Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə100/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   96   97   98   99   100   101   102   103   ...   232

204 

 

rəhbərlərinə  yazırd ı:  "Sizi  əmin  edirəm  ki,  burada  (Gürcüstan  ipəyini  nəzərə 



almadan)  50-60 batman at yükü  ilə  3-4  min  atı  ipəklə yüklə mə k olar".  Bu  isə orta 

hesabla 200  min batmana bərabərdir. Əmin Əh məd Razinin verdiyi  məlu mata görə, 

Azərbaycanın  ən  iri  ipəkçilik  mərkəzlərindən  biri  o lan  ġamaxıda  hər  il  20  min 

xalvara yaxın ipək satılırd ı. 

Azərbaycan əhalisinin bir qis mi yarımköçəri həyat keçirir və heyvandarlıqla 

məĢğul  idi.  Mil  və  Muğan  düzənliklərindəki  q ıĢlaqlar,  Qarabağın,  Cənubi 

Azərbaycamn  dağlıq  bölgələrindəki  yaylaqlar  qədim  zaman lardan  etibarən 

heyvandarlıq təsərrüfatının uğurlu in kiĢafını təmin etmiĢdir. 

XVI  əsrə  qədərki  dövrdə  Azərbaycanda  məskunlaĢmıĢ  türk  köçəri  tayfaları 

(Cəlairi,  Qaraqoyunlu,  Ağqoyunlu  və  b.)  tədricən  yarımoturaq  və  oturaq  həyat 

tərzinə  keçmiĢdilər.  Bu  proses  çox  ləng  gedirdi:  tayfaların  yu xarı  təbəqələ rindən 

baĢlanır,  daha  sonra  isə  yoxsul,  aĢağı  təbəqələri  əhatə  edirdi.  Siyasi  hökmran lığa 

malik  o lan  tayfa  əyanları  sarayda  və  ölkənin  digər  yerlərində  yüksək,  gəlirli 

vəzifələri  ələ  keçirir,  iri  torpaq  sahələrinin  mü lkiyyətçilərinə  çevrilir,  ticarətlə  və 

Ģəhər  iqtisadiyyatı  ilə  sıx  əlaqələr  yaradırd ılar,  Həmin  əyanlar  yerli  oturaq  feodal 

soyları  ilə  qohumluq  münasibətlərinə  daxil  olu r  və  tədricən  oturaq  həyat  tərzinə 

keçirdilər. 

Səfəvilər  dövründə  torpaq  mülkiyyətinin  əski  formaları  qalmaqda  idi 



(divani, xassə, vəqf və  mülk). Dövlət torpaq sahələrinin və hakim sülaləyə  məxsus 

torpaq  mülkiyyətinin  geniĢlən məsi  ölkənin  sosial-iqtisadi  inkiĢafı  prosesində  yeni 

məqam  olmuĢdur.  I  ġah  Ġsmayıl  Ağqoyunlu  sülaləsi  nümayəndələrinə,  habelə 

zəngin  sünni  ruhanilərə  məxsus  olan  torpaq  mülkiyyətini  dövlətin  ixtiyarına 

keçirirdi. 

Ġlk  Səfəvi  hökmdarları  Ərdəbildən  baĢqa  Ġsfahanda,  Fars  vilayətində, 

Heratda  geniĢ torpaq  sahələrinə  malik  idilər.  Adətən,  ən  münbit  və  abad  mülkləri 

xassəyə  daxil  edirdilər.  Bu  minvalla  Səfəvi  sülaləsinin  nü mayəndələri  ö lkən in  ən 

iri feodallarına çevrilmiĢdilər. 

Səfəvilər mərkəzləĢdirmə siyasəti naminə irsi xid mət müqabilində paylan mıĢ 

torpaq  mülkiyyətinin  (soyurqal)  məhdudlaĢdırılmasına  can  atırdılar.  I  ġah 

Ġsmayıldan  etibarən  mərkəzi  dövlət  aparatı  xəzinə  torpaqlarının  Ģahın  vassalları 

olan qızılbaĢ əmirlərinin  irsi sahibliyinə  keçməsinin qarĢısını almağa çalıĢırd ı.  Ona 

görə  də  Səfəvi  hökmdarları  feodal  torpaq  mülkiyyətinin  yeni  formasının  -  tiyulun 

inkiĢafını  təmin  etməyə  cəhd  göstərirdilər.  Tiyul  irsi  torpaq  sahibliyi  forması 

deyildi, feodalın hərbi, yaxud in zibati xid mət müddətindən asılı idi.  

Tiyuldar  mərkəzi  höku mət  tərəfindən  müvəqqəti  bağıĢlanmıĢ  ərazidən  əldə 

edilmiĢ  vergini  mənimsəyə  bilərd i,  lakin  onun  tiyulu  idarə  etmək  hüququ  məhdud 




205 

 

idi.  Tiyullar  baĢlıca  olaraq  qızılbaĢ  tayfalarının  feodal  əyanlarına  verilirdi. 



Soyurqallar  öz  məzmununu  dəyiĢmiĢdi:  onlar  artıq  Ģiə  ruhanilərinin  və  inzibati 

bürokratiyanın ixtiyarında olan  xırda kəndlər, digər yaĢayıĢ məntəqələrindən ibarət 

idi. 

Hakim  sin if  əsasən  5  qrupdan  ibarət  olmuĢdur:  Ģah  və  hakim  sülalənin 



üzvləri, qızılbaĢ tayfalarının  hərbi əyanları, ali Ģiə ruhaniləri,  mülki bürokratiyanın 

və oturaq əyanların nümayəndələri. Səfəvi dövləti ərazisində bütün siyasi və hərbi 

hakimiyyət  qızılbaĢ  əyanlarına  məxsus  idilər.  Nəinki  mərkəzdə,  habelə  ətraf 

nahiyələrdə,  dövlətin  bütün  vilayətlərində  Azərbaycan  feodal  əyanları  hakim 

mövqelərə  malik olmuĢlar. Feodalların bütün digər qrupları  Azərbaycan əyanlarma 

nisbətən tabe,  asılı vəziyyətdə idi. Azərbaycan feodallarının siyasi cəhətdən aparıcı 

rola  malik olması ondan irəli gəlirdi  ki, q ızılbaĢ tayfaları ordunun baĢlıca kütləsin i 

təĢkil  edirdilər.  Orduda  ali  vəzifələri  tayfalara  baĢçılıq  edən  və  xid mətdə  olan 

qızılbaĢ əyanları tuturdular. 

Əmirlər  hərbi-feodal  əyanların ın  yuxarı  zü mrəsində  dayanırdılar.  "Ölkə", 

"yurd",  "ocaqlıq"  adlanan  müəyyən  ərazilər  əmirlər  tərəfındən  idarə  edilir  və 

onların  maddi təminatını ödəyird i.  Həmin ərazilər tiyul, soyurqal kimi və ya vergi 

toxunulmazlığ ı  təmin  olun maqla,  idarə  hüququ  əsasında  feodal  əyanlarının  

ixtiyarına verilirdi.  Əmirlər yalnız dövlətdə Ģərəfli və  mənfəətli vəzifələr tutduqları 

lıalda,  bağıĢlan ılmıĢ  torpaqlara  sahib  olduqları  təqdirdə  Ģaha  sədaqətlə  xid mət 

edirdilər. Narazı qalmıĢ əmirlər ço x zaman q iyam qald ırırd ılar. 

Divanın  1576-cı  il  tarixli  siyahısında  114  əmir  o lduğu  göstərilir.  Ustaclı 

tayfasından  olan  əmirlərin  sayı  15-ə  çatırd ı  (onlardan  10  nəfəri  "'böyük  əmir" 

olmuĢdur).  Adı  çəkilmiĢ  72  əmirdən  56  nəfəri  qızılbaĢ  tayfalarına  mənsub  idi. 

Digər əmirlər bu tərkibə daxil deyildi, çünki onlar Səfəvi dövlətinin yaradılmasında 

iĢtirak  etməmiĢ,  əmir  rütbəsinə  dövlətin  meydana  gəlməsindən  sonra  çatmıĢdılar.  

Ali  ruhanilər  Səfəvi  dövlətinin  müdafiəçisi  idilər  və  hakim  sülalənin  

himayəçiliy indən  bəhrələnirdilər.  Din i  təĢkilatlar  (məscid lər,  xeyriyyə  evləri,  Ģiə 

müqəddəslərinin  məzarları  və  s.)  böyük  var-dövlətə  malik  idi.  GeniĢ  torpaq 

sahələri,  dükan lar,  sənətkarlıq  emalatxanaları,  karvansaralar,  bağlar  və  s.  kimi 

obyektlər vəqf mü lkiyyətini təĢkil ed ird i. 

Xristian  ruhani  təbəqəsinin  (habelə  erməni  kilsəsi)  də  bir  sıra  imt iya zla rı 

vardı.  Erməni  ruhani  təbəqəsi  vergi  to xunulmazlığı  hüququ  olan  monastır 

mü lklərindən istifadə edirdi. 

Torpaq  mü lkiyyətinə  malik  olmayan  kəndlilər  ağır  Ģərtlərlə  dövlətdən, 

qızılbaĢ  xanlarından,  mü lk  sahiblərindən,  vəqf  mütəvəllilərindən  və  digər 

sahibkarlardan  kiçik  torpaq  sahələri  icarə  etməli  o lurdular.  Gen iĢ  kütlələrin 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə