Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə138/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   134   135   136   137   138   139   140   141   ...   232

282 

 

dastanlarda  az-ço x  dərəcədə  ictimai  motiv lər  də  vardır.  XVII  əsrdə "ġah  Ġsmayıl", 



"AĢıq  Qərib",  "Abbas  və  Cülgəz",  "Əsli  və  Kərəm" ,  "Novruz"  kimi  məĢhur 

dastanlar tam Ģəkildə formalaĢdı. 

"ġah  Ġsmayıl"  dastanında  ədalətli  Ģahzadə  olan  Ġsmayıl  zalım  və  məkrli 

atasında  -  ġah  Zülala  qarĢı  qoyulmuĢdur.  Dastanda  qəhrəmanlıq  məqamları 

məhəbbət məqamlarından az deyildir.  KiĢi q iyaləsində olan qadın Ərəbzəngi əsərin 

özünəməxsus  surətlərindən  biridir.  KiĢilərə  qarĢı  amansız  o lan  bu  qadın  Ġsmayılla 

qarĢılaĢır  və  onun  ən  yaxın  həmkarına  çevrilir.  Dastan  dostluğu  və  məhəbbəti 

tərənnüm edir. 

"AĢıq  Qərib"  dastanı  da  mühü m  əsərlər  sırasındadır  və  onun  bir  ço x 

(türkman,  türk  və  s.)  variantları  mövcuddur.  Əsərin  mövzusu  M.Y.Lermontovu 

maraqlandırmıĢ və Ģair əsər əsasında eyni adlı hekayə yazmıĢdır.  

"Əsli  və  Kərəm"  dastanında  baĢlıca  surətlər  olan  Gəncə  xanı  Ziyadın  oğlu 

Kərəm və Qara keĢiĢin qızı  Əsli bir-birinə  məhəbbət bəsləyirlər.  Lakin din ayrılığı 

onların  səadətinə  əngəl  törədir.  Bu  əngəllərin  yaradılmasında  əsas  rol  Qara  KeĢiĢə 

məxsusdur.  Müxtəlif  məkrli  üsullardan  istifadə  edən  keĢiĢ  öz  doğma  qızının  və 

Kərəmin məhvinə nail olur. 

XVI-XVII  əsrlər  aĢıq  sənətinin  yüksəliĢ  dövrüdür.  AĢıqların  sənəti  və 

hafizəsi sayəsində folklor əsərləri ilkin gözəlliy ini saxlamıĢ, müasir zəmanəmizədək 

gəlib  çatmıĢdır.  AĢıqlar  epik  və  lirik  əsərlərin  yaradılması  iĢində  baĢlıca  simalar 

olmuĢlar  (göstərilmiĢ  bütün  dastanlar  aĢıq  yaradıcılığın ın  məhsuludur).  Onlar  əski 

zaman lardan  etibarən  böyük  nüfuza  malik  idilər,  lakin  yalnız  XVI -XVII  əsrlərdə 

aĢıq poeziyası geniĢ inkiĢaf yoluna çıxmıĢdı.  

Xalq poeziyasının görkəmli nümayəndəsi olan Qurbanidən sonra XVII əsrdə 

Abbas  Tufarqanlı,  Sarı  Aşıq  Abdulla  daha  çox  tanınırd ılar.  Onlar  ifa  etdikləri 

əsərləri  (Ģeirləri)  özləri  yazırdılar.  "Abbas  və  Gülgəz"  dastanı  AĢıq  Abbas 

Tufarqanlın ın lirik Ģeirləri əsasında formalaĢ mıĢdır.  Bu aĢığın  məhəbbət məzmun lu 

qoĢmaları  xüsusilə  qiymətlid ir.  Sarı  AĢıq  həm  də  gözəl  bayatılar  ya rad ırdı.  O, 

qoĢma  və  mənzu m  tapmacalar  da  yazmaqda  mah ir  id i.  Sarı  AĢıq  cinasın  tanınmıĢ 

ustası olmuĢdur. AĢıq Abbasın və Sarı AĢığın yaradıcılığ ı aĢıq sənətinə, XVI-XVII 

əsrlərin klassik poeziyasına nəzərə çarpacaq təsir göstərmiĢdir.  

Folklorun  faydalı  təsirindən  bəhrələnən  məĢhur  Ģairlərdən  biri  də 

Məhəmməd  Əman i  id i.  O,  XVI  əsrin  ikinci  yarısı  -  XVII  əsrin  əvvəllərində 

yaĢamıĢdır. Ġngilis ĢərqĢünası Ç.Riyo iddia edir  ki, Əman i I ġah Təh masib və I ġah 

Abbas  dövründə  yaĢamıĢ,  türk  əmiri  olmuĢ,  Səfəvi  sarayına  yaxın  Ģair  kimi 

tanınmıĢdır.  M.Əmani  Təbriz  (1603-1604),  Mərv  (1599-1600),  Bəlx  (1602-1603) 




283 

 

üzərinə hərbi yürüĢlərin  iĢtirakçısı  kimi öz Ģeirlərinin bir qis min i bu yürüĢlərə həsr 



etmiĢdir. ġair həm Azərbaycan, həm də fars dilində poetik əsərlər yazmıĢd ır. 

Əmani  yaradıcılığ ında  qəzəl  əsas  yer  tutmuĢdur.  Dövrün  bir  sıra  sairləri 

klassik  ġərq  poeziyası  ənənələrini  davam  etdirirdilər.  Əlican  Qövsi  Təbrizi  öz 

lirikası ilə tanınırdı. 



Məsihinin  (1580-1655)  zəngin  yaradıcılığından  (100  min  beytdən  ibarət 

məsnəvi formasında Ģeirlər, üç poema) bizə yalnız " Vərqa və  GülĢa" poeması, cüzi 

miqdarda Ģeir gəlib çatmıĢdır. 

Məsihinin  bu  poeması  forma,  quruluĢ  baxımından  "Ley li  və  Məcnun"u 

xatırladır.  Lakin  "Vərqa  və  Gü lĢa"  əsəri  baĢ  verən  hadisələrin  daha  dinamik 

səciyyədə olması  ilə fərq lənir.  Bu poema Azərbaycan dilində,  məsnəvi formasında 

yazılmıĢ ən yaxĢı ro mantik əsərlərdən biridir. 

XVII  əsrin  maraqlı  Ģairlərindən  biri  Tərzi  Əfşar  idi.  O,  Urmiyada  anadan 

olmuĢ,  gənc  yaĢlarında  Ġsfahana  köçmüĢdür.  Tərzi  ƏfĢar  Ġsfahanda   mükəmməl 

təhsil  almıĢdı.  O,  ərəb  d ilini  dərindən  bilmiĢ,  xeyli  səyahət  etmiĢdir  (ġimali  və 

Cənubi  Azərbaycanın  mü xtəlif  yerlərində,  Orta  Asiyada,  Ġraqda  və  Hindistanda 

olmuĢdur).  T.ƏfĢarın  Avropa  ölkələrində  olması  da  ehtimal  edilir.  O,  poeziyada 

təqlidçiliyə  qarĢı  çıxıĢ  edir,  yaradıcılıq  prosesində yeni  yollar,  vasitələr  aramayan 

həmkarlarını  tənqid  edirdi.  ġair  poetik  əsərlərində  formal  yeniliklərə  də  cəhd 

göstərmiĢdi (mü xtəlif adlardan yeni fellər yaratmıĢ, fars ifadələrinə Azərbaycan söz 

sonluqları artırmıĢdı). Onun bir sıra əsərləri fars, Azərbaycan və ərəb dillərində olan 

beytlərin sıralan masına əsaslanırdı.  Sənətkarın "ġikayətnamə"si Füzu lin in eyni adlı 

məĢhur əsərini xatırladır. 



Saib  Təbrizi  (1601/02-1676/77)  XVII  əsr  Azərbaycan  ədəbiyyatının 

görkəmli  simasıdır.  I  ġah  Abbasın  hakimiyyəti  dövründə  Saib  Təbrizi  Ġsfahana 

köçürülmüĢ,  Əfqanıstana,  Ərəb  ölkələrinə,  Kiçik  Asiyaya  səyahət  etmiĢdir.  Saib 

Təbrizi  iki  dəfə  Hindistanda  olmuĢ  və  6  il  orada  yaĢamıĢdır.  II  ġah  Abbas 

tərəfındən Səfəvi sarayına dəvət olunmuĢ Saib Təbrizi  məlik üĢ -Ģüəra adını almıĢdı. 

O,  həyatının  son  illərində  sarayı  tərk  etmiĢ,  bütün  varlığı  ilə  poetik  yaradıcılığa 

bağlanmıĢdı. Azərbaycan və fars dillərində Ģeirlər yazan Saib Təbrizinin yaradıcılıq 

irsi  zəngindir  (120  min  beytdən  ibarət  7  divanı,  "Qəndəharnamə",  "Mahmud  və 

Ayaz"  adlı  məsnəviləri,  "Səfıneyi-Saib"  məcmuəsi  vardır).  Ġnsan  və  təbiət 

gözəlliklərinə  vurğunluq,  məhəbbət,  zəmanədən  Ģikayət  onun  əsərlərinin  baĢlıca 

möv zularıdır.  Saib  Təbrizinin  poeziyası  Yaxın  ġərq  ölkələri  ədəbiyyatının, 

Hindistanda farsdilli poeziyanın in kiĢafına böyük təsir göstərmiĢdir.  

XVII  əsr  Azərbaycan  ədəbiyyatı  orta  əsr  ədəbiyyatı  tarixində  mühü m 

mərhələ o lmuĢdur. Bu  ədəbiyyatın əsas xüsusiyyəti folklo r təmayüllü epik və  lirik 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə