Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə11/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   7   8   9   10   11   12   13   14   ...   232

25 

 

Qızılordalıların  Azərbaycana  ikinci  yürüĢü  Abaqa  xanın  (1265-1282) 



dövründə  baĢ  verdi.  Qızıl  Orda  ə miri  Noqay  mü xtəlif  bəhanələrlə  Dərbəndi  keçdi 

və  ġirvana  soxuldu.  O,  ilk  növbədə,  ġirvanı,  Arran ı  və  Muğanı,  sonra  isə 

Azərbaycanın  cənub  vilayətlərin i  ələ  keçirməyə  can  atdı.  1265-ci  il  iyulun  25-də 

Hülaku  sərkərdəsi  YuĢmut  Noqaya  qarĢı  hərəkət  etdi.  Ağsu  çayı  sahilindəki 

vuruĢmada  Noqay  yaralandı,  onun  qoĢunu  məğlub  olaraq  Kür  çayının  Ģimalına 

doğru  geri  çəkildi.  Abaqa  xan  çayı  keçdi,  lakin  Bərkənin  böyük  hərb i  qüvvə  ilə 

buraya  gəldiyini  öyrənib  geri  döndü.  DüĢmənin  cənuba  doğru  irəliləməsinin 

qarĢısını  almaq  üçün  çayın  üzərindəki  bütün  körpülər  dağıdıldı.  Bərkə  14  gün 

Kürün  Ģimal  sahilində  qaldı  və  çayın  cənub sahilinə  keçə  bilməd i.  O,  Kür  çayını 

keçmək  məqsədilə  Tiflisə  tərəf  getdi,  lakin  yolda  xəstələndi  və  ö ldü.  Qızıl  Orda 

qoĢunu geri qayıtmağa məcbur o ldu. 

Qızıl  Orda  qoĢunların ın  ölkəyə  üçüncü  yürüĢü  Arqunun  zamanında  (1282-

1291)  baĢ  verdi.  Dərbənddən  Azərbaycana  50  min lik  qoĢun  göndərildi.  Lakin  

1288-c i ilin  mayında Arqun xanın Biləsuvardan ġama xıya gəldiyini eĢidən düĢmən 

geri qayıtmağı lazım bildi. 

Qızılordalılar  A zərbaycana  dördüncü  dəfə  1290-cı  ilin  martında  yürüĢ 

etdilər. Arqun xanın baĢçılığı ilə düĢmənə qarĢı çıxmıĢ Elxani qoĢunu aprelin 27-də 

Qarasu  adlanan  yerdə  Dərbənddən  Ģimalda  onunla  üz-üzə  gəldi.  BaĢ  vermiĢ  qanlı 

vuruĢmada 10 minlik Qızıl Orda qoĢunu məğlub edildi.  

Qızıl Orda dövlətində siyasi vəziyyətin pisləĢməsi ilə əlaqədar Azərbaycana 

olan  yürüĢlər  bir  müddət  kəsildi.  Lakin  Qazan  xanın  (1295-1304)  hakimiyyəti 

dövründə  Ģimaldan  Azərbaycana  basqınlar  yenidən  baĢlandı.  Elxanilərin  M isir 

məmlü kləri  ilə  müharibələri qızılordalıları A zərbaycanı zəbt etməyə Ģirnikləndird i. 

Qazan  xan Ģimal sərhədlərinin daha da möhkəmləndirilməsin i lazım bildi.  O, Əmir 

Nurin in baĢçılığı ilə ġirvana əlavə qoĢun hissələri göndərdi və qızılordalılar döyüĢə 

girmədən geri çəkilməli oldular. 

Qızıl  Orda  ilə  Elxanilər  dövlətin in  münasibətləri  1315-ci  ildə  yenidən 

pisləĢdi  və  getdikcə  kəskinləĢdi.  Sultan  Əbu  Səidin  (1316-1335)  hakimiyyəti 

dövründə  Azərbaycanın  daxili  vəziyyətinin  pisləĢməsindən  istifadə  edən 

qızılordalılar  buranı  ələ  keçirməyə  səy  göstərdilər.  Qızıl  Orda  xanı  Özbək  (1312-

1340) Misir  məmlü kləri  ilə ittifaq bağladı və hər  iki tərəfin qoĢunları  1318-ci  ildə 

Elxan ilər dövləti ərazisinə basqın etdilər. Qızıl Orda qoĢunu Kür çayınm sahillərinə 

qədər  gəldi.  Həmin  dövrdə  Elxan ilər  dövlətinin  Ģimal-Ģərqində  (Xorasanda) 

mərkəzi  hakimiyyətə  qarĢı  üsyan  baĢ  verdi.  Elxanilər  dövləti  üçtərəfli  təhlükə 

qarĢısında  qaldı.  Elxan i  sultanı  Əbu  Səid  hərb i  qüvvələri  səfərbər  etdi  və  hər  üç 

istiqamətə  qoĢun  hissələri  göndərildi.  Lakin  Elxan ilərin  əsas  qüvvələri  Ģimala  - 




26 

 

Özbəkə  qarĢı  yönəldildi  və  baĢ  əmir  Çobanın  idarə  etdiyi  həmin  hissələr 



qızılordalıları  məğ lubiyyətə uğratdılar.  Bundan sonra Çoban özü ik i dəfə  (1319 və 

1325-c i illə rdə) Qızıl Orda dövlətinin ə ra zisinə bas qın etdi. 

1335-c i  ildə  Özbək  iki dəfə A zərbaycana soxuldu.  Onun ilk yürüĢü za manı 

Əbu Səid Bağdad və Diyarbəkir qoĢununu Arrana göndərdi və sonra da özü buraya 

gəldi. Əbu Səidin gəliĢi  Özbək  xan ın geri çəkilməsinə səbəb oldu. Lakin bu zaman 

Əbu  Səid  daxili  ziddiyyətlərin  qurbanı  oldu  (öz  arvadı  Bağdad  xatun  tərəfindən 

Qarabağda  zəhərləndi).  Onun  ölü mü  ilə  ölkə  daxilindəki  vəziyyət  son  dərəcə 

gərginləĢdi.  Əbu Səid in ölü m  xəbərini almıĢ Özbək yenidən A zərbaycana soxuldu 

və  Kür  çayına  qədə  irəlilədi.  Əbu  Səid in  varisi  Arpa  xan  (1335-1336)  45  gün 

qızılordalılarla vaxtaĢırı vuruĢaraq düĢməni ölkədən qovmağa nail oldu.  

Qızıl  Orda  xan larının  A zərbaycan  uğrundakı  mübarizəsi  XIV  əs rin  50-ci 

illərində  də  davam  etdi.  Elxan ilər  dövləti  daxilində  yaranmıĢ  acınacaqlı 

vəziyyətdən,  xalq  kütlələrinin  Çobani  feodallarına  qarĢı  mübarizəsindən  istifadə 

edən Qızıl Orda  xan ı Can ı bəy (1340-1357) yerli feodallarla əlaqəyə girdi və 1357-

ci  ildə  A zərbaycana  gəldi.  Qızıl  Orda  qoĢunu  Azərbaycan  ərazisində  ciddi 

müqavimətə  rast  gəlmədən  Təbrizə  daxil  o ldu.  Qəddar  Çobani  əmiri  Məlik  ƏĢrəf 

tutuldu  və öldürüldü.  Onun  ölümü  ilə  Azərbaycanda  Hülakular  dövləti  süqut  etdi. 

Azərbaycan müvəqqəti olaraq Qızıl Orda dövlətinə tabe edildi. 



Hülakular  dövlətinin  süqutu.  Azərbaycanda  Çobanilərin  hökmranlığı. 

Əbu  Səidin  ölü mündən  (1335)  sonra  Hülakular  dövlətində  feodal  müharibələri 

Ģiddətləndi. Həmdullah Qəzvini yazır ki, "bu dövrdə ölkədə ço xdan gözlənilən fitnə 

baĢ  qaldırmıĢdı,  dövlət  əyanların ın  hər  birinin  iddiası  var  idi,  hər  kəs  öz 

nümayəndəsini  səltənətə  sahib  etmək  n iyyətində  idi".  Əbu  Səidi  əvəz  etmiĢ  Arpa 

xanın  mərkəzi  hakimiyyəti  möh kəmləndirmək  üçün  gördüyü  tədbirlər  nəticəsiz 

qaldı.  Əmir  Əli  PadĢahın  baĢçılığ ı  ilə  mərkəzi  hakimiyyətə  qarĢı  çıxmıĢ  Oyrat 

qəbiləsi  Arpa  xanı  hakimiyyətdən  məhru m  etdi  və  Musa  xan  padĢah  elan  olundu 

(1336).  Lakin  tezliklə  o  da  yeni  padĢahla-Məhəmməd  xanla  (1336-1338)  əvəz 

edildi. Məhəmməd  xan ın dövründə hakimiyyət uğrunda gedən mübarizə yeni  Ģəkil 

aldı. Feodal qrupları artıq vahid Hülakular səltənətini ələ keçirmək məqsədilə deyil, 

ayrı-ayrı  vilayətlərdə  müstəqilləĢmək  və  Elxan ilərin  təsirindən  tamamilə  azad  

olmaq  uğrunda  mübarizə  aparmağa  baĢ ladılar.  Hüla kula r  dövlətinin  ərazisində 

çoxhakimiyyətlilik meydana çıxdı. 

Monqol-türk  feodalları  (xüsusilə  Cəla irilər,  Çobanilə r  və  Xorasan  əmirlə ri) 

arasında gedən müharibələr, mü xtəlif v ilayətlər arasındakı iqtisadi, etnik və mədəni 

əlaqələrin zəifliyi, əmtəə istehsalının artması və natural təsərrüfat ənənəsinin üstün 

mövqe  tutması,  monqollar  tərəfindən  əsarətə  alınmıĢ  xalqların  azadlıq  mübarizəsi 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə