Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə134/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   130   131   132   133   134   135   136   137   ...   232

273 

 

xahiĢi  ilə  Ġsfahana  qayıtmıĢdı.  Mövlana  Mirzə  1687-ci  ildə  MəĢhəddə  vəfat 



etmiĢdir. 

Mədəni irsin öyrənilməsi sahəsində də xeyli  iĢ görülmüĢ, "Təzkirə" adlanan 

elmi  məcmuələr yazılmıĢdı. Belə  məcmuələrdə adətən alimlərin, əd iblərin, Ģairlərin 

tərcümeyi-halı və onların  əsərlərindən parçalar verilird i.  I  ġah Ġs mayılın  oğlu Sam 

Mirzə  məĢhur  "Töhfeyi-Sami"  əsərini  Ərdəbildə  yazmıĢdı.  ġahın  digər  oğlu 

Ġbrahim M irzə "Fərhəngi-Ġb rahim" ("Ġbrahimin lüğəti") əsərini tamamlamıĢdı. Əhdi 

Bağdadi  "Gü lĢən  üĢ-Ģüəra"  ("ġairlər  gülĢəni"),  Sadiq  bəy  ƏfĢar  isə  "Təzkireyi-

məcmə  ül-xəvas"  ("SeçilmiĢlərin  təzkirəsi")  əsərin i  yazmıĢdı.  Nəsrabadinin 

"Təzkirə"sində Azərbaycanın bir ço x Ģair və alimləri haqqında maraqlı  məlu matlar 

vardır. 


XIII-XV  əsrlə rə  nisbətən  XVI-XVII  əsrlərdə  tarix  e lmi  daha  ço x  inkiĢaf 

etmiĢdi.  Bu  dövrün  bir  sıra  tarixçiləri  (Həsən  bəy  Rumlu,  Fəzli  Ġsfahani,  Ġsgəndər 

bəy MünĢi) tarixi hadisələri təsvir etməklə  kifayətlən mir,  zəruri hallarda hadisələrə 

fərdi  münasibətlərini  də  bildirirdilər.  Bir  qayda  olaraq  bu  dövrün  tarixçiləri 

hadisələri  bir  qədər  ziddiyyətli  Ģərh  etmiĢ,  lakin  faktları  təfərrüatı  ilə  qələmə 

almıĢlar.  Sarayda  vəqiənəvis  olmuĢ  tarixçilər  isə  həm  də  ġah  fərmanlarının, 

diplo matik  sənədlərin  surətlərini  ö z  əsərlərində  əks  etdirmiĢlər.  XVI  əsrin  məĢhur 

Azərbaycan tarixçisi  Həsən bəy Rumlu (1530-?) I ġah Təhmasib in sarayında qullııq 

etmiĢ, onun yürüĢlərinin  iĢtirakçısı olmuĢ dur. Onun "Əhsən ət-təvarix" ('Tarixlərin 

ən yaxĢısı") əsərinin dövrümü zə qədər gəlib çatmıĢ IX -X cildləri  ( IX cilddə 1405-

1493, X cilddə isə 1494-1578-ci illərin hadisələri ö z əksini tap mıĢdır) A zərbaycanın 

və qonĢu ölkələrin XV-XVI əsrlər tarixinə həsr olunmuĢdur. Saray salnaməçilərin in 

ənənələrinə  sadiq  qalan  Həsən  bəy  Rumlu  Səfəvilər  dövlətinin  tarixinə  aid  xey li 

məlu mat vermiĢ, əsas diqqətini Ģahların, hərb i baĢçıların fəaliyyətinə yönəltmiĢdir.  

Həyatının ço x hissəsini Gəncədə və Qarabağda keçirmiĢ, əslən isfahanlı olan 

Fəzli Zeynalabdin oğlu xeyli  müddət ərzində  Bərdə və Arran hakimi Peykər  xan ın 

xid mətində  olmuĢ,  erkən  yaĢlarından  tarixə  böyük  maraq  göstərmiĢdir.  Onun 

Səfəvilər tarixinə aid yazd ığı "Əfzəl ət-təvarix"  ("Tarixlərin ən dəyərlisi") kitabı üç 

cilddən  ibarətdir.  Lakin  əsərin  yalnız  1524-cü  ildən  sonrakı  hadisələri  əhatə  edən  

cild i  və  I  ġah  Təh masib in,  II  ġah  Ġs mayılın,  Sultan  Məhəmmədin   dövrünü  əhatə 

edən  II  cild i  dövrümü zə  qədər  gəlib  çatmıĢdır.  I  ġah  Abbasın  hakimiyyəti 

dövründən bəhs edən III cild  isə hələlik aĢkar o lunmamıĢdır. A zərbaycanın və ona 

qonĢu olan  ölkələrin  tarixin i  əks  etdirən  bu  cildlərdə  Ģah  fərmanları  və  bəzi  rəs mi 

sənədlərin surəti də verilmiĢdir. 

Gö rkəmli Azərbaycan tarixçisi  İsgəndər bəy Münsi (1560-1633) gəncliyində 

Sultan  Məhəmməd  Xudabəndənin  sarayında  divan  katiblərindən  biri  olmuĢdur. 



274 

 

Sonralar  ġah Abbasın tarixçisi o lmuĢ MünĢi "Tarixi aləm aray i Abbasi" ("Abbasın 



dünyanı  bəzəyən  tarixi")  əsərin i  yazmıĢ,  burada  dövrün siyasi,  ictimai,  iqtisadi  və 

mədəni  həyatı  barədə  maraqlı  məlu mat  vermiĢdir.  Müqəddimə  hissəsi  istisna 

olunmaqla  bütün  əsər  XVI  əsrin  sonu  -  XVII  əsrin  əvvəllərində  Səfəvilər  dövləti 

tarixin in ən qiy mətli ilkin məxəzi hesab olunur. 

XVI-XVII  əsrlərdə  maa rif  və  mə ktəb  iĢləri  ruhanilə rin  ixt iyarında  idi. 

Azərbaycanda  uĢaqların  təhsili  məscidlərin  nəzd ində,  Ģə xsi  evlə rdə  təĢkil  ed ilmiĢ 

məktəb  və  mədrəsələrdə  aparılırdı.  Ġlkin  mərhələdə  uĢaqlar  ana dilində  dərs  keçir, 

yuxarı  siniflərdə  isə  Azərbaycan  dilində  dərs  vəsaiti  olmad ığı  üçün  fars  və  ərəb 

dilində  yazılmıĢ  dərsliklərdən  istifadə  edirdilər.  Tavernye  məd rəsələrdə  istifadə 

olunan  dərsliklərdən  bəhs  edərək  yazırdı  ki,  kitabların  əksəriyyəti  məĢhur 

Azərbaycan  alimi,  riyaziyyatçı,  astronom,  fılosof  Xacə Nəsirəddin  Tusinin  əsərləri 

idi.  Tədris  prosesində  Aristotelin,  Arximedin  və  Qalileyin  əsərlərindən  də  istifadə 

edilird i.  Mirxondun  "Revzət  əs-səfa"  əsəri  mötəbər  dərslik  hesab  olunurdu 

(Xavernye).  Məktəblərdə  Ģagirdlər  əvvəlcə  əlifbanı  öyrənir,  sonra



 

Quranı 


əzbərləyird ilər.  Ərəb  dilində  o lan  Quran ı  Ģagirdlər  baĢa  düĢə  bilmir  və  onu 

mexaniki  əzbərləmə  yolu  ilə  mənimsəyird ilər.  Sonra  kiçik  kitabçalar,  o  cü mlədən 

Übeyd Zakaninin "Siçan və piĢik", Fəridəddin Əttarın "Nəsihətnamə" əsərlərindən, 

Sədinin " Gü lüstan"ından, Hafızin "Divan"ından parçalar öyrədilird i.  

Mədrəsələrdə  ilahiyyat  dərsinin  əsas yer  tutmasına  baxmayaraq,  ictimai  və 

təbiyyat  elmlərin in  tədrisinə  də  geniĢ  yer  verilirdi.  Aristotelin  fəlsəfı  əsərləri, 

Mirxondun, Nizaminin,  Xaqaninin,  ġəms Təbrizinin,  Əvhədi Marağayinin,  Hafızin 

yaradıcılığ ı,  Fü zulinin  " Leyli  və  Məcnun"  u,  Caminin  qəsidələri  də  tədris  obyekti 

idi. Azərbaycanda bir sıra  mədrəsələri (o cü mlədən ġamaxı  mədrəsəsini)  müĢahidə 

etmiĢ  Adam  Oleari  ölkədə  astronomiyanın,  fəlsəfənin  və  cəbrin  tədrisinin  Avropa 

tədrisinə uyğun gəldiyini qeyd edirdi. 

Azərbaycan  Ģəhərlərində  xeyli  məktəb  və  mədrəsə  var  idi.  1647 -ci  ildə 

Təbrizdə  600  məhəllə  məktəbi  və  47  mədrəsə  fəaliyyət  göstərirdi.  Mədrəsələrdə 

Ģagirdlərin  sayı  50  nəfərdən  artıq  olmurdu.  Ərdəbilin  ġey x  Səfı  məqbərəsi 

nəzdindəki  mədrəsədə də xeyli Ģagird təhsil alırd ı. XVII əsrin ortalarında ġamaxıda 

40  məktəb  və  7  mədrəsə  var  idi.  Mədrəsələrdə  dərs  deyən  müdərrislər  arasında 

dövrün  tanınmıĢ  alimləri,  o  cümlədən  Mirzə  Məhəmməd  Məczub  Təbrizi,  Molla 

Mömin,  Mövlana  Əbdülsəməd,  Qazi  ġıxəmi,  Təb rizli  Mirzə  Baq i,  Mövlana 

Rəcəbəli Vahid, Mövlana Nəsrulla Xalxali də olmuĢdur.  

Bir sıra görkəmli A zərbaycan aliminin öz  məh zəri (ali təhsil  müəssisəsi) var 

idi.  Məsələn,  Mir  Əliənnəqi  Ərdəbili  doğma  Ģəhərindən  MəĢhədə  köçürülmüĢ  və 

1723-cü ilə qədər orada e lmin mü xtə lif sahələrində dərs demiĢdir. Mövlana Ələkbər 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə