Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə7/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   2   3   4   5   6   7   8   9   10   ...   146

25

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

la qovulmuş vətəndaşlarımızın həyat şəraitinin ağırlığını öz gözləri ilə görübdür. 

Onu müşayiət edən nümayəndə heyəti də həmin yerlərdə olubdur. Bunların hamısı 

Avropa Birliyində Azərbaycan barəsində daha dəqiq, ətraflı və obyektiv məlumat 

əldə etmək üçün yaxşı bir vasitədir. Mən buna görə - Azərbaycana gəldiyinə və 

burada bu işləri gördüyünə görə cənab Van Den Bruka və onunla gələn nümayəndə 

heyətinə  təşəkkürümü  bildirirəm.  Hesab  edirəm  ki,  cənab  Van  Den  Bruk  da  öz 

bəyanatını verəcəkdir.



26

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 

Qərbi Avropa ölkələrinə işgüzar səfərə yola düşməzdən əvvəl 

Binə Hava Limanında müxbirlərin suallarına cavabı 

 21 aprel 1996-cı il

Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlıq artıq başlanıbdır. Biz xeyli 

zamandır ki, bu əməkdaşlığı yaratmaq üçün addımlar atmışıq, danışıqlar aparmışıq 

və nəhayət, indi Avropa Birliyi qərara alıbdır ki, aprelin 22-də Lüksemburqda Avro-

pa Birliyinin üzvü olan ölkələrin xarici işlər nazirlərinin toplantısında Azərbaycan, 

eləcə də Gürcüstan və Ermənistan Avropa Birliyinə qəbul olunmaq üçün saziş im-

zalayacaqlar. Bu, şübhəsiz ki, ilkin sazişdir, amma çox mühüm bir sazişdir və bunun 

tarixi əhəmiyyəti var. Çünki bu saziş Azərbaycanın Avropa Birliyinə qoşulmasında 

böyük bir addımdır. 

Bunun həm iqtisadi, həm də siyasi əhəmiyyəti var. Bu, Azərbaycanda demok-

ratiyanın  inkişafı,  Azərbaycanın  demokratiya  yolu  ilə,  bazar  iqtisadiyyatı  yolu 

ilə  getməsi  prinsiplərinin  Azərbaycanda  daha  da  inkişaf  etməsi  üçün  yeni  bir 

mərhələdir. Ona görə mən buna çox böyük əhəmiyyət verirəm və bir də qeyd edirəm 

ki, mən yola düşməzdən öncə biz burada - Azərbaycanda bu məsələni müzakirə et-

dik. Hesab edirəm ki, bu, Azərbaycanın həyatında tarixi hadisədir. Eyni zamanda 

mən Brüsseldə olarkən NATO-nun Baş Qərargahına gedəcəyəm. Bildiyiniz kimi, 

1994-cü il mayın 4-də Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqra-

mına qoşulubdur və o zaman mən bu barədə sənədi imzalamışam. Indi o sənədin 

imzalanması ilə əlaqədar bu qoşulmanın prezentasiya sənədi təqdim ediləcəkdir. 

Burada da görüşlərimiz olacaqdır.

Ondan sonra isə mən Norveçə yola düşəcəyəm. Norveç ilə Azərbaycan arasında-

kı əlaqələr son zamanlar çox sürətlə inkişaf edir. Bilirsiniz ki, Norveçin böyük neft 

şirkəti “Statoyl” Xəzər dənizinin Azərbaycan sektorunda neft yataqlarının istifadə 

olunmasında iştirak edir və konsorsiumun üzvüdür. Biz onlarla çox sıx əməkdaşlıq 

edirik və Norveç hökumətinin dəvəti ilə mən bu ölkəyə rəsmi səfərə gedirəm. Ora-

da Norveçlə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün danışıqlar apa-

rılacaq və bir çox sənədlər imzalanacaqdır.

Hesab  edirəm  ki,  bunların  hamısı  Azərbaycanın  dövlət  müstəqilliyini 

möhkəmləndirən və onu dünyada bir daha nümayiş etdirən addımlardır, hadisələrdir 

və  eyni  zamanda Azərbaycanın  Dünya  Birliyində  tutduğu  özünəməxsus  yeri  bir 

daha əyani surətdə nümayiş etdirir.

Suаl: Ayaz Mütəllibovun Azərbaycana verilməsi məsələsinə necə baxırsınız?

Сavab: Adamlar  öz  vətənindən  qaçmamalıdırlar.  Hətta  hüquqa,  qanuna  zidd 

hansısa əməllər törətmiş olsalar da, öz xalqı, öz hakimiyyət orqanları qarşısında 




27

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

bunu etiraf etmək yaxşıdır, nəinki hansısa başqa bir ölkədə sığınacaq tapmaq. Indiki 

halda Mütəllibov da, Rəhim Qazıyev də cinayət etmişlər. Əslində elə buna görə də 

uzun müddətdir ki, Azərbaycanın hüdudlarından kənarda gizlənirdilər.

Bilirsiniz  ki,  Rəhim  Qazıyev  Rusiyanın  hüquq-mühafizə  orqanları  tərəfindən 

həbs edilmiş və respublikamıza verilmişdir, Azərbaycanın hüquq-mühafizə orqan-

larının sərəncamındadır. Mütəllibov da həbs olunub və Rusiyanın hüquq-mühafizə 

orqanlarının  sərəncamındadır.  Zənnimcə,  bunun  özü  Rusiya  ilə Azərbaycan  ara-

sında, o cümlədən hüquq-mühafizə orqanlarımız arasında mehriban əməkdaşlığın 

olmasına  inandırıcı  sübutdur.  Bu  fakt  göstərir  ki,  Rusiya  ilə Azərbaycan  arasın-

da  münasibətlər  dostluq  xarakteri  daşıyır  və  biz  bu  münasibətləri  çox  yüksək 

qiymətləndirir, bunları bütün sahələrdə - iqtisadiyyatda da, elm-texnika sahəsində 

də inkişaf etdirmək, dərinləşdirmək üçün hər şeyi edirik. Yeri gəlmişkən, deyim ki, 

aprelin 23-də Moskvada Azərbaycan mədəniyyəti günləri başlanacaqdır. Biz Rusi-

ya ilə dostluğu Azərbaycanın xarici siyasət sahəsində əməkdaşlığının çox mühüm 

amili sayırıq.

Rəhim Qazıyevə gəldikdə isə, bilirsiniz ki, o, Milli Təhlükəsizlik Nazirliyinin 

təcridxanasından qaçmış və qanunsuz yolla Azərbaycanın hüdudlarını tərk edərək 

Moskvada gizlənirdi. Şübhəsiz ki, buna görə cavab verməlidir. О ki qaldı bağış-

lanma haqqında müraciətə, bizim məhkəməmiz ədalətlidir, əgər insan öz günahını 

başa düşürsə, əməllərindən peşman olursa, ona həmişə rəhm edilir. Ona da belə 

münasibət ola bilər.

Mənə məlum olduğuna görə, Mütəllibov ən yüksək cəza – ölüm cəzası nəzərdə 

tutulan maddə ilə ittiham edilmir. Buna görə də hesab edirəm ki, onun barəsində 

belə cəza tətbiq oluna bilməz. Ümumən onun məsuliyyət daşımasına gəldikdə isə, 

hesab edirəm ki, o, Vətəninə qayıtmalı və ədalət məhkəməsi qarşısında dayanmalı-

dır. Məhkəmə ona ədalətlə və mərhəmətlə yanaşacaqdır.



Suаl: Axtarışda olan adamların verilməsi müqabilində Azərbaycanın müəyyən 

güzəştlərə gedə biləcəyi barədə şayiələrlə əlaqədar fikrinizi bilmək olarmı?

Сavab: Bilirsiniz, bunlar çox bəsit uydurmalardır. Dövlətlərarası münasibətlər, 

xüsusən də Azərbaycan üçün çox yaxın, dost dövlət olan Rusiya kimi böyük bir 

ölkə ilə münasibətlərimiz hansısa təsadüfi amillər əsas götürülməklə qurula bilməz. 

Bu şayiələr olduqca bəsit uydurmadır. Mən də fikir vermişəm, Moskva mətbuatında 

belə mülahizələr, ehtimallar artıq dərc olunur. Mən buna hətta təəccüb edirəm. Bi-

lirsiniz, biz Rusiya ilə çox mehriban əməkdaşlıq edirik, bu əməkdaşlıq konyunktu-

ra xarakteri daşımır və hansısa cinayətkarın Azərbaycana verilib-verilməməsindən 

asılı ola bilməz. Əgər biz dövlətlərarası münasibətlərimizi həmin prinsiplər əsasında 

qursaydıq, bu, bizim də, Rusiyanın da səviyyəsini aşağı salmış olardı. Hesab edirəm 

ki, Rusiya Federasiyası dövləti də, Azərbaycan dövləti də bu təsadüfi hallardan çox-

çox yüksəkdə dayanır.



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə