Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə124/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   120   121   122   123   124   125   126   127   ...   232

252 

 

qeyri-mü mkün  idi.  Ġri  feodallar  təsərrüfatın  inkiĢaf  etdirilməsi  məsələlə ri  ilə  az 



maraqlanırdılar.  ġəhərlərdə  yaĢayan  bu  feodallar,  adətən,  kəndlilərdən  məhsulların 

müəyyən  olunmuĢ  miqdarını  verg ilər  Ģəklində  almaqla  kifayətlənird ilər.  Beləliklə, 

öz  təsərrüfatını  yaratmayan,  istehsal  prosesində  heç  bir  iĢtirakı  o lmayan, 

təsərrüfatın  inkiĢafına  vəsait  sərf  etməyən,  hazır  məhsulun  xeyli  q ismini 

mən imsəyən Azərbaycan feodalı XVII əsr ictimai həyatının gerçəkliyi id i.  

XVII əsrdə Azərbaycanda icma əkinçiliyinin qalıqları da  mövcud olmuĢdur. 

Bu  dövrün  mənbələrində  göstərilir  ki,  icmaçı  kəndlilər  feodal  sinfı 

nümayəndələrin in  geniĢ  icma  torpaqlarını  ələ  keçirmək  cəhdlərinə  qarĢı  fəal 

müqavimət  göstərirdilər.  Ġcmaçı  kəndlilərin  ko llektiv  Ģikayətlərinin  təsiri  altında 

Səfəvi  hökmdaran ı  dəfələrlə  dünyəvi  və  ruhani  feodalların  özbaĢınalığ ına, 

zorakılığına son qoyulması haqqında fərman lar verməli o lmuĢdular. 

Azərbaycanda feodal sinfınin strukturunda əsasən 4 ictimai təbəqə seçilird i. 

Birinci yeri qızılbaĢ feodalları tuturdu. 1 ġah Abbasın tədbirləri q ızılbaĢ əyanları ilə 

yeni təĢəkkül tap mıĢ hərbi zadəganlar arasında  əvvəlcə üstüörtülü, sonralar isə açıq 

rəqabətə  səbəb  oldu.  QızılbaĢ  əyanları  əsasən  vətənləri  olan  Azərbaycanda 

yaĢamağı və onu idarə etməyi üstün tuturdular.  

Ölkədə  feodal  sinfinin  ikinci  qrupunu  Ģiə  təriqətinin  ali  ruhani 

nümayəndələri təĢkil edirdilər. Mülki bürokratiya Azərbaycan feodallarının üçüncü, 

yerli  əhəmiyyətli  əyanlar  isə  dördüncü  qrupun  daxil  id i.  Qarabağda  və  ġirvanda 

əyanlarının  xüsusilə  güclü  mövqey  vardı.  Onların  ali  nü mayəndələri  məlik  titulu  

daĢıyırdılar. 

Bu  dövrdə  kəndlilərin  əsas qismin i  feodal  torpaqlarında  iĢləyəl  ço xsaylı  və 

mü xtəlif  mü kəlləfıyyətli  paydar  kəndlilər  təĢkil  ed irdi  XVII  əsr  ərzində  icmaçı  və 

varlı  kəndlilər təbəqəsinin sayı xeyli azalmıĢdı.  Bu əsrdə kəndlilər daha çox rəiyyət 

istilahı  ilə  xatırlamıĢlar. Müsəlman hüququ kəndlilərin təhkimçilik halına salın masi 

əleyhinədir.  Lakin  XVII  əsrin  gerçək  həyatı  islam  ehkamlarından  əsaslı  surətdə 

fərqlənirdi.  Bu  yüzildə  Azərbaycan  kəndliləri  torpaqlara  təhkim  olun muĢ 

vəziyyətdə  qalırdılar.  Kəndlinin  yaĢadığı  ərazini  tərk  etmək  hü ququ yox  id i.  Əgər 

XIV  əsrin  əvvəllərində  Qazan  xanın  fərmanına  əsasən  yaĢayıĢ  yerini  tərk  etmiĢ 

kəndlin in  axtarılması  üçün  30  il  vaxt  verilird isə,  I  ġah  Abbasın  fərmanlarında 

həmin tədbir 12 il ərzində həyata keçirilməli idi.  

Bu  dövrdə  Azərbaycanda  yaĢayan  köçəri  tayfalar  hərbi  mü kəlləfıyyət 

daĢıyırdılar.  Hərbi  xid mət  müqabilində  köçərilərdən  alınan  mü xtəlif  vergilərin  və 

mü kəlləfiyyətlərin  kəmiyyəti  n isbətən  azaldılmıĢdı.  Bu  Ģərait  köçərilərin  oturaq 

həyat tərzinə keçməsi prosesini xeyli ləngidirdi.  



253 

 

XVII  əsrdə  vergi  və  mükə llə fiyyətlərin  ü mu mi  sayı  35 -ə  çatırdı.  Onlar 



arasında  natural  səciyyə  daĢıyanlar  üstünlük  təĢkil  edirdi.  Bu  isə  ölkədə  əmtəə -pul 

münasibətlərinin  kifayət  qədər  inkiĢaf  etməməsinin  labüd  nəticəsi  idi.  Mü xtəlif 

Ģəraitdə  (müharibə  nəticəsində  dağılmıĢ  təsərrüfatın  bərpası,  Ģiəliyin  yayılması) 

hakimiyyətə) yenicə gəlmiĢ Ģahın kütlələrə  xoĢ gəlməsi üçün mərkəzi dövlət aparatı 

vergi və mükəlləfiyyətlər sahəsində güzəĢtlərə yol verirdi.  Lakin bu tədbirlər əsasən 

müvəqqəti, keçici səciyyə daĢıyırdı.  Zəh mətkeĢ əhalidən alınan vergilərin getdikcə 

artırılması  mərkəzi  höku mətin  vergi  siyasətində  baĢlıca  təmayül  o lmuĢdur.  XVII 

əsrin  sonlarına  doğru  dövlət  xəzinəsinin  müflisləĢ məsi  ilə  əlaqədar  olaraq  vergilər 

məb ləğinin kəskin Ģəkildə artması müĢahidə edilir. 

1699-1702-c i  illərdə  əhalinin  yeni  siyahıyaalın ması  keçirild i.  Təqiblə r 

Ģəraitində həyata keçirilən bu siyahıyaalın ma zamanı vergilər  3 dəfə artırıldı. Sonra 

isə  bütün  əmlakın  yenidən siyahıyaalın mas  aparıldı.  DaĢınar  və  daĢınmaz  əmlakın 

siyahıyaalın ması  əhalin in  iizərinə  yeni  vergilər  qoyulması  məqsədini  güdürdü. 

Bütün bu tədbirlər camaatın narazılığına gətirib çıxarmıĢdı.  



ġəhərlər.  Sənətkarlıq.  XVI  əsrin  sonu  -  XVII  əsrin  əvvəllərində  davam 

edən  Osmanlı-Səfəv i  müharibələri  və  feodal  hərc-mərcliyi  nəticəsində 

Azərbaycanın  Ģəhər  və  kəndlərində  böyük  dağıntılar  baĢ  vermiĢdi.  Lakin  bütün 

bunlara  baxmayaraq,  Ģəhər  iqtisadiyyatı  özünün  sonrakı  inkiĢafından  qalmadı. 

Ölkədə  xeyli  sənətkarın  mövcudluğu  və  qonĢu  dövlətlərlə  olan  əlaqələr  viran 

edilmiĢ Ģəhərlərin qısa müddət içərisində bərpasına imkan yaratdı.  

XVII  əsrdə  Azərbaycanın  ən  böyük  Ģəhəri  nisbətən  dinc  həyat  tərzi 

Ģəraitində inkiĢaf edən, yarım  milyona qədər əhalisi olan Təbriz  idi.  Ərdəbildə  50-

60  min nəfər, ġamaxı, Marağa,  Gəncə,  ƏrəĢ və Xoyda 30-35  min nəfər,  Naxçıvan, 

Mərənd, ġəki və Urmiyada 10-15 min nəfər yaĢayırdı. 

Əsrin əvvəllərində digər vilayətlər  kimi, qədim  Gəncə Ģəhəri və Qarabağ da 

Osmanlı  idarəsi  altında  id i.  Os manlı  ordusu  Gəncədə  möhkəm  b ir  qala  tikmiĢdi. 

Həmin qala  1606-cı ildə  Səfəvi Ģahının döyüĢçüləri tərəfındən geri alındı.  1615 -ci 

ildə yeni Os manlı hücu mu gözlənilərkən, ġah Abbas Gəncə vilayətinin bəylərbəyisi 

Məhəmməd  xan Ziyadoğluna Ģəhər və qalanı dağıdıb Tiflis qalasına köçməsi üçün 

əmr  vermiĢdi.  Təhlükə  sovuĢduqdan  az  sonra  ġah  Abbas  ona  Gəncənin  yenidən 

bərpa olunmasını tapĢırmıĢ və Ģəhər sürətlə inkiĢaf etməyə baĢlamıĢdı.  Gəncə artıq 

1625-c i  ildə,  əvvəllə rdə  olduğu  kimi,  bəylərbəyiliyin  iqa mətgahına  və  Qacar 

sülaləsinin  mü xtəlif  əyanlarının  məskəninə  çevrilmiĢdi.  Əsrin  40-cı  illərində 

Gəncədə 6000 ev, 20000 əhali vard ı (Övliya Çələbi).  

XVII  əsrin  əvvəllərində  ġamaxı  xeyli  möhkəmləndirilmiĢ,  Ģəhərdə 

osmanlılar  tərəfındən  bir  qala  da  tikilmiĢdi.  Adam  Olearinin  məlu matına  görə, 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə