Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə105/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   101   102   103   104   105   106   107   108   ...   232

214 

 

Səfəvilər  Avropa  tacirlərinin  dövlətin  ərazisində  fəaliyyətinə  geniĢ  imkanlar 



yaradır, Avropa-Səfəvi ticarət mübadiləsinin inkiĢafına himayədarlıq edird ilər. 

Vo lqa-Xə zər t icarət yolunun  mənimsənilməsində təĢəbbüskarlığı ö z ü zərinə 

götürmüĢ  ingilis  burjuaziyası  bu  məqsədlə  öncə  Rus  dövləti  ərazisində  ticarət 

mövqelərini  möhkəmləndirməyə  can  atırdı.  1555-ci  ilde  ing ilis  ticarət  kapitalın ın 

nümayəndələri  Londonda "Moskva Ģirkəti"  nin  əsasını  qoydular.  Tezliklə  Moskva 

döv-lətinin  icazəsi  ilə  ingilis  nümayəndələri  Rus  dövləti  ərazisindən  keçərək 

Azərbaycana, Ġrana və  Orta Asiyaya kəĢfıyyat səfərləri etməyə baĢladılar. Moskva 

dövləti  də  Ġngiltərə  ilə  ticarət  əlaqələrini  inkiĢaf  etdirmək,  ingilis  kapitalın ın 

yardımı  ilə  ġərq  bazarlarında  möhkəmlən mək,  gələcəkdə  ticarət  əməliyyatlarında 

vasitəçilik  etməklə  maddi  baxımdan  zənginləĢ mək  istəyirdi.  Vo lqa-Xəzər  ticarət 

yolunun çıxıĢ məntəqəsi Moskva Ģəhəri idi. Buradan tacirlər Moskva, Oka və Vo lqa 

çayları  vasitəsilə  HəĢtərxana  gəlird ilər.  Ġngilis  tacirləri  isə,  adətən,  Moskvanı 

ziyarət  etmədən  Yaroslavl  ġəhərindən  ġərqə  ticarət  səfərinə  baĢlayırdılar.  Tacirlər 

HəĢtərxana çatdıqdan sonra Xəzərin qərb sahilləri ilə gəmilərdə ü zür, 

Dərbəndə  daxil  olmadan  Niyazabad  liman ına  yetiĢirdilər.  Niyazabadda 

yüklər boĢaldılır, sonra isə ticarət karvanları ġabranda keçərək ġamaxıya çatırdılar. 

Buradan tacir-səyyahlar Cavad Ģəhərindən keçərə k  Ərdəbilə gə lird ilər.  Daha sonra 

ticarət  yolu  haçalanırdı.  Bir  yol  Təbrizə,  digəri  isə  Qəzvinə  və  KaĢana,  Fars 

körfəzin  də  yerləĢən  Hörmüz  limanına  gedird i.  Cenkinsonun  məlu matına  görə, 

çaylar  vasitəsilə  Moskvadan  HəĢtərxana  getmək  üçün  orta  hesabla  40  gün  tələb 

olunurdu.  HəĢtərxandan  ġama xıyadə k  səfər  i  isə  təqribən  iki  həftəyə  baĢa  gəlirdi. 

Beləliklə, Moskvadan ġamaxıya qədər olan ticarət yolunu qət etmək üçün 2 ayadək 

vaxt  lazım    id i.  XVI  əsrin  ortalarından  etibarən  Vo lqa-Xəzər  yolu  Moskva 

dövlətinin  Avropa  və  Asiya  ölkələri  ilə  münasibətlərində  əsas  ticarət  arteriyası 

rolunu oynamağa baĢladı. 

1562-c i  ildə  "Moskva  Ģirkəti"  təcrübəli  kəĢfiyyatçı  və  mahir  tacir  olan 

Antoni  Cenkinsonu  Səfəvi  dövləti  ərazisinə  göndərdi.  Cen kinson  Ģirkətin  

Azərbaycana  gələn  ilk  nü mayəndəsi  idi  və  bu  səfərindən  öncə  Bu xaradan 

qayıtmıĢdı.  O,  qüdrətli  ġirvan  bəylərbəyi  Abdulla  xan  Ustaclıdan  gömrüksüz  və 

maneəsiz ticarət etmək   imtiyazları ala b ild i. Abdulla  xan Ustaclı belə hesab edirdi 

ki,  ipəyin  Rusiyaya və Ġngiltərəyə ixracı  ġirvanın,  Səfəvi  dövlətinin  iqtisadi həyatı 

üçün mənfəətli olacaqdır. 

1563-cü  ildə "Moskva Ģirkəti" nin  kəĢfiyyatçı tacirləri olan  , To mas Olko k, 

Corc  Renn  və  Riçard  Çin i  A zərbaycana  gəldilər.  Onlar  Abdulla  xan  Ustaclının  

Cenkinsona verdiyi imtiyaz fərmanın ı da özləri ilə gətirmiĢdilər. 



215 

 

Ġngilis tacirlərin in Azərbaycana üçüncü  səfəri  nəticəsində "Moskva Ģirkəti"  



Səfəvi  Ģahından yeni  imtiyazlar  qopara  bild i.  Riçard  Conson,  Aleksandr  Kitçin  və 

Artur  Edvardsın  daxil  olduğu  xüsusi  nümayəndə  heyəti  1565-1567-ci  illərdə 

Azərbaycandan  ixrac  o lunan  ipəyin  satıĢı  üzərində  nəzarəti  tam  ələ  keçirməyi 

nəzərdə  tutmuĢdu.  Ġngilislər  Azərbaycana  əsasən  qara  zəy,  qalay,  mis,  qab -qacaq, 

zərif  qırmızı  mahud  parça  və  s.  gətirird ilər.  Ġd xal  olunan  ingilis  mallarının  əksər 

qismi Ģah xəzinəsi tərəfindən alınırdı. 

1568-1569-cu  illərdə  Artur  Edvards,  Con  Spark,  Lorens  Çe mpen,  Xristofor 

Dovset  və  Riçard  Pinq  yeni  ingilis  ticarət  nümayəndəliyinin  tərkibində 

Azərbaycana gəldilər. Bu, ingilislərin dördüncü ticarət nümayəndəliyi id i.  

1569-1574-cü  illə rdə  ingilis  kəĢfıyyatçı  tacirlə rin in  Azə rbaycana  beĢinci 

gəliĢi  "Moskva  Ģirkəti"nin  Səfəvi  dövləti  ərazisindəki  fəaliyyətində  əhəmiyyətli 

hadisə  kimi  qiy mətləndirilə  bilər.  Yen i  nümayəndə  heyətinə  Tomas  Benister  və 

Cefri  Deket  baĢçılıq  edird ilər.  Əgər  bu  dövrədək  ingilis  tacirlərin in  fəaliyyəti 

Azərbaycanın  və  qonĢu  Ġran  vilayətlərinin  ərazisi  ilə  məhdudlaĢırdısa,  yeni  tacir 

heyəti  Ġranın  KaĢan  Ģəhərinə  xüsusi  səfər  etmiĢdi.  Nü mayəndə  heyətinin 

üzvlərindən biri olmuĢ Layonel Plemtri qeyd edirdi ki,  ingilislər in Hindistana səfəri 

təklifıni  I ġah Təh masib rədd etmiĢdi.  Bunun səbəbi odur ki,  Səfəvi tacirləri ö zləri 

Hindistan  malları ilə ticarətdə vasitəçilik edirdilər.  Hindistandan gətirilən  ədviyyat 

Səfəvi tacirləri üçün zəngin mənfəət mənbəyi olmuĢdu. 

Ġngilislərin  Azərbaycana  altıncı  və  sonuncu səfəri  uğursuzluqla  nəticələndi. 

Xristofor Berrounun iĢtirak etdiyi bu son səfəri Osman lı türklərinin ġirvanın bir sıra 

Ģəhərlərini tutduğu dövrə, 1580-ci  ilə təsadüf etmiĢdir.  Beləliklə, ingilis tacirlərin in 

Azərbaycan  bazarlarında  möhkəmlən mək  cəhdləri  iflasa  uğradı.  Rus  tacirləri 

Moskva  knyazından  tələb  edirdilər  ki,  ingilislərin  Vo lqa-Xəzər  yolundan  istifadə 

etməsinə  son  qoyulsun,  ticarət  imtiyazları  ləğv  olunsun.  Bu  tələb  Moskva 

dövlətinin  Azərbaycanla,  qonĢu  ġərq  ölkələri  ilə  ticarətdə  inhisar  mövqeyini 

qazanmaq  məqsədinə  uyğun  idi  və  ona  görə  də  rus  tacirlərinin  arzusu  həyata 

keçirildi. 

Azərbaycanın  ġimali  və  Mərkəzi  Avropanın  Ģəhərləri  ilə  də  ticarət 

münasibətləri  vardı.  AĢkar  edilmiĢ  numizmatik  materiallar  bu  faktı  təsdiq  edir. 

1924-cü  ildə  Azərbaycanda  aĢkar  olun muĢ  Mirik  sikkə  dəfınəsində  1541-1572-ci 

illərdə  zərb  edilmiĢ  Qərbi  Avropa  talerləri  vardır.  Dəfinədə  mövcud  olan sikkələr 

öz tərkib inə görə  mü xtəlifdir.  Burada alman  knyazlıq larında  -  ġvabiya,  Bohemiya, 

Bavariya,  Friziya,  Saksoniya,  Köln,  Drezden,  Nürnberq  və  Hamburqda,  habelə 

Avstriya, Ġsveçrə (Sürix) və Belçikada (Lyej) zərb o lunmuĢ talerlər toplanmıĢdır.  



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə