Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə131/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   127   128   129   130   131   132   133   134   ...   232

266 

 

Sikkələrin  xarab  olması,  qızılın  və  gümüĢün  dövriyyədən  çıxması  Səfəv ilər 



dövləti  hüdudlarında  ticarətin,  əmtəə  mübadiləsinin  in kiĢafi  üçün  mühüm  əngələ 

çevrilmiĢdi.  Qızıl getdikcə bəzək obyektinə çevrilirdi, tacirlər isə (əsasən hindlilər) 

gümüĢü  ölkədən  xaricə  aparmaqda  idilər.  Bazarlar  tam  qiy mətə  malik  o lmayan, 

qəlp pullarla d iqqəti cəlb  edird i. Məhsul istehsalçıları, tacirlər dövriyyə də artmaqda 

olan, dəyərini itirən  mis pullara  mallarını satmaq istə-mirdilər. Maliyyə sahəsindəki 

bu hərc-mərclik Səfəvilər dövlətinin təsərrüfat həyatını iflic vəziyyətə salmıĢdı.  

Kənd  təsərrüfatının  böhranı,  Ģəhər  sənətkarlığ ının  tənəzzülü  pul  dövriyyəsi 

sahəsindəki  dəhĢətli  vəziyyət  daxili  və  xarici  ticarətin  vəziyyətinə  mənfı  təsirini 

göstərdi.  Daxili  əmtəə  mübadiləsin in  əsasları  xey li  məhdudlaĢdı  və  xarici  ticarət 

əlaqələrinin  həcmi  əhəmiyyətli  dərəcədə  azald ı.  Ölkədə  sələmçilik  çiçəklən məkdə 

idi. Tənəzzü l Ģəraitində sələmçilik iqtisadi böhranı daha da dərinləĢdirirdi. Təqribən 

bütün  Azərbaycan  Ģəhərlərində,  qonĢu  ölkələrin  baĢlıca  ticarət  mərkəzlərində 

qərarlaĢ mıĢ  hind  tacirləri  Səfəvilər  imperiyas ında  sələmçiliy in  baĢlıca 

nümayəndələri id i. 

Bu  zaman  A zərbaycan  və  Səfəv ilər  imperiyasına  daxil  olan  qonĢu  ölkələr 

elmi-te xn iki  ba xımdan  Qərb i  Avropa  ölkə lərindən  xey li  geridə  qalmıĢdılar. 

Qabaqcıl  Avropa  ölkələri  tədricən  ġərq  malların ı  id xal  edən  ölkələ rdən  ġərq 

xammalını  alan,  hazır  sənaye  malların ı  həmin  bölgəyə  ixrac  edən  ölkələrə 

çevrild ilər.  Ġqtisadi  cəhətdən  qabaqcıl  mövqelərə  çıxmıĢ  Avropa  dövlətlərin in 

ġərqdə, habelə Azərbaycanda siyasi fəallığ ı artmağa baĢladı.  Rus dövlətinin Cənub 

istiqamətindəki fəallığın ın artması bu baxımdan diqqəti daha ço x cəlb edirdi və yeni 

- XVIII əsrdən etibarən Rusiyanın hakim dairələ rin in təcavüzkar  məqsədləri aĢka ra 

çıxmağa baĢladı. 

ġəhər  iqtisadiyyatındakı  tənəzzül  Səfəv i  dövlətin in  bütün  ictimai-iqtisadi, 

siyasi sistemində dərin böhrana səbəb oldu, xə zinənin, ayrı -ayrı feodal əyanla rın ın 

gəliri  azaldı.  Höku mət  vəziyyətdən  çıxıĢ  yolu  tapmaq  üçün  əhalidən  yığılan 

vergiləri  üç  dəfə  artırdı.  Beləliklə,  xalqın  dövlət  tərəfındən  istismarı  daha  da 

Ģiddətləndi. 

ġah  Sultan  Hüseynin,  saray  əhlinin,  məmurların  ətalətinin,  rüĢvətxorluğun 

artması,  mü xtəlif  qeyri-qanuni  əməliyyatlar  aparılması  nəticəsində dövlətin  idarəsi 

iĢi  son  dərəcə baxımsız  vəziyyətə  düĢdü.  Hərbi-bürokratik  aparatın  saxlanılmasına 

sərf olunan vəsait Ģah hökumətinin  maddi-iqtisadi imkanlarından artıq idi. Məsələn, 

hərbi  əməliyyatlar  dövründə  I  ġah  Abbasın  44  min  nəfərdən  ibarət  daimi  ordusu 

vardısa,  dövlətin  dinc  Ģəraitində  II  ġah  Abbasın,  (1642-1666)  ordusunun  sayı 

bundan iki dəfə ço x idi.  Yalnız Səfəv i tüfəngçilərinin sayı 40-50  min nəfərə çatırdı. 

Onların  hər  birin in  maaĢı  4-5  tü mən  idi.  Orduda  18  min  qulam,  22  min  saray 




267 

 

qoryucusu  vardı.  Ölkənin  mü xtəlif  vilayətlərinə  səpələnmiĢ  nizami  döyüĢçü 



dəstələrin in maaĢı da, adətən, xəzinədən ödənilird i. Lakin dövlətin maliyyə iĢlərin in 

acınacaqlı  vəziyyətdə  olması  hərbçilərə  ödənilməli  o lan  maaĢların  vaxtında 

verilməsi iĢində çətinlik yaradırd ı. 

ġirvanda  "döyüĢçülərə  çoxdan  bəri  maaĢ  verilmədiy i  üçün  onlar  qarət 

hesabına yaĢayırdılar" (Korneli Bruyin). 

Təbiid ir  ki,  XVII  əsrin  sonlarına  doğru  ölkənin  iqtisadi  həyatında 

dərinləĢ məkdə o lan tənəzzülü yalnız daxili səbəblərlə izah etmək dü zgün olmazdı. 

Bu  zaman  A zərbaycanın  iqtisadi  in kiĢaf  imkanların ı  xeyli  məhdudlaĢdıran  dünya 

miqyaslı  amilin  -  ü mu mdünya  ticarət  yollarının  dəyiĢməsinin  ro lu  xüsusilə  qeyd 

edilməlidir.  XVI  əsrdən  etibarən  Avropanı  Asiya  ilə  birləĢdirən  və  Afrika 

ətrafından  keçən  dəniz  yolunun  kəĢfı  ilə  əlaqədar  olaraq  qədim  Ġpək  yolu  öz 

əhəmiyyətini  tədricən  itirir.  Əsrin  sonlarındakı  təsərrüfat  tənəzzülü  Ön   Asiyanın 

bütün  ölkələri  üçün  xas  olan  ümu mi  hadisə  idi  və  Azərbaycanın  vəziyyəti  bu 

baxımdan istisna deyildi. 



Xalq hərəkatı. Əvvəlki əsrlərdə olduğu kimi, XVII əsrdə də istismar olunan 

xalq ın  hakim  siniflərin  zülmünə  qarĢı  mübarizəsi  mü xtəlif  formalarda  t əzahür 

etməkdə idi. ġəraitdən asılı olaraq bu mübarizə gah kütləvi etiraz və Ģikayət, gah da 

vergi  və  mükəlləfiyyətlərin  ödəniĢindən  yayınma  Ģəklində  baĢ  verird i.  Bəzən 

mübarizə üsulu dini  xarakter daĢıyır,  xalq azadlıq hərəkatı Ģəklində cərəyan edirdi, 

ya da qiyama çevrilirdi. 

XVI  əsrin  sonu  -  XVII  əsrin  əvvəlləri  var-yo xdan  çıxmıĢ  Azərbaycan  və 

qonĢu  ölkə  kəndlilərin in  mütəĢəkkil  çıxıĢları  ilə  əlamətdardır.  Həmin  çıxıĢlar 

cəlalilər hərəkatı adı ilə əvvəlcə ġərqi Anadolunu, sonra isə Azərbaycanı bürüdü. 

Cəlalilər hərəkatın ın ardınca A zərbaycanın mü xtəlif yerlərində bəzi q iyamlar 

da  baĢ  vermiĢdi.  Təbrizdə,  Ordubadda,  Təsucda,  Bakıda  və  Dərbənddə  1603—

1607-c i  illərdə  Ģah  qoĢunların ın  bu  ġəhərlərə  hücumları  ilə  əlaqədar  mü xtəlif 

çıxıĢlar  o lmuĢdu.  Bu  çıxıĢların  əksəriyyəti  uğurla  baĢa  çatdı.  Lakin  Azərbaycan 

xalq ı  müvəqqəti  qələbələrdən  istifadə  edə  bilmədi.  Səfəvi  döyüĢçülərini  tezliklə 

osmanhlar  əvəz  etdilər.  1614-cü  ilde  I  ġah  Abbasın  Gürcüstan  səfəri  də  güclü 

həyəcana səbəb  oldu.  Üsyan  və həyəcanlan  yatırmaq  məqsədilə  Cənubi  Qafqazın 

boĢaldılması  siyasətini  davam  etdirən  I  Abbas  bütün  müsəlman lan,  yəhudiləri 

Fərəhabada,  Ġsfahana,  Mazandarana  köçürmək  əmrini  verdi.  Bu  tədbir  Osmanlı, 

iĢğalı  altında  qalmıĢ  ġirvan  və  Qarabağ  əhalisinin  bir  qisminə  də  Ģamil  edi lirdi. 

ġirvanda  Ģah  fərmanın ın  yerinə  yetirilməsi  Ġsfəndiyar  bəy  OvçubaĢı  Ərəbgirliyə, 

Qarabağda  isə  Lütfəli  bəy  Qaçar  Dəftərdara  tapĢırılmıĢdı.  Ġsgəndər  bəy  MünĢinin 

dediyinə görə 15 min ailə köçürülmüĢdü. 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə