Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə14/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   10   11   12   13   14   15   16   17   ...   146

42

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

onları respublikamıza sərmayə qoymağa dəvət etdim. Mən onlarda Azərbaycana 

olan çox böyük marağı hiss etdim. Bu, onu göstərir ki, Azərbaycan ilə Norveç ara-

sındakı əlaqələrin geniş imkanları və böyük perspektivləri var. 

Ümumiyyətlə, bu ölkə mənim çox xoşuma gəldi. Ərazisi böyük, amma əhalisi az 

olan bir ölkədir. Eyni zamanda Avropada yerləşən, keçmişdə çox kasıb, bu gün isə 

çox zəngin olan bir ölkədir. Yəni qısa müddətdə kasıblıqdan zənginliyə keçmək, de-

mokratiyanı inkişaf etdirmək, yüksək texnologiyanı mənimsəmək və ondan istifadə 

etmək çox maraqlıdır. Təsəvvür edin, burada 800-ə qədər su elektrik stansiyası var. 

Ölkədə istifadə edilən elektrik enerjisi bu stansiyalarda istehsal olunur. Şübhəsiz ki, 

bizdə bu qədər çaylar və bu qədər su elektrik stansiyası tikmək imkanı yoxdur. Biz 

Kür üzərində “Yenikənd” Su Elektrik Stansiyasını tikmək istəyirik. Bunun üçün 

Avropa  Yenidənqurma  və  Inkişaf  Bankından  kredit  almışıq.  Norveçin  şirkətləri 

platformanın tikilməsində bizə çox kömək edə bilərlər. Onlar hələ bir əməkdaşlığa 

maraq göstərirlər. Yəni demək istəyirəm ki, biz onlarla həm iqtisadi, həm ümum-

xalqlar, millətlər, dövlətlər arasında əməkdaşlıq edə bilərik və bu, bizim üçün çox 

əhəmiyyətli olar. 

Bütün bu səfərimin, görüşlərimin müsbət nəticələrindən biri ondan ibarətdir ki, 

Avropanın inkişaf etmiş bu dövlətlərində - həm Lüksemburqda, həm Belçikada, 

həm  də  Norveçdə Azərbaycanın  demokratiya  sahəsində  əldə  etdiyi  nailiyyətləri 

qiymətləndirirlər. Bütün çıxışlarda, məsələn, xanım Brundtlandın, yaxud Jak San-

terin çıxışlarında və başqa çıxışlarda Azərbaycana olan münasibət, respublikamızda 

demokratik dövlətin qurulması və demokratiyanın inkişaf etdirilməsi qeyd olundu. 

Nailiyyətlərimiz, iqtisadiyyat sahəsindəki potensial imkanlarımız onları cəlb edir 

və onlar bu sahədə əldə etdiyimiz nailiyyətləri yüksək qiymətləndirirlər. Bu da həm 

Avropa Birliyi ilə, həm də Avropanın demokratik dövlətləri ilə Azərbaycan arasında 

münasibətlərin inkişaf etdirilməsi üçün çox yaxşı əsasdır. 

Ümumiyyətlə,  mən  bu  səfərimdən  və  görüşlərimdən  çox  məmnunam.  Hesab 

edirəm ki, Azərbaycanın dünya miqyasında, xüsusən Avropa qitəsində mövqelərinin 

möhkəmləndirilməsi, respublikamızın geniş miqyasda tanınması üçün lazımi qədər 

iş  görülübdür  və  bunlar  da  hamısı  dövlət  müstəqilliyimizin  möhkəmlənməsinə 

kömək edə bilər. Sağ olun. 




43

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin

 Avropa Birliyi İqtisadi Komissiyasının sədri 

Jak Santer ilə görüşdə söhbətindən 

Strasburq, Avropa sarayı, 10 oktyabr 1997-ci il

Hörmətli cənab Santer! Məni səmimi salamladığınıza və ünvanıma söylədiyiniz 

xoş sözlərə görə təşəkkür edirəm. Brüsseldə Sizinlə görüşümüzü xatırladaraq apar-

dığımız danışıqlardan razı qaldığımı bildirirəm. Biz Avropa strukturlarına daxil ol-

mağımıza çox şadıq, Avropa Şurasının bugünkü zirvə görüşündə biz qonaq kimi 

iştirak edirik, ancaq ümidvarıq ki, yaxın gələcəkdə bu təşkilatın bərabərhüquqlu 

üzvü olacağıq. Bildirirəm ki, şəxsən mən Avropa strukturları ilə Azərbaycan arasın-

da əlaqələrin indiki səviyyəsindən prinsip etibarilə razıyam.

Respublikamız Avropa Birliyinin komissiyası ilə əlaqələri daha da genişləndirmək 

istəyir. TRASEKA proqramı uğurla həyata keçirilir. Transqafqaz nəqliyyat dəhlizi 

qısa müddət ərzində Azərbaycanı, bütünlükdə Qafqazı, Avropanı birləşdirmişdir. 

Xatırladıram  ki,  Azərbaycan,  Gürcüstan,  Türkmənistan  və  Özbəkistan  həmin 

dəhlizin yaradılması haqqında saziş imzalamışlar.

Xəzər  dənizinin  Azərbaycan  sektorundakı  yataqlardan  çıxarılacaq  neftin 

nəqli məsələsinə toxunarkən bunları demək olar: biz xarici neft şirkətləri ilə ilk 

müqaviləni 1994-cü ilin sentyabrında imzalamışdıq. Ilkin neftin ixracı üçün iki boru 

kəmərinin marşrutları müəyyən edilmişdir. Hazırda neft boru kəmərinin marşrutu 

müzakirə olunur. Azərbaycanın imzaladığı neft müqavilələrində Avropa ölkələrinin 

iri şirkətləri də iştirak edirlər. Ona görə də istəyirik ki, əsas kəmər nefti Avropaya 

nəql etməyə imkan versin.

Ölkəmizdə  həyata  keçirilən  iqtisadi  islahatlardan  danışarkən  vurğulamaq  olar 

ki, MDB-yə daxil olan digər ölkələrə nisbətən Azərbaycanda islahatlara müəyyən 

səbəblərə görə gec başlanmasına baxmayaraq, mühüm nəticələr əldə edilmişdir. Iq-

tisadiyyatda dirçəliş başlanmış, inflyasiyanın səviyyəsi sıfır həddinə endirilmişdir. 

Özəlləşdirmə proqramı həyata keçirilir və bu prosesdə xarici ölkələrin hüquqi və 

fiziki şəxsləri də iştirak edə bilər. Torpaq islahatı haqqında radikal qanun qəbul edil-

mişdir. Azərbaycan dünya iqtisadiyyatına qovuşmaq xətti götürmüşdür. Xarici in-

vestisiyaları ölkəmizə cəlb etmək üçün əlverişli hüquqi-normativ baza yaradılmış-

dır. Biz Avropa Birliyi ilə əlaqələrin daha da genişləndirilməsinə xüsusi əhəmiyyət 

veririk.

Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması ilə bağlı məsələlər 

barədə  danışarkən  bunları  demək  olar  ki,  ATƏT-in  Lissabon  Zirvə  görüşündə 

bu  problemin  sülh  yolu  ilə  həllinə  dair  qəbul  olunmuş  prinsiplər,  Minsk  qrupu 

həmsədrlərinin təklifləri münaqişənin sülh yolu ilə həll olunacağına ümidləri artır-



44

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

mışdır. Azərbaycan tərəfi hərbi əməliyyatların yenidən başlanmaması, münaqişəyə 

Lissabon  prinsipləri  əsasında  sülh  yolu  ilə  son  qoyulması  üçün  əlindən  gələni 

edəcəkdir. Biz istəyirik ki, Avropanın bu hissəsində də sülh və əmin-amanlıq olsun.

Bizim Xəzər dənizinin statusu ilə bağlı mövqeyimizə gəlincə onu deyə bilərəm 

ki,  biz  sektor  bölgüsünü  düzgün  hesab  edirik.  Bir  daha  xatırladıram  ki,  Xəzər 

dənizindəki  neft  yataqları  vaxtilə  məhz  Azərbaycan  alimləri  və  mütəxəssisləri 

tərəfindən kəşf olunmuşdur və dənizdən ilk nefti də yarım əsr əvvəl biz çıxarmışıq. 

Bildirirəm ki, Xəzərin statusu ilə bağlı fikir ayrılıqlarını biz danışıqlar yolu ilə həll 

etməyin tərəfdarıyıq.



Jak  Santer:  Hörmətli  cənab  Prezident,  ətraflı  məlumat  üçün  Sizə  təşəkkür 

edirəm. Əmin ola bilərsiniz ki, biz Azərbaycanla həmişə maraqlıyıq. Sizin ölkənizə 

Avropada maraq çox yüksəkdir. Biz əməkdaşlığımızı davam etdirəcəyik.

Heydər Əliyev: Cənab Santer, ölkəmiz haqqında söylədiyiniz xoş sözlərə görə 

sizə təşəkkürümü bildirirəm və Sizi Azərbaycana səfərə dəvət edirəm.




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə