Həyatin gerçƏK


Ara keçid formaları problemi və sabitlik



Yüklə 1,73 Mb.
səhifə9/72
tarix17.09.2017
ölçüsü1,73 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   72

Ara keçid formaları problemi və sabitlik


Təkamülçü paleontoloqlar Darvinin bu iddiasına əsaslanaraq XIX əsrin ortalarından etibarən dünyanın hər tərəfində qızğın fosil araşdırmaları apardılar və ara keçid formalarını axtardılar. Lakin bütün səylərinə baxmayaraq, bu ara-keçid formalarına heç vaxt rast gəlmədilər. Aparılan qazıntılarda və araşdırmalarda əldə edilən bütün tapıntılar təkamül nəzəriyyəsinin iddialarının əksinə, canlıların yer üzündə birdən-birə, tam və qüsursuz şəkildə ortaya çıxdıqlarını göstərdi.

Təkamülçü paleontoloq Robert Karol fosil tapıntılarının darvinistlərin ümidlərini boşa çıxardığını etiraf etməyə məcbur olmuşdur:

Darvinin ölümündən bəri 100 ildən çox davam edən qızğın fosil yığma fəaliyyətlərinə baxmayaraq, fosil qeydləri hələ də onun gözlədiyi saysız-hesabsız ara-keçid halqaları ilə bağlı səhnə üzə çıxarmır.41

Başqa bir təkamülçü paleontoloq K.S.Tomson yeni canlı qruplarının fosil qeydlərində çox ani surətdə üzə çıxdıqlarını bildirir:

Əsas canlı qrupu ortaya çıxdıqda və fosil qeydlərində ilk dəfə göründükdə əcdadı və ya təkamül qohumu olduğu fərz edilən qruplarda görünməyən yeni xüsusiyyətlərlə birlikdə üzə çıxır. Morfologiya və funksiyalarındakı bu radikal fərqlərin çox sürətlə üzə çıxdığı görünür.42

Bioloq Frensis Hiçinq isə “Zürafənin boynu: Darvinin səhvi nədə idi?” (The neck of the giraffe: where Darwin went wrong) adlı kitabında belə yazır:

Əgər fosillər tapırıqsa və əgər Darvinin nəzəriyyəsi doğrudursa, onda qayalarda müəyyən qrup məxluqun daha kompleks başqa qrup məxluqa doğru kiçik dəyişikliklərlə təkamül keçirdiyini göstərən qalıqlar üzə çıxmalıdır. Nəsildən-nəslə inkişaf edən bu “kiçik dəyişikliklər” olduqca yaxşı qorunmalıdır. Ancaq vəziyyət heç də belə deyil. Əslində bunun tam əksi doğrudur. Darvinin: “Saysız-hesabsız ara forma olmalıdır, amma bunları nə üçün yer üzünün saysız-hesabsız təbəqələrində tapa bilmirik?” -deyərkən şikayətlənməsi kimi. Darvin fosil qeydlərindəki bu “qeyri-adi çatışmazlığın” sadəcə daha artıq fosil qazıntısı aparmaqla əlaqədar olduğunu düşünmüşdü. Amma nə qədər yeni fosil qazıntıları aparılsa da, tapılan növlərin demək olar ki, hamısının istisnasız bu gün yaşayan heyvanlara çox bənzədiyi üzə çıxmışdır.43

Fosil qeydləri canlı növlərinin həm bir anda və tamamilə fərqli quruluşda meydana gəldiklərini, həm də çox uzun geoloji dövrlər boyu dəyişmədən sabit qaldıqlarını göstərir. Harvard Universitetindən paleontoloq və məşhur təkamülçü Stefen Cey Quld bu həqiqəti 1970-ci ilin sonlarında belə qəbul edir:

Fosilləşmiş növlərin əksərinin tarixi pilləli təkamüllə ziddiyyət təşkil edən iki fərqli xüsusiyyət ortaya qoyur:

1. Sabitlik. Əksər növlərdə dünyada mövcud olduğu müddət ərzində heç bir dəyişiklik baş verməmişdir. Fosil qeydlərində ilk dəfə meydana gəldikləri andakı formaları nədirsə, qeydlərdən izləri silindiyi andakı formaları da o cürdür. Morfoloji (forma) dəyişiklik əsasən məhduddur və müəyyən istiqaməti yoxdur. .


2. Ani şəkildə ortaya çıxma. Bir növ hər hansı lokal bölgədə əcdadlarından pilləli şəkildə dəyişikliklərə uğrayaraq mərhələ-mərhələ meydana gəlmir, bir anda və “tamamilə formalaşmış” şəkildə ortaya çıxır.44

Sonrakı tədqiqatlar fosil qeydlərində görülən sabitlik və ani şəkildə ortaya çıxma həqiqətini daha çox gücləndirdi. Stefen Cey Quld və Nayls Eldric 1993-cü ildə: “Geoloji tarix boyu növlərin çoxu ya nəzərə çarpacaq dərəcədə dəyişməmiş, ya da heç bir aydın istiqaməti olmayan morfoloji cəhətdən cüzi dalğalanmalar baş vermişdir”, -deyə yazdılar.45 Robert Karol 1997-ci ildə “əsas qrupların çoxunun geoloji baxımdan çox qısa müddətdə əmələ gələrək müxtəlifləşdiyini və əsaslı morfoloji və ya qidalanma tipli dəyişikliklər olmadan daha uzun müddət həyatını davam etdirdiyini” qəbul etməyə məcbur olmuşdur.46

Burada “ara forma” anlayışının tam şəkildə nə məna verdiyini bildirməliyik. Təkamül nəzəriyyəsinin iddia etdiyi ara formalar iki canlı növü arasında qalan, lakin əksik və yarım orqanlara malik olan canlılardır. Ancaq bəzən ara forma anlayışı səhv başa düşülür və əslində ara forma xüsusiyyəti daşımayan canlılar ara forma kimi qəbul edilir. Məsələn, bir canlı qrupunun digər canlı qrupuna aid xüsusiyyətlərə malik olması ara formaya aid xüsusiyyət deyil. Avstraliyada yaşayan ördəkburun məməli olmasına baxmayaraq, sürünənlər kimi yumurtlayaraq çoxalır. Bundan başqa, ördək burnuna bənzəyən dimdiyi var. Elm adamları ördəkburun kimi canlılara “mozaik canlı” adını vermişlər. Mozaik canlıların ara forma olmadığı Stefen C.Quld və Nayls Eldric kimi qabaqcıl təkamülçü paleontoloqlar tərəfindən də qəbul edilir.47

Fosil qeydlərinin kafiliyi


Görəsən, ara forma fosillərinin yoxluğu qarşısında Darvinin 140 il əvvəl müdafiə etdiyi “ara formalar indi yoxdur, amma yeni tədqiqatlarla tapıla bilər” arqumenti hələ də etibarlıdır? Başqa sözlə, aparılan bütün fosil tədqiqatlarının nəticəsinə baxaraq ara formalarının, əslində, heç vaxt yaşamadıqları qəbul edilməlidir, yoxsa yeni araşdırmaların nəticələri gözlənilməlidir?

Bu suala veriləcək cavabı, əlbəttə, əlimizdəki fosil qeydlərinin zənginliyi müəyyən edir. Paleontoloji faktlara baxdıqda isə fosil qeydlərinin həddindən artıq zəngin olduğunu görürük. Dünyanın müxtəlif bölgələrindən əldə edilmiş milyardlarla fosil nümunəsi var.48 Bu fosillərə baxaraq 250 min müxtəlif canlı növü müəyyən edilmişdir və bunlar hal-hazırda yaşayan 1.5 milyon növə həddindən artıq bənzərdir49 (hal-hazırda yaşayan bu 1.5 milyon növün 1 milyonu həşəratlardır). Bu qədər zəngin fosil mənbəyinə baxmayaraq, heç bir ara forma tapılmasa da, yeni qazıntılarda ara formaların tapılacağı mümkün hesab edilir.

Qlazqo Universitetindən paleontologiya professoru T.Nevil Corc bu həqiqəti illər əvvəl belə qəbul etmişdir:

Fosil qeydlərinin kasadlığı üçün üzr istəməyə artıq ehtiyac yoxdur. Fosil qeydləri həddindən artıq zəngindir... buna baxmayaraq, hələ də heç bir dəlil müəyyən edilməmişdir.50 Amerika Təbiət Tarixi Muzeyinin direktoru, məşhur paleontoloq Nayls Eldric isə Darvinin “fosil qeydləri kifayət etmir, ara formaları ona görə tapa bilmirik” iddiasının əsassız olduğunu belə açıqlayır:

Bütün dəlillər fosil qeydlərinin ortaya qoyduğu nəticənin doğru olduğunu göstərir: (Fosil qeydlərində) gördüyümüz boşluqlar həyat tarixindəki həqiqi hadisələri əks etdirir, bunlar fosil məcmusunun kifayət etməməsinin nəticəsi deyil.51

obert Uesson isə 1991-ci ildə nəşr olunan “Təbii seçmədan kənar” (Beyond natural selection) adlı kitabında “fosil qeydlərindəki boşluqların həqiqi və faktiki” olduğunu belə açıqlayır:

Fosil qeydlərindəki boşluqlar həqiqətdir. Hər hansı (təkamül xarakterli) törəməni göstərən qeydlərin yoxluğu son dərəcə açıqdır. Növlər, əsasən, çox uzun zaman kəsikləri ərzində sabit qalmışlar. Növlər və xüsusilə cinslər heç vaxt yeni bir növə və ya cinsə doğru təkamül keçirməmişlər. Bunun əvəzinə, bir növ və ya cinsin digəri ilə yerdəyişməsi müşahidə edilmişdir. Dəyişiklik isə, əsasən, ani surətdə baş verir.52

Bu vəziyyət təkamül nəzəriyyəsinin 140 ildən bəri irəli sürdüyü “ara forma fosilləri tapılmamışdır, amma sonradan tapıla bilər” arqumentinin artıq əsassız olduğunu göstərir. Fosil qeydləri canlıların mənşəyini anlamaq üçün kifayət qədər zəngindir və qarşımıza konkret faktlar qoyur: fərqli canlı növləri aralarında təkamül xarakterli “keçid formaları” olmadan yer üzündə bir anda və fərqli formaları ilə ayrı-ayrı meydana gəlmişlər.






Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   72


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə