Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə145/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   141   142   143   144   145   146   147   148   ...   232

296 

 

daĢıyan  naxıĢlarla  to xunur  və  çox  halda  daha  cəlbedici  görünmək  üçün  həmin 



naxıĢların  arasında  klassik  ġərq  Ģairlərin in  (xüsusilə  Nizami  Gəncəvinin) 

əsərlərindən alın mıĢ obrazlar təsvir edilirdi.  Parçaya  xas  olan  xüsusi Ģərti dekorativ 

qaydalarda  verilən  həmin  təsvirlərin  əksəriyyəti  Azərbaycanın  Səfəvi  dövründəki 

miniatür  sənətini  xatırlad ır.  Belə  sənətkarlıq la  hazırlan mıĢ  parçaların  meydana 

gəlməsində  Sultan  Məhəmməd  və  Rza  Abbasi  kimi  görkəmli  rəssamların  mühüm 

rolu olmuĢdur. 

Azərbaycan  parçaları  öz  bədii  tərtibatına  görə  üç  böyük  qrupa  bölünür:  1) 

mü xtəlif  din i  sözlər  və  yaxud  ġərq  klassiklərinin  rübailəri  ilə  bəzədilmiĢ  parçalar; 

2)  ornamental  parçalar;  3)  süjetli  parçalar.  Yazılı  parçaların  meydana  gələrə k 

təĢəkkül  tapmasında  islam  din inin  həlled ici  ro lu  olmuĢdur.  XV  əsrdən  etibarən 

parça  üzərində  verilən  yazılarda  Qurandan  əxz  olun muĢ  sözlər  getdikcə  əhəmiy -

yətini  itirmiĢ,  daha  çox  ġərq  Ģairlərin in  poeziya  örnəkləri  ilə  əvəz  olun mağa 

baĢlamıĢdı.  ġeirlər  içərisində  ən  görkəmli  yeri  Hafızin,  Səd inin  və  Nizamin in 

əsərləri  tuturdu.  Azərbaycan  ərazisində  tapılmıĢ  ən  qədim  yazılı  parça  nümunəsi 

XVI  əsrin  əvvəllərinə  aiddir.  1936-cı  ildə  Bakıdakı  ġirvanĢahlar  sarayı  ərazisində 

aparılmıĢ qazıntılar zamanı köhnə qəbirlərin birində kəfən əvəzinə istifadə olun muĢ 

yazılı  ipək  parça  tapılmıĢdır.  Parçanın  üzərindəki  Ģeir  fars  dilindədir.  Gü l-çiçək 

rəsmləri  ilə bəzədilmiĢ parçalar to xuculuq sənətimizdə  mühüm yer tutur və çoxluq 

təĢkil edir.  Nəbati ornamentlə bəzədilmiĢ parçalardan bizə gəlib çatmıĢ ən orijinalı 

XVI  əsrə  aid  edilən  parça  tikəsidir.  Bakıdakı  ġirvanĢahlar  sarayının  ərazisində 

tapılmıĢ  bu  ipək  parça  zərif  naxıĢları  ilə  d iqqəti  cəlb  edir.  YaĢıl  rəngli  bu  ipək 

parçanın ornamenti onun ümu mi fonu ilə gö zəl vəhdət yaratmıĢdır. 

Azərbaycan  parçaların ın  ən  qiymətli  məziyyəti  süjetli  parçalarda  əks 

etdirilmiĢdir. Parçan ı insan, heyvan, quĢ təsvirləri ilə bəzəmək A zərbaycanda qədim 

zaman lardan  məlu m  id i.  Lakin  XVI-XVII  əsrlərdə  bu  cür  təsvirlər  ən  yüksək 

kamillik səviyyəsinə çatdı. Əvvəllər parçaların üzərindəki rəs mlər nisbətən bəsit və 

sərt üslubda icra olunduğu halda, tariximizin Səfəvi dövrünə aid olan parçalarda biz 

bunun  əksini  görürük.  Bu  dövrün  parçalarındakı  rəs mlər,  adətən,  lirik  əhvali-

ruhiyyədə  tərtib  edilmiĢdir.  Hətta  müharibə  və  ov  səhnələrini  təsvir  edən  parçalar 

da lirik üslubda olurdu. 

Azərbaycan  bədii  parça  sənətinin  bənzərsiz  cəhətlərindən  biri  süjetli 

parçalarda  qızılbaĢ  papağının  təsvirlənməsid ir.  Səfəvi  dövrünün  baĢ  geyimi  XVI 

əsrin  əvvəllərindən  baĢlayaraq  əsrin  sonlarınadək  bir  neçə  dəfə  öz  formasını 

dəyiĢmiĢ, həmin əsrin 70-ci illərində isə dəbdən düĢmüĢdür. 

XVI-XVII əsrlə rdə bəzək və təsvirlər parça üzə rində əsasən üç üsulla yerinə 

yetirilirdi.  Birinci  üsulla  istənilən  bəzək  və  rəs mlər  dəzgahda  parça  ilə  birlikdə 




297 

 

toxunaraq onun ayrılmaz qismini təĢkil edird i. Ġkinci üsulda bəzəklər hazır parçanın 



yerliy i  ü zərinə  tikmə  vasitəsilə  salınır,  üçüncüdə  isə  qəliblərdə  basma  üsulunda 

həkk  olunurdu.  XVI-XVII  əsrlərdə  geyimlər,  habelə  məiĢət  əĢyalarından  pərd ə, 

örtük, süfrə, mütəkkə, at yəhəri və s. üzərinə salın mıĢ bəzəklər deko rativ sənətin ən 

çox  yayılmıĢ  növü  sayılan  tikmə  ilə  icra  olunurdu.  Mənbələr  təsdiq  edir  ki, 

Səfəvilər  dövründə  Azərbaycanda  əhali  arasında  ən  çox  tikmə  üsulu,  təkəlduz, 

güləbətin,  muncuqlu, qurama yayılmıĢ və inkiĢaf etmiĢdi.  Bu dövrdə parça üzərinə 

salınan tikmə üsullarından ən nəfisi, önəmlisi güləbətin idi. Bu tikmə əsasən ağır və 

bahalı  parçalar  üzərində  olurdu.  Həddən  artıq  stilizə  edilmiĢ  gül-çiçək,  yarpaq  və 

quĢ  rəsmləri  milli  geyimlərin,  ev  əĢyalarındakı  bəzəklərin  əsasını  təĢkil  edirdi. 

Həmin  təsvirlər,  adətən,  içli  olurdu.  Üfüqi,  Ģaquli  istiqamətlərdə  tikilən  qızılı  və 

gümüĢü  saplar  stilizə  olun muĢ  təsvirlərin  içini  doldururdu.  XVI -XVII  əsrlərdə 

güləbətin  tikmələr  xüsusilə  Təbriz,  ġamaxı  və  Naxçıvan  Ģəhərlərində  geniĢ 

yayılmıĢdı.  Təsadüfı  deyildir  ki,  XVI  əsrin  sonlarında  Təbriz  sənətkarların ın 

güləbətin  tikmələrlə  bəzədikləri,  Osmanlı  sultanı  III  Murada  hədiyyə  göndərilmiĢ 

xalat indiyədək Ġstanbuldakı Topqapı sarayı muzey inin qiy mətli incilərindən sayılır. 

Xalçaçılıq.  A zərbaycan  xalçaçılıq  sənəti  tarixində  XVI-XVll  əsrlər  ən 

zəngin dövrlərdəndir.  Bu yüzillərdə Azərbaycanda olmuĢ əcnəbi səyyahlar ölkənin 

bir  ço x  Ģəhərlərində  daxili  və  xarici  bazarlar  üçün  xalça  to xunan  xüsusi 

karxanaların  fəaliyyət  göstərdiyini  qeyd  etmiĢlər.  Mənbələrdən  məlu m  olu r  ki,  bu 

zaman  to xunuĢu  bəzi  nümunəvi  xalçaların  yaradılmasında  yalnız  to xucu  deyil, 

dövrün  görkəmli  rəssamları  da  iĢtirak  etmiĢlər.  Məlu m  olduğu  kimi,  xalça  əsil 

mənada to xucu əməyin in  məhsuludur. O, əsrlər boyu xalçanın həm to xucusu, həm 

də  rəssamı  o lmuĢdur.  XVI-XVII  əsrlərdə  xüsusr  sifariĢlə  to xun muĢ  bir  çox 

Azərbaycan  xalçaları  isə  xalq  yaradıcılığ ından  daha  çox  peĢəkar  saray  incəsənəti 

örnəklərin i xatırladır. 

XVI-XVII  əsr  Azə rbaycan  xa lçala rında  dövrün  ən  çox  yayılmıĢ  bəzə k 

ünsürlərindən  olan  nəbati  ornamentlərə  daha  çox  rast  gəlirik.  Xalça  üzərində, 

adətən, ahənglə qurulmuĢ nəbati oraamentlərdə budaqlar ana xətti, onların üzərində 

yerləĢən  gül-çiçək  və  yarpaqlar  isə  əlavə  ünsürləri  təĢkil  edird i.  Bu  dövrün 

ornamental  xalçala  arasında  1530-cu  ildə  Ərdəbildə  ġey x  Səfı  məscidi  üçün 

toxun ma və hazırda Nyu-Yorkun Metropoliten muzeyində saxlanılan  xalın 1539-cu 

ildə Təbrizdə yenə həmin  məscid üçün toxun muĢ və Londonda Viktoriya və Albert 

mu zeyindəki  xalın ı  və  s.  göstərmə  o lar.  "ġey x  Səfı"  adı  ilə  məĢhur  olan  axırıncı 

xalını 1893-cü ild  ingilislər alıb  Londona göndərmiĢdilər.  En i  5,34  metr, uzunluğu 

10,51  metr  (ü mu mi  ölçüsü  56,12  kvadratmetr)  olan  bu  xalı  dünya  muzeylərində  

saxlan ılan nadir  xalq sənəti  nümunələrindəndi. "ġeyx  Səfi" tipli ornamental  xalılar 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə