Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə104/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   100   101   102   103   104   105   106   107   ...   232

212 

 

Səfəvilər dövləti ərazisində bu qiymətli  xammalın satıĢına Ģəriksiz nəzarət uğrunda 



Venesiya, Ġngiltərə, Türkiyə və Rusiya tacirləri, Ģirkətləri arasında, rəqabət gedirdi.  

Bu dövrdə Azərbaycan Avropa və Asiyanın bir çox ölkələri  ilə geniĢ iqtisadi 

əlaqələrə  malik  idi.  Azərbaycan  Ģəhərləri  əsasən  Kiçik  Asiyadan  və  Suriyadan 

keçən baĢlıca tranzit yolu ilə Türkiyə, Ġtaliya Ģəhərləri, ġərq və Avropa ölkələri  ilə 

ticarət  aparırdılar.  Azərbaycanın  və  baĢqa  ölkələrin  tacirləri  buradan  hazır  ipek 

məmu latı,  xam  ipək,  marena,  meyvə  qurusu,  xırdabuynuzlu  mal-qara  aparırdılar. 

Təbriz  və  ġirvan  tacirləri  bu  ticarət  əməliyyatlarında  xüsusilə  böyük  rol 

oynayırdılar. 1512-ci  ildən etibarən Osman lı sultanı I  Səlim Azərbaycan tacirlərinə 

münasibətdə  sərt,  amansız  ticarət  siyasəti  yeritməyə  baĢlamıĢdı.  Onun  fərmanına 

əsasən  Səfəvi  dövlətindən  olan  tacirlərin  1,5  milyon  ağca  məbləğində  əmtəəsi 

müsadirə  edild i.  Bu  tədbir  Türkiyə  ərazisində  Azərbaycan  tacirlərinin  ticarət 

fəaliyyətini  müvəqqəti  olaraq  dayandırdı.  Sonralar  iki  dövlət  arasındakı 

münasibətlərdə  sabitlik  bərqərar  olarkən  ticarət  fəaliyyəti  bərpa  edildi. 

Azərbaycanın və Gilanın  xam  ipəyi bir çox Türkiyə Ģəhərlərinin to xuculuq istehsalı 

üçün  mühüm  əhəmiyyətə  malik  idi.  XVI  əsrin  sonlarında,  Səfəvi-Osman lı 

müharibəsinin  yenidən  qızıĢdığı  bir  Ģəraitdə  Azərbaycan  və  Ġran  xam  ipəyin in 

alıcısı o lan Türkiyənin əsas toxuculuq mərkəzi o lan Bu rsada ipək parça hazırlayan 

dəzgahların əksəriyyəti iĢləmird i. 

Moskva  ilə  Səfəvi  dövləti  arasında  sabit  ticarət  əlaqələri  yalnız  XVI  əsrin 

ikinci  yarısında,  IV  Ġvan  dövründə  Kazan  və  HəĢtərxan  xanlıqların ın  əraziləri 

Moskva dövlətinə ilhaq olunduqdan sonra anlanmağa baĢladı.  Volqa çayı vasitəsilə 

Xəzər  dənizinə  çıxıĢ  yolu  əldə  etmiĢ  Moskva  dövlətinin  güclənməsi  b ir  sıra 

dövlətləri  narahat  edird i.  Ġng iltərə,  Ġsveç,  Almaniya  və  digər  ölkələr  də  bu  ticarət 

yoluna çıxmağa çalıĢırdılar. 

ġamaxı,  ƏrəĢ  və  Təbrizdə  istehsal  olunan  xam  ipək,  ipək  məmulatı 

Azərbaycandan  Moskva  dövlətinə  ixrac  edilən  baĢlıca  əmtəə    o lmuĢdur.    Rusiya -

Azərbaycan  ticarət  əlaqələri    əsasən  ġamaxı  və  Bakı  vasitəsilə  həyata  keçirilirdi. 

Məsələn, ġamaxıdal Moskva  tacirlərinin ticarət nü mayəndəliyi  mövcud idi.  Onlar 

Moskva  dövləti  ərazisində  hazırlan mıĢ  sənətkarlıq  məmu latların ı  burada  satır  və 

yerli  malları  (əsasən  xam  ipəyi,  ipək  parçaları)  alırdılar.  ġəhər  bazarlarında  Orta 

Asiyadan,  Türkiyə  və  Hindistandan,    digər  ölkələrdən  mü xtəlif  təyinatlı,  çeĢidli 

mallar vardı. Azərbaycandan Moskvaya neft də ixrac edilirdi.  Rus tacirləri  ipəyi və 

nefti    A zərbaycanda  mü mkün  qədər  ucuz  qiy mətə  alır,  Qərb i  Avropa    tacirlərinə 

baha  qiymətə  sataraq  külli  miqdarda  mənfəət  əldə  edird ilər.  Gilan  tacirləri  nefti 

Bakıdan  dəniz  vasitəsilə  ManqıĢlaq  limanına  nəql  edir,  oradan  isə  karvan  yolu  ilə 

Xivə,  Bu xara və digər   Orta Asiya Ģəhərlərinə aparırd ılar.  Rus dövləti  ilə ticarətdə 




213 

 

baqqaliyyə  malları,  xüsusilə  ədviyyat  müəyyən  yer  tuturdu.  Rus  tacirləri  mü xtəlif 



malları  Təbriz,  ġamaxı  və  Bakı  Ģəhərlərində  ahrdılar.  Bakı  və  onun  ətrafında 

becərilən zəfəran xüsusilə qiy mətləndirilirdi.   

Rus  dövləti  ərazisindən  Azərbaycana  xəz  və  dəri  məmulatı,  yaraq -əsləhə, 

habelə  metal  məmu latı  (baltalar,  bıçaqla r  və  s.)  gətirilird i.  Mahud,  qara  zəy,  ĢüĢə, 

kağız Avropa ölkələrində istehsal olunur, Rus dövləti ərazisi vasitəsilə Azərbaycana 

ixrac edilird i. 

XVI  əsrdə  Azərbaycanın  Qərbi  Avropa  ölkələri  ilə  də  ticarət  münasibətləri 

geniĢləndi.  Bu  münasibətlərin  inkiĢafı  əsasən  Avropa  ölkələrində  Azərbaycan 

ipəyinə  olan  tələbatın  artması  ilə  əlaqədar  idi.  Avropa  manufakturalarının 

Azərbaycanda xey li miqdarda istehsal olunan ipəyə ehtiyacı vardı. XV-XVI əsrlərin 

qovuĢuğunda edilmiĢ böyük coğrafi kəĢflər, Afrika və Asiya  ətrafından keçən dəniz 

yolunun Vasko da Qama tərəfindən kəĢfi yeni tarixi  mərhələn in baĢlanğıcını qoydu. 

TəĢəkkül  tap maqda  olan  kapitalist  sənayesinin,  Avropa  burjuaziyasının  Asiyaya 

olan  marağ ı  gücləndi.  Qərb i  Avropa  ölkələrinin  ticarət  burjuaziyası  Asiya da 

manufaktura  məhsulları  üçün  bazarları,  ucuz  və  qiymətli  xammal  mənbələrin i 

aramağa baĢladı. 

Vasko  da  Qama  tərəfındən  kəĢf  olun muĢ  dəniz  yolu  Ġspaniya  və 

Portuqaliyanın nəzarəti altına keçmiĢdi. Məhz, bu dövlətlər digər Avropa ölkələrin i 

Asiya  bazarlarında  hökmranlıq  baxımından  qabaqlamıĢdılar.  Avropa  və  Asiyanın 

iqtisadi  sistemlərin i  birləĢdirən  əski  Aralıq  dənizi  ticarət  yolu  venesiyalıların  və 

Osmanlı  türklərinin  nəzarəti  altında  idi.  Türklər  və  venesiyalılar  ticarət 

vasitəçiliy indən  böyük  mənfəət  əldə  edirdilər.  Bununla  əlaqədar  olaraq,  ġimali 

Avropa ölkələrin in ticarət burjuaziyası dairələrində Moskva dövləti və Xəzər dənizi 

vasitəsilə  Cənubi Qafqaza,  Ġrana,  Hindistana gedən dəniz yolunun mən imsənilməsi 

ideyası  təĢəkkül  tap mıĢdı.  Ticarət  əməliyyatlarında  Venesiyanın  vasitəçiliy i  bu 

ölkələrə  ço x  baha  baĢa  gəlirdi.  XVI  əsrin  ikinci  rübündə  Ərəbistan  yarımadası, 

Aralıq  dənizi  limanları  osmanlılar  tərəfındən  ələ  keçirild i.  Bu  dövrdə  Avropa 

dövlətlərinin  iqtisadi  mənafeləri  onların  ınühüm  siyasi  və  hərbi  mə nafeləri  ilə 

uzlaĢırdı.  XVI  əsrdə  Osman lı  imperiyası  Cənub-ġərqi  Avropada  yeni  ərazilər  ələ 

keçirmək  siyasətini  yeridirdi  və  bu  gerçəklik  Avropa  dövlətlərini  Os manlı 

Türkiyəsinə  qarĢı  ittifaqda  birləĢməyə  vadar  edirdi.  Eyni  zamanda  bu  dövlətlər 

ġərqdə  də  Osmanlı  dövlətinə  qarĢı  çıxa  biləcək  müttəfıq  axtarmağa  baĢlamıĢdılar. 

Səfəvilər dövləti bu baxımdan onların diqqətini  xüsusilə cəlb edirdi.  Yen i dövlətin 

meydana  gəldiyi  ilk  dövrdən  etibarən  Səfəv i  Ģahları  ġərq  istiqamətində  yeni 

əraziləri  iĢğal  etməyə  can  atan  Os manlı  dövlətinə  qarĢı  hərbi-siyasi  mübarizədə 

Avropa  dövlətləri  timsalında  müttəfıq  axtarmağa  baĢladılar.  Məhz  buna  görə  də 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə