Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə117/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   113   114   115   116   117   118   119   120   ...   232

238 

 

ġah Abbas Osmanlı qoĢunu ilə əsas döyüĢə girməkdən çəkin miĢ və bu dəfə 



də  ənənəvi  "yandırılmıĢ  torpaq"  üsuluna  əl  atmıĢdı.  Murad  paĢa  Azərbaycana 

uğursuz  yürüĢü  nəzərə  alaraq  danıĢıqlara  baĢlamağa  və  1555-ci  il  sülhünün 

Ģərtlərinin  bərpa edilməsinə razılıq verdi.  Lakin  1611-ci ilin avqustunda baĢ vəzir 

Murad  paĢanın  vəfat  etməsi  sülhün  imzalan masını  təxirə  saldı.  Səfəvi -Os manlı 

sərhəd xətti məsələsi həll edilməmiĢ qaldı. 

1612-c i  ilin  baharında uzun tərəddüddən sonra Os manlı sərdarı  Nasux paĢa 

sülh  danıĢıqların ı  bərpa  etdi.  DanıĢıq ları  aparmaq  üçün  Ģahın  səlahiyyətli 

nümayəndəsi  Qazi  xan  Sədr  əl-Həsən  çoxsaylı  nü mayəndə  heyətinin  baĢında 

qiymətli  hədiyyələrlə  Ġstanbula  göndərildi.  ġah ın  elçi  heyəti  1612-ci  il  oktyabrın 

17-də  Osman lı  sultanı    Əh məd  tərəfındən  qəbul  olundu.  ġah  Abbasın  təklif  etdiyi 

1555-c il  il sülhünün Ģərtləri bərpa edildi.  La kin  Os manlı tərə fı bir sıra  yeni Ģərtlər 

irəli  sürdü.  Səfəvi  sarayı  osmanlılara  ildə  200  tay  ipək  verməyi  öhdəsinə götürdü. 

Osmanlı  tarixçisi  Nəiman ın  məlu matına  görə,  osmanlıların  vacib  Ģərtlərindən  biri 

də  o  idi  ki,  "rusların   bu  yerlərə  yürüĢlərin in  qarĢısını  almaq   məqsədilə  onlar 

tərəfındən  tikilmiĢ  Terek  (Tarku )  qalasının  dağıdılması  barədə  sultanın  fərmanı 

olarsa,  onda  Ģah  bu  iĢə  maneçilik  törətməsin".  Belə  bir  Ģərti  irəli  sürən  Osmanlı 

dövləti    Səfəv ilərlə  Rusiya  arasında  mü mkün  ittifaqın  yaran masına  mane  o lmağa 

çalıĢırdı. 

Azərbaycanın  osmanlılarla  qərb  və  cənub-qərb  sərhədlərin in  müəyyən 

edilməsi  Çu xursəd  hakimi  Əmirgünə  xan  Qacara  və  Vanın  Os manlı  hakimi 

Məhəmməd paĢaya tapĢırılmıĢdı. 

Axıska  qalasın ın  Os manlı  nəzarətində  qalması  (1555-ci  il  sülhünə  görə 

Səfəvilərin  əlində  idi),  Səfəvi  sarayı  tərəfındən  200  tay  ipəyin  göndərilməməsi 

1612-c i il sülhünün möhkə m olmadığ ını göstərdi.  

ġah  Abbasın  Ön  Qafqaz  xalq larını  itaətə  gətirmək  üçün  böyük  ordu  ilə 

Azərbaycanın  Ģimal  vilayətlərinə  və  Gü rcüstana  1613-cü  ilin  o ktyabrında  təĢkil 

etdiyi  yürüĢ  uğurla  baĢa  çatdı.  Səfəv ilərin  Cənubi  Qafqazda  möhkəmlən məsi 

Osmanlı  rəsmi  dairələrini  ciddi  s urətdə  narahat  etməyə  baĢladı.    Su ltan  Əh məd 

1612-c i  il  müqaviləsinin Ģərtlə rin i poza raq, baĢ vəzir  Qara  Mehmed paĢanın 1616-

cı  ilin yazında böyük ordu ilə qızılbaĢlara qarĢı yeni  müharibəyə baĢlamasına əmr 

verdi.  Osman lı qoĢunu Ərzuru mdan Təbriz  istiqamət ində yürüĢə baĢladı. Meh med 

paĢanın 100  min lik ordusu 1616-cı  ilin avqustunda Ġrəvan qalasını mühasirəyə aldı. 

ġah  Abbas  qorçiləri,  Xorasan  dəstəsini,  Ġsfahan  tüfəngçilərini  irəvanlıların 

kö məyinə göndərdi. Bundan baĢqa, könüllülərdən xüsusi seçmə dəstə dü zəldild i. 

ġah Abbas yenə də osmanlılarla həlledici döyüĢə girmək fıkrindən daĢınırdı. 

Osmanlı  qoĢununu  mühasirəyə  almağı,  geriyə  yolunu  bağlamağ ı  və  hər  vasitə  ilə 




239 

 

qoĢuna ərzaq gətirilməsinə  mane olmağı qərara aldı. QıĢın sərt keçməsi, epidemiya 



və aclıq qələbəyə inamın ı itirmiĢ osmanlıları geri çəkilməyə vadar etdi. 1618-ci ilin  

may ında  Osman lı  sultanı  II  Osman ın  əmri  ilə  Xəlil  paĢa  Diyarbəkirdən 

Azərbaycana  doğru  yenidən  hərəkətə  baĢladı.  Onlarla  birlikdə  Türkiyə  sultanının 

vassalı II  Canıbəy  Gəray  xan m baĢçılığı altında Krım tatarlarının 15  minlik qoĢunu 

da  hərəkət  edirdi.  Krım  xan ının  ordusu  Osmanlı  sultanının  əmri  ilə  1617 -ci  ilin  

noyabr  ayında  ġimali  Qafqazdan  Azərbaycana soxuldu,  Gəncə  və  Naxçıvanı  talan 

edərək Xəlil paĢa ilə b irləĢdi. ġah Abbas Osmanlı ordusunun yaxınlaĢdığını nəzərə 

alaraq  Təbriz  Ģəhərini,  sonra  isə  Ərdəbili  boĢaltdırdı.  Müttəfıq lər  Səfəvilərin  əsas 

qüvvəsinə zərbə vurmağa çalıĢırd ılar. 

Səfəvilərlə  Osman lı  qoĢunu  arasında  həlledici  döyüĢ  1618-ci  il  sentyabrın 

10-da Sərab vilayətin in ƏrəĢtaban və Səkəmsaray qəsəbələri arasındakı düzənlikdə, 

Sın ıq  körpü  adlı  yerdə  baĢ  verdi.  Osmanlı  ordusu  15  min  əsgər  itirərək  ağır 

məğ lubiyyətə  uğradı.  DöyüĢdə  Ərzuru m  bəylərbəyi  Həsən  paĢa  öldürüldü,  Van 

bəylərbəyi Mehmed paĢa və Krım  xan ının baĢ vəziri M irzə bəy əsir alındı.  Canıbəy 

qaçaraq canını qurtardı. 

Sərab  yaxın lığındakı  bu  məğlubiyyətdən sonra  Xəlil  paĢa  geri  çəkilib  sülh 

danıĢıqlarına  baĢladı.  1618-ci    il    sentyabrın  26-da  Mərənddə  Xəlil  paĢa  ilə  ġah 

Abbas arasında sülh müqaviləsi imzalandı.  Bu sülhün 1612-ci il Ġstanbul sülhündən 

əsas  fərqi  Səfəvilərin  ildə  verəcəyi  200  tay  ipək  bacın  100  taya  endirilməsi  id i. 

Osmanlı  sultanı  II  Osman  1619-cu  il  sentyabrın  29-da  Səfəv i-Osmanlı  sülh 

müqaviləsini  təsdiq  edərək  Avropa  səfərinə  çıxd ı.  1618-ci  il  Səfəvi-Os manlı  sülh 

müqaviləsini  ġah  Abbas  pozdu  XVII  əsrin  20-ci  illərində  Osman lı  imperiyasında 

hərc-mərcliyə  baĢlandı.  Ölkədə  yeniçərlər  ö zbaĢınalıq  edir,  sultanları 

hakimiyyətdən devirir,  baĢqası  ilə  əvəz  edirdilər.  Bundan  istifadə  edən  ġah  Abbas 

1622-1623-cü  illərdə  Ġraqi  Ərəbi-Bağdad,  Kərbəla ,  Nəcəf  Mosul  və  Kərkük 

Ģəhərlərini ələ  keçirdi. Az sonra isə, 1618-ci  ilin sülhünə görə, osmanlılarda qalan 

Axalsık qalası tutuldu. 

Osmanlı  sultanı  IV  Murad  (1623-1640)  itirilmiĢ  torpaqlarla  barıĢmayaraq 

Hafız  Əh məd  paĢanı  Diyarbəkirə  hakim  təyin  etdi  və  zəbt  olunmuĢ  yerləri 

Səfəvilərdən geri almaq barədə göstəriĢ verdi və 1624-1626-cı illər Bağdad uğrunda 

Səfəvi-Os manlı  müharibəsi  I  ġah  Abbasın  qələbəsi  ilə  baĢa  çatdı.  Hafız  paĢanın 

Səfəvi  Ģahı  ilə  danıĢıqları  bir  nəticə  vermədi.  DanıĢıqlarda  Osman lı  ordusunun 

Bağdad  mühasirəsini  dayandırması  əvəzinə  Ģahın  Ģəhəri  osmanlılara  verəcəyi, 

Kərbəla,  Nəcəf  və  Hilləni  ö z  əlində  saxlaması  barədə  razılıq  alındı.  Lakin 

gözlənilmədən  Hafız  paĢanın  Anadoluya  geri  çəkilməsi  ilə  danıĢıq lar  yarımçıq 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə