Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə34/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   30   31   32   33   34   35   36   37   ...   146

90

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

beynəlxalq hüquq normalarına tam ziddir. Biz bunu edə bilmərik. Ancaq Minsk 

qrupunun təklifləri olmuşdur ki, Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində 

ən yüksək dərəcəli özünüidarəetmə hüququ verilsin. Ermənistan bununla razı deyil. 

Təəssüf ki, dünya ictimaiyyəti də, Birləşmiş Millətlər Təşkilatı da, ATƏT də, başqa 

böyük ölkələr də, elə Avropa Ittifaqı da bu cür ədalətsizliyə qarşı göz yumurlar.

Zaman keçir, münaqişə aradan götürülmür. Bir-biri ilə qonşu olan iki ölkə ara-

sında  sülh  yaranmayıbdır.  Mən  hesab  etmirəm  ki,  bu,  ancaq Azərbaycana  zərər 

vurur. Doğrudur, onların ərazisinin heç bir metri də Azərbaycan tərəfindən işğal 

olunmayıbdır. Amma buna baxmayaraq, onlar da bu münaqişədən zərər çəkirlər. 

Ona görə məsələnin həll olunması Ermənistandan asılıdır. Ermənistan isə bunun 

həll olunmasına getmir. Bu da Cənubi Qafqazda, ümumiyyətlə, sülhün yaranmasına 

nəinki mane olur, qətiyyən imkan verə bilməz.

Siz Cənubi Qafqaz ölkələrinin iqtisadi əməkdaşlığı haqqında dediniz, biz də he-

sab edirik ki, bu, çox vacib məsələdir. Məsələn, Gürcüstanla biz bütün sahələrdə çox 

səmərəli əməkdaşlıq edirik. Nəinki əməkdaşlıq edirik, hətta bizim çox səmimi, meh-

riban dostluq əlaqələrimiz vardır. Biz istərdik ki, Ermənistanla Azərbaycan arasın-

da sülh olsun. Bunun üçün işğal olunmuş torpaqlar azad edilməlidir. Azərbaycanın 

ərazi  bütövlüyü  bərpa  olunmalıdır.  Onda  Cənubi  Qafqazın  üç  ölkəsi  arasında 

əməkdaşlıq çox surətlə inkişaf edə bilər. Bir də deyirəm, bütün məsələlərin həlli 

Ermənistan tərəfindən asılıdır. Biz isə sülh istəyirik. Məsələnin yalnız sülh yolu ilə 

həll  olunmasını  istəyirik.  Müharibənin  yenidən  başlanmasını  istəmirik.  Eyni  za-

manda torpaqlarımızın da böyük bir hissəsinin Ermənistanın silahlı qüvvələrinin 

işğalı altında qalmasına dözə bilmərik.

Avropa Ittifaqı da çox böyük və mötəbər təşkilatdır. Bu barədə o öz sözünü deyə 

bilər. Amma biz bunu da eşitmirik. Bu qədər.



Anna  Lind:  Hər  şeydən  öncə  Sizə  təşəkkür  edirəm  və  bildirmək  istəyirəm 

ki, Avropa  Ittifaqı  bu  münaqişənin  həllində  oynadığı  rolu  əslində  Minsk  qrupu-

nu dəstəkləməkdə görür. Biz hesab edirik ki, Minsk qrupu bu proseslərlə məşğul 

olur  və  çox  mühüm  bir  strukturdur.  Biz  Sizinlə  Ermənistan  prezidenti  arasında 

aparılan birbaşa danışıqları böyük maraqla və ümidlə izləyir, bu danışıqlara böyük 

əhəmiyyət veririk. Qarşılıqlı güzəşt etmək üçün liderlərdən böyük cəsarət tələb olu-

nur və münaqişənin həlli üçün onların qarşılıqlı səy göstərməsi gərəkdir.

Biz ümidvarıq ki, yaxın bir zamanda, tezliklə bu münaqişənin həllində dönüş 

nöqtəsi əldə olunacaqdır və məsələ danışıqlar yolu ilə həll ediləcəkdir.

Bu  münaqişənin  necə  və  hansı  şərtlərlə  həll  olunacağı  barədə  heç  bir  fikir 

söyləmədən  yenidən  regional  əməkdaşlıq  məsələsinə  qayıtmaq  istəyirəm.  Çünki 

hesab edirik ki, çox gərgin keçən danışıqlar zamanı regional əməkdaşlığın həyata 

keçirilməsi tərəflər arasında gərginliyin aradan qaldırılmasına da xidmət etmiş olar.

Cənab  prezident,  bir  daha  bəyan  edirəm  ki,  biz  Ermənistan  prezidenti  ilə  Si-




91

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

zin aranızda olan bu danışıqları çox müsbət qarşılayırıq. Sizi ruhlandırır və ona 

çağırırıq ki, bu sülh danışıqları ilə bərabər, regional əməkdaşlıq məsələlərində də 

əlaqələrinizi genişləndirəsiniz.

Mən istərdim ki, indi də sözü cənab Solanaya verəm. 



Heydər Əliyev: O, bizim köhnə dostumuzdur.

Xavyer Solana: Cənab prezident, yenidən Azərbaycana qayıtmağımdan, Sizinlə 

görüşməyimdən, Sizi dinləməkdən çox məmnunam. Hesab edirəm ki, bizim belə 

bir tərkibdə sizin ölkənizə səfərimizin, regiona səfərimizin mühüm bir rəmzi mənası 

vardır. Bu, bizim sizin ölkəniz və region üçün hansı xoş niyyətlərimizin olmasının 

göstəricisidir.

Siz öz ölkəniz üçün çox böyük işlər görmüsünüz. Mən özüm bunun şahidiyəm. 

Mən əminəm ki, Siz bundan sonra da ölkəniz üçün böyük xidmətlər göstərəcəksiniz.

Sizin indi münaqişə ilə, sülhün əldə olunması ilə əlaqədar söylədiklərinizi mən 

çox  diqqətlə  dinlədim.  Ümumiyyətlə,  mən  bu  məsələlərə  həmişə  diqqətlə  yana-

şıram.  Sizin  hansı  miqyaslı,  hansı  çəkili  bir  siyasətçi  olduğunuzu  da  mən  yaxşı 

bilirəm. Mən hesab edirəm ki, bizlərin hamımızın bu münaqişənin həlli üçün bir 

imkanı vardır. Eyni zamanda, bildirirəm ki, Sizin indi apardığınız birbaşa danışıqlar 

da xüsusilə əhəmiyyətlidir.

Mən Sizi əmin etmək istəyirəm ki, bu danışıqlar zamanı Sizə yardımçı olmaq 

üçün  bizim  imkanlarımızdan,  bizim  sərəncamımızda  olan  resurslardan  istifadə 

etmək mümkün olarsa, əlimizdən gələn nə varsa, onlarla Sizə kömək etməyə hazırıq.

Belə  bir  prosesi  irəli  aparmaq  üçün  məhz  Sizin  kimi  liderlərə  və  Sizin  kimi 

cəsarətli şəxslərə ehtiyac duyuruq.

Cənab prezident, Sizinlə mən son dövrdə çox kövrək və yaddaqalan illəri birlikdə 

keçirmişik, böyük hadisələrin şahidi olmuşuq. Icazə verin, yadınıza Sizin qonşu 

otaqda ikimizin təkbətək görüşü zamanı söylədiyim bir sözü xatırladım. Xatırlayır-

sınızsa, Sizinlə görüşümüz zamanı Avropanın tarixinə birlikdə nəzər saldıq, o tarixi 

birlikdə nəzərdən keçirdik. Xatırlayırsınızsa, söhbətimiz zamanı Avropada olmuş 

böyük  faciələrdən,  münaqişələrdən  və  böyük  müharibələrdən,  onların  törətdiyi, 

meydana  gətirdiyi  əzab-əziyyətlərdən  danışdıq  və  axırda  onların  hamısının  sülh 

yolu ilə həllinin tapılmasından söz açdıq. Avropa artıq münaqişələrdən bezib və 

münaqişələrə yol verməmək yolunu tutubdur. Indi Avropa artıq birləşmək yolunu 

tutubdur. Bu gün Avropanın adından onu təmsil edən bu şəxslər yəqin ki, bir neçə 

ildən sonra artıq birləşmiş, böyük, əhalisi bəlkə də Yaponiyadan dörd dəfə, ABŞ-

dan bir neçə dəfə çox olan bir toplumu təmsil edəcəkdir. Elə bir qurumu, elə birliyi 

təmsil edəcəkdir ki, onun hərbi qüvvələri, hərbi gücü bəlkə də dünyada ən güclü, 

ən qüdrətli olacaqdır. Mən özüm şəxsən öz atama, babama və qədim əcdadlarıma 

minnətdaram ki, bugünkü Avropada yaşamağım üçün imkan yaradıblar. Çünki bi-

zim əcdadlarımızın dünyaya baxışları çox açıq-aşkar olubdur. Onlar Avropanı va-




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə