Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə115/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   111   112   113   114   115   116   117   118   ...   232

234 

 

daxil olan kimi əhali onları qarĢıladı, evlər, bazarlar bəzədildi. ġəhər əhalisi qızılbaĢ 



forması  geydi.  Əhalin in  kö məy i  ilə  1  -2  gündən  sonra  Ordubad  qalası  tutuldu. 

Ordubad  əhalisinin  Osman lı  hakimiyyət  orqanlarına  qarĢı  üsyanı  ġah  Abbas 

tərəfındən  qiymətləndirild i.  ġahın  baĢ  vəziri  Hatəm  bəy  Ordubadinin  xah iĢi  ilə 

ordubadlılar bütün dövlət vergilərindən azad edild ilər.  

I  ġah  Abbas  Culfanı  və  Na xç ıvanı  tutduqdan  sonra  Ġrəvan  qalasını  ələ 

keçirməyi  qərara  ald ı.  Ġrəvan  qalası  1603-cü  il  noyabrın  16-da  mühasirəyə  alındı. 

Qalada ġərif paĢanın komandanlığ ı altında 10  min nəfərə yaxın  Osman lı qarn izonu 

möhkəmləndirilmiĢ  üç  istehkam  xətti  ilə  müdafıə  olunurdu.  Buna  görə  də  qalanın 

mühasirəsi uzun müddət davam etdi. ġah Abbas Ġrəvan qalasının ətrafında istehkam 

tikmək  üçün  Naxçıvan  və  Culfa  əhalisini  səfərbərliyə  ald ı  və  onların  hərbi 

əməliyyatda  iĢtirak  etməsin i  məsləhət  gördü.  Bu  da  yerli  əhaliyə  baha  baĢa gəldi. 

Onların ço xu qalanın  mühasirəsi vaxtı ağır  zəh mətdən, soyuqdan, aclıqdan və güllə 

yarasından  məhv  oldu.  ġah  Ġrəvanın  mühasirəsi  zaman ı  məĢhur  Azərbaycan 

topçusu Heydər bəy Anisin oğlu Bahadur bəy Anis TopçubaĢının yenicə hazırladığ ı 

iri əndazəli topları iĢə saldı. Səfəv i ordusunun hərbi əməliyyatı 1603 -1604-cü illərin 

qıĢı  ərzində  davam  etdi.  Ġrəvan  qalası  1604-cü  il  iyunun  8-də  tutuldu.  ġərif  paĢa 

baĢda  olmaqla  Os manlı  qarnizonu  təslim  o ldu.    ġah  Abbas  ġərif  paĢanın  xahiĢin i 

nəzərə  alaraq  onu  MəĢhədə,  Ġmam  Rza  türbəsinə  mütəvəlli  təyin  etdi.  Məh məd 

paĢanın  rəhbərliyi  altında  əsir  alınan  500  nəfərlik  dəstəyə  Qarsa  getməyə  icazə 

verild i.  Çu xu rsəd  vilayətinin  hakimi  vəzifəsinə  Əmirgünə  xan  Qacar  təyin  edildi. 

Ġrəvan  bu  vilayətin  mərkəzi  id i.  Maqsud  Sultan  Kəngərli  Naxçıvan  hakimi  təyin 

olundu.  Ġrəvanın  tutulmasından  sonra  öz  qərargahını  Göyçə  gölü  yaylaqlarından 

Ağdağa köçürən  ġah Abbas Van bəylərbəyi  ilə ƏrciĢ hakimi arasındakı  ixtilafdan 

faydalanaraq  Allahverdi  xan ın  baĢçılığı  altında  Səfəvi  ordusunu  Van  ü zərinə 

göndərdi.  Allahverdi  xan  tərəfindən  həmin  bölgə  talan  edildi  və  Səfəvi  ordusu 

böyük qənimətlə geri döndü.  ġah Abbas tərəfindən bu zaman ġuragel, Ordu -bazar 

qalaları  zəbt  olundu  və  Qars  hüdudundakı  Həsənqalaya  kimi  o lan  ərazi  tutuldu, 

əhalisinin  əsas  hissəsi  Ġrana  köçürüldü.  Bu  zaman,  ġah  Ciğaloğlu  Sinan  paĢanın 

ko mandanlığı altında Osmanlı ordusunun Azərbaycana yürüĢ xəbərini alaraq Təbriz 

istiqamətində geri çəkild i. 

ġah  Abbas  osmanlılara  qarĢı  Səfəv ilərin  ənənəvi  "yandırılmıĢ  torpaq" 

taktikasın ı  tətbiq  etdi.  ġah  fərman  verd i:  "Arazın  sol  sahilin i  dağıtmaq  və 

əhalisizləĢdirmək;  bütün  azərbaycanlıları  köçürmək,  ərzaq  və  ələf  nə  varsa 

götürmək,  qalanını  isə  məhv  edib  yandırmaq".  Bununla  da  Ön  Qafqazda  yaĢayan 

çoxlu  azərbaycanlı,  gürcü  və  kürdün  zorla  digər  bölgələrə  köçürülməsi  məhz  bu 

dövrdən  etibarən  geniĢ  miqyas  almıĢdı.  Zorla,  amansızlıqla  həyata  keçirilən  bu 




235 

 

siyasət  nəticəsində  Cənubi  Qafqaz  xalq larının  ictimai-iqtisadi  baxımdan  in kiĢafı 



prosesi xeyli ləngid ild i. Əhalin in zor gücünə Ġsfahana, Mazandarana və Ġranın digər 

bölgələrinə  köçürülməsi,  ö lkənin   talan  edilməsi  Azərbaycan  xalqı  üçün  böyük 

müsibət id i. Bu zorakılıq tədbiri tarixĢünaslıqda böyük sürgün adı ilə məĢ hurdur. 

 ġah  Abbasın  əhalinin  köçürülməsi  və  yaĢayıĢ  məntəqələrinin  dağıdılması 

haqqında  əmri  təcili  həyata  keçirildi.  Ġsgəndər  bəy  MünĢi  yazırd ı  ki,  fərman 

veriləndən bir neçə gün sonra Ģahın qərargahını yerləĢdirməyə yer yo x  idi. Çün ki 

Naxçıvan  və  onun  ətrafındakı  yaĢayıĢ  məntəqələri  xarabazara  çevrilmiĢdi. 

Beləliklə,  Naxçıvan,  Ġrəvan,  Cu lfa  və  digər  abad diyarlar  Səfəvi  Ģahının  fərmanı 

ilə yandırıld ı və əhalisi köçürüldü. 

Hərbi-siyasi  tədbir  kimi  qələmə  verilən  bu  köçürmə  prosesi  baĢqa  bir 

məqsədə  də  xid mət  ed irdi.  Köçürmənin  d igər  səbəbi  Səfəvi  Ģahının  Ġranın  daxili 

vilayətlərinin  məhsuldar  qüvvələrini  in kiĢaf  etdirmək  və  dünya  tranzit  ticarətin in 

əsas yolunu Səfəvi dövlətinin cənubuna köçürmək niyyəti  idi.  Cu lfa tran zit ticarəti 

baxımından  son  dərəcə  əlveriĢli  ərazidə  yerləĢirdi.  Buradan  Avropaya  gedən 

karvan  yolu  Osmanlı  Türkiyəsindən  keçirdi.  ġah  Abbas  ġərq -Qərb  ipək  ticarət 

yolunu Cənuba - Fars körfəzi liman larına keçirmək qərarına gəlmiĢdi. Bu məqsədlə 

Culfa əhalisin i Ġsfahana köçürmüĢdü. Lakin qeyd  etmək  lazımd ır ki, ġah Abbas bu 

tədbiri  həyata  keçirməyə  məcbur  olmuĢdu.  Ölkən in  ticarət  mərkəzin in 

dəyiĢdirilməsi  istiqamətində  görülən  iĢlər  obyektiv  zərurətin  tələb i,  Osman lı 

təhlükəsinin mövcudluğu ilə əlaqədar id i.  

Ciğaloğlu Sinan paĢanın komandanlığ ı altında Os manlı ordusu Ġrəvana kimi 

irəlilədi,  lakin  qızılbaĢlar  tərəfındən  ərzaq  ehtiyatının  məhv  edilməsi  onların  

vəziyyətini  ağırlaĢdırdı  və  qoĢunda  qarıĢıqlıq   baĢlandı.  Buna  görə  Sinan  paĢa 

yürüĢü dayandırdı və qıĢlamaq üçün Vana qayıtmağa məcbur o ldu . 

ġah Abbas Vanda olan Sinan paĢanın qüvvələrini dəf etmək üçün Təbrizdə 

yeni qala tikd irdi və buraya 2-3 illik ərzaq, hərbi sursat topladı. O, Allahverdi xanın  

baĢçılığı  altında  Vana-Ciğaloğlu  Sinan  paĢa  üzərinə  13  minlik  qüvvə  göndərdi. 

Osmanlı  ordusu  Ġbrahim  paĢanın  ko mandanlığı  altında  Səfəvilərlə  döyüĢdə 

məğ lubiyyətə  uğradı.  Ciğaloğlu  Sinan  paĢa  Ərzuru ma  qaçaraq  yeni  qüvvələr 

toplamağa  baĢladı.  Van  bölgəsini  talan  edən  qızılbaĢ  qoĢunu  böyük  qənimətlə 

Xoya-Ģah qərargahına qayıtdı. 

Ciğaloğlu Sinan paĢa 1605-ci  ilin  mayında 100  min lik qoĢunla Azərbaycana 

ikinci  dəfə  yürüĢə  baĢladı.  Os manlı  qoĢunu  ilə  həlledici  döyüĢə  girmək  ġah 

Abbasın  planında  yox  idi.  Sinan  paĢanın  Vana  gəldiyini  öyrənən  Ģah  Səlmasdan 

Təbrizə  qədər  olan  ərazinin  əhalisini  köçürdü  və  ərzaq  ehtiyatını  məhv  etdi. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə