Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə12/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   8   9   10   11   12   13   14   15   ...   232

27 

 

və vaxtaĢırı baĢ verən xarici hücumlar Hülakular dövlətin in XIV əsrin 40-cı illərinə 



yaxın ö z vahidliy ini itirməsinə, onun mü xtəlif h issələrə parçalan mas ına səbəb oldu. 

1339-1340-c ı  illərdə  ġərq  ölkə lərini  gəzmiĢ  ərəb  səyyahı  Ġbn  Bəttutənin  verdiyi 

məlu matdan  Hülaku lar  dövlətinin  10-a  yaxın  hissəyə  parçalandığı  məlu m  olur. 

Azərbaycanda  və  ona  qonĢu  olan  ərazilərdə  Hülakular  dövləti  bir  müddət  Çobani 

feodal qrupu tərəfindən (fo rma l olsa da) " mühafizə o lundu". 

Hülakular  dövlətin in  BaĢ  əmiri  Çobanın  ölü mündən  (1328)  sonra  onun 

oğlanları  və  nəvələri  Ru mda,  Qarah isar  qalasında  möhkəmlən miĢdilər.  Əmir 

Çobanın  tarixdə  "Kiçik  Həsən"  kimi  tanınan  nəvəsi  ġeyx  Həsən  Çobani  1338-ci 

ildə  mərkəzi  hakimiyyətə  qarĢı  çıxd ı.  O  ö z  ətrafmda  hərb i  qüvvələr  topladı  və 

Təbrizə  tərəf  irəlilədi.  Məhəmməd  xan  və  ġey x  Həsən  Cəlairi  (tarixdə  "Böyük 

Həsən"  kimi  tanınır)  məğ lubiyyətə  uğradılar.  ġey x  Həsən  Çobani  Sultan 

Məhəmməd Xudabəndənin qızı Satıbəy  xatunu (1339-1340) padĢah elan etdi və öz 

fəaliyyətini  onun  adı  ilə  qanuniləĢdirdi.  1338-ci  ilin  payızında  bağlanmıĢ  sülh 

müqaviləsinə  əsasən  ġeyx  Həsən  Cəlairi  Qəzvinə,  oradan  isə  Bağdada  getdi  və 

Cahan  Teymur  xanı  padĢah  elan  etdi.  Çobanilər  və  Satıbəy  xatun  Azərbaycana 

sahib  oldular.  Çobanilərin  nüfuz  dairəsinə  Azərbaycan,  Ġraq -i  Əcə m,  Hə mədan, 

Qu m,  KaĢan,  Rey,  Vəramin,  Fuqan,  Gürcüstan vilayətləri  və  Ermən istanın  böyük 

bir q ismi da xil idi. 

Azərbaycanda və qonĢu ölkələrdə hakimiyyət ġey x Həsən Çobaninin əlində 

cəmlən miĢdi. Satıbəy xatunun hərəkətlərindən narazı qalan ġey x Həsən (Kiçik) onu 

1340-c ı ildə Süley man xanla  (1340-1344) əvəz etdi. Hə min ildə ġey x Həsən Cə la iri 

Azərbaycana  hücum  etdi,  lakin  məğlub  olub  geri  çəkild i.  Tezliklə  Çobani  qoĢunu 

Bağdada  hücum  etdi  və  müvəffəqiyyətsizliyə  uğradı.  ġey x  Həsən  Cəlairi  1341-ci 

ildə yenidən Azərbaycana hücum etdi. Onlar bu dəfə də qələbə qazan mad ılar. 

ġey x Həsən Çobani 1343-cü ilin axırlarında öldürüldü. Azərbaycanda siyasi 

vəziyyət  kəskinləĢdi.  Süley man  xan  dövləti  idarə  etmək  iqtidarında  deyildi.  O, 

Çobani  əmiri  Məlik  ƏĢrəfi  qardaĢının  əvəzinə  BaĢ  əmirliyə  dəvət  etdi.  Lakin 

Süley man  xan  tezliklə  gördüyü  iĢdən peĢman  oldu.  Feodal  çəkiĢ mələrində  qələbə 

qazanmıĢ ƏĢrəf Hü laku  Ģahzadəsi ƏnuĢirəvanı (1344-1355) padĢah elan etdi və ona 

"Adil"  adı  verdi.  ƏnuĢirəvani  Adilin  səltənətdə  yalnız  adı  vardı.  Dövlətin  bütün 

müqəddəratı qəddar və zalım Ģəxs olan Məlik ƏĢrəfin ixtiyarında idi. 

Məlik  ƏĢrəf  1347-ci  ildə  Bağdada  yürüĢ  etdi.  Çobanilər  bir  müddət  Ģəhəri 

mühasirədə  saxladılar,  lakin  geri  çəkilməyə  məcbur  oldular.  1350-ci  ildə  Ġsfahana 

yürüĢ  təĢkil  olundu  və  bu  vilayət  tabe  edildi.  1352-ci  ildə  Məlik  ƏĢrəfin  zü lmünə 

qarĢı  Qarabağda  Dəli  Bayazidin  baĢçılığ ı  ilə  qalxmıĢ  üsyan  çətinliklə  yatırıldı. 

Məlik ƏĢrəf bundan sonra tərkidünyalığa, ruh düĢkünlüyünə qapıldı və dövlət iĢləri 




28 

 

ilə  fəal  məĢğul  olmadı.  Azərbaycanda  yaranmıĢ  vəziyyətdən  istifadə  edən  Qızıl 



Orda  xanı  Can ı  bəy  1357-ci  ildə  buraya  gələrək  yerli  feodalların  müĢayiəti  ilə 

Təbrizə  daxil  oldu  və  Məlik  ƏĢrəfi  edam  etdirdi.  Çobani  feodalları  1338-1357-ci 

illərdəki  fəaliyyətləri  dövründə  Azərbaycanda  və  onların   nüfuz  dairələrində  olan 

ərazidə  Hülaku ların  təsirindən  azad,  müstəqil  dövlət  təsis  etməd ilər.  Onlar  bütün 

fəaliyyətləri  dövründə  Hülakular  dövlətinin  müdafiəsi  bayrağı  altında  mübarizə 

apardılar  və  dövləti  Hü laku  Ģahzadələrin in  (Satıbəy  xatunun,  Süley man  xanın, 

ƏnuĢirəvani Adilin və Həsən xanın) adından idarə etdilər.  Çobanilər dövründə orta 

əsrlərdə  ġərq  dövlətlərində  səltənət  rəmzi  hesab  olunan  sikkə  zərbi  və  xütbə 

oxunuĢu  mərasimi  onların  adından  deyil,  Hülaku  Ģahzadələrinin  adından  həyata 

keçirilird i,  fərmanlar  da  Hülakularin  adından  verilirdi.  Çobanilər  əməli  olaraq 

hakimiyyəti ələ aldılar, lakin onlar qonĢu dövlətlər tərəfindən müstəqil, tamhüquqlu 

dövlətin hökmdarları  kimi tanın madılar. Məlik  ƏĢrəfin öldürülməsi  ilə  Çobanilərin 

Azərbaycanda Hülakular dövlətinin  mühafizəsi uğrundakı  mübarizəsi də baĢa çatdı 

və Hülakular dövləti 1357-ci ildə süqut etdi. 

Azərbaycanda  hakimiyyəti  ələ  almıĢ  Can ı  bəy  oğlu  Bərdi  bəyi  Təbrizdə 

taxta oturtdu və geri döndü. Bərdi bəy cəmi iki ay hakimiyyətdə qaldı və atasının 

xəstələndiyini eĢidib  Qızıl Orda dövlətinə qayıtdı. Təbrizin sahibsiz qaldığ ını görən 

Çobani  əmiri  Əxicuq  buraya  gəldi,  Ģəhərə sahib  oldu  və  bir  ilə  qədər  hökmranlıq 

etdi.  Əxicuq  Azərbaycan  ərazisini  Çobani  əmirləri  arasında  bölüĢdürdü.  Daxili  və 

xarici  vəziyyətin  gərginləĢdiyindən  istifadə  edən  Cəlairi  sultanı  ġeyx  Üveys 

Azərbaycana  yürüĢ  etdi.  Əxicuq  ona  qarĢı  çıxdı  və  rəqib  dəstələr  Sina  dağı 

ətrafında  üzləĢdilər.  Tərəflər  arasında  gedən  sülh  danıĢıqları  müsbət  nəticə 

verməd i.  1358-ci  ilin  oktyabr  ayında  Ģiddətli  vuruĢma  baĢ  verdi.  ġey x  Üveys 

qələbə çaldı və Təbrizə tərəf irəlilədi.  Çobani əmirləri Ģəhəri qarət edib Naxçıvana 

tərəf çəkildilər. ġey x Üveys Azərbaycanda hakimiyyəti ələ keçird i. 

Azərbaycan  Cəlairilərin  hakimiyyəti  altında.  Cəlairilər  hələ  XIII  əsrin  

ortalarında  Hülaku  xanın  Yaxın  ġərq  ölkələrinə  yürüĢündə  iĢtirak  etmiĢ,  Cənubi 

Qafqaza gəlmiĢdilər. Onların nümayəndələri  Hülakular dövlətin in hərbi və inzibati 

idarələrində  xid mət etmiĢlər. ġey x  Həsən Cəlairi XIV əsrin birinci rübündə Rumda 

hakim  idi. O,  1336-c ı ildə Oyrat qəbiləsindən olan Əmir  Əli PadĢahı və onun taxta 

çıxardığı  Musa  xana  qalib  gələrək,  Hü laku  Məhəmməd  xanı  Ru mda  padĢah  elan 

etdi  və  bir  müddətdən  sonra  Təbrizə  daxil  oldu.  O,  Azərbaycanı  və  Ġraqı  ö z 

hakimiyyəti altında birləĢdird i. 

1338-c i  ildə  ġey x  Həsən Cəla iri daha qorxu lu rəqib lə  - ġey x  Həsən Çobani 

ilə qarĢılaĢ malı oldu.  Həmin  ilin  iyul ay ının  17-də  Çobanilərlə vuruĢmada  məğlub 

olmuĢ  ġeyx  Həsən  Cəlairi  Sultaniyyənin  hakimi  kimi  tanındı.  O,  bir  müddətdən 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə