Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə139/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   135   136   137   138   139   140   141   142   ...   232

284 

 

formaların  güclü  təsiri,  klassik  ġərq  poeziyasının  qiy mətli  ənənələrinin  in kiĢafı  ilə 



əlaqədardır. 

Epiqrafik  abidələr.  Bu  dövrün  kitabələri  məzmun,  mətn  paleoqrafiya  və 

bədii tərtibat baxımından çox zəngind ir.  Bədii daĢyonma sənəti əsərlərinin ən gözəl 

və nadir nümunələri (sənduqə, baĢdaĢı formalı qoç, at fiqurları) bu dövrə də aiddir. 

Qeyd  olunan  abidələr  üzərindəki  kitabələr  Azərbaycan  və  fars  dillərində  olan 

mən zu m  parçalardan,  dəfn  olunmuĢ  Ģəxslər  haqqında  məlu mat  verən  ərəbcə 

mətnlərdən və Quran ayələrindən ibarətdir.  

Təbrizin, Bakının,  Ordubadın cümə  məscidlərində və digər tikililər üzərində 

I  ġah  Təhmasibin  və  I  ġah  Abbasın  fərmanlarının  həkk  olun muĢ  nüsxələri 

qalmıĢdır.  Həmin  fənnanların  əsli  dövrümü zə  gəlib  çatmadığı  üçün  onların  daĢ 

nüsxələrinin  böyük  əhəmiyyəti  vardır.  Bu  kitabələr  ictimai-siyasi  məsələlərə  dair 

yeni  məlu matlar  verir,  bir  sıra  istilahları  aydınlaĢdırmağa  yardım  edir.  Qopçur, 

tamğa,  nüzul,  qonalqa,  malcəhət,  vücuhat,  tövcihat,  honiçc  və  s.  istilahların 

tədqiqatçılar  tərəfindən  geniĢ  Ģərh  olunmasına  baxmayaraq,  epiqrafik  sənədlər  bu 

vergi istilahların ın texniki mənasını dəqiq ləĢdirməyə imkan verir.  

ġah  Təhmasibin  hökmünün  daĢ  nüsxəsi  Bakıda,  ĠçəriĢəhərdə  Cü mə 

məscidin in  kürsülüyünə  hörülmüĢdür.  Kitabənin  bəzi  yerləri,  yağıĢ  və  külək  əsrlər 

boyu  daĢı  yuyub  xarab  etdiyinə  görə,  tökülmüĢdür.  Lakin  yazını  tamamilə  bərpa 

edib  oxu maq  mü mkün  olmuĢdur:  "XoĢbəxt  hökmdar,  ü zəngisi  asimana  çatan  ġah 

Təhmasib  əl-Hüseyni  -  Allah  onun  hökmranlığın ı  əbədiləĢdirsin,  -  daimi 

hakimiyyəti  günlərində  zü lqədə  ayı,  doqquz  yüz  altmıĢ  dördüncü  ildə  (26.VIII-

25.IX.1557) a li hökm verdi, ondan ötrü ki, Sə fəvi dövlətinə tabe olan ölkələ rindən 

həddindən  artıq  [alınan]  malcəhət,  vücuhat  azaldılsın,  onun  savabını  ali  həzrətlər, 

müqəddəslər  14  məsu mənin  -  onların  hamısına  A llah ın  salam  və  salavatı  olsun  - 

ruhlarına ehsan olaraq verilsin. Bu fərmanı dəyiĢənlər A llah ın lənətinə gəlsinlər".  

ġah  Təhmasibin  Təbrizdəki  Cü mə  məscidində  mərmər  lövhəyə  həkk 

olunmuĢ  fərmanında  deyilir:  "...Bütün  məhrusə  məmləkətlərin:  A zərbaycanın, 

Ġraqın,  Farsın,  Xorasanın,  ġirvanın  və  Gilanın  xüsusilə  qızıl  və  gümüĢ 

zərb xanalarının  əvvəllər  yığılmalı  olan  tamğasi  ləğv  olunur.  Təbrizin,  habelə 

Ərzuru mun  və  Ġraq ın  3885  tü mən  dinar  məb ləğindəki  bütün  əbvabi-cəmi  ləğv 

edilir". Hə min fə rmana əsasən tamğa vergisi boniçe ilə əvə z olun muĢdur. 

I  ġah  Abbasın  Ordubad  Cü mə  məscidinin  qapıları  üzərində  qoyulmuĢ  daĢ 

lövhədə nəsx  xətti ilə farsca beĢ sətirdə həkk olunmuĢ 1604 -cü il tarixli fərmanında 

deyilir: "...Ordubad qəsəbəsinin bütün əhalisinin...  ġah Abbas sülaləsinə etimad ını, 

onların  Ģiə  məzhəbli  olduqlarını  nəzərə  alaraq...  sənətkarlardan,  əsnaflardan, 

bağlardan, əkin yerlərindən, dəyirmanlardan toplanan ixracat,  itlaqat, nüzul, əvariz, 




285 

 

qonalqa  vergilərindən  ibarət  olan  malcəhət  və  vücuhatı  azaldıb  (tədricən)  ləğv 



etsinlər,  onları  Azərbaycan  boniçesindən  çıxsınlar  və  divan  itlaqatından  xaric 

etsinlər". 

I  ġah  Abbasın  Bakıdakı  Cü mə  Məscidində  qoyulmuĢ  daĢa  həkk  olunmuĢ 

ikinci  fərmanında,  7  sətirlik  kitabədə  isə  deyilir:  "ġirvan  ölkəsin in  Bakı  Ģiələri 

icarəyə  verilmiĢ  təvcihatdan  baĢqa,  malcəhət  vergisindən  (onun  ramazan  ayına 

düĢən hissəsindən) azad edilsinlər. Tiyuldarlara b ild irilir  ki,  ...tiyuldan da ramazan 

ayına düĢən hissə rəiyyətdən tələb olunmasın". 

Bakı  kitabəsindən isə məlu m o lur  ki,  malcəhətin  müəyyən hissəsi pul ilə də 

alın ırd ı.  Lakin  Ordubad  kitabəsinə  əsasən  iddia  etmək  o lar  ki,  malcəhətə  yalnız 

"torpaq vergisi" deyil, d igər gəlirli əmlakdan alınan vergilər də daxil idi.  

Bu  fərmanların  verilməsinin  əsas  səbəblərindən  biri  də  sinfi  mübarizənin 

kəskin ləĢməsi  olmuĢdur.  Məlu mdur  ki,  Səfəv i  Ģahları  Ģiəliyi  yayır,  ondan  sünni 

məzhəbli  dövlətlərə  qarĢı  kəskin   bir  silah  kimi  istifadə  edirdilər.  Dövrün 

kitabələrin in  mətninə Ģiəlik təriqəti və ehkamları  ilə əlaqədar olan sözlər (məsələn, 

14  məsu mənin adı, Ģiəliyə  mənsub olan təriqətlərin, dərviĢ təĢkilatların ın duaları və 

s.)  nəzəri  cəlb  edir.  Anadoluda  yaranmıĢ  sufı  təĢkilatlarından  biri  də  BəktaĢiyyə 

adlanırdı.  Həmin  təĢkilatın  bir  qolu  olan  Baba  Samit  dərviĢləri  ġirvanda  da 

fəaliyyət göstərirdilər.  Onun baĢlıca səcdəgahı olan Baba Samit ibn  Hacı  BəktaĢın 

türbəsi  indiki  Sabirabad  bölgəsinin  (keçmiĢ  Cavad)  ġıxlar  kəndindədir.  Türbənin 

qapısı  üzərindəki  böyük  bir  daĢa  həkk  olun muĢ  9  sətirlik  kitabədə  Baba  Samitin 

atasının  -  Hacı  BəktaĢın  Ġmam  Rza  nəslindən  olduğu  xüsusilə  qeyd  edilmiĢdir. 

Kitabədə göstərilir ki, türbə I ġah Təhmasibin dövründə, ġirvan bəylərbəyi Abdulla 

xan Ustaclı tərəfindən hicri  993  (1535)-cü ildə inĢa olunmuĢdur. Bu  məlu mat  Baba 

Samitin Səfəvi dövlətində nüfuzlu Ģəxs lərdən biri olduğunu göstərir.  BəktaĢi və ya 

onun qolu olan Baba Samit dərviĢləri cəmiyyəti sonralar da ġirvan ərazisində uzun 

müddət  fəaliyyətdə  olmuĢdur.  BəktaĢiliy in  "Əlin i  çağır"  adlanan  bir  duası  ġirvan 

ərazisindəki bir sıra kitabələrdə həkk olun muĢdur. Qızılburunun 7  kilo metrliyində, 

Hililçay  qəsəbəsi  yaxınlığ ında  yerli  əhali  tərəfındən  Xəlil  Baba  piri  adlandırılan 

türbənin üzərindəki  kitabədə həmin dua, 1110(1698-1699-cu  ildə dəfn olunmuĢ Pir 

Xəlilin adı qeyd edilmiĢdir. "Əlini çağır" duasına AbĢeronun Buzovna qəsəbəsində, 

ġamaxı  rayonunun  DədəgünəĢ  kəndindəki  abidələrdə  də  rast  gəlmək  mü mkündür. 

Baba  Samit  dərviĢləri  cəmiyyətinə  xəlifələr  Səfəvi  xanədanına  sadiq  olan nüfuzlu 

Ģəxsiyyətlər, ad lı-sanlı Ģeyxlər və ruhanilərdən təyin olunurdu. Xəlifə bütü n sosial-

ideoloji  məsələlərə  nəzarət  etməli,  əxlaq  normalarını  tənzimləməyə  çalıĢmalı  idi. 

Bu cəmiyyət vaxtilə Os manlı və Səfəvi dövlətlərin in sosial-siyasi münasibətlərində 

mühü m rol oynamıĢdır.  Onun əsas məqsədi Ģiəlik ideyalarını yay maq, ilk dövrlərdə 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə