracaqdır.

Mutasiyaların nə üçün təkamülə səbəb olmadığını üç əsas maddədə xülasə etmək olar:



  • Mutasiyalar həmişə zərərlidir: mutasiya təsadüfən meydana gəldiyi üçün həmişə mutasiya keçirən canlıya zərər verir. Məntiqlə düşünsək, mükəmməl və kompleks bir formaya edilən hər hansı şüursuz müdaxilə o formanı təkmilləşdirməz, əksinə, pozar. Belə ki, heç bir müşahidə olunan “faydalı mutasiya” yoxdur.

  • Mutasiya nəticəsində DNT-yə yeni məlumat əlavə edilmir: genetik məlumatı təşkil edən hissələr yerlərindən qopub sökülür, pozulur və ya DNT-nin müxtəlif yerlərinə daşınır. Lakin mutasiyalar heç bir şəkildə canlıya yeni orqan və ya yeni xüsusiyyət qazandırmırlar. Ancaq aşağı ətrafın kürəkdən, qulağın qarından çıxması kimi anormallıqlara səbəb olurlar.

  • Mutasiya sonrakı nəslə ötürülməsi üçün mütləq çoxalma hüceyrələrində meydana gəlməlidir: orqanizmin hər hansı hüceyrəsində və ya orqanında meydana gələn dəyişiklik sonrakı nəslə ötürülmür. Məsələn, bir insanın gözü radiasiya və ya buna bənzər təsirlərlə mutasiyaya uğrayaraq orijinal formasından fərqlənə bilər, amma bu, onun özündən sonrakı nəsillərə keçməz.

Bütün bunlar təbii seçmə və mutasiya mexanizmlərinin heç bir təkamül xarakterli təsirə malik olmadıqlarını göstərir. Belə ki, indiyə qədər bu yolla əldə edilmiş heç bir müşahidə edilən “təkamül” nümunəsi mövcud deyildir. Bunun əvəzində təkamülçü bioloqlar bəzən “təbii seçmə və mutasiya mexanizmlərinin təkamül gücünü müşahidə edə bilmirik, çünki bu mexanizmlər ancaq çox uzun zaman ərzində təsirli olurlar” kimi açıqlama irəli sürürlər. Lakin bu da heç bir elmi əsası olmayan təsəllidən başqa bir şey deyil. Çünki meyvə milçəkləri və ya bakteriyalar kimi həyatı çox qısa olan və ona görə də bir elm adamının minlərlə nəslini müşahidə edə bildiyi canlılarda da heç bir “təkamül” qeydə alınmamışdır. Pier Paul Qrasse bakteriyaların təkamülü əsassız edən dəyişməzliyi haqqında da bunları deyir:

Bakteriyalar... sürətlə çoxalmaları səbəbi ilə ən çox mutant (mutasiya keçirmiş canlı) üzə çıxaran canlılardır. Ancaq bakteriyalar... öz növlərinə çox böyük sədaqət göstərirlər. Escherichia coli bakteriyasının mutantları çox diqqətli şəkildə təhlil edilmişdir və bu mövzuya aid çox yaxşı misaldır. Oxucular da qəbul edəcəklər ki, təkamülü sübut etmək və mexanizmlərini kəşf etmək üçün

nümunə kimi seçilən bu canlının milyard ildən bəri heç bir dəyişikliyə məruz qalmaması olduqca təəccüblüdür. Əgər təkamül xarakterli dəyişiklik meydana gətirmirsə, bu canlıların keçirdiyi bu qədər mutasiyanın nə mənası var? Nəticədə bakteriyaların və virusların keçirdiyi mutasiya xarakterli dəyişikliklərin müəyyən genetik orta hədd ətrafında gedib-gələn irsi dalğalanmalardan başqa heç nə əmələ gətirmədikləri üzə çıxır; bir az sağa, bir az sola dalğalanma olur, amma nəticədə təkamül xarakterli dəyişiklik baş vermir. Hamam böcəkləri də ilk dəfə ortaya çıxdıqları Perm dövründən bəri ən az drosophila qədər çox mutasiya keçirmiş, amma heç bir dəyişikliyə uğramamışdır.27

Qısa desək, canlıların təkamül keçirməsi mümkün deyil, çünki təbiətdə onların təkamülünə səbəb olan mexanizm yoxdur. Belə ki, fosillərə baxdıqda da təkamül prosesi ilə deyil, əksinə, təkamülə tamamilə zidd mənzərə ilə qarşılaşırıq.



Növlərin

gerçək mənşəyi



Darvin 1859-cu ildə “Növlərin mənşəyi” kitabını nəşr etdirdikdə canlıların qeyri-adi müxtəlifliyini açıqlayan nəzəriyyə irəli sürdüyünü düşünürdü. Bir canlı növü daxilində təbii müxtəlifliklər (variasiyalar) olduğunu müşahidə etmişdi. Məsələn, İngiltərədəki heyvan bazarlarını gəzərkən inəklərin çox fərqli cinslərinin olduğunu, heyvandarların da onları seçib, cütləşdirərək yeni cinslər əldə etdiklərini müşahidə etmişdi. Buna əsaslanaraq da “canlılar təbii şəkildə özləri müxtəlifləşə bilirlər, deməli, uzun zaman kəsikləri ərzində bütün canlılar yeganə ortaq əcdaddan törəyə bilər” şəklində fikir irəli sürmüşdü.

Lakin Darvinin “növlərin mənşəyi” haqqında irəli sürdüyü bu fərziyyə əslində növlərin mənşəyini heç cür açıqlamırdı. Genetika elminin inkişafı ilə bir canlı növü daxilindəki müxtəlifləşmənin heç vaxt yeni növün əmələ gəlməsinə səbəb olmadığı məlum oldu. Darvinin “təkamül” hesab etdiyi fakt əslində “variasiya” idi.



Variasiya nədir?


Variasiya genetika elmində işlədilən termindir və “müxtəlifləşmə” mənasını verir. Bu genetik hadisə bir canlı növü daxilindəki fərdlərin və ya qrupların bir-birlərindən fərqli xüsusiyyətlərə malik olmasına səbəb olur. Məsələn, yer üzündəki insanların hamısı, əsasən, eyni genetik məlumata malikdirlər, amma bu genetik məlumatın imkan verdiyi variasiya potensialı sayəsində bəziləri qıyıq gözlüdür, bəziləri sarışındır, bəzilərinin burnu uzun, bəzilərinin boyu qısadır.

Variasiya təkamülə dəlil deyil, çünki variasiya onsuz da mövcud olan genetik məlumatın fərqli cütləşmələrindən ortaya çıxır və genetik məlumata yeni xüsusiyyət qazandırmır. Təkamül nəzəriyyəsi qarşısında duran sual isə budur: tamamilə yeni növə aid yeni məlumat necə üzə çıxır?

Variasiya həmişə genetik məlumatın hüdudları çərçivəsində olur. Genetika elmində sözügedən hüduda “gen hovuzu” deyilir. Bir canlı növünün gen hovuzunda mövcud olan bütün xüsusiyyətlər variasiya sayəsində müxtəlif formalarda üzə çıxa bilir. Məsələn, variasiya nəticəsində bir sürünən növü daxilində digərinə nisbətən daha uzun quyruqlu və ya daha qısa ayaqlı cinslər meydana gələ bilər, çünki qısa ayaq məlumatı da, uzun ayaq məlumatı da sürünənlərin gen hovuzunda var. Amma variasiya sürünənlərə qanad taxıb, tük əlavə edib, maddələr mübadilələrini dəyişdirib onları quşa çevirmir. Çünki bu cür çevrilmə canlının genetik məlumatında əlavələr olmasını tələb edir, lakin variasiyalarda belə vəziyyət baş vermir.

Darvin nəzəriyyəsini irəli sürdükdə bu həqiqəti dərk etməmişdi. Variasiyaların hüdudu olmadığını düşünürdü. 1844-cü ildə yazdığı bir məqaləsində: “Bir çox yazıçı təbiətdəki variasiyanın bir hüdudu olduğunu qəbul edir, amma mən bu düşüncənin əsaslandığı konkret səbəbi görə bilmirəm”, -demişdi.28 “Növlərin mənşəyi”ndə də müxtəlif variasiya nümunələrini nəzəriyyəsinin ən böyük dəlili kimi göstərmişdi. Məsələn, Darvinin fikrincə, daha çox süd verən inək cinsləri yetişdirmək üçün müxtəlif inək variasiyalarını cütləşdirən heyvandarlar nəticədə inəkləri başqa canlı növünə çevirə biləcəkdilər. Darvinin bu “hüdudsuz dəyişiklik” fikrini “Növlərin mənşəyi” kitabında yazdığı bu cümləsi ən yaxşı şəkildə ifadə edir:

Bir ayı cinsinin təbii seçmə yolu ilə getdikcə daha çox suda yaşamağa uyğun quruluş və vərdişlər əldə etməsində, daha böyük ağıza malik olmasında və nəticədə bu canlının nəhəng balinaya çevrilməsində heç bir çətinlik görmürəm.29

Darvinin bu cür iddialı nümunələr verməsinin səbəbi yaşadığı əsrin ibtidai elm anlayışı idi. XX əsrin elmi isə canlılar üzərində aparılan bənzər təcrübələr nəticəsində “genetik dəyişməzlik” (genetic homoestatis) adlandırılan prinsipi aşkar etdi. Bu prinsip bir canlı növünü dəyişdirmək üçün edilən bütün cütləşdirmə (müxtəlif variasiya əmələ gətirmə) səylərinin nəticəsiz qaldığını, canlı növləri arasında keçilməz divarlar olduğunu ortaya qoyurdu. Yəni fərqli inək variasiyalarını cütləşdirən heyvandarların nəticədə inəkləri Darvinin iddia etdiyi kimi, başqa bir növə çevirməsi qətiyyən mümkün deyildi.

“Darvin yenidən mühakimədə” (Darwin retried) kitabının müəllifi Norman Makbet bu mövzuda belə deyir:

Problem canlıların həqiqətən də hüdudsuz şəkildə variasiyaya malik olub-olmamalarıdır... Növlər həmişə sabitdirlər. Heyvandarların yetişdirdiyi fərqli bitki və heyvan cinslərinin müəyyən həddən sonra irəliləmədiyini, hətta daima orijinal formalarına geri qayıtdıqlarını bilirik. Əsrlərlə davam edən yetişdirmə səylərinə baxmayaraq, heç vaxt qara lalə və ya mavi gül əldə etmək mümkün olmamışdır.30

Heyvandarlıq mövzusunda dünyanın ən məşhur mütəxəssislərindən biri hesab edilən Lüter Börbenk bu həqiqəti: “Bir canlıda baş verən inkişafın bir həddi var və bu qanun bütün yaşayan canlıları müəyyən edilmiş bəzi hüdudlar daxilində sabit saxlayır”, -deyərək ifadə edir.31

Ceri Berqman “təbii seçmə nəzəriyyəsi ilə əlaqədar bəzi bioloji problemlər” adlı məqaləsində variasiyanın daima müəyyən genetik hüdudlar daxilində meydana gəldiyini açıqlayan bioloq Edvard Diveydən sitat gətirərək belə şərh edir:

Divey bu nəticəyə gəlmişdir: “Çarpaz cütləşdirmə metodu ilə çox mühüm nəticələr əldə edilmişdir... Amma nəticədə buğda yenə də buğdadır, məsələn, üzüm deyil. Donuzlarda qanad əmələ gətirməyimiz quşların silindirşəkilli yumurtlamaları qədər qeyri-mümkündür. Daha müasir nümunə son əsr ərzində dünyadakı kişilərin boyunda müşahidə edilən artımdır. Daha yaxşı qidalanma və yaşayış şərtləri sayəsində kişilər son əsr ərzində boylarının uzunluğu ilə demək olar ki, rekord qırıblar; amma bu boy uzunluğu artsa da, artıq dayanma həddinə çatmışdır. Çünki artıq genetik hüduda dirənmiş vəziyyətdəyik”.32

Qısa desək, variasiyalar ancaq bir növün genetik məlumatının hüdudları daxilində qalan bəzi dəyişikliklər meydana gətirir, amma heç vaxt növlərə yeni genetik məlumat əlavə etmir. Bu səbəbdən, heç bir variasiya “təkamül” nümunəsi hesab edilə bilməz. Müxtəlif it və ya at cinslərini nə qədər cütləşdirsəniz də, nəticədə ortaya yenə it və ya at çıxacaq, amma yeni növ əmələ gəlməyəcəkdir. Danimarkalı elm adamı V.L.Cohansen bu mövzunu belə xülasə edir:

Darvinin xüsusi vurğuladığı variasiyalar əslində müəyyən həddən irəli gedə bilmirlər və bu səbəbdən variasiyalar “daimi dəyişikliyə (təkamülə) səbəb deyil”.33


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə