Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə128/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   124   125   126   127   128   129   130   131   ...   232

260 

 

ustalığa  keçirə  bilərdi  (ġarden).  Lakin  kələntərin  təsdiqinə  göndərilən  zaman 



ustalığa namizəd o lan Ģagirdlərə xüsusi Ģəhadətnamələr verilirdi.  

KeçmiĢ Ģagird ustalığa keçdikdə sənətkarlıq üçün müəyyən edilmiĢ vergiləri 

ödəməyi öhdəsinə götürdükdən sonra ustabaĢının razılığı  ilə emalatxana aça bilərdi 

(ġarden).  Bu,  həmin  dövrdə  Azərbaycanda  və  qonĢu  ġərq  ölkələrində  sənətkarlıq 

təĢkilatları  daxilində  güclü  inhisarın  olmad ığın ı  sübut  edir.  Müəyyən  mülki  və 

hüquqi  fərqlərinə  baxmayaraq,  Ģagirdlə  usta  eyni  ictimai  q rupa  daxil  id i.  ġag ird in 

ustalığa keçməsi nisbətən asan olurdu. Ona görə də orta əsrlərin Avropa Ģəhərlərinə 

xas olan usta köməkçisi dərəcəsi A zərbaycan sənətkarlığ ı üçün səciyyəvi deyildi.  

XVII  əsrin  sonu  -  XVIII  əsrin  əvvəllərində  Ģəhərlərin  iqtisadiyyatında  baĢ 

vermiĢ  dərin  tənəzzül  prosesi,  Ģəhərlərdə  sənətkarların  sayının  kəskin  Ģəkildə 

azalması əsnafların quruluĢunda da kəskin dəyiĢikliklərə səbəb oldu. 

Ticarət.  Pul  dövriyyəsi.  XVII  əsrdə  Azərbaycandakı  tacirlər  zü mrəsi, 

Ģəhərlərdə  hakim  mövqe  tutan  feodallardan  fərqli  o laraq,  kəndlilərin  istis marında 

vasitəli Ģəkildə iĢtirak edir, ticarət kap italının artmasına səbəb olurdu. 

Həmin  dövrdə  Azərbaycanda  yerli  bazarların  formalaĢ mas ında  müəyyən 

inkiĢaf nəzərə çarpırd ı. Bir sıra Ģəhərlər ayrı-ayrı vilayətlərin, ən böyük Ģəhərlər isə 

bütün ölkənin iqtisadi mərkəzlərinə çevrilird i.  

Avropa səyyahlarının  məlu matına  görə,  Azərbaycan Ģəhərlərin in  üstüörtülü 

küçələrində ticarət cərgələri təĢkil ed ilir, mü xtəlif yerli və gətirilmə mallar satılırdı.  

Ticarət  dövriyyəsi  və  sənətkarlıq  istehsalı  baxımından  Təbriz  xüsusilə 

fərqlənirdi.  Böyük  karvan  yollarının  ayrıcında  yerləĢ miĢ  və  təxminən  yarım  əsr 

ərzində  Azərbaycan  Səfəvilər  dövlətinin  paytaxtı  olmuĢ  bu  Ģəhər  XVII  əsrin 

ortalarından etibarən böyük iqtisadi mərkəz mövqeyini bərpa etmiĢdi.  

ġamaxı  Ģəhəri  də  Səfəvi  dövlətin in  daxili  ticarətində  böyük  rol  oynayırdı. 

XVII  əsr  ərzində  bir  ço x  A zərbaycan  Ģəhərlərində,  habelə  Təbrizdə  və  ġamaxıda 

olmuĢ  Avropa  səyyahları  ölkədə  hazırlanan  dəri  mə mu latın ın,  çin i  qabların, 

mü xtəlif  silahların,  ipək  və  yun  parçaların  ticarətində  ixtisaslaĢmıĢ  mərkəzlərin  

adların ı  sadalayırlar.  Təbrizdə  15000  dükan  fəaliyyət  göstərirdi,  oradakı  bazar  isə 

bütün  ―Asiyada  ən  böyük  bazar  idi"  (ġarden).  Burada  Ağqoyunlu  Uzun  Həsənin 

dövründə  tikilmiĢ  və  təsadüf  nəticəsində  Osmanlı-Səfəv i  nıüharibələrinin  dağıdıcı 

təsirinə məru z qalmamıĢ "Qeysəriyyə" bazarı nəzərdə tutulur.  

XVII  əsrin  ikinci  yarısında,  ilk  onilliklərdə  Təbrizdə  inkiĢaf  etmiĢ  ticarətin 

bütün  əlamətləri  nəzərə  çarpırdı.  Abad  bazarlar,  əmtəələrə  olan  böyük  tələbat, 

bazarların  ticarət  məhsulları  ilə  lazımi  səviyyədə  təmin  edilməsi  və  s.  bu  dövrün 

nəzərəçarpan cəhətləri olmuĢdur. 




261 

 

Naxçıvan bazarları da  xarici səyyahların diqqətindən yayınmamıĢdı.  Həmin 



bazarlarda  intensiv  ticarət  gedir,  "uzun  və  üstüörtülü  küçələrin  hər  iki  tərəfində 

köĢklər qurulur, mü xtəlif sənətkarlıq və ərzaq məhsulları satılırdı" (ġarden).  

Əmtəə-pul  münasibətlərinin  zəif  inkiĢaf etdiyi yerlərdə ticarət əməliyyatları 

həftədə  bir  dəfə  təĢkil  olunan  bazarlarda  aparılırdı.  həmin  gün  bazar  günü  adlanır 

və  ticarət  səhərdən  axĢamadək  davam  edird i.  Bakı  bazarında  belə  qızğın  ticarət 

getdiyini  müĢahidə edən Kempferin  (1683-cü il yanvarın əvvəllərində) bazar günü 

barədə maraqlı qeydləri vardır. 

Böyük  hərbi  əməliyyatlar  aparılan  vaxtlarda  ordu  bazarlar  təĢkil  edilirdi. 

Məlu mdur  ki,  döyüĢən  tərəflərin  əsgər  və  zabitləri  mütəĢəkkil  surətdə  yeməklə 

təmin olunur, ərzağı və digər  məhsullanrı döyüĢçülərə tacirlər satırdılar. Ordubazar, 

adətən,  döyüĢ yerlərindən  uzaqlarda  qurulur  və  oradakı  intizama  ordubəyi  nəzarət 

edirdi. Ordubazardakı qiy mətlər sülh Ģəraitində Ģəhərlərdə qərarlaĢ mıĢ qiy mətlərdən 

bir  qədər  yüksək  olurdu.  Belə  vəziyyət  əmtəələrin  daĢınması  və  ordubazara  

gətirilməsi  zaman ı  aĢkara  çıxan  çətinliklərlə,  məhsulların  mühafızəsi  və  tacirlərin 

müəyyən  təhlükəyə  məru z  qalmaları  ilə  izah  edilir.  Ordubazarda  aparılan  ticarətin 

gediĢi  hər  bir  əməliyyatların  nəticələrindən  çox  asılı  idi.  Qələbə  əldə  edilən  halda 

tacirlə r  qarət  olun muĢ  düĢmən  məhsulların ı  ucuz  q iy mətlərlə  a laraq  böyük  gəlir 

əldə edir, məğ lubiyyət zamanı isə öz məhsulların ı taley in hökmünə buraxırdılar.  

Böyük anbarları, dəftərxanaları olan karvansaralar XVII əsrdə Azərbaycanda 

və ona qonĢu ölkələrdə  xarici ticarət  mərkəzləri id i.  Bu karvansaralarda topdansatıĢ 

ticarət əməliyyatları aparılırd ı. Belə əməliyyatlar karvansaraylar adlanan karvansara 

baĢçıların ın  icazəsi  ilə  həyata  keçirilir,  xüsusi  dəftərlərdə  qeyd  olunurdu. 

Karvansaraylar  ticarətin  qayda-qanun  əsasında  həyata  keçirilməsinə,  əmtəənin 

keyfiyyətinə, onun çəkisinin və miqdarın ın dürüstlüyünə, razılaĢdırılmıĢ qiy mətlərə 

nəzarət  edirdi.  Hər  ticarət  əməliyyatın ın  ümu mi  məbləğin in  2  faizi  onun  zəhmət 

haqqını təĢkil edird i. 

XVII  əsrin  ortalarında  Azərbaycanın  qonĢu  ölkələrlə,  həmçin in  Qərblə, 

ticarət  əlaqələri  canlan mıĢdı.  Səfəvi  dövləti  ilə  Os manlı  imperiyası  arasında 

bərqərar  olmuĢ  sabit  münasibətlər  Aralıq  dənizindəki  liman lar  vasitəsilə  Qərbi 

Avropa ölkələri, habelə  Venetsiya,  Genuya ilə ticarətin bərpa olunması üçün Ģərait 

yaratmıĢdı. Moskva dövləti ilə də ticarət münasibətləri canlan maqda id i.  

Marağada,  Mərənddə,  Qarabağda,  Muğanda  və  baĢqa  Azərbaycan 

bölgələrində  bəslənilmiĢ  atlara,  dəvələrə  Türkiyədə  böyük  maraq  vardı.  Atların 

alğı-satqısı Ģah sarayının inhisarı altında idi. 

Azərbaycan  tacirləri  Venetsiya,  Genuya,  Fransa  ilə  sıx  iqtisadi  əlaqələrin i 

Osmanlı dövləti ərazisindəki tran zit yolları vasitəsilə həyata keçirirdilər. Məhsullar 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə